Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında ziyalıların rolu

 

Əbdülhəmid AVŞAR

 

Türkiyə-Azərbaycan arasındakı mədəni əlaqələrin başlanğıcı “Rusiya türkləri” arasında beynəlxalq oyanış və ardınca yaranan millətçilik düşüncəsiylə başlayıb.

 

Bir mənada panslavist anlayışa qarşı bir etiraz olaraq meydana gələn və Rusiya türkləri arasındakı modernləşmə cəhdləriylə paralellik təşkil edən bu vəziyyət Rusiyanın tabeliyindəki digər türklərdə olduğu kimi, azərbaycanlılar arasında da Türkiyəyə yaxınlıq duyğusunu artırmışdı. Bu müddətdə eynilə siyasi əlaqələrin inkişafında olduğu kimi mətbuat önəmli bir rol almışdı. Mədəni əlaqələrin inkişafındakı başqa bir təkan da azərbaycanlı ziyalıların Türkiyəyə gəlmələri və düşüncə axınlarına qoşulmalarıdır.

 

Bu dövrdə Azərbaycan-Türkiyə mədəni əlaqələrində rol oynayan ən sanballı ziyalıların önündə Əli bəy Hüseynzadə gəlirdi. Onun Azərbaycanda nəşr etməyə başladığı “Füyuzat” jurnalı səhifələrində “türk xalqlarından, onların tarixindən, ədəbiyyatından, mədəniyyətindən böyük iftixar hissi ilə söz açar, dərin bir məhəbbət oyandırmağa çalışırdı”. Jurnalın bir digər əhəmiyyətli təsiri də Türkiyə türkcəsinin Azərbaycan mətbuatında yayılmasındakı roludur. Jurnal bütün türklərin ümumi bir ədəbi dildən istifadəsini müdafiə edirdibu, “bir qədər dəyişdirilmiş” Osmanlı türkcəsi idi.

 

Əslində, ortaq dil problemi dövrün azərbaycanlı ziyalıları arasında ən çox müzakirə olunan məsələlərdən biridir. O dövrdə “Həyat” qəzetində yazılar yazan Həsən bəy Zərdabi, “İttihadi-lisan (Dil birliyi)” məqaləsində “Rusiyada yaşayan bütün müsəlmanların türk olduğunu ifadə edərək “Bizim əsl dilimiz türk dilidirdeyirdi. Zərdabinin sözlərinə görə, zamanla hər kəsin oxumaq-yazmaq dili olmasına görə, vaxt itirmədən “ittihadi-lisan” vasitəsilə “ümumi dil yaradıb”, bu dildə yazıb-oxumaq lazım idi. Lakin Zərdabi ümumi dilin formalaşmasına bir proses olaraq baxırdı. Ortaq dil məsələsi zaman keçdikcə, hər bir Türk cəmiyyətinin öz ləhcəsini uyğun bir məxrəcə gətirməsi yolu ilə həyata keçə bilərdi.

 

Əli bəy Hüseynzadə “Füyüzat”ın 9-cu sayında yayımladığı “Türk dilinin vəzifəyi-mədəniyyəti” adlı məqaləsində “Biz öz müxtəlif şivə və ləhcələrimizi islah və təvhid (birləşdirmə) ilə özümüzə məxsus mədəni və ədəbi bir ümumtürk dili vücuda gətirə biliriz” - deyirdi.

 

Azərbaycanda müzakirə edilən ümumi dil problemi 16-20 avqust 1906-cı il tarixləri arasında Rusiyanın Nijni-Novqorod şəhərində toplananRusiya müsəlmanlarının üçüncü qurultayı”nın da gündəminə gətirilmişdi. Konqresin sonunda, ibtidai təhsilin “ana” dildə, yəni hər bir bölgənin öz ləhcəsində verilməsi, orta təhsildə isə “türk ədəbi dili”ndən, yəni Qaspiralının “Tərcüman” qəzetində işlətdiyi ortaq dildən istifadə olunması qərara alınmışdı.

 

Türklər arasında ortaq dil fikri Osmanlı Dövlətində 19-cu əsrin sonlarında müzakirə edilməyə başlandı. Məsələn, Şəmsəddin SamiLisani-türki” adlı məqaləsində ümumi bir dil yaratmağın faydalarından bəhs edirdi: “Bu, iki yöndə faydalıdır: ədəbi və siyasi. Ədəbiyyat baxımından türk dili daha genişdaha zəngin bir dil olacaq. Siyasi baxımdan 8-10 milyondan çox olmayan Qərb türklərinə və bundan az olmayan Orta AsiyaRusiyadan türklərə yayılacaq. Hamısı bir millət kimibir dil” ilə danışacaq və türk milləti 20 milyon əhalisi olan böyük bir millət olacaq”.

 

Bu səbəbdən, Osmanlı Dövləti və Rusiya türkləri arasında yayılan ortaq dil anlayışı, ictimaiyyətin marağının digər ərazilərdə yaşananlara daha çox çəkilməsini təmin etmiş, problemlərin bilinməsini asanlaşdırmışdı. Bu vəziyyət həm coğrafi yaxınlıq, həmortaq dil anlayışının daha tez yayılma zəmininə sahib olmasına görə Türkiyə və Azərbaycan ictimaiyyəti üzərində daha güclü təsir buraxmışdır. Türkiyə-Azərbaycan əlaqələrində ictimai rəy yaratmaq baxımından bu iki qardaş ölkədə ortaq dil müzakirələri xüsusən əhəmiyyətlidir. Çünki dil insanların duyğu və düşüncələrini ifadə etməsini təmin edən əsas ünsiyyət vasitəsidir. Dillər arasındakı fərqliliklər itdiyiinsanlar birbaşa bir-birlərini anlamağa başladıqları halda qarşılıqlı təsirlənmə daha güclü olacaq, eyni zamanda, bənzərlik güclənəcək. Dil, mədəniyyət və ideologiya kimi dəyərlərin də ən əhəmiyyətli ötürülmə vasitəsidir. Bu gün Türkiyə ilə Azərbaycan ictimaiyyətinin ortaq rəyinin formalaşmasında və iki ölkə arasındakı əlaqələrin digər türkdilli respublikalardan daha yaxın olmasında bu iki ölkə dilinin bir-birinə digərlərindən daha çox bənzərliyinin də əhəmiyyətli rolu olduğu aydındır.

 

Bu dövrdə mədəni əlaqələr baxımından üzərində dayanılmalı olan bir digər əhəmiyyətli mövzu da azərbaycanlı ziyalıların Türkiyənin düşüncə həyatında oynadıqları roldur. Rusiyanın müxtəlif bölgələrindən, həmçinin, Azərbaycandan Türkiyəyə gələn ziyalılar “ortaq din, dil və mədəniyyət” fikrinin yerləşməsində təsirli rol oynamışlar.

 

Əvvəlcə onu demək lazımdır ki, bu azərbaycanlı ziyalılar rus türkləri arasında mədəni oyanışın qabaqcılları arasındadırlar. Bu mənada Rusiya türklərinə əhəmiyyətli təsir göstərmişlər. Bu təsir ilk mərhələdə tarixi anlayış kimi ortaya çıxmış və onlar tərəfindən dilə gətirilən tarix boyunca Türk sivilizasiyasının eyni bir mədəniyyət olduğu fikriböyük ehtirasla müdafiə etdikləri türklərin qardaşlığı düşüncəsi geniş əks-səda yaratmışdı. Həmin kontekstdə Bernard Luisin sözügedən dövrdə türk düşüncəsinə təsir göstərən Rusiya türkləri ilə bağlı bu təyinatı önəmlidir:

 

Rusiyadan olan bu mühacirlərin bir çoxu yüksək standartlarda təhsil almışdı: bəziləri rus liseyləri və universitetlərini bitirmişdilər. Rus türkologiyasının ən mühüm nailiyyətlərinə bələd idilər; panslavizm hərəkatı və mistisizmlə qarşı-qarşıya qalmış və ona qarşı çıxmışdılar; Rusiya intelligensiyasında hakim olan xalqçı və inqilabçı meyillərdən təsirlənmişdilər. Eyni zamanda, onlar Osmanlı imperiyasının bəzi dairələrində mövcud olan yeni siyasisosial ideyalarla tanış idilər”.

 

Bu ziyalılardan ikisi - Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu xüsusilə qeyd olunmalıdır.

 

Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun sonrakı dövrlərdə Türkiyəyə gələn digər azərbaycanlı ziyalılardan - məsələn, Məhəmməd Əmin Rəsulzadədən əhəmiyyətli fərqləri vardır. Onlar Azərbaycan icmasının meydana gəlməsində qabaqcıl rol oynadıqları kimi, Türkiyə siyasət, düşüncə və mədəni həyatına da böyük töhfə vermişlər və Xarici Türklər icmasının yaradılması və gücləndirilməsində qabaqcıl olmuşlar. Bu iki ziyalının bir başqa vacib xüsusiyyəti də həm Azərbaycan, həm də Türkiyə siyasi və mədəni həyatında mühüm vəzifələr tutmalarıdır. Onları fərqli edən bir başqa xüsusiyyət də hadisələrə Türkiyə baxımından yanaşmaları və bu cür dəyərləndirmələridir. Odur ki, bu iki parlaq sima haqqında ayrıca söz açmağa ehtiyac var.

 

Əli bəy Hüseynzadə

 

Hüseynzadə Əli Turanın (Əli bəy Hüseynzadə. 1864-1940)  Türkiyəyə marağı hələ uşaqlıq illərində başlayıb. Bu maraq xüsusən Peterburqda təhsil aldığı illərdə daha da çoxalıb. Bunun səbəbləri araşdırılanda fikir formalaşmasına təsir göstərən psixolojisosial faktorların əsas qrupundakı bütün elementlərin rol oynadığı görünür. Çar Rusiyasının müxtəlif Türk bölgələrindən gələn yoldaşlarıyla Türkiyə haqqında etdiyi söhbətlər, bir gürcü yoldaşının türkcənin dünyanın ən gözəl dili olduğunu söyləməsi, dərsdə Osmanlı türklərində vətən duyğusunun güclü olduğunun izah edilməsi və oraya rus dili öyrənmək üçün İstanbuldan gələn Əhməd Sedat bəylə tanış olması kimi fərqli faktorlar onun Türkiyəyə olan marağını artırmışdır. Babası Şeyx Əhmədlə onun yaxın dostu Mirzə Fətəli Axundov da ona hələ gənc yaşlarında “Türkcəyə, türkçülüyə və Türkiyəyə söykənmək lazım olduğu” haqqında nəsihətlər vermişlər. Bu duyğuları, deyildiyi kimi, Peterburq Universitetindəki məktəb və yoldaş mühiti içində daha da güclənərək Əli bəy Hüseynzadədə Türkiyənin bütün türklərin  vətəni olduğu düşüncəsinin meydana gəlməsinə gətirib çıxarmışdır. Nəticədə 1889-cu ildə universiteti bitirdikdən sonra gizlincə Rusiyanı tərk etdiona verilmiş yüksək maaşlı təkliflərindən imtina edərək İstanbula gəldi.

 

Hüseynzadə, Türkiyəyə gəldikdən bir il sonra “Məktəbi-Tibbiyəyi-Şahanə”yə yazıldı. Burada oxuduğu dövrdə tibb tələbələrinin düşüncələrində fəal rol oynadı. Onun gəlişi ilə tələbələr yalnız bəzi ensiklopedik məlumatlar kontekstində xəbərdar olduqları qərbli mütəfəkkirlər haqqındakı biliklərini artırmağı bacardılar və Qərb siyasəti düşüncəsini daha yaxından tanımağa başladılar. Bundan əlavə, həmin dövrdə Rusiyadakı tərəfdarlarının ən güclü olduğu Peterburq Universitetində müzakirə edilən “populizm” ideyası onun vasitəsilə Tibbiyyəlilər arasında yayılmışdı. Abdullah Cevdət, Hüseynzadənin şagirdlər üzərindəki nüfuzundan danışarkən onun az qala peyğəmbəranə təsirindən söz açırdı.

 

Hüseynzadə, “Məktəbi-Tibbiyə”yə yalnız Qərb düşüncəsini tanıtmaqla kifayətlənməmiş, türklərin vətənlərinin yalnız Türkiyə olmadığını, Rusiya, Çinİranda da çox sayda türk yaşadığını izah edərək, “Xarici türklər” düşüncəsinə böyük təsir göstərmişdi. Bundan başqa, o zamana qədər Osmanlı ziyalılarının hələ nabələd olduqları, İslamçılıq və Qərbçilik axınları qarşısında zəif vəziyyətdə qalanTürkçülükfikrinin güclənməsi və yayılmasında da onun ciddi rolu vardı.

 

Hüseynzadə, başlanğıcda “İttihadi-Osmani” adıyla fəaliyyətə keçən və qurucularının hamısı “Məktəbi-Tibbiyə” şagirdləri olanİttihad və Tərəqqi”nin bu ilk yaradıcıları arasında da yer almışdı. “İttihadi-Osmaninin bir tələbə birliyi halından çıxarılması üçün hərəkətə keçiləndə də bu vəzifəni boynuna götürən iki adamdan biri Əli bəy Hüseynzadə oldu.

 

Hüseynzadə, İstanbula ilk gəlişində siyasi fəaliyyətlərdə iştirak etməklə bərabər, 1897-ci il türk-yunan savaşına da qatılmışdı. Bu, necə idealist olduğunun aydın göstəricilərindən biridir. Müharibədən sonra dəri və sifilis xəstəlikləri üzrə mütəxəssis kimi işə başlamışdır. Burada həm də müəllim köməkçisi vəzifəsini boynuna götürmüş, ancaq davamlı polis təqibində olduğundan bu vəziyyətdən xilas üçün 1903-ci ildə Azərbaycana dönmək məcburiyyətində qalmışdır.

 

Əli bəy Hüseynzadə, Türkiyə-Azərbaycan əlaqələri kontekstində, hər iki ictimaiyyət üzərində təsiri olan tipik bir ictimai fəalın əsas modelidir. Türkiyədə olduğu dövrdə, Azərbaycan başda olmaqla, “Xarici Türklər” faktını əsas alan bir icma yaratmaqda müvəffəqiyyət göstərdiyi kimi, Azərbaycana qayıdışından sonra da orada Türkiyə lehinə bir icma yaratmaq üçün fəaliyyətə başlamış və bu olduqca uğurlu alınmışdı.

 

Daha əvvəl qeyd edildiyi kimi, Hüseynzadə, Azərbaycanda olduğu zaman “Həyat”, “Füyuzatkimi qəzet və jurnallar nəşr etdirmiş, burda ortaq dil olaraq İstanbul türkcəsini götürərək bu yolla Türkiyə türkcəsinin yayılması, Azərbaycanda Osmanlı Dövləti tərəfdarı bir icma yaradılmasına təsir göstərmişdi. Azərbaycan mədəniyyətinin İran və Rusiyanın təsirindən çıxması üçün güclü mübarizə aparmışdı.

 

Əli bəy Hüseynzadə 1910-cu ildə bu dəfə çar təzyiqinin artması, Türkiyədə isə qurucularından olduğuİttihad və Tərəqqi”nin iqtidara gəlməsinə görə, Baha Şakir və digər İttihadçı dostlarının da dəvəti ilə yenidən İstanbula qayıtdı. Bu ikinci gəlişində, Səməd Ağaoğlunun deyimiylə, “İttihad və Tərəqqi”nin “birinci cərgənin arxasında fikir və düşüncə aşılayan” insanlardan və “yaşadığı bütün o dövrün gizli həyat qaynaqlarından birioldu. Özü də “Xarici Türklər” və türkçülük düşüncəsinin qabaqda gələn simalarından biri olan Yusuf Akçuraya görə də Hüseynzadənin “şairanə turançılığı”, 1908-ci ildən sonra, başda Ziya Göyalp olmaqla, “digər turançıları” ortaya çıxarmışdır. Əli bəy Hüseynzadəni “dərin mədəniyyətilə “Gənc Türklər”in hörmətini qazananbiri olaraq xarakterizə edən Şərif Mardin isə onun türklər arasında bir birlik meydana gətirən və Turandan söz edən ilk ziyalı olduğunu bildirir.

 

Hüseynzadə, Türkiyəyə budəfəki gəlişində “İttihad və Tərəqqi”nin “Mərkəzi-Umumi” üzvlüyünə gətirilmişdi. “Türk Cəmiyyəti” və “Türk Yurdu” jurnalının təsisçiləri arasında yer almış və məqalələr dərc etdirmişdi. Türk Ocağı qurulduğu zaman isə orada çıxışlar etməyə və gəncliyə türkçülük haqqında fikirlərini çatdırmağa başladı. Hüseynzadənin əsas funksiyası da buradadır. Çünki kütlədən daha çox ziyalılara təsir edirdi.

 

Əli bəy Hüseynzadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Osmanlı Hökuməti tərəfindən Azərbaycana göndərilmiş və yeni respublikanın milli bir simaya sahib olması yolunda əhəmiyyətli səylər göstərmişdi. İstanbula döndükdən sonra AXC-nin İstanbul nümayəndəsinə təyin olunmuş Yusif Vəzirə Azərbaycan-Türk ədəbiyyatının tarixini yazmaq və dərc etdirməkdə köməyi oldu. Türkiyə Cümhuriyyəti  qurulduqdan sonra isə onun, keçmişdəki kimi ön planda olmasa belə, yenə də düşüncələrini yaymağa davam etdiyini görürük. Bu əsnada 26 fevral-6 mart 1926-cı il tarixləri arasında Bakıda keçirilən Birinci Türkoloji Qurultaya Türkiyə nümayəndəsi olaraq qatıldığı və qurultayın qəbul etdiyi qərarlarda təsirli rol oynadığı da məlumdur. Bu vəziyyət, onun hər nə qədər Əhməd Ağaoğlu kimi siyasət səhnəsində ön plana çıxmamış olsa da, yeni dövlətin qurucuları tərəfindən də unudulmadığını və fikirlərinə dəyər verildiyini sübut edir.

 

Əhməd bəy Ağaoğlu

 

Ağaoğlu Əhməd, o zamankı deyimlə Əhməd Ağayev (soyad qanununun qəbulundan sonra Əhməd Ağaoğlu. 1869-1939) isə, ilkorta təhsilini rus gimnaziyasında tamamladıqdan sonra, Paris Sorbonna Universitetində tarix, filologiya və siyasət üzrə təhsil alıb. 1894-cü ildə Azərbaycana qayıdıb və daha əvvəllər olduğu kimi, mətbuat vasitəsilə Azərbaycan türklərinin milli oyanışı üçün mübarizəyə başlayıb. 1905-ci il erməni terrorundan sonra bir müqavimət təşkilatı olaraq yaradılan Difai Partiyasının qurucuları arasında yer alıb və aktiv şəkildə siyasi həyata qatılıb (1906). Rus xəfiyyə orqanları tərəfindən təqib edildiyindən, İkinci Hökumətin elanından sonra, 1909-cu ildə İstanbula gəlib.

 

Ağaoğlunu bir müddət sonra türkçülük düşüncəsinin önəmli müdafiəçiləri arasında görürük. Türk Ocağının təməli onun evində qoyulmuş, “Məlumat Məcmuəsi”, “Türk Yurdukimi türkçü mətbu orqanlarında yazıları çıxmışdır. O dövr türkçülərinin “ən polemikaçı siması” olan Ağaoğlunun ziyalılarda əhəmiyyətli bir təsir oyatmışdı. Hətta o illərdə qələmə aldığı “Türk aləmi” başlıqlı uzun yazısı 1980-ci ildən sonra güclənən “Türk-İslam sintezinin köklərini xatırlatmaqdadır. 1909-cu ildə Darülfünunda rus dili müəllimliyinə, eyni ildə yeni qurulan Türk tarixi kafedrasında müəllimliyə təyin olunur.

 

Ağaoğlu Parisdə olduğu ərəfədə Əhməd Rza kimiİttihad və Tərəqqi”nin nüfuzlu şəxsləri ilə yaxından tanışlıq imkanı əldə etmişdi. Türkiyəyə gəldikdən sonra yenidən Cəmiyyətlə əlaqə qurur. 1912-ci ildə “Mərkəzi-Ümumi” üzvlüyünə yüksəlir və eyni il Afyonkarahisarda millət vəkili seçilərək Məclisi-Məbusanda yer tutur. Ağaoğluna o dövrdə türklük idealına bağlılığı və mövqeyinə görə “məmləkətdə maarif naziri olacaq bir adam” gözüylə baxılırdı.

 

1918-ci ildə siyasi məsləhətçi təyin edilərək Azərbaycana göndərilir. AXC Parlamentinin deputatlığına seçilir. “Mondros sazişi”ndən sonra türk ordusu geri çəkilərkən də Azərbaycanda qalır, İngiltərə ilə danışıqlarda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir. Paris Sülh Konfransında AXC-nin tanınması işlərinə qatılmaq üzrə gəldiyi İstanbulda ingilislər tərəfindən həbs olunaraq 1919-cu ildə Maltaya sürgün edilir.

 

Sürgün sona çatdıqdan sonra Anadoluya keçərək Milli Mübarizəyə qatılır. Ankarada Mətbuat Baş İdarəsində müdir, “Hakimiyyəti-Milliyə”nin başyazarlığı vəzifələrini icra edir, Anadolu Agentliyinin qurucusu olur. Daha sonra Qars millət vəkili olarkən Atatürkün istəyiylə Sərbəst Cümhuriyyət Firqəsinin qurucuları arasında yer alır.

 

Əhməd Ağaoğlu, xüsusilə yeni Türkiyənin qurulması zamanı əhəmiyyətli xidmətləri olmuş bir ziyalıdır. Cümhuriyyətin elanından sonra onun təcrübə və düşüncələrindən geniş ölçüdə istifadə edilmiş, Mustafa Kamal Atatürkə inqilablar mövzusunda məsləhətçi olmuşdur. Qərbləşmə yolundakı islahatların, xüsusilə də dünyəviliyə bağlı inqilabların haqlı zəmində gerçəkləşməsinə əhəmiyyətli təsir göstərmişdir.

 

Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun fəaliyyətlərindən söz açmağın əsl məqsədi Türkiyə və Azərbaycanda bugünkü ictimai şüurun necə meydana gəldiyini daha yaxşı anlada bilməkdir. Çünki bu iki ziyalının şəxsində dövrün bir çox azərbaycanlı ziyalısı, həm ö ölkəsində, həm də Türkiyədə önəmli vəzifələr icra etmiş və hər iki ölkədə ictimai fikrin yaradıcısı funksiyasını yerinə yetirmişlər. Başda bu iki ziyalı olmaqla, azərbaycanlıların Türkiyədəki fəaliyyətləri türkçülük düşüncəsində yeni bir anlayışın da cücərməsinə şərait yaradıb. “Digər türk birlikləri içində Osmanlı türklərinə ən yaxın olanlar azərbaycanlılardır” formasında ifadə edilən və kobudcaOğuzçuluqolaraq təyin edilən bu anlayışla, Azərbaycan Türkiyə ictimaiyyətinin xüsusi bir maraq sahəsi halına gətirilmişdir. Məsələn, Ziya Göyalp Oğuz türklərini “türklər içərisində mədəni səviyyədə birləşməsi ən asan olan topluluqkimi xarakterizə edir. Ona görə Türkiyə kimi, Azərbaycan, İran və Xarəzmdə yaşayan türklərin birləşməsi “Oğuz İttihadı” türkçülükdə “yaxın məfkurə” olmalıdır.

 

Beləcə, iki ölkə arasındakı ictimai fikrin inşası zamanı yaranmış “başqa ölkələrdə yaşayan eyni xalq” anlayışının şəkilləndirilməsində yeni bir mərhələyə keçilib, bu anlayışın nəzəri təməlləri də yaradılmağa başlanıb. Bunun da indiki vaxtda məşhur bir deyimə çevrilən “Bir millət - iki dövlət” ifadəsinin tarixi köklərini qavraya bilməyimiz baxımından əhəmiyyətli olduğu aşkardır.

 

525-ci qəzet 2018.- 5 may.- S.9;12.