"Şuşanın
dağları... başı dumanlı"
ABİD TAHİRLİNİN "MƏTBUAT: MİLLƏTİN DİLİ, GÜCÜ VƏ GÜZGÜSÜ" KİTABINI OXUYARKƏN
Azərbaycan və Türkiyə
tarixində parlaq iz qoymuş görkəmli ictimai-siyasi
xadim, istiqlal mücahidi, yazıçı
- publisist Əhməd
bəy Ağaoğlunun
ruhu şad olsun! Dörd dəfə ermənilər
tərəfindən edama
məhkum olunan və ermənilər üzündən Malta zindanlarında
ilyarım inləyən
bu azadlıq mücahidinin özünün
yazdığı kimi:
"Bütün cihana
qarşı alnım açıqdır".
Əhməd bəy Ağaoğlu Qafqaz İslam Ordusunun müşaviri, bütün türk-islam dünyasının ədəbi-mədəni
və ictimai-siyasi fikir tarixində görkəmli yer tutan diqqətəlayiq bir nüfuz sahibi idi.
Abid Tahirli haqlı olaraq qeyd edir ki,
Malta məktubları "ailədaxili
münasibətlərdən daha çox ictimai mahiyyət kəsb edir" və Əhməd bəyin bir ideoloq, "vətən aşiqi, istiqlal mücahidi kimi portretini gözlərimiz önündə canlandırmağa
xidmət edir".
"Kafkasyadan haber
alıyor musunuz? Oranın hali
nasıldır?" - əndişə və narahatçılığı
1920-ci il Malta sürgünündə
yazdığı bu məktublarında iki qardaş ölkənin Azərbaycan və Türkiyənin taleyindən
nigarançılığını ovutmaq üçün Allahdan yardım diləyir:
"Allah memleket ve
milletimizin akibetini iyi etsin. Bu acılar unutulur".
Əhməd bəy Ağaoğlu Malta məktubları vasitəsi
ilə dövrünün
arxiv sənədləri
səviyyəsində məlumatları
bizə çatdırır. Məktublarından
öyrənirik ki:
"Harp bitti. Bütün muharipler,
bütün askerler, bütün kumandanlar, bütün hükümet
adamları yerlərinə
avdet ettiler. Yalnız biz buradakı elli-altmış
türkler ki Mütarekeden birkaç ay
sonra evlerinden alınmışlardır - hala
da burada oturuyorlar. Sanki bütün cihanın bütün muharebelerine sebep bunlar imiş!"
Malta sürgünündən ailəsinə göndərdiyi
məktublarında mərd
və cəsur bir mücadilə adamının obrazı canlanır. Fiziki və mənəvi cəhətdən əsirləri
"sındırmaq" istəyənlərə
Əhməd bəy Ağaoğlunun demək olar ki, hər
məktubunda cavabı
vardır: "Eğer
maksat bizi manen yıprandırmak ise bittabi bu
maksada nail olunamaz. Zira bizim de güvendiğimiz, sığındığımız bir hak, bir
adalet-i aliye vardır. İnşaallah o adalet, o hak
bir gün yerini bulur".
Əhməd bəy Ağaoğlu əsirlikdən azad olunanlar arasında "bizim Karslılar da vardır" - yazması doğmalığa
bir işarə həm də A.Tahirlinin qeyd etdiyi kimi, "diqqət və maraq" doğurur.
Biz diqqəti A.Tahirlinin bu kitabda toplanan
yaradıcılığının çox az
bir qisminə - Əhməd bəy Ağaoğlunun Malta sürgünündən
yazdığı məktublarına
çəkmək istədik.
Ən azı bu məktublar
kifayət edir ki, Əhməd bəy Ağaoğlu haqqında bitkin bir fikir formalaşsın.
Təxminən eyni yaşda sürgün həyatı
yaşayan dahi şairimiz H. Cavid də Əhməd bəy Ağaoğlu kimi əqidələrindən
dönməyən məslək
sirdaşları olaraq
xarakterləri ilə də gələcək nəsillərə nümunə
oldular.
Filologiya
elmləri doktoru, tanınmış tədqiqatçı-publisist
Abid Tahirlinin "Mətbuat: millətin dili, gücü və güzgüsü"
kitabında toplanan məqalələrin yalnız
çox cüzi bir qisminə nəzər saldıq. Kitab həqiqətən böyuk
əmək və zəhmətin məhsuludur.
Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi
həyatında parlaq iz qoymuş istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və
təşkilatçılarından biri Ceyhun Hacıbəyli
də xalqımızın
tarixində öz yeri, öz kürsüsü
olan şəxsiyyətlərdən
biridir. C. Hacıbəyli
böyuk Hacıbəylilər
nəslinin digər qardaşları Üzeyir və Zülfüqar kimi sözsüz ki, çox möhtəşəm, çox
nadir istedad sahibi olmuşdur. Peşəkar tədqiqatçı A. Tahirli çox doğru olaraq C. Hacıbəylinin əsərlərini
"müəllifin tərcümanı"
hesab edir. C. Hacıbəyli müqəddəs
Qurana üz tutaraq müsəlmançılığı
müdafiə edir, dini problemləri "Kaspi"nin səhifələrinə
çıxarır və
din adamlarına mollalara,
ruhanilərə olan mənfi münasibətin səbəblərini də
göstərməyə çalışırdı:
"Bizdə ruhaniləri
söymək dəbdədir"
- deyirdi.
C. Hacıbəyliyə görə,
ruhanilər haqqında
mənfi rəyin yaranmasının əsas səbəblərindən biri
və başlıcası
ruhani təhsili verən ali
məktəblərin olmamasıdır.
İrana
və Türkiyəyə
dini təhsil almağa gedən adamlar yad mühüt
və tərbiyənin
təsiri ilə geri qayıdırdılar.
Bu da xalqa
necə xeyir və fayda verə
bilərdi? Haqlı və
güclü məntiqi
ilə bizi əl tutmağa, yardımlaşmağa çağıran
humanizmə yüksək
dəyər verən C.Hacıbəyli yaradıcılığında
xeyriyyəçilik mövzusu
da əhəmiyyətli
yer tutur.
Əli AĞAZADƏ
Filoloq
525-ci qəzet.- 2018.- 8 may.- S.8.