"Zərifə Əliyeva. Biblioqrafiya" kitabının təqdimatı
oldu
MİLLİ KİTABXANA "ZƏRİFƏ XANIM ƏLİYEVA - 95" ELEKTRON MƏLUMAT BAZASI HAZIRLAYARAQ İSTİFADƏYƏ VERDİ
Dünən Mədəniyyət Nazirliyi
və Milli Kitabxananın birgə təşkilatçılığı ilə "Zərifə Əliyeva. Biblioqrafiya" kitabı və
"Zərifə xanım
Əliyeva - 95" adlı
elektron məlumat bazasının təqdimat
mərasimi keçirilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor
Kərim Tahirov XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Z.Əliyevanın tanınmış
ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açdığını,
Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün
yoldaşı, sədaqətli
dostu və etibarlı silahdaşı
olduğunu söyləyib,
onun birbaşa rəhbərliyi ilə gənc alimlərin, həkim-oftalmoloqların böyük
bir nəslinin yetişdiyini qeyd edib.
Professor "Azərbaycanın görkəmli şəxsiyyətləri"
seriyasından hazırlanmış
"Zərifə Əliyeva:
biblioqrafiya" kitabının
daha təkmilləşdirilmiş
vəsait olduğunu deyib, tədqiqatçılar
üçün zəngin
mənbə olacağını
vurğulayıb. O, həmçinin,
deputat Hüseynbala Mirələmovun 2010-cu ildə
Moskvada "Görkəmli
adamların həyatı"
bioqrafiya seriyasında
çap olunmuş
"Zərifə Əliyeva"
kitabının Bakıda
yeni və əlavələrlə dərc
olunmuş nəşri
haqqında məlumat verilib.
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Z.Əliyevanın elm, təhsil,
səhiyyə, eləcə
də ictimai-siyasi sahələrdəki misilsiz
xidmətlərindən bəhs
edib. O qeyd edib ki, alimin zəngin
elmi irsi, oftalmologiyanın müxtəlif
sahələri üzrə
apardığı tədqiqatlar,
qazandığı nailiyyətlər,
yaratdığı fundamental əsərlər Azərbaycan
tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Nazir müavini Milli
Kitabxananın son illər
biblioqrafiyalaşdırma sahəsindəki
fəaliyyətini yüksək
qiymətləndirib, bu
işin uğurlu davamını arzu edib.
Ailə,
Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə bildirib ki, Azərbaycan
tibb elmində parlaq iz qoymuş
akademik Zərifə Əliyeva bütün fəaliyyəti boyu yüzlərlə insanın
gözünə nur bəxş edib, səhiyyəmizə böyük
töhfələr verib.
Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru,
professor Ədalət Muradov
qeyd edib ki, akademik Zərifə
Əliyeva təkcə
öz adını tibb tarixinə yazmayıb, eyni zamanda, Azərbaycan oftalmologiyasının adını
bütün dünyada
ucaldıb.
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun
direktor müavini,
professor Aybəniz Əliyeva-Kəngərli
söyləyib ki, Zərifə Əliyevanın
alim kimi qazandığı böyük
uğurlar Azərbaycan
tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar
aparıb, dəyərli
elmi-tədqiqat işləri
yazıb.
Azərbaycan Tibb Universitetinin
prorektoru, tibb üzrə fəlsəfə
doktoru Rauf Bəylərov isə məlumat verib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına
verdiyi böyük töhfəyə - görmə
orqanının peşə
patologiyası sahəsində
apardığı elmi
tədqiqatlara görə
Zərifə Əliyeva
oftalmologiya aləmində
ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının
akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O qeyd edib ki,
Zərifə Əliyeva
həmin mükafata layiq görülən ilk qadın olub, dünyada ilk dəfə peşə patalogiyasını
araşdıran elmi-tədqiqat
laboratoriyası yaradıb
və praktiki olaraq elm aləmində yeni bir istiqamətin
- peşə oftalmologiyasının
əsasını qoyub.
Sonda "Zərifə xanım Əliyeva - 95" adlı elektron məlumat bazası təqdim edilib, zəngin tammətnli baza bütün dünya oxucularının istifadəsinə verilib.
Tədbirdə, həmçinin, görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
C.ABASOV
525-ci qəzet.- 2018.- 3 may.- S.3.