Amerikanın xilaskar
peyğəmbəri - Abraham Linkoln
Telman ORUCOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Con Uilkis
Butun sui-qəsd cəhdi
4 mart 1865-ci ildə yeni inauqurasiya günü idi. But qış ərzində
çox və ya az qaydada özünü
bu işə həsr edən, əsasən, cənublulardan ibarət
olan bir dəstə toplanmışdı.
O,
Gettisburqda yaralanmış Peyni də qəsdçilər
sırasına daxil etmişdi. Burada digər iki
köhnə Konfederat əsgəri var idi, onlar Baltimordan idilər,
onlardan biri Butla bir məktəbdə oxumuşdu. Aktrisa Ella isə Butla sevişir, ona ərə getməyi
arzulayırdı.
Dəstənin
üzvü Devid seçkinin nəticəsi ilə Butun
çox məyus olduğunu gördü. Tiranı indi
öldürmək lazımdır ki, onun yerini satqın Conson
(Vitse-prezident Endryu Consonun özü cənublu idi) kimi nifrət
edilən bir adam tutmasın.
Onlar 13 avqustda axırıncı şansa malik
olmuşdular ki, Prezidentə məhvedici qədəhi
ötürsünlər. Bu plan Prezidenti zəhərləmək məqsədini
güdürdü, lakin qabaqcadan aşkarlandığından
baş tutmadı. Prezident bir həftə yatmamışdı,
öz həkimi Tompsondan xahiş etmişdi ki, ona yuxu dərmanı
versin. Bu, olduqca əlverişli an idi. Riçmonddakı Konfederat hökuməti Butun
arxasında dayanmışdı. Bir
anlığa Prezident qətldən təhlükəsiz oldu.
Vitse-prezident Endryu Conson Linkolndan daha çox təhlükədə
idi. Qrantın üstün
strategiyasından Konfederasiyanın başı
fırlanırdı. Artıq Cənubda vuruşa bilən
adam da qalmamışdı.
Prezidentin
18 yanvarda Ford teatrına gəlib “tamaşaya baxmaq istədiyi”
elan olunduqda qiyamçı sima olan But hərəkətə
gəldi. Teatrın arxasında qəsdçilər
üçün iki at bağlanmışdı. Butdan siqnal olan kimi onun dostu olan aktyor teatrda
bütün qaz işıqlarını söndürəcəkdi.
Bu vaxt Prezident tutulacaq, sarınacaq və səhnəyə
gətiriləcəkdi. Burada xüsusən
güclü olan Peyn onu teatrın yanında gözləyən
atlardan birinin belində qaçıracaqdı. Plan iki gün ərzində ehtiyatlı qaydada məşq
edildi. Lakin sonra 18 yanvar axşamı
Prezident teatra gəlmədi.
Con Uilkis
But və Luis Peyn Prezident parkının qurtaracağında
dayanmışdılar. But dəhşətə
gəlirdi.
-
Allahım! O, zəncilərə səs hüququ verəcəkdir.
Sonra
Peynin qulağına pıçıldadı:
- İndi gəl, onu güllə ilə vur.
Peyn
başını silkələdi:
- İndi yox, kapitan. Bu, çox risklidir.
Və o, çox uzaqdır.
Prezident
çıxışını bitirdikdə, But inauqurasiya
nitqini nəzərdə tutaraq dedi:
- Bu, onun
son çıxışı olacaqdır.
But iki teatrda işləyir, rollar oynayırdı. Onlardan biri
Ford teatrı, digəri Qreverinki idi. O deyirdi ki, mən
özüm Prezidentə və general Qranta qayğı göstərəcəyəm,
yəni onları özüm öldürəcəyəm. Elə həmin vaxt Luis Syuardı öldürəcəkdi.
Digəri isə Kolvud evi hotelində
Vitse-prezidenti öldürəcəkdi. Bir
sürətli zərbə ilə hökuməti başsız
edəcəyik. Sonra biz Şimali Karolinaya
gedəcək, orada həm də təpəlik yerlərdə
vuruşan Constonun adamları ilə birləşəcəyik.
Qrant Riçmondun şimalında düşməni əzdikcə,
Şeridan isə bu vaxt şəhərin cənubunu atəşə
tuturdu. Konfederasiya parçalanırdı. Həmin vaxt
But daha da qızışmışdı.
Qəsdçilər düşünürdülər ki, bizim
faciəvi ölkə üçün edə biləcəyimiz
bir şey, yalnız sonuncu iş ola bilərdi.
Qəsdçilərdən
biri Qay Yuli Sezarın qətli ilə nəticələnən
qəsdin təşəbbüsçülərindən biri
olan Mark Brutu nəzərdə tutaraq 4 mart günü dedi ki, mən
düşünürəm ki, o, həmin gün Kapitolidə
onu öldürmək cəhdinə hazırlaşırdı.
İndi onun özü Sezara son, 23-cü zərbəni
endirən Brutun rolunu oynamaq istəyirdi, Linkolna bıçaq zərbəsi
vurmağı arzulayırdı. O, həm də
özü ilə tapança da götürmüşdü. Axı Sezar b.e.ə. 44-cü ilin mart idilərində,
həmin ayın 15-də qətlə yetirilmişdi. Linkolna qəsd də baş tutsaydı, həmin aya təsadüf
edəcəkdi.
Saat 10-da yağış yağmaqda davam edirdi. Tədbirin
marşalı düşündü ki, Prezident
özünü kütləyə göstərməyəcəkdir,
onu Kapitolinin içərisində qarşılayacaq, bu vaxt
Vitse-prezident də içəridə and içəcəkdir.
But Senatın qalereyasında oturmuşdu. Ondan
aşağıda Vitse-prezident, Tennessinin qubernatoru Endryu Conson
tam sərxoş vəziyyətdə dayanmışdı.
Ona yaxınlaşan Senat katibinə dedi ki, heç bir ştat
Birlikdən çıxa bilməz. Conson Bibliyanı əlində
tutub bərk səslə dedi:
- Mən Birləşmiş Ştatlara məxsus millətim
qarşısında bu kitabı öpürəm.
But özünə
yer tapa bilmirdi, o, kütlənin içərisində
dayanmışdı, sol tərəfdəki cibində olan
tapançanı əli ilə tutmuşdu.
Linkoln çıxış etməyə qalxanda, o, əslində,
yayınılması mümkün olmayan bir hədəf idi. Lakin qəflətən
çıxan günəşdən But başqa hər bir adam kimi özünü itirmişdi. Prezident
çıxışına başladı:
- Həmvətənli
sirdaşlarım!
Çıxış qısa idi. Nəhayət,
çıxışında bir yer tapıb dedi:
- Və
müharibə gəldi.
Meri, oğlu Robert də yanında olmaqla, Kapitolinin
tribunasında oturmuşdu. Onun kentukkili atası həmişə
deyirdi ki, hər iki adam eyni Bibliyanı
oxuyur və eyni Allaha dua edir və hər kəs digərinə
qarşı öz məqsədini güdür. Prezident
isə daim Şimalı və Cənubu birləşdirməyə
çalışır. Atası sözünə davam edərək:
“Bu da qəribədir ki, istənilən sayda adam
Allahdan kömək xahiş etməyə cəsarət
göstərir ki, başqasının üzündəki tər
hesabına öz çörəyini qazansın”. Bu vaxt Meri ağlamağa başlamışdı.
“Hər iki dua edən cavab ala bilməcəyəkdir.
Qüdrətli Allah öz niyyətinə
malikdir”. Atası qızına bu sözlərlə
müdriklik dərsi vermişdi.
Bütün baş barmağı indi tapançanın tətiyi
üstündə idi. Həqiqətən də, öldürmək
və ölmək üçün bunun kimi yer, həmçinin,
bunun kimi bir vaxt lazımdır.
Linkolnun
inauqurasiyası və ikinci müddətin başlanması
Prezident
çıxışının sonunda dedi:
-
Heç kəsə qarşı qəzəb nümayiş
etdirmədən hamı üçün mərhəmət
göstərilməklə, hüququn möhkəmliyi ilə,
necə ki Allah bizə haqqı görməyi vermişdir, gəlin
biz içərisində olduğumuz müharibənin başa
çatması uğrunda mübarizə aparaq,
döyüşdə həlak olan hər kəsə, onun dul
arvadına və yetim uşağına qayğı göstərək,
- hər şeyi edək ki, qazanılan və bizim bütün
millətin arasında davam edəcək sülhün qədrini
bilək!
Gurultulu alqış eşidildi. But cibindəki
tapançanı, yaxşı görünən bu hədəfə
tuşlamışdı və tətiyi basdı, lakin atəş
açılmadı.
Sonra
Linkoln Ali Hakim Çeyzin qarşısında göylərdə
yazılmış andı içdi:
- Mən
təntənəli qaydada and içirəm ki, Birləşmiş
Ştatların Prezidenti vəzifəsini sədaqətlə
icra edəcəyəm və bütün bacarığımla
onu (yəni Birləşmiş Ştatları-müəllif)
qoruyub saxlayacaq, mühafizə və müdafiə edəcəyəm.
Top 21 yaylım atəşi açdı. But cibindən
çıxardığı tapançanı yoxladı.
O, təhlükəsizliyi sərbəstləşdirməyi
yaddan çıxarmışdı, ona görə də atəş
açılmamışdı.
Artıq Birlik qoşunları bütün istiqamətlərdə
Riçmonda - Konfederatın paytaxtına doğru hərəkət
edirdi. Şeridanın gəlib çıxması şəhərin
tutulması demək idi. Müharibə
Şimal üçün xüsusi əhəmiyyət kəsb
edirdi. Lakin Şimal ordusu əvvəllər
daim məğlub olurdu. Qrant deyirdi ki, əgər
Şeridan bizə qoşulsa, ölkə deyəcəkdir ki,
Şərq müharibələrə başladı, Qərb
onları başa çatdırmışdır.
Prezident admiral Porterlə faytonda Pitersburqa gedirdi. Linkoln deyirdi:
- Bu, indi
başa çatmışdır, birdəfəlik və hər
şey üçün. Pitersqburq dəmir yolu
stansiyasında kapitan Robert Linkoln “Pitersburqa xoş gəlmişsiniz,
ser” deyə öz atasını salamladı.
Qrant isə onları, özünə qərargah kimi
saxladığı evin yanında qarşıladı. Linkolnun əlini
sıxdı. O dedi:
- Mister
Prezident, bu gün saat 15-də general Ueytsel Riçmondun təslim
olmasını qəbul etmişdir. Dünən
gecə mister Devis və onun belə adlanan hökuməti
Denvillə köçmüşdür. General
Li indi Cənuba qaçmağa cəhd edir, lakin biz ona imkan
verməyəcəyik. Nəhayət, biz
onu axtardığımız yerdə götürəcəyik.
Linkoln
dedi ki, mən bu xəbəri teleqrafla millətə
çatdıracağam.
14 mart 1965-ci ildə Linkoln arvadı və kiçik
oğlu Tedlə birlikdə göyərtəsində olduqlari
“River Queen” gəmisi Siti Poyntdan (Məntəqə şəhəri)
kənarda lövbər saldı. Linkolnu general Qrant
salona apardı. Generalın arvadı Culiya
missis Linkolna “Siti Poynta xoş gəlmişsiniz”deyib, onu
salamladı. Bu, heç də Meriyə
xoş gəlmədi, elə bil ki, Siti Poynt və ordu onunku
imiş. Sonra onlar tək qalanda Culiyanın
divanda oturması da onu narazı saldı. Axı
heç kəs Birinci Ledinin icarəsi olmadan otura bilməzdi.
Müharibənin gedişi barədə söhbət gedəndə,
Meri, əri üçün sülh
danışıqlarının çətin
olacağını deyəndə, missis Qrant bildirdi ki, indi
heç bir sülh danışığı ola bilməz. Və əlavə etdi ki, mənim ərim
Riçmondu götürməyənə qədər
müharibə başa çatmayacaqdır.
Aprelin 2-də general Qrant Pitersburqu işğal etdi. Li geri,
Liçmonda qaçdı.
Sonrası günü “Milvern” flaqman gəmisində o,
admiral Porterlə birlikdə Riçmond limanına gəldi. Linkoln baş küçəni
gəzəndə xarabalıqları gördü və şəhərə
özlərinin çox ziyan vurduqlarını dedi. Sonra əlavə etdi ki, Birlik elə bərpa ediləcəkdir
ki, heç kəs onda bütün böyük
narahatlıqların ən kiçik
çapığını da görməyəcəkdir.
Süvari komandiri raport verdi: “Bu,
Konfederatın İcraiyyə binasıdır, mister Prezident. O,
indi sizindir”. Linkoln atdan düşüb Cefferson
Devisin evinə girdi. Linkolna həmin gündəki fəaliyyət barədə
məruzə edildi. Prezidentə su,
generallara və admirala isə viski gətirdilər. Onlar qələbə şərəfinə
sağlıq dedilər.
9 apreldə
saat 16.30-da general Qrantdan raport gəldi: “General Li
özünün Şimali Virciniya ordusu ilə mənim irəli
sürdüyüm şərtlər əsasında təslim
oldu”. Linkoln dedi: “Bizim işimiz başa çatdı”.
Appamattoksun məhkəmə binasında Konfederat
qoşunları özlərinin təslim olması barədə
aktı imzaladı. Dörd il davam edən müharibə,
ölkənin aqoniyası başa çatdı. Şimal qələbə çalmış, Cənub
bütünlüklə məğlub olmuşdu. Birlik bərpa olunacaqdı və ölkəni indi
yenidənqurmanın o qədər də asan olmayan problemləri
gözləyirdi. Lakin qələbə
sevincini Prezident Linkoln başda olmaqla bütün
şimallılar yaşayırdılar, Cənub isə qatı
matəm içərisində idi.
Başa
çatan Amerika Vətəndaş müharibəsi qeyri-adi
qanlı mübarizə olmaqla XX əsrdə baş verəcək
total müharibələrin müjdəsi idi. 600
mindən artıq əsgər həlak olmuşdu.
Dörd il müddətində
Şimalın Birlik ştatları özlərinin fövqəl
qüvvələrini səfərbərliyə almış və
tədricən Cənubun Konfederat qüvvələrini
darmadağın etmişdilər. Birliyi xilas etmək
üçün başlayan müharibə bir qədər
sonra həm də quldarlığa qarşı müharibəyə
çevrilmişdi.
Linkolnun təşviş
doğuran yuxusu
Abraham Linkoln bu vaxt yatırdı və ölüm
yuxusunu görürdü. Qəflətən o,
qeyri-təbii qaydada yuxudan oyandı, gözlərini
qaranlığa saçdı.
Bir
müddət bilmək istədi ki, görən, o, ölü ola və qəbirdə uzana bilərdimi. Sonra o, Merinin otağına keçdi, lakin arvadı orada
yox idi. Dəhliz də boş idi. Linkoln əsgərlərin birinin yanından
keçdi, onlar otağa girişi mühafizə etmək
üçün durmuşdular. O soruşdu:
- Ağ Evdə kim ölmüşdür?
Əsgər
dedi:
-
Prezident.
Bu adam ona elə baxırdı ki, elə bil ki, o,
görünən adam deyildir:
- O, qatil
tərəfindən öldürüldü.
Sonra katafalkanın yanında olan qadın qəflətən qışqırdı. Linkoln öz çarpayısında yuxudan oyandı. Onun sifətini tər basmışdı. O bilmək istədi ki, görən, bu, nə deməkdir? Bu, mən idimmi, yoxsa başqası idi? Yuxular gələcəyin əksinə olurmu və ya yeni qaydada baş verir? O, uzun müddət qaranlıqda uzanıb, təəccüblənməyini davam etdirdi.
(Ardı var)
525-ci qəzet 2018.-
5 may .- S.22.