Vaqif Yusiflinin yubileyi Yazıçılar Birliyində qeyd olundu
Dünən Azərbaycan Yazıçılar
Birliyində (AYB) görkəmli
tənqidçi, ədəbiyyatşünas
Vaqif Yusiflinin 70 illik yubileyi münasibətilə tədbir
keçirilib.
Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı
Anar Vaqif Yusiflinin zəngin yaradıcılıq yolundan,
yüksək insani keyfiyyətlərindən söz
açıb.
Anar deyib ki, Vaqif Yusiflinin
yubiley tədbirinin daha böyük zallarda keçirilməsi təklif olunsa da, yubilyar özü
təvazökarlıqla buna
razı olmayıb. Bu da onun xarakterindəki
sadəlikdən irəli
gəlir. AYB sədri çıxışında,
həmçinin, tənqidçinin
zəhmətkeşliyindən, çoxşaxəli fəaliyyətindən
söz açıb, onun gənclər üçün bir örnək olduğunu deyib.
Çıxışından sonra yazıçı AYB
kollektivi adından yubilyara hədiyyələrini
təqdim edib.
"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə V.Yusifli ilə tanışlığından
söz açıb. Deyib ki, birgə çalışdıqları 18 il ərzində
hələ onun kiminsə könlünə
dəyməyini görməyib.
Bu da, təbii
ki, onun mülayim xarakterindən irəli gəlir.
Yubilyarı yeni yaşı
münasibətilə təbrik
edən Milli Məclisin deputatı
Elmira Axundova çıxışında
V.Yusiflinin böyük
şöhrət sahibi
tənqidçi, ədəbiyyatşünas
olmağına baxmayaraq,
bir o qədər də sadə, təvazökar insan olduğunu, xüsusən,
gənc yazarlara hər zaman dəstəyilə seçildiyini
vurğulayıb.
AYB-nin Birinci katibi, Xalq şairi
Fikrət Qoca yubilyarla tanışlığından,
illərə söykənən
möhkəm dostluğundan
söz açıb, onu yeni yaşı
münasibətilə təbrik
edib.
"Azərbaycan" jurnalının
baş redaktor müavini Südabə Ağabalayeva çıxışında
V.Yusiflini həm tənqidçi, həm də insan kimi
xarakterizə edib:
"Vaqif müəllim
bütün ömrü
boyunca tənqidçi
qələmini heç
nəyə dəyişmədi.
O, hər sözdə
bir işıq axtarır. Onun heç bir
yazısında tənqidçi
ədası yoxdur.
Vaqif müəllim ən çətin məqamlarında
belə özü özünü sözlə
sağaltmağı bacarır.
Ən əsas cəhəti odur ki, o, ruhunu
sağlam saxlayıb".
Hələ ilk yazılarından son romanına qədər V.Yusiflinin diqqətini hiss etdiyini deyən yazıçı Elçin
Hüseynbəyliyə görə,
o, həmişə əsərlərə,
ədəbi hadisələrə
obyektiv münasibətilə
seçilir. Onu ədəbi prosesi
ən yaxından izləyən biri kimi dəyərləndirən
natiq tənqidçinin
xarakterindəki humanistliyin
əsərlərə münasibətində
də özünü
göstərdiyini vurğulayıb.
"Ulduz" jurnalının
baş redaktoru, şair Qulu Ağsəsin fikrincə, V.Yusifli həmişə yazıların və insanların yaxşı cəhətini axtarıb tapır. Onun çox gözəl
yaddaşı var. İstənilən
mövzu haqqında ətraflı məlumat sahibidir. Bu da
ondan irəli gəlir ki, Vaqif müəllim hər zaman axtarışdadır.
Tənqidçi Cavanşir Yusifli özünün ta uşaqlıqdan ədəbiyyata
münasibətinin formalaşmasında
V.Yusiflinin rolundan bəhs edib.
Daha sonra Firuzə Məmmədli, Məmməd
Oruc, Qəşəm Nəcəfzadə və başqaları V.Yusiflinin Azərbaycan ədəbi mühitindəki rolundan söz açıb, onu yubileyi münasibətilə
təbrik edərək
can sağlığı və
yaradıcılıq uğurları
diləyiblər.
Sonda yubilyar çıxış edərək
ona göstərilən
diqqət və qayğıya görə,
başda AYB-nin sədri Anar olmaqla, rəhbərliyə,
kollektivə öz təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ