Milli Kitabxanada yeni sərgilər
Azərbaycan Milli Kitabxanasında
Əməkdar elm xadimi,
ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Mirəli Mir Ələkbər
oğlu Seyidovun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq "Mirəli Seyidov - 100" adlı kitab sərgisi açılıb.
Bir həftəlik
sərgidə ədəbiyyatşünasın
əsərləri, tərcümələri,
redaktə etdiyi və professor haqqında yazılmış kitablar,
qəzet-jurnal materialları
nümayiş olunur.
Milli Kitabxanada Qarabağın dilbər güşələrindən
biri olan Şuşa şəhərinin
ermənilər tərəfindən
işğal olunmasının
26-cı ildönümü ilə əlaqədar
"Qarabağın tacı
Şuşa" adlı
geniş sərgi açılıb. 1 həftə
davam edəcək sərgidə Azərbaycan
və xarici dillərdə Şuşa
şəhərinin tarixi,
mədəniyyəti, incəsənəti,
görkəmli şəxsiyyətləri
haqqında kitab və dövri-mətbuat materialları nümayiş
etdirilir.
Kitabxanadakı digər bir sərgi isə Böyük
Vətən Müharibəsində Qələbənin
73-cü ildönümünə həsr edilib.
"9 may - faşizm
üzərində Qələbə günüdür"
adlı geniş sərgidə Azərbaycan
və xarici dillərdə olan,
xalqımızın tarixi, qələbədə
igidlik göstərən qəhrəman oğul və qızları, Bakı nefti haqqında yazılmış kitab və dövri mətbuat
nümunələri nümayış olunur.
Sərgi 1 həftə davam edəcək.
525-ci qəzet.- 2018.- 9 may.- S.7.