"Ümid mələyi"nin
dedikləri
Bugünlərdə "Prestij-N" nəşriyyatında
məşhur rus şairi Aleksandr Kerdanın "Ümid mələyi" şeirlər
toplusu çap olunub.
Şeirləri ana dilimizə Rusiya vətəndaşı
olan soydaşımız,
RF Əməkdar Mədəniyyət
işçisi Knyaz Qoçaq və Məmməd Oruc çeviriblər.
Kitaba sanballı önsöz yazmış şair, Əməkdar incəsənət
xadimi, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü Səyavuş
Məmmədzadə bu
xoş məramı körpü adlandıraraq
qeyd edir ki, Rusiya ilə
geniş əlaqələrin
(Bütün sferada) xatirəyə çevrildiyi
bir zamanda "Ümid mələyi" kitabı ilə yeni bir körpü
atılıb. S.Məmmədzadə
bu ön sözdə daha sonra vurğulayır ki, Azərbaycan oxucusu bu körpüdən
həvəslə keçəcək,
çağdaş rus
poeziyası ilə bağlı onlarca suala cavab tapacaq
və sovet dönəmindən sonra yenidən inşa olunan Rusiyanın, xüsusən Şərqi
Rusiyanın - Orta Uralın, Sibirin mənzələrini (bir çox anlamlarda) gözləri önünə
gətirə biləcək.
A.Kerdanın "Obereq" ("Göz
muncuğu") kitabı
əsasında tərcümə
və tərtib olunmuş bu toplunun annotasiyasında oxuyuruq: çağdaş
rus düşüncəsinə,
çağdaş rus
mənəviyyatına, çağdaş
rus məfkürəsinə
yaxından varmaq - vaqif olmaq istəyirsinizsə,
bu kitabçada toplanmış poeziya örnəkləri bələdçiniz
ola bilər.
Bəs kimdir Aleksandr Kerdan? Kitabın
şəkilatlı sözündə
bu sualın da kəsə cavabı var: Çelyabinsk vilayətində
dünyaya gələn
A.B.Kedan Rusiyada şair, nasir, publisist kimi tanınır. Fəlsəfə elmləri namizədi,
kulturologiya doktorudur,
R. F Əməkdar mədəniyyət
işsiçidir. "Polyarnaya zvezda", "Yuqra", "Traditsiya",
"Çesti oteçestva"
ədəbi mükafatlarının
laureatıdır. Altmışdan
artıq şeir və nəsr kitablarının, o cümlədən,
"Komandorun xaçı",
"Gözətçi", "Ruhların daşı",
"Uzaqlaşdırılmış sahil" romanlarının
müəllifidir. Yekaterinburq şəhərində
yaşayan A.Kerdan RF Yazıçılar birliyinin
həmsədri, Ural Yazıçılar
Assosiasiyasının koordinatorudur.
A.Kerdan "Uzaqlaşdırılmış
sahil" romanında dekabrist hərəkatına
tamam başqa bir bucaqdan yanaşaraq
yazır ki, ruslara konstitutsiya, parlament yox, işgüzar hökmdar lazımdır. A.Kerdan şeirlərində də "çayın axarına qarşı"
üzməkdən çəkinmir.
Yeri gəlmişkən, Məmməd Oruc (Knyaz Qoçaqla birlikdə) 2014-cü ildə daha bir görkəmli rus şairinin, Dmitri Mizqulinin "Şam" adlı şeirlər kitabını xalq yazıçısı Çingiz Abdullayevin ön sözüylə ana dilimizdə "Qanun" nəşriyyatında çap etdirmiş və bu xidmətinə görə RF-nın Beynəlxalq Yuqra ödülünə layiq görülmüşdü. Və beləliklə, demək olar ki, "Ümid mələyi" Rusiya Federasiyası ilə ədəbi əlaqələr müstəvisində növbəti addımdır. Uğurlu olsun!
Şəmsiyyə
CAMALOVA
525-ci qəzet 2018.- 4 may.- S.7.