Tahir Rza
Şah əsər...
Azadlığı
məlhəm edib yarama qoydum,
Qüvvət
verdi arzularım qoluma mənim.
Bu sevgidən
nə yoruldum, nə də ki, doydum,
Müstəqillik nur ələdi yoluma mənim.
Gülümsədi
qoca tarix, sevindi vətən,
İnsanların istəkləri kamına çatdı.
Milyonların
sevinc dolu ürəklərindən
Qopan inam bir möhtəşəm dünya yaratdı.
Azərbaycan
çalxalandı bir ümman kimi,
Haqqı haqqın dərgahına yetirdi zaman.
Azərbaycan
yenilməyən qəhrəman kimi
Keçdi əsrin təlatümlü
sınaqlarından.
Silkələdi
bütün Şərqi, Qərbə gəl dedi,
Söylədi ki, zalım dünya qüdrətimə
bax.
Azərbaycan
xeyrə xeyir, şərə şər dedi,
Tutdu haqqın əllərini hamıdan qabaq.
Şəhid
qanı göyərsə də, hər qarışında,
Yad önündə yasa batıb əyilə bilməz.
Çətin
gündə qılıncını saxlamaz qında
Azərbaycan bir günəşdir, ləkə
götürməz.
Azərbaycan
xoş gələcək, işıqlı səhər,
Ulu xalqın iftixarı, şöhrəti şanı.
Azərbaycan
haqq yolunda dayanan əsgər,
Ədalətə haraylayır bütün
dünyanı.
Sinəsində
qövr eləyən yaralar ki var,
Torpağımın, millətimin dərdi-səridir.
Azərbaycan
xəzan görməz əbədi bahar,
Azərbaycan qoca Şərqin şah əsəridir.
Dərd yetim qalar
Dərd-kədər
sinəmdə düzüm-düzümdür,
Hicransız
bir ömrün günü ağ olmaz.
Dərdin
həyatımdır, canım gözümdür,
Onsuz insan kimi yaşamaq olmaz.
Həsrətim
ələnib Araz boyunca,
Həkəri
od alır ürək dağımdan.
İsa
bulağımdan içib doyunca,
Keçir
Zəngəzurdan, Qarabağımdan.
Dünya
yüz sifətdə, zaman min donda,
Ey insan, halımı soruşma məndən.
Yetim
körpələrin baxışlarında,
Dərdimin əksini görə bilərsən.
Dünyanın dərdləri birmi, ikimi?
Dərddən dörd yanıma qala hörmüşəm.
Müdrik
insanları qəhrəman kimi,
Dərdi çəkə-çəkə gülən
görmüşəm.
İnsani
dərd-kədər alçaltmaz heç vaxt,
Saxta toy-büsatlar ahdır - amandır.
Vüsal
var taleyə bir quru yamaq,
Sevinc var min dərddən dərdi yamandır.
Hər dərdə-əzaba
dözər ər kimi,
Əhdən-sədaqətdən mərd yetim qalar.
Yandırıb
yaxmayın dərdli qəlbimi,
Əgər mən olmasam, dərd yetim qalar.
Yazıqdır...
Dərd
var dərd gətirir, yandırır yaxır,
Dərddə var gəlişi toydur, vüsaldır.
Dərd
var ki, insana nifrətlə baxır,
Dərd də
var əzabı şəkərdir, baldır!
Vətənindərdini
çəkənlər bilər,
Sən dərdin əlacın tanrıdan istə.
Dərd
var doğulmamış bətndə ölər,
Dərd
var pöhrələnər sinəmiz üstə!
Dərdin
heykəlini ucaldan olsa,
Baş əyib önündə səcdə edərəm.
Vüsalım,
sevincim dərddən doğulsa,
Ən çətin yolları keçib gedərəm.
Hər kəsin
dünyaya öz baxışı var,
Dərdi duymayanın dərdi çox çətin.
Öz dərdin
qəlbində yaşatmayanlar,
Acımaz dərdinə bəşəriyyətin.
Dərdi
çəkilməyən cahan yazıqdır,
Dərd-səri
olmayan bir cana lənət.
Qayğısız
yaşayan insan yazıqdır,
Dərdimi
duymayan dövrana lənət!
Dəyməz...
Kimə qısqanırsan məni, dinsənə?
Demirsən ünvanın, çəkmirsən adın.
Qəlbimdən
keçəni açıram sənə
Ürəkdən sevməzdin qısqanmasaydın.
Sevilən
dərd çəkər, sevən qısqanar
Bizim də
andımız safdır, qətidir
Müdrük
ataların bir məsəli var
Qısqanclıq istəyin əlamətidir.
Məni
qısqanırsan, qısqan, əzizim,
Duyğunu ömrümə məlhəm sanıram.
Məni
qısqandıqca inan əzizim,
Sevincdən, fərəhdən qanadlanıram.
Məni
haram vara-dövlətə qısqan,
Eşqə, məhəbbətə qısqanma heç
vaxt.
Saxta nəvazişə,
hörmətə qısqan
Əhdə-sədaqətə, qısqanma heç vaxt.
Qısqan
nadanlara, əl kəsənlərə,
Şərəfli şöhrətə, ada qısqanma.
Qısqan
zalımlara, yol kəsənlərə,
Ləyaqəti
varsa, yada qısqanma
Mənasız
bir ömür kədər, qəm, hicran,
Vəfalı bir yarın nazına qısqan.
Saxta məhəbbətli
min gözəl inan
Sənin ayağının tozuna dəyməz.
Aşıq
Şəmşirə
Əvvəllər
gülərdi qız-gəlin mənə
İndi də qocalmış qarılar gülür.
Aşıq Şəmşir
Ustad, bu
dünyanı dərk eyləyənlər,
Zamanı qınamaz, dövrana gülməz.
İnsanlıq
adını uca bilənlər,
Kəndçiyə
lağ edib, çobana gülməz.
Dünən
uşaq olan bir gün qocalar,
İnsanlıq əməllə, işlə ucalar.
Hər kəs
böyüyündən öyüd, dərs alar,
Qocaya sataşmaz, cavana gülməz.
Həyatın
mənasın dadıb duyanlar,
Vətən,
xalq yolunda canın qoyanlar,
Özünü
mükəmməl insan sayanlar,
Kasıba, çörəyi yavana gülməz.
Tanrı
qismətini halal buyuran,
Yaxşını
yamandan seçib, ayıran,
Aca
çörək verib, qarın doyuran,
Ehtiyac sıxana, qovana gülməz.
Tahirin həmdəmi
sözdür, sənətdir,
Ustadın ruhuna qayğı, hörmətdir.
Hər
sözün danılmaz böyük hikmətdir,
İnsan olan, vallah, insana gülməz.
Yazacağam Allaha
Bir ariflə
qabaq-qarşı oturdum,
Hiss etdim
ki, dərd çəkməkdən xəstədir.
Bir
nadandan əhvalını soruşdum,
Gülüb
dedi: “Kədər nədir, qəm nədir”.
Arif dərdi
cəm etmisdi içinə,
Düşünmürdü ömrün dərdsiz, kədərsiz.
Nadan dərdi
heç olmurdu vecinə,
Yaşayırdı qəm-kədərdən xəbərsiz.
İki
insan dayanmışdı yan-yana,
Biri dərddən bədirlənmiş günəş,
ay.
Biri isə
bənzəyirdi heyvana,
Nura qənim,
yemə qardaş, pula tay.
Aqil,
nadan, bir yaşayır hər günü,
Sözüm yoxdur, nə söyləyim mən daha.
Yaratdığı
insanların səhvini,
Bundan sonra yazacağam Allaha.
Yaxın gəl...
Yaxın
gəl, dost olaq, qurbanın olum,
Mən dərd alıb, sevinc, vüsal satanam.
Halını
soruşum, mehmanın olum,
Bil, dərdi
dövlətdən üstün tutanam!
Haqq gəzmirəm
göyün yeddi qatında,
O, yer
alıb ürəyimin çatında.
Dərdi
olsa çiçəyin də, otun da,
Qaçıb
dərhal köməyinə çatanam!
Ac olsam
da, sındırmadım özümü,
Çəkdim haram var-dövlətdən
gözümü.
Çətin anda haqqa tutdum üzümü.
İstəmədim
xalq içində utanam!
Dar ayaqda
sınamışam çoxunu,
Sevməmişəm xəyal adlı yuxunu.
Ürəyimə
dəyən nifrət oxunu,
Qapıb
yağı düşmənimə atanam!
Tahir deyər
dosta, elə qıymadım,
Çox dərd çəkdim, yenə dərddən
doymadım.
Qola girib,
mala-pula uymadım,
Yaradanın
kölgəsində yatanam!
Yox...
Dünya,
məni gəl sirdaş bil özünə,
Mal-pulunda, dövlətində gözüm yox.
Haqqa əyil,
baxma nadan sözünə,
Saxta adda, şöhrətində gözüm yox.
Paltar kimi
hər əyinə geyilən,
Ünvanına haram, müftə deyilən.
Onun-bunun
hesabına yeyilən,
Nemətində, sərvətində gözüm yox.
Bir insan tək
düşün məni,
duy məni,
Haqq evinə keşikçəkən qoy məni.
Çətin
gündə arxa, kömək say məni,
Təmənnalı hörmətində gözüm yox.
Qədir
bilən hər insanın gözəldir,
Toy-düyünün, dərd-hicranın gözəldir.
Dünya,
sənin hər bir anın gözəldir,
O,
dünyanın cənnətində gözüm yox.
Üzündən...
Həqiqətlər
çox çiyinə yük olub,
Haqq incəlib sapdan nazik tük olub.
Qaya donub
bir andaca dik olub,
Böhtanların, yalanların üzündən.
Ədaləti
boğazından asılıb,
Sədaqətin bağrına köz basılıb.
Aqillərin
sözü küncə qısılıb,
Qanmazların, nadanların üzündən.
Bəxtlər
kimi çox ümidlər qaralıb,
Saf ömürlər xəzan vurub, saralıb.
İgidlərin
meydanları daralıb,
Rüşvət verib alanların üzündən.
Fikir
vermir dəlisinə, səyinə,
Gedir oğru-əyrilərin küyünə.
Bu
dünyanın işi düşüb düyünə,
Haqqa qənim insanların üzündən.
Açılmır...
Xəzan
viran qoyub göy yamacları,
Çiçəyim çırtlamır, gülüm
açılmır.
Həsrətli
ellərə, dağlara sarı,
Ayağım yerimir, əlim açılmır.
Qayalar xəcalət
çəkir, elə bil,
Bulaqlar göz yaşı tökür elə bil.
Qartallar
könülsüz ötür elə bil,
Zəfər müjdəsilə ilim açılmır.
Saz
çalıb tanrının toru, bülbülü,
Axtarır nə vaxtdır, yarı bülbülü.
Ovuda bilmirəm Xarı bülbülü.
Təsəlli verməyə dilim açılmır.
Tahirəm,
deməyin təklənmişəm mən,
Nifrətlə, qəzəblə yüklənmişəm
mən.
Qələbə
eşqiylə köklənmişəm mən,
Odum içimdədir, külüm açılmır.
Yaşadım
Qoca
dünya mən səninlə dərdi yox,
Sevincimi bölə-bölə yaşadım.
Qanmaz kəslər
ürəyimə vurdu ox,
Göz yaşımı silə-silə yaşadım.
Dad etsəm
də, nadanların əlindən,
Xoş söz duydum ariflərin dilindən.
Çəkinmədim
qanmazların felindən,
Öz ömrümü gülə-gülə
yaşadım.
Haqq-ədalət
oldu andım, xislətim,
İnsanları insanlığa səslədim.
Ürəyimdə
bir məhəbbət bəslədim,
Dərd-sərini bilə-bilə yaşadım.
Tahir
yalan, xəyanətlə barışmaz,
Bəd hisslərə meyl salmaz, qarışmaz.
O bilir ki,
səndən mənə kar aşmaz,
Ancaq deməz ölə-ölə yaşadım.
Qalıb...
Dünya
işindədir, halıma yanmır,
Əlacım dərdimi yazana qalıb.
Yetim
görkəminə baxıb utanmır,
Ümüd bu gedişi yozana qalıb.
Düşməyin böhtana, şərə yaxın siz,
Haqqın əllərini möhkəm sıxın siz.
İnsanın nicatı işə baxın siz,
Ayağının altın qazana qalıb.
Nadanlar meydanda at oynatdılar,
Halal süfrələrə haram qatdılar.
Dünyanı beş manat pula satdılar,
Əzabı şairə, ozana qalıb.
Tahir ədalətə başını əyir,
Qəlbində sağalmaz bir dərd bəsləyir.
Köməyə Tanrını, haqqı səsləyir,
Əlləri Şuşaya uzana qalıb.
Mənim...
Gözümün yaşını yoluna səpdim,
Dərd bitdi, qəm düşdü payıma mənim.
Sənsiz günlərimin üzündən öpdüm,
Xatirən yetişdi hayıma mənim.
Gecəm gündüz oldu, günüm qaraldı,
Günəşin rəngi də mən tək saraldı.
Anamın xonçası boxçada qaldı,
Tanrı qol qoymadı toyuma mənim.
Bir dəli
sevdaya məni qul etdi,
Sinəmdən həsrətə, qəmə yol etdi.
Sevincə
qısqandı, dərdi bol etdi,
Baxmadı yaşıma boyuma mənim.
Tahirəm
sirrimi qəsdən yazıram,
Vəfasız gözəldən dostdan yazıram.
Nə
vaxtdır kədərli dastan yazıram,
Gün doğmur, ilimə, ayıma mənim.
525-ci qəzet 2018.- 5 may .- S.23.