Bakıda IV Britaniya
Film Festivalı başlandı
“Bakıda "British Council Azerbaijan", Böyük Britaniyanın
Azərbaycandakı səfirliyi
və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Britaniya kinematoqrafiyasının uğur
qazanmış ən yaxşı yeni filmləri təqdim olunur. Kinosevərlər filmlər artıq
Bakıda Dördüncü
Britaniya Film Baharı Festivalını çərçivəsində
izləyə biləcəklər”.
AZƏRTAC
xəbər verir ki, bu sözləri
"British Council Azerbaijan"nın
rəhbəri Elizabet Vayt jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, festival rəhbəri olduğu qurumun ölkəmizdəki
fəaliyyətinin 25-ci ildönümünə
həsr edilir. Festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film -
"Nəfəs al" (Breathe), "Dafna" (Daphne), "Korluq
haqqında qeydlər"
(Notes of Blindness), "Devid Boui"
(David Bowie Is), "Tutqun işıqlar
şəhəri" (City of Tiny Lights),
"İngiltərə mənimdir"
(England is Mine), "Baxıcı" (The Carer) və "Əyri ev" (Crooked
House) nümayiş ediləcək.
"Endi Serkisin rejissoru olduğu və mükafata layiq görülmüş
"Nəfəs al" builki
festivalın açılış
filmi olacaq. Bütün filmlər
ingilis dilində təqdim ediləcək.
Filmsevərlər "Nəfəs al", "Dafna" və "İngiltərə mənimdir"
filmlərini Azərbaycan
dilində alt yazılarla
izləyə biləcəklər.
Ümid edirəm ki, Bakı tamaşaçıları
bu möhtəşəm
filmləri izləmək
fürsətini qaçırmayacaq.
Biz Britaniya filmlərini
və film rejissorlarını
Azərbaycan tamaşaçılarına
təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik
yaratmaq və yaradıcılıq mübadiləsi
üçün imkanlar
axtarmaq istəyirik",
- deyə E.Vayt söyləyib.
Festivalla
bağlı fikirlərini
jurnalistlərlə bölüşən
Böyük Britaniyanın
Azərbaycandakı səfiri
xanım Karol Krofts deyib: "Birləşmiş
Krallığın film sənayesi
2017-ci ildə tamaşaçıların
həyəcanla izlədiyi
dramlar, blokbasterlər
və komediyalarla yadda qaldı. Britaniya Film İnstitutunun dərc etdiyi statistik məlumatlar Britaniya filminin 2017-ci ildə indiyə qədər görünməmiş böyük
müvəffəqiyyətə nail olduğunu və kinematoqrafiya sahəsində
lider mövqeyini bir daha möhkəmləndirdiyini
göstərir. Bu il Britaniya filminin
tamaşaçı auditoriyasının
artması ilə də əlamətdardır".
Sonra "Nəfəs
al" filmi kinosevərlərin
ixtiyarına verilib.
525-ci qəzet.- 2018.- 3 may.- S.7.