Şərəfli tariximizə
böyük ehtiramın nümunəsi
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN HƏYAT VƏ FƏALİYYƏTİNİ ƏKS ETDİRƏN SƏNƏDLƏR AMEA MƏRKƏZİ ELMİ KİTABXANASININ MİLLİ RƏQƏMSAL YADDAŞ BAZASINA DAXİL EDİLİB
Ulu öndər Heydər Əliyev deyirdi: "Biz hamımız təhsilimizi,
elmimizi kitablardan almışıq. Ona görə
də hamımız kitaba borcluyuq".
Kitaba yüksək
qiymət verən böyük şəxsiyyətin
varlığı, siyasət
aləmində qazandığı
nüfuz, xalqına gətirdiyi ucalıq,
"azərbaycançılıq" ideologiyasının təbliği
və genişlənməsi
istiqamətində milli
təfəkkürün oyanışında
əməli fəaliyyəti
və yaratdığı
zəngin irsi bu gün milli
xəzinəmizdir. Xalqın bu
sərvəti, varidatı
isə kitabxanalarda qorunur və gələcəyə ötürülən
mirasdır.
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) da Heydər Əliyevə aid
külli miqdarda sənədlər var. Milyon
yarım fondu olan bu kitabxanada
Ulu öndərin fəaliyyətini əks etdirən sənədlərin
axtarışı aparılıb
və MEK-in özünün
layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Bu barədə Mərkəzi
Elmi kitabxananın, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və
"Yeni Azərbaycan"
qəzeti ilə birlikdə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş anım tədbirində geniş məlumat verilib.
Tədbiri giriş sözü
ilə açan direktor Leyla İmanova tarixi şəxsiyyətlərin, elm və
mədəniyyət xadimlərinin
irsinin toplanması, qorunması, əlçatan
edilməsi və təbliği istiqamətində
görülən işləri və Mərkəzi Elmi Kitabxananın yeni binasında yaradılan ən birinci sərgi güşəsinin, ilk kitab kolleksiyasının, rəqəmsal
bazanın, elektron kataloqun ilk hissəsinin Heydər Əliyev mövzusunda olduğunu diqqətə çatdırıb.
Kitabxana
Xidmət şöbəsinin
müdiri Aygün Səfərova və İnformasiya Resurslarına
Nəzarət və Əlaqələndirmə şöbəsinin
müdiri Günel Əhədova Heydər Əliyevin həyat və fəaliyyəti,
kitabxanaların inkişafı
istiqamətində imzaladığı
sənədlər və Ulu öndərin yubileyi münasibəti ilə əsərlərinin
elektronlaşdırılması, Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi istiqamətində MEK-də
həyata keçirilən
layihələr barədə
geniş məlumat veriblər.
Qeyd olunub ki, "kitabxanaları xalq, millət üçün,
cəmiyyət üçün
müqəddəs bir
yer, mənəviyyat, bilik, zəka mənbəyi" adlandıraın
Ulu öndər 1998-ci il dekabr ayının
29-da "Kitabxana
işi haqqında"
qanun imzalayıb. Qanunda kitabxana işi sahəsində dövlət siyasətinin
əsas prinsipləri,
kitabxana işinin və kitabxana sisteminin ümumi əsasları, kitabxana fondlarının formalaşdırılması
və mühafizəsi
tələbləri, maliyyələşmə
mənbələri, kitabxanalardan
istifadə edən vətəndaşların hüquq
və vəzifələri,
bu sahədə beynəlxalq əməkdaşlığın
prinsipləri əks olunub. Onun imzaladığı digər bir dövlət sənədində
qanunla özəlləşdirilməsi
qadağan olunmuş obyektlərin siyahısına
kitabxanaların da adı salınıb. Bu fərmanın
imzalanması kitabxanaların
qorunub saxlanmasına şərait yaradıb.
Kitabxanalar müstəqil dövlətimizin
əsas atributlarından
biri kimi dövlət müəssisəsi
statusunu alıb.
Ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev də müxtəlif illərdə
milli-mənəvi sərvətimiz
olan kitabxanalar və onların zənginləşdirilməsi haqqında
çox lazımi qərarlar qəbul edib və sərəncamlar
imzalayıb. Azərbaycan Milli Ensiklopediyasının
nəşri, Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi,
dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan
dilində nəşr
edilməsi, Azərbaycan
ədəbiyyatıının virtual kitabxanasının yaradılması,
Azərbaycanda kitabxana
fəaliyyətinin yaxşılaşdırılması
haqqında imzaladığı
qərar və sərəncamlar xalqın
maddi-mənəvi sərvətlərinin,
milli irsin toplayıcısı, qoruyucusu
olan kitabxanaların fəaliyyətində mühüm
rol oynayır.
2007-ci ildə Prezident
İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı"
kitabxanaların dinamik
fəaliyyəti üçün
daha böyük imkanlar yaradıb. Bununla da
Azərbaycan kitabxanalarının,
o cümlədən, AMEA Mərkəzi
Elmi Kitabxanasının
yeni informasiya tipli müəssisəyə
çevrilməsi prosesi
başlanılıb.
Kitabxana üçün yüksək
memarlıq üslubunda
yeni bina inşa olunub. Kitabxananın Sərgi salonunda və Akademiklərin zalında daimi fəaliyyət göstərən
Ulu Öndər Heydər Əliyevin və İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən guşələr yaradılıb.
Sərgi
salonu və Akademiklər zalında Heydər Əliyev guşəsi ulu öndərin anadan olmasının 95 illik yubileyi münasibəti ilə yeni daxil
olan kitablarla zənginləşdirilib.
Görkəmli siyasi xadimin AMEA Mərkəzi Elmi Kitabxanasında mühafizə
olunan bütün sənədləri elektron
kataloqa daxil edilib və rəqəmsallaşdırılıb. O cümlədən,
aprel ayında keçirilmiş Azərbaycan
xalqının Ümmumilli
lideri Heydər Əliyevin anadan olmasının
95 illiyi münasibətilə
AMEA-nın gənc alimləri üçün AMEA-nın
Rəyasət Heyəti
və Azərbaycan Həmkarlar İttifaqı
Konfederasiyasının birgə
müsabiqəsində AMEA Mərkəzi
Elmi Kitabxanası da iştirak edib. Müsabiqə üçün "Heydər
Əliyev: elektron baza və sənədlərin
reyestri" adlı elektron resurs hazırlanıb. Bu elektron resursa ümumilli liderin AMEA Mərkəzi Elmi Kitabxanasında mühafizə
olunan kitablarının
elektron məlumat bazası, video-film, sadələşdirilmiş
siyahı və sənədlərin reyestri
daxil edilib.
Tədbirdə qeyd olunub ki,
Mərkəzi Elmi Kitabxana tərəfindən
Azərbaycana aid informasiyanı
idarə oluna bilən və əlaqələndirilə bilən
strateji resursa çevirmək və informasiya müharibəsində
üstünlük qazandıra
bilən təsirli silah formalaşdırılması
ehtiyaclarını qarşılaya
bilən Milli Rəqəmsal Yaddaş layihəsi yaradılıb. Layihənin
qarşısına Azərbaycanın
qədim mədəniyyəti,
tarixi, coğrafiyası
və s. bəşəriyyətin
inkişafına qoyduğu
intellektual yatırımları
barədə mövcud
olan məlumatları toplayıb sistemləşdirmək,
rəqəmsallaşdırmaq, arxivləşdirmək, elektron
kataloq vasitəsilə
axtarışları asanlaşdırmaq,
Azərbaycan və dünya oxucusunun, elmi araşdırıcısının,
siyasətçisinin, diplomatının,
diaspor nümayəndəsinin
istifadəsinə verib
silahlandırmaq və
milli yaddaşımıza
aid olan məlumatları
etibarlı şəkildə
qoruyub növbəti nəsillərə ötürmək
kimi vəzifələr
qoyulub. Məhz bunları nəzərə
alaraq görkəmli siyasi xadim Heydər
Əliyevə həsr
olunmuş, eləcə
də öz müəllifi olduğu sənədlər MEK-in Milli
Rəqəmsal Yaddaş
bazasına daxil edilib.
AMEA Mərkəzi Elmi
Kitabxananın tərkibində
fəaliyyət göstərən
"Sərbəst elektron
resurlarla iş" bölməsi də Vikipediya onlayn bazasına "91-lər" adlı
məqalə yerləşdirilib. Məqalə
1992-ci ildə Naxçıvan
Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə
səsləyən, onun
hakimiyyətə qayıdışı
üçün müraciətə
imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl
fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı
haqqındadır...
Heydər Əliyevin "Azərbaycan"
şeirinin göz yaşları ilə ifasının görüntülərini
əks etdirən videoçarx və həyat yoluna aid fotoşəkillərdən ibarət
slaydlar mərasimdə
kövrək notlar yaradıb.
Yeni Azərbaycan partiyasının
Yasamal rayon təşkilatının
sədri Tağı Əhmədov Heydər Əliyevin gənc yaşlarından Azərbaycanın
inkişafı üçün
çalışdığını, hələ gənc yaşlarında təhlükəsizlik
sistemində fəaliyyət
göstərdiyi illərdə
ölkədə ana dilimizə doğma münasibətinə görə
danlandığını, 86 nəfər azərbaycanlının
məhv edilməsi üçün ona siyahı təqdim edildiyini, lakin uğurlu siyasi gediş edərək həmin insanların sağ qalmasına müvəffəq
olduğunu və illər sonra ölümünə fərman
verilmiş həmin ziyalıların professorlar,
akademiklər
səviyyəsinə yüksəldiyini,
milli xidmətləri ilə seçildiyini, belə alimlərlə daima öyündüyünü,
sayəsində onların
yaşadığı üçün
özüylə qürur
hissi keçirdiyini bildirib. Tağı Əhmədov ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, eyni zamanda, SSRİ-nin yüksək vəzifələrində
təmsil olunduğu illərdə 15 respublika arasında ölkəmizin
adının birinci çəkilməsi üçün
daima mübarizə apardığını, azad
müstəqil dövlətimizin
yaranmasında və inkişafında fenomen şəxsiyyətin böyük
xidmətlərini faktlara,
sənədlərə və
xronoloji ardıcıllıqla
auditoriyaya çatdırıb.
Tədbirdə iştirak edən
"Yeni Azərbaycan"
qəzetinin baş redaktoru, millət vəkili, professor Hikmət
Babaoğlu, Qarabağ
müharibəsi veteranı
İslam Əzimov da Heydər Əliyev şəxsiyyətinin
böyüklüyündən, böyük siyasi xadimin Azərbaycan xalqına xidmətindən
və milli varlığımız yolunda
tarixi nailiyyətlərindən
danışıblar.
Şəlalə MƏHYƏDDİNQIZI
525-ci qəzet.- 2018.- 9 may.- S.5.