Unudulmaz on gün

MOSKVADAKI İLK AZƏRBAYCAN MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ DEKADASINDAN 80 İL KEÇİR

 

Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin bünövrəsini qoyduğu kimi bu məktəbin yetirmələrinin tanınmasında da böyük rol oynayıb. Belə ki, gənclərin yaradıcılığının respublika daxilində, eləcə xaricdə təbliği məhz bu böyük ustadın adı ilə bağlıdır.

 

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti incəsənəti ongünlüyünü xatırlayaq. Bu sənət bayramında Azərbaycanın 700-ə qədər mədəniyyət incəsənət xadimi öz əsərlərini ifalarını o zamankı paytaxt tamaşaçılarına təqdim ediblər. Həmyerlilərimiz geniş tamaşaçı auditoriyası qarşısında bir növ hesabat veriblər. Həmin əlamətdar hadisədən artıq 80 il keçir. Moskvadakı dekada günlərinin Azərbaycanda təşkilatçısı, bədii rəhbəri Üzeyir bəy Hacıbəyli olub. O, manhı rəqs ansamblının təşkili işlərinə rəhbərlik edən komissiyanın sədri idi. Üzeyir bəy həm   rəqqaslar, rəqqasələr, artistlər üçün tikilən milli paltarların forma, biçim, naxış bəzəyinə çox diqqət yetirirdi. O, Azərbaycan milli geyimlərinin gözəlliyinin Moskva tamaşaçılarına daha yaxşı təqdim olunmasına çalışırdı.

 

Ongünlükdə Azərbaycanın ən istedadlı solistləri ifaçı kollektivləri - başda Üzeyir Hacıbəyli olmaqla Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Cabbar Qaryağdıoğlu, Qara Qarayev, Niyazi, Hacı Xanməmmədov, Mirzə İbrahimov, Qurban Pirimov, İsmayıl Hidayətzadə, Əşrəf Həsənov, Ağabacı Rzayeva, Qəmər Almaszadə, Hüseynağa Hacıbababəyov, Gülağa Məmmədov başqaları, eləcə Səid Rüstəmovun rəhbərliyi ilə Xalq çalğı alətləri orkestri, Dövlət xoru, qədim Şəki şəhərində yaradılmış nəfəsli alətlər ansamblı, xalq aşıqları, görkəmli rəqs ustası Qəmər Almaszadənin rəhbərliyi ilə Milli Rəqs Ansamblı çıxış edirdilər.

 

1938-ci il aprel ayının 5-i on gün davam edən, əks-sədası isə illərlə yaddaşlardan silinməyən musiqi bayramının başlanğıcı oldu.

 

Azərbaycan nümayəndələrini Kursk vağzalında Moskva teatrlarının artistləri, ictimai təşkilatların nümayəndələri böyük hərarətlə, gül-çiçək dəstələri ilə qarşıladılar. O dövrdə paytaxt mətbuatı - "Pravda", "Komsomolskaya pravda", "Sovetskoye iskusstvo" başqa qəzet jurnallar bu dekadaya hazırlıq işlərinə həsr edilmiş xüsusi yazılar dərc etdirirdilər.

 

Məsələn, Moskvanın "Muzqiz" nəşriyyatı dərc etdiyi iki toplusunda "Koroğlu" operasından parçalar - iki aşıq mahnısı, Nigarın ariyası, "Leyli Məcnun" operasından iki xor, "Arşın mal alan" operettasından fraqmentlər dərc etmişdi.

 

SSRİ Xalq artisti, Böyük Teatrın bədii rəhbəri Samosud bu ongünlük haqqında belə yazırdı: "Azərbaycan incəsənəti nümayəndələrinin Moskvaya gəlişi sovet incəsənətinin həyatında böyük hadisə ümumxalq bayramıdır". Samosud Azərbaycan musiqisinə layiqincə qiymət verərək deyirdi: "Azərbaycan xalq mahnı rəqsləri bəstəkarlar baletmeysterlər üçün tükənməz mənbədir".

 

Aprelin 9-da Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası Moskvada səhnəyə qoyuldu. Əvvəlindən sonuna qədər hədsiz incə lirizmlə zəngin operettanın professionallıqla ifa olunan ariyaları, ariozaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Moskvalılar Müslüm Maqomayevin "Nərgiz", Reynqold Qliyerin "Şahsənəm" operasını da böyük hərarətlə alqışladılar. Əlbəttə ki, ən böyük uğuru "Koroğlu" operası qazandı. Gözəl səsinə görə Bülbül adını qazanmış, Koroğlu rolunun mahir ifaçısı Murtuza Məmmədovun ifa etdiyi "Koroğlunun ariyası" isə paytaxt tamaşaçılarının böyük rəğbətinə səbəb oldu.

 

Möhtəşəm incəsənət bayramının yekun nömrəsi isə Azərbaycanın gənc bəstəkarı Qara Qarayevin gənc şair Rəsul Rzanın sözlərinə yazdığı "Könül nəğməsi" adlı kantata idi. Məhz bu kantatadan sonra həmin dövrdə 20 yaşlı Qara Qarayevin adı bütün İttifaqda məşhurlaşdı.

 

Aprelin 17-də Üzeyir Hacıbəyliyə SSRİ Xalq artisti fəxri adı verildi. Bəstəkara bu mükafatı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.İ.Kalinin şəxsən təqdim etdi. Uğurla başa çatan ongünlükdən sonra həmçinin, Bülbül, R.Qliyer, ilk qadın vokal ifaçımız Şövkət Məmmədova da SSRİ Xalq artisti adına layiq görüldülər. Bu möhtəşəm dekada günlərində Azərbaycan xalqının şanlı oğlu Üzeyir Hacıbəyli Lenin ordeni ilə təltif edildi.

 

Dekada günlərinin birində İ.V.Stalin M.Bağırovu rəsmi görüşə dəvət edərək "Koroğlu" operası haqqında yüksək fikirlərini bu operaya yenidən baxmaq arzusunu ona bildirmişdi. Ölkə rəhbərinin bu arzusunu nəzərə alaraq həmin günlərdə azərbaycanlı artislər "Koroğlu" operasını üç dəfə paytaxt səhnəsində nümayiş etdirmişdilər. Böyük uğurla başa çatan bu tamaşaları dövlət rəhbəri Stalin ayaq üstə alqışlayırdı. Bütün bunlar Azərbaycan incəsənətinə, mədəniyyətinə, folkloruna, ədəbiyyatına bunların fövqündə dayanan Üzeyir bəyə verilən böyük qiymət idi.

 

Moskva dekadası haqqında dirijor, pedaqoq, Azərbaycanın xalq artisti Əşrəf Həsənovun xatirələrində oxuyuruq: "...Ongünlüyə hazırlıqla əlaqədar, Üzeyir Hacıbəyov, incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva Konservatoriyasının son kursunda oxuyurdum. Moskvada Üzeyir bəylə görüşdük. Görüş zamanı Üzeyir bəy mənə dedi ki, - "Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən "Koroğlu" operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram". Mən Bakıya gəldim böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu".

 

Paytaxt tamaşaçılarının yaddaşından uzun zaman silinməyən bu dekada günləri istedadlı rus rəssamı, professor Mixail Aleksiçin çəkdiyi dostluq şarjında da təcəssümünü tapıb. İlya Repinin "Burlaklar Volqada" əsərinə nəzirə olaraq çəkilmiş bu rəsmdə M.Aleksiç arxa fonda Moskvanın məşhur Böyük Teatrını təsvir etmişdir. Binanın üstündə teatrın bədii rəhbəri və baş dirijoru Samosud əyləşmişdir, qarşıda isə Sovetlər dövrünün ən məşhur bəstəkarları - Qliyer, Şaporin, Muradeli, Prokofyev və başqaları təsvir olunmuşlar. Professor Aleksiç bu pleyadanın ən önündə dahi Üzeyir Hacıbəylini verməklə dövrünün ən öncül bəstəkarının məhz Üzeyir bəy olduğunu ifadə edib.

 

Gülnarə ƏLƏSGƏROVA

Üzeyir Hacıbəylinin ev muzeyinin şöbə müdiri

525-ci qəzet.- 2018.- 3 may.- S.7.