Təhsilimizin himayədarı

 

O, hər kəsin dilində əzbər olan "Təhsil millətin gələcəyidir" kəlamını ölkə təhsilinin şüarına çevirə bildi. Bütün çağırışlarında neft kapitalını insan kapitalına çevirməyin vacibliyini vurğuladı.

 

onun - ulu öndər Heydər Əliyevin sayəsində təhsil cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahə olaraq daha da inkişaf etdi.

 

Hələ SSRİ dövründə - XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər gördü, 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında" 1973-cü ildə "Kənd ümumtəhsil məktəblərinin şəraitini daha da yaxşılaşdırmaq haqqında" qərarlar qəbul etdi. Bu qərarların tətbiqi nəticəsində ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açılaraq, minlərlə azyaşlı bu məktəblərə cəlb edildi. XX əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açılmış ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı.

 

O dövrdən başlayaraq hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərildi ki, bu da gələcəkdə ölkənin milli kadr potensialının daha da gücləndirilməsinə təkan verdi.

 

Müstəqillik illərində təhsil ölkə üçün prioritet oldu. Heydər Əliyevin bu sahəyə ayırdığı diqqət qayğı sayəsində məktəblərin yenidən qurulması, dərsliklərin təhsil proqramlarının yenidən tərtib edilməsi təmin olundu. Xaricdə təhsil kimi bir proqramın reallaşdırılması ilə minlərlə gəncin ölkə sərhədlərindən kənarda təhsil alması mümkünləşdi.

 

Hazırda isə təhsilimizin inkişafı, millətimizin işıqlı gələcəyinin təmin olunması ölkə başçısı İlham Əliyev vitse-prezident Mehriban Əliyevanın apardığı siyasətin prioritetlərindəndir.

 

2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev fondunun əsas fəaliyyət istiqamətlərindən biri məhz elm təhsilə aid roqram layihələrin hazırlanaraq həyata keçirilməsidir.

 

Bəli, təhsil millətin gələcəyidir. Zaman göstərir ki, bu fikir dərin tarixi təcrübəyə, ciddi arqumentlərə əsaslanır. Ulu öndərin sözləri ilə desək, təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

Bənövşə MƏMMƏDOVA

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2018.- 9 may.- S.5.