Heydər Əliyevin 95, Cümhuriyyətin
100 illiyi Belqradda qeyd edildi
Mayın
10-da Belqradda Azərbaycan
Respublikasının Serbiya
Respublikasındakı səfirliyinin
və Belqraddakı Azərbaycan Mədəniyyət
Mərkəzinin təşəbbüsü
və birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə
həyata keçirilən
silsilə tədbirlərin
davamı olaraq Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev, Azərbaycanın əməkdar
artisti, soprano Afaq Abbasova və Azərbaycanın əməkdar
artisti, Akademik Opera və Balet Teatrınını
dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Belqrad Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin iştirakı ilə təntənəli gecə
təşkil edilib.
Əvvəlcə Belqraddakı Taşmaydan parkında Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə
əklillər qoyulub.
Mərasimdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən,
Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğunda, ölkəmizdə
sabitliyin bərqərar
olunmasında əvəzsiz
xidmətlərindən danışıb.
Səfir bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin
qeyd olunduğunu bildirərək, bunu Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsi
adlandırıb, Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyevin
2018-ci ilin Azərbaycan
Xalq Cümhuriyyəti
ili elan edilməsi ilə bağlı sərəncamının
mühüm əhəmiyyətə
malik olduğunu vurğulayıb.
Belqraddakı Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Zərifə Əlizadə
mədəniyyətin xalqlar,
dövlətlər arasında
ən etibarlı körpü olduğunu, dünyada ən incə siyasətin mədəniyyətin dili ilə ifadə edildiyini bildirib. Z.Əlizadə rəhbəri olduğu mərkəzin fəaliyyətindən
bəhs edərək,
Azərbaycan mədəniyyətinin
Serbiyada təbliğində,
Azərbaycan-Serbiya mədəni
əlaqələrinin inkişaf
etdirilməsindəki rolundan
danışıb.
Serbiyanın Mədəniyyət və
İnformasiya nazirinin müavini Asya Draça Muntean və Milli Teatrının
direktoru Deyan Saviç öz çıxışlarında ölkələrimiz
arasında təşəkkül
tapmış hərtərəfli
sıx əməkdaşlığın
nəticəsində Azərbaycan
dövlətinin dəstəyi
ilə Belqrad şəhərindəki Taşmaydan
parkında görkəmli
siyasi xadim Heydər Əliyev və görkəmli serb yazıçısı
Milorad Paviçin heykəllərinin, Novi Sad şəhərində
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin büstünün,
dünya şöhrətli
serb alimi Nikola Teslanın Bakı şəhərində heykəlinin
ucaldılmasının, habelə
Belqrad şəhərində
“Bayraklı Cami” məscidi, Novi Sad şəhərində
“Müqəddəs Petka”
kilsəsi, Novi Pazar şəhərində isə
Mədəniyyət Evinin
bərpa, təmir və inşa edilməsinin xalqlarımızın
ortaq dəyərlərə
malik olduğunun, onların daha da yaxınlaşmasının,
mədəni və tarixi abidələrə verilən dəyərin təzahürü olduğunu
qeyd ediblər.
Daha sonra tədbirdə Serbiya Milli Opera Teatrının orkestri və Azərbaycanın əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev,
Fikrət Əmirov, Vaqif Adığözəlov,
Həsən Rzayev, Səid Rüstəmov, Cüzeppe Verdi, Jorj Bize, Franz Lehar, Vittoria Monti və Peter Kristiç kimi tanınmış Azərbaycan
və dünya bəstəkarlarının əsərləri
səsləndirilib. Konsert
proqramında iştirak
edən Serbiyanın tanınmış ifaçıları,
soprano Yasmina Trumbetaş,
bariton Aleksandr Samratoviç, pianoçu
Mina Ristiçin çıxışları
böyük maraqla qarşılanıb. İki ölkəni
təmsil edən
soprano Afaq Abbasova və Yasmina Trumbetaşın birgə çıxışı gecəyə
xüsusi rəng qatıb. Professor, tarzən Ramiz Quliyevin ifası isə gecənin ən əlamətdar hadisələrindən birinə
çevrilib.
Konsert Serbiya ictimaiyyəti tərəfindən
böyük maraqla qarşılanıb və
ölkə mətbuatında
geniş işıqlandırılıb. Tədbirdə Serbiya ictimaiyyətinin tanınmış nümayəndələri,
diplomatik korpusun rəhbərləri və
görkəmli mədəniyyət
xadimləri iştirak
ediblər.
525-ci qəzet 2018.- 12 may.-
S.12.