AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

Şirməmməd HÜSEYNOV

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

ATƏŞ ÇALAN PROMETEY

 

(Proqram məqaləsi əvəzinə)

 

26 eylül (sentyabr) 1923, ¹1

 

İlk nüsxənin baş məqaləsi, ələl-üsul proqram məqaləsi olmalı idi. Burada, məcmuəmizin təsisi ilə təqib eylədigimiz məqsəd təşrih olunmalı idi...

 

Mövzumuzu düşünürkən, Qafqasiya, bu gözəl məmləkət Bəhri-Xəzər ilə Qara dəniz arasındakı bu tarixi bərzəx (birləşmə xətti), əski yunanilərin “Altın Yun” (Altın post) deyə təbir etdikləri bu zəngin ölkə gözümüzün önündə canlandı: o, pək zəngin mazisi ilə, pək daşqın halı ilə və hətta çox parlaq istiqbalı ilə müxəyyiləmiz qarşısında seri (qiymətli) bir rəsmi-keçid yapdı.

 

Bəhri-Xəzər sahilindən başlayan ilk mənzərə qüvvətli bir aydınlıq təşkil ediyordu. Bu, səmalara doğru yüksələn bir atəş idi. Azərbaycan isminin müsəmmasını (adını) təşkil edən atəş... O atəş ki mədəniyyəti-bəşəriyyətə ilk əvvəl onun yapdığı ocaq başında təəssüs edilmiş, o atəşi-müqəddəs ki, Prometey kəndisini çalaraq yer üzünə qaçırdığı üçün hala əzab çəkməkdə, cəsarət və üsyanının cəzasını görməkdədir.

 

Məlum olduğu vəchilə Prometey Apollon mənzuməsindən əsatiri bir ilahdır. Atəşi səmalardan çalaraq insanlara gətirdigi üçün Zevs tərəfindən Qafqasiya dağlarında zəncir-bənd olmuş və bir siyah qartal kəndisini didməgə mütəvəkkil olmuşdur. Bu qartal hər gün zavallının köksünü dələrək ürəgini parçalarsa da Prometey təkrar kəsbi-afiyət edər və təkrar parçalanır.

 

Əsatir, atəş səriqi (oğrusu) bulunan bu üsyankar ilahı atəş yurdu Azərbaycana nəzir bulunan Qafqasiya dağlarında degil, başqa yanda zəncirbənd etmiş olsaydı, onu bulub təkrar buraya gətirməli idi, çünki Qafqasiyanın tarixini, son əsrdəki güzəran edən əhvalını və bilxassə şimdiki vəziyyətini tərmiz etmək üçün bundan daha mü-nasib bir rəmz bulunamaz.

 

Zevsin haqqı vardı. Asimanlardan çalınan atəş yerə gəlincə kəndisinə rəqib çıxmış, insanlar ona tapınmış, kəndisini təqdis (müqəddəs) eyləmişlərdi.

 

Tarixi qədimin təqdis eylədigi atəşə müməssil əsri-hazırın ila eylədigi şey petroldur.

 

Atəşpərəstlik dövrünün ən böyük atəş-gədələri Qafqasiyada, Azərbaycanda bulunduğu kibi, petrolpərəstlik əsrinin ən sehrkar ocaqları da buradadır.

 

Prometeyi didən xunxar quş qartal idi. Bir əsrdən bəri Qafqasiyanın köksünü didən və ciyərini parçalayan Rusiya imperyalizminin tuğrası dəxi bir qartal degilmiydi?!

 

Prometey təkrar parçalanıyor, təkrar afiyət kəsb ediyordu. Qafqasiya əqvamı da zaman-zaman hərəkətə gəliyor zindəgi əsəri göstəriyor, təkrar 2 başlı rus qartalına zəbun oluyorlardı!...

 

Böyük Şamilin bir rübi-əsr sürən şanlı qəzaları ilə məğlubiyyəti, şanlı Cavad Xanın unudulmaz müdafiəsi ilə şəhadəti və ilk fürsətdə təəssüs edən Qafqasiya Cümhuriyyətlərinin keyfiyyəti təşəkkülü ilə şimdiki vəziyyətləri, istiqlal və hürriyyət yolunda Azərbaycanda, Gürcüstanda və Dağıstanda vüqu bulan üsyanlar, verilən qurbanlar, tökülən qanlar işbu Prometey-qartal mücadiləsinin müxtəlif cilvələrindən başqa bir şey degildir.

 

lll

 

Əsatirdəki atəş səriki ilə qanlı qartal mücadiləsində, məşhur Hürmüzd-Əhrimən mübarizəsinə bir növi müşabihət (oxşarlıq) vardır.

 

İrani-qədim fəlsəfei-diyanətincə (dindarlığı ilə) ziya və hürriyyət məbdəi (mənşəi) bulunan Hürmüzd ilə zülmət və əsarət məbdəini təşkil edən Əhrimən arasında ibtidayi xilqəttən bəri davam edən mübarizə ən nəhayət Hürmüzdün qələbəsilə tamam olacaqdır.

 

Bu iki rəmz arasındakı şəklə aid müşabehəti, mənalarına dəxi təşmil edərsək, Prometeyin də bir gün gəlib zəncirini qıracağına və kəndisini didən siyah qartal cəngindən tamamilə xilas olacağına iman etməliyiz.

 

Hürmüzdün qələbəsilə dünya nasıl Yezdanı bir nicata nail olacaqsa, Prometeyin xilası ilə də Qafqasiya öylə bir səadətə nail olacaqdır.

 

lll

 

Bugünkü bolşevik Rusiyanın tövrasını (rəmzini) artıq qartal degil, çəkiclə oraq təşkil ediyor. Bunu görənlərdən bir çoxu, ehtimal ki, zahirə aid olan bu təbəddülə nəzərən, artıq Rusiya imperyalizminin də qalxdığını və Qafqasiya vücudunun bir daha didilmədigini təsəvvür edərlər.

 

Yəqin ki, Qafqasiya Şuralar Federasyonu namilə təəssüs edən və Rusiya Federasyonunun bir cüzini təşkil edən bugünkü Qafqasiya, Yeni Qafqasiya deyə tələqqi edənlər vardır və ehtimal ki, məcmuəmizin ismi ilə bugünkü bolşevik Qafqasiya arasında bir münasibət təsəvvür edənlər olur.

 

Hər növi iştibah və sui-təfəhhümlərə mahal buraxmamaq üçün Yeni Qafqasiyayı kəndimizə nasıl təsəvvür etdigimizi ərz edəlim:

 

Rusiya tövqrasının (iqtidarının) dəyişməsindən Qafqasiyanın yenilənməsinə məsafə daha çoxdur. Qafqasiyanın hürriyyətini təmin edən şey rus saldatının qiyafəsindəki yenilik olamaz. Rus saldatı, Qafqasiya silsileyi-cibalının (sıra dağlarının) ötəsində bulunma-dıqca, kəndisinə qızıl belə denilsə, siyah qartal vəzifəsindən başqa bir rol oynayamaz!

 

Qafqasiyanın yeniligi ancaq əsrimizə hakim olan və bunun Şərq millətlərini mütəhəyyic (həyəcanlı) bulunduran hakimiyyəti-milliyyə və istiqlal fikirlərinin məmləkətdə dəxi kamilən təəssüs etmələri ilə təmin olunur.

 

“Qafqasiya qafqasiyalılarındır” şüarı təhəqqüq etdigi gündür ki, “Yeni Qafqasiya” vücud bulacaq.

 

Bugünkü Qafqasiya “qartal” Rusiyasının degilsə də “oraq” Rusiyanındır, fəqət qafqasiyalıların degildir.

 

Azərbaycan, Dağıstan və Gürcüstan vücudi-milliləri qara imperyalizmi təmsil edən qartalın qaqası ilə degil, qızıl imperyalizmin əlamətini təşkil edən çəkiclə əzilir və oraqla kəsilirsə, bundan Yeni Qafqasiya naminə nə fayda hasil olur?!.

 

Çarizm yerinə bu gün Rusiyada başqa bir qüvvət qaim olmuşdur. Bu qüvvət yalnız qartal degil. Çarizmin şəkil və zahirə aid bilcümlə əlamətlərini dəgişdirmişsə də məna və batinə aid bütün xislətlərini kamilən ibqa (olduğu kibi saxlamaq) eyləmişdir və nəticədə Çarizm zamanındakı əski Qafqasiya idarəsi ilə şimdiki Qafqasiya idarəsi arasında, Qafqasiya millətlərinin həqiqi hürriyyət və hakimiy-yətləri nöqteyi-nəzərindən, qətiyyən bir fərq qalmamışdır.

 

lll

 

Hərbi-ümumidə iştirak edən Türkiyənin, kəndi münəqqidlərinə qarşı, müskit (susduran) bir cavadı vardı. Osmanlı imperatorluğunun tərəkəsini (mirasını) bölüşmək üçün zühur edən bir hərbə Türkiyə laqeyd qalmazdı. Hərbdə iştirak edincə dəxi, qayət təbii olaraq Rusiyanın bulunduğu bir tərəfi iltizam edəməzdi.

 

Osmanlı imperatorluğu girişdigi bu hərbdə məğlub oldu; fəqət imperatorluq ənqazı içindən yeni və zində bir ruhla doğan Türkiyə xalq hökumətinin aləmlərə dəyər bir qazancı vardı:

 

Çarizm devrilmişdi. Rusiya, Qafqasiya dağlarının mavərasına atılmışdı. Rusiya ilə Türkiyə arasında haili hökumət olmaq üzrə, Qafqasiya Cümhuriyyətləri təəssüs etmişdi. Müasir Yəcuc və Məcuclara qarşı əfsanələrdə gördügümüz ahənin (dəmir kimi möhkəm) səddin binası qoyulmuşdu.

 

Məəttəəssüf bu set, arzu olunduğu kibi təhkim ediləmədi. Sövqi-tarix, qərib bir cilveyi-talehlə, təkrar rusları Qafqasiyaya gətirdi.

 

İstirdad etdigimiz Qars qalası kəndisini Şimala qarşı müdafiə etmək lüzumuna qane müstəqil bir Qafqasiya hüdudunda degil, əskərlik sövqül-ceyş (qoşunu qabağına salıb qovma) nöqteyi-nəzərindən Rusiya cəbhəsinə dayanmışdır.

 

Qafqasiya hökumətlərinin təşəkkülü və bu hökumətlərin kəndi aralarında sıxı və səmimi bir ittihadla bağlanmaları Türkiyənin ən böyük mənafeyi-milliyyəsini təşkil edər.

 

Rus əskərini, rus nüfuzunu və rus idarəsini əsatirin kühi-kafi bulunan Qafqasiya silsileyi-cibalından aşağı buraxmayan İskəndər Şura Qafqasiyadır ki, bizcə yeni bir Qafqaz deyə qəbul oluna bilir.

 

Hali-hazırda Rusiya ilə sıxı bir vəhdət təşkil edən Qafqasiya Şuralar Federasyonu Türkiyənin mənafeyi-milliyyə və həyatiyəsi ilə qabili-təlif bir yeni Qafqasiyamıdır, yoxsa zahiri bir taqım təbəddülat ilə bərabər, əvvəlkindən pək də fərqli olmayan  əski Qafqasiyamıdır?

 

“Yeni Qafqasiya” iləridəki nəşriyyatı ilə Türkiyə əfkari-ümumiyyəsinin laqeyd qalmayacağı bu məsələnin biletiraf tənvirinə bilxassə həsri-ovqat edəcəkdir.

 

lll

 

Türk hərəkati-hürriyyət-pərvəranəsilə pək mühüm və pək ciddi bağlarla mərbut bulunan Qafqasiya məsələsi eyni zamanda bütün Şərqi təhyic edən (həyəcanlandıran) milli-istiqlal hərəkatı uzmasının dəxi bir cüzüdür. Bu mülahizə ilə məcmuəmizin mündəricatı “Qafqasiya” kəlməsinin coğrafi mənası ilə təhdid edilməyib “Yeni Qafqasiya” məfhumunun mənəvi şümulundan dəxi mülhəm olaraq tərtib olunacaq, Şərq və Qərbdəki məsaili-mühümməyi mümkün olduğu qədər təqib və tənvir edəcəkdir.

 

“Yeni Qafqasiya”, 26 eylül (sentyabr) 1923, ¹1

 

Qeyd: Yəqin ki, bu məqalənin müəllifi jurnalın redaktoru M.Ə.Rəsulzadədir.

 

CÜMHURİYYƏT BAYRAMI

 

Yeni Türkiyənin 2 böyük günü var: 23 Nisan (aprel 1920) istiqlal günü ilə 29 oktyabr (1923) Cümhuriyyət günü!

 

23 Nisan səltənət enqazı altından yeni bir qüvvət və həyatla yüksələn gənc türk millətinin xaricə qarşı mövcudiyyət və istiqlalını, 29 təşrini-əvvəl - oktyabrda səltənət və xilafət müəssisələrinin əcz (acizlik) və inadına rəğmən əsarət zəncirini qıraraq kəndi halısını bizzat təmin edən türk xalqının hakimiyyət və hürriyyətini təsbit edən 2 mübəccəl (öyünüləcək) gündür.

 

Türk inqilabı namilə təbcil olunan Anadolu hərəkatı, bizcə, Şərqi istila edən milli istiqlal hərəkatının ən mütəkamil bir nümunəsidir. İki sənə əvvəl, 29 oktyabr qərarını təhlil edərkən, “Şərqi istila edən milli hərəkatın xalq hərəkatı olduğunu, xalq hərəkatının təsis edəcəgi hökumətin də “məna etibarilə demokrasidən, şəkil etibarilə də cümhuriyyətdən başqa olmayacağını” zikr etmişdik.

 

Demokrasi, bizcə, müxtəlif təbəqati-ictimaiyyəyi haiz olub, daima haldan hala keçərək, təkamüldə bulunan cəmiyyətin vaxt və zamanın təsirilə istehsal işlərini tənzimdəki rolları dəgişən mütərəqqi zümrələrin səri-kara gəlməsini qolaylıqla təmin edən idarə sistemidir. Bu sistem, zahiri təşkil edən bir taqım təmsili-ümumi müəssisə və mərasimindən (məclislər, intixablar) arayi-ümumiyyeyi müqtəzi əmanatdan ibarət olmaqla bərabər, demokrasinin əsil ruh və mənasını təşkil edən şey, heç şübhəsiz ki, təcrübəyə bağlı müsbət elmlərlə, tərəqqi fəlsəfəsinə müstənid mənzumeyi əfkardır. Hətta deyilə bilir ki, elmin hürriyyətini əqli bəşərin hər növi qayğılardan azad olunuşunu, fərdin, digərin hürriyyət və hüququna təcavüz etməmək surətilə, hər növi hürriyyət və istiqlalını təmin edəməyən bir idarə demokrasi müəssisələrinin zahirə aid bütün şəkillərini məhfuz bulundursa belə, həqiqi demokrasi degildir. Bunun üçündür ki, demokrasiyi təsis etmək məqsədi ilə zühur edən ixtilallarda inqilabçılar ruh və mənayi inqilab tamamilə təhti-təminə alınmadıqca şəklin, hər cəhətcə mükəmməl olmasına degil, hər halda müəssir olmasına baxarlar. Demokrasiyi təsis etmək vəzifeyi tarixiyyəsi ilə müvəzzəf olan təcəddüd zümrəsi vəzifəsinin bitdiginə bir türlü qane olmayan, inqilaba min dürlü əngəllər çıxa-ran mürtəce zümrələrə qarşı şiddət göstərmək, xəstəsini ölümdən qurtarmaq üçün şəfqət və mərhəmət hissilə mütəhəssis olduqları mühəqqəq bulunan cərahlar kibi, cəmiyyət vücudunda konqren halını alan əzayi, bila-aman kəsib atmaq məcburiyyətindədir.

 

Milliyyətpərvər Türkiyə iştə böylə mühüm bir təcrübə ilə məşğuldur. Türk demokrasisini təsisə müvəzzəf olan tərəqqipərvər zümrə nə məsuddur ki, zamanın iqtizasını həqqilə müdrik, inqilabın mexanizminə tamamilə aşina, milyonları sövq və idarəyə qadir böyük bir rəhbərə malikdir. Bu rəhbərin nurlu irşadları ilə zaman zaman ortaya atılan tərəqqi və təməddün şüarları bizə türk demokrasisinin müzəffəriyyətini təmin edəcək mənzumeyi-əfkarın təhəqqüqünü kəndinə ən böyük və ən müqəddəs bir əməl ittixaz etmiş qüvvətin, Türkiyə inqilabında amili-müəssir olduğu haqqında pək böyük ümidlər verməkdədir. Biz görüyoruz ki, Türkiyə inqilabı demokrasinin mənəviyyat qisminə aid xüsusatda təəssüb göstərəcək qədər radikaldır. Ehtimal ki, böyük və əsaslı inqilabların ruhiyyatına haqqilə vaqif olmayanlar və yaxud işin bu cəhətini əhəmiyyətlə tələqqi etməyənlər fəs yerinə mütləqa şapka geymənin lüzumunu dərk edəməz heyrətdə qalırlar. Fəqət böylələri unutma-sınlar ki, inqilabları, mütəfəkkir və münəvvər zümrə həyat və qanunlar üzərində icrayi təsir edən fikir və düsturların təbəddülündə görürsə də, xalq kütləsi, bu təbəddülü yalnız gözünə girəcək qədər dəyişən zahirlərlə anlar və yalnız bu kibi hadisələr üzərinə düşünür. Xalq kütləsinə nəqllə degil, əqllə qiymət vermənin lüzumlu olduğunu anlamaq üçün istədigi sərpuşu (baş örtüyü) geyməkdə məhzur olmadığını bizzat göstərməkdən daha müəssir bir propağanda olurmu?...

 

Mənəviyyatdakı təbəddülləri onların bir növi-rumuzunu (rəmzlərini) təşkil edən zahiri qiyafətin dəyişməsilə dərk və bunun üzərinə düşünəcəgini qəbul etməklə bərabər, kütlənin, məruf bir görüşə rəğmən, pək maddi düşünür bir vücud olduğunu da heç bir vaxt unutmayalım. Başına şapka geydirdigimiz xalqın yaşayışındakı şəraiti dəxi şapkaların həyatına bənzədəməz və bu xüsusla kəndisinə yarın üçün məxsus bir ümid verməzsiniz və geydirəcəginiz şapkaların yırtılacağı həmən mühəqqəqdir. Fəqət nə mutlu ki, hər tərəfdə böyük təhalüklə şapka geydigi xəbər verilən Anadoludan bizə əndişəmizi mucib xüsusda dəxi ümidli xəbərlər gəlməkdədir. Cümhuriyyət hökumətinin türk kütleyi-əsliyyəsini təşkil edən Anadolu köylüsünə istinad eyləmək və bu kütlə içindən çıxan istehsal nazimi mütərəqqi bir zümreyi tutmaq siyasəti yürütdügünü göstərən iqtisadi təşəbbüsləri təşviq etdigi görülməkdədir. Bunun ən böyük və ən müsbət dəlili isə hökumətin dəmiryolları haqqındakı əzmi və müvəffəqiyyətidir. Türk köylüsü kəndinə yeni şüarlar, yeni sərpuştlarla gələn hökumətin kağni (köşk) arabası ilə degil, “Od arabası”* ilə gəldigini görüyor. Bunun üçündür ki, o, görənəklərinin yıxıldığını suyi-təfsir edərək kəndisinə yanaşan müfəttin və mürtəceləri degil, kəndisini zəfərdən zəfərə yürütən rəhbərlərin arxasından qoşdu. “Kürdistan üsyanı” namilə məruf irtica hadisəsində fəsli mütəəssiblərlə degil, şapkalı münəvvərlərlə getdi, demokrasinin müvəffəqiyyət və qələbəsini təmin etdi.

 

Bu müvəffəqiyyət bizi sevindiriyor. Türkiyə üçün seviniyoruz. Yalnız Türkiyə üçün degil, eyni zamanda bütün Türklük üçün də seviniyoruz.

 

Milliyyətpərvər demokrat xalq Türkiyəsinin bütün Şərq, ələlxüsus bütün Türk dünyası üçün mənəvi və mədəni bir rəhbər olduğunda şübhəmi var? Türk dünyasının gərək Türkiyə kibi müstəqil olan yeganə məmləkəti ilə gərək əsarət və işğal altında yaşayan digər məmləkət və qövmləri, zamanımızın sifəti-kaşifəsini (əmmamə növünü) təşkil edən ixtilal və inqilab həyəcanları içində çalxanıb duruyorlar. Bu çalxantının Anadoluda artıq milli demokrasi hədəfinə doğru salim bir istiqamət aldığını görüyoruz. Halbuki başda Azərbaycan olmaq üzrə Sovet idarəsində bulunan digər türk qövmlərinə tamamilə başqa bir istiqamət veriliyor. Orada milliyyət və demokratizmin küfr və daləl (keçmiş) olduğu fikri tərviç olunuyor. Bu dalələti-ikriyyəyə qarşı komunizm əsarətindəki türk qövmlərinin yeganə ümidi demokrasinin Türkiyədəki zəfərinə mətüfdur (dönüşdür). Qeyri təbii komunizm idarəsinin bir gün gəlib də rəf ediləcəginə qane bulunan bu Türkiyə xaricindəki türklər bir gün gəlib də milli demokrat bir həyat yaşayacaqlarına qüvvətlə inanıyorlar.

 

Bu fürsətin kəndilərinə keçdigi sırada, heç şübhə yoxdur ki, onlar Türkiyənin təcrübələrindən və demokrat Türkiyə labaratuvarında işlənəcək milli demokrat hars və ürfanından kəmaliylə istifadə edəcəklərdir.

 

Türkiyədə Cümhuriyyət və demokrasi fikir və ənənəsinin kökləşib tamamilə müzəffər olmasına Azərbaycan gəncligi bilxassə məmnun olur. Çünki bu idarənin xaricə qarşı əxz edəcəgi feyzindən ilk sırada istifadə edəcək bir cəmiyyət varsa o da Azəri Türklügüdür.

 

İki qonşu və qardaş cəmiyyət qismi münəvvərinin başqa başqa məfkurələr daşıdığından nə kibi zərər gəldigini Azərbaycan gəncligi bir dəfə təcrübə eyləmişdir. Azərbaycanın ilk haləsindən kəndi yardımına gələn Türkiyə dövlətinin bün-yəsindəki səltənətçiliklə yeni doğan Azərbaycan dövlətinin bünyəvisindəki cümhuriyyətçilik arasında məfkurəvi müsadimələr olmuşdur.

 

Türkiyədəki radikalizmin müvəffəqiyyətilə əsri Türkiyə Cümhuriyyəti və münəvvər türk demokrasisi təcəssüs etdikdən sonra, bu təsadümlərin (toqquşmaların) etimalı aradan qalxaraq türk ellərinin vəhdəti, səmimiyyət və qardaşlığı birə on qat daha artmış olur. Bunun üçündür ki, biz Türkiyə Cümhuriyyəti bayramını yalnız Anadolu türklərinə degil bütün türklərə xas böyük və məsud bir bayram olaraq tələqqi edər və bu bayram münasibətilə yalnız türkiyəliləri degil, bütün türkləri təbrik edəriz.

 

Baş məqalə

“Yeni Qafqasya”, 1 təşrini-sani (noyabr) 1926, ¹3

 

Mətüf - dönüş

 

DAŞNAKSÜTYUN FİRQƏSİNİN İFLASI

 

Bolşevik qəzetələri erməni Daşnaksütyun firqəsinə aid qayət mühüm xəbərlər nəşr ediyorlar. “İzvestiya” qəzetəsi Daşnaksütyun firqəsi liderlərindən sabiq Ermənistan hökuməti-milliyyəsi rəisi Kaçaznuninin bir kitabından bəhs ediyordu. “Daşnaksütyun firqəsinin iflası” namını daşıyan bu kitabında daşnaqların bu əski və əməkdar lideri, firqələrinin sənələrdən bəri təqib eylədigi siyasətin iflasını elan və “Erməni xalqına hizməti kəndilərinə şərəf ədd edənləri, mənasız xülyalardan vaz keçərək, Ermənistana övdətlə Sovet hökuməti tərəfindən başlanan icad və ehya işinə iştiraka dəvət ediyormuş.

 

Keçən sənə Vyanada iniqad edən Daşnaksütyun konqresində Kaçazuninin bolşeviklərlə anlaşmaq tezisini müdafiə eylədigini biliyorduq. Görünüyor ki, o artıq firqəsinin iflasına tamamilə qənaət gətirmiş, Bakı qəzetələrində oxunduğuna nəzərən, Ermənistana dönmək və “son sənələrini Sovet Ermənistanına həsr etmək” istəmişdir.

 

Ənənəvi daşnaksütyun siyasəti ilə aşina olanlar bu siyasətin ta ibtidadan iflasa məhkum olduğunu bilirlərdi. Rusiya imperyalizminin əzəmətinə güvənərək qonşuları hesabına “Böyük Ermənistan” xülyalarını daşıyan, bu əzəmətin çoxluğunu gördükdən sonra dəxi qaynar bir həyat kibi fışqıran Türk milliyyətpərvərligini heçə sayıb Sevr Müahidəsinə güvənən bir siyasətin sonu əlbət ki, iflasdı. Erməni hərəkatının tarixcəsi Rusiya hesabına çalışmaq, Şimal istilasının Cənubda kılavuzluğunu yapmaqdan ibarətdir. Hərbi-ümumidə işbu ənənəvi siyasətlərinin qurbanı olaraq müdhiş bir üqubətə uğradıqlarına müqabil, erməni politikaçılarının bütün ümidi Rusiyanın bu hərbdə qalib çıxacağına və bu surətlə “Böyük Ermənistan” təşəkkül edəcəginə bağlı idi.

 

Hesab doğru çıxmadı. Rusiya səfi hərbdən çıxdı, çar ordusu pərişan oldu. Qafqasya elani-istiqlal ediyordu. Mavərayi Qafqas Seym Məclisinin istiqlal elanına təhsis etdigi günü xatırlıyoruz. Kaçaznuni kürsiyə gəldi. Rəngi qaçmışdı. Dodağı titrəyirdi. “Tarixi əhəmiyyət və məsuliyyətini tamamilə dərk edərək biz də bu qərara iltihaq ediyoruz” dedi və bütün ümidlərini gömmüş bir adam kibi məlul və məhzun kürsüdən endi.

 

Kaçaznuni daha o zaman bu “mucəz” (qısa) bəyanı və bu “həzin” ifadəsi ilə daşnaksütyun siyasətinin iflasını növ ümmə elan ediyordu. Daşnaksütyun Rusiyaya dayanacaq, qonşularının arzularına baxmayaraq, Türkiyə və Azərbaycan (bəlkə də Gürcüstan) hesabına “Böyük Ermənistan” olacaqdı. Halbuki, nərədə... “Türkiyənin təzyiqi və “Müsavat” firqəsinin sövqilə Rusiyadan ayrılmaya məcbur oluyordu...!

 

Qafqasiyayı həqiqi surətdə müstəqil cümhuriyyətlər şəklində təsəvvür edənlər üçün Rusiyaya istinad qədər mənasız bir hərəkət təfəkkür olunamaz. Azərbaycan ilə Gürcüstan bu həqiqəti dərk etdikləri halda, Ermənistan bunu anlamaqda çox müşkülat çəkiyor, keçmiş ona rahatlıq vermədigi kibi, istiqbal haqqındakı xəyalları da buna mane oluyordu. O, Rusiyanın təkrar gələcəyinə Türkiyənin təkrar çökəcəginə ümid bağlayıb duruyordu. Azərbaycan ilə Gürcüstanın Denikin təhlükəsinə qarşı əqd etdikləri tədaföi-müahidəyə Ermənistan bu ümidlə daxil olmayıb. Axarunyan düvəli-müəzzəmə müntəsibləri cüzündən böyük Ermənistan namına Sevr Müahidəsini imzalarkən “böyük ümid”in artıq təhəqqüq etdigini düşünmüşdü.

 

Halbuki o bir xəyal idi. Həqiqəti isə, Ağacanyan hökuməti Gümrüdə təsbid ediyordu. O həqiqət ki, sonra Lozanda bütün cahan tərəfindən də təsdiq edildi.

 

Həddi-zatında macəralardan ibarət olan bu xəyal və infirad (təklənmə) politikasının iflasından sonra erməni rüəsasına müqəddəratlarının artıq qonşuları ilə bağlı olduğuna qənaəti-kamilə gəlməli idi. Halbuki nə gəzər... Bu dəfə də çarlıq yerinə qonan Bolşevik Rusiyası idealizə edilməyə başladı. 2 sənə əvvəl daşnak-sütyun “general”larından məşhur Dro və sairlərinin imzası ilə bir bəyannamə nəşr edildi. Bu bəyannamələrində Qafqasiyada qalan daşnaqlar, Ermənistanın yalnız Qızıl Ordu sayəsində himayə olunacaq və erməni xalqının ancaq sovet idarəsi sayəsində tərəqqi və inkişaf edəcəginə qane olduqlarını “bütün cahana” elan ediyorlardı. Bir sənə sonra dəxi erməni Hınçaq firqəsi rəsmən inhilal (ayrılma) və tamamilə komunistlərə iltihaq etti (birləşdi). Və şimdi də Kaçaznunini tövbə-künan (tövbə edən) Erivana dönüyor.

 

Bolşevik qəzetələrinə inanılırsa Parisdə bulunan erməni heyəti-mürəxxəsəsinin erməni qəzetələrində bir bəyannaməsi nəşr edilmişdir. Bu bəyannamədə deyilirmiş ki:

 

“Lozan Müahidəsindən sonra “Erməni Məsələsi” binəfsihi (əsl) məna və əhəmiyyətini qeyb etdigindən və sovetlərin Fransa hökuməti tərəfindən təsdiqi dolayısı ilə Sovet Ermənistanının dəxi bilhüquq tanındığından Avropadakı milli erməni heyəti kəndisinin artıq lüzumsuzluğunu dərklə Fransayı tərk ediyor.

 

Parisdəki erməni heyətinin böylə bir qərar və bəyannaməsi olmuşmudur?... Hər halda “bolşevizya” xaricində çıxan mətbuatda böylə bir xəbərə təsadüf edilməmişdir. Biləks Qafqasya üsyanları münasibətilə Parisdəki heyəti mürəxxəsələrin Sovetlərə qarşı vaqe olan protestolarına erməni heyətinin də iştirak eylədigini biliyoruz. Fransanın Sovetləri təsdiqindən sonra böylə bir dönüklük göstərilmişsə xəbərimiz yoxdur.

 

Bu dönüklükdən bolşevik mətbuatı bittəbii pək böyük bir məmnuniyyət və nəşə ilə bəhs ediyorlar. “İzvestiya” Kaçaznuninin əqli, fərasəti və cəsarəti-mədəniyyətinə bayılıyor. Bakıda çıxan türkcə “Komunist” dəxi daşnaqların bu hərəkətini Azərbaycan daşnaqları üçün də şayani-təqlid buluyor və “Kaçaznuni tövbəsinin Rəsulzadə Məhəmməd Əmin üçün qüvvətli bir zərbə” təşkil etdiginə hökm ediyor.

 

Əvvələn ermənilər arasında Kaçaznuni tövbəsində iştirak etməyənlərin dəxi mövcud olduğunu xəbər verəlim. Bunu “Komunist” mühərririnin “İzvestiya”dan nəql etdigi sətirlərdə də görmək mümkündür. Kaçaznuninin “şayani-təqdir cəsarətindən” bəhs edildigi sırada Moskva qəzetəsi “səbəbsiz degildir ki, bu zəki adamın dünki dostları bu gün onu tərzil (rüsvay etmə) ilə mürtəd və dönük - deyə kəndisinə küfr ediyorlar” diyor. Saniyən Rəsulzadələr heç bir zaman “hürriyyət və istiqlalı” qısıq və könülsüz bir səslə tələqqi edən Kaçaznuniləri yol yoldaşı - deyə qəbul etməmişlərdir ki, bu hal müvacehəsində (üz-üzə gəlmədə) inkisari-xəyalə (xəyal qırıqlığına) uğrasınlar. İstiqlal və hürriyyətlərini istihsalə (hasil etmədə) “Azərbaycan daşnaqları” ümidlərini Rusiyadan gələcək bir qüvvətə bağlamamış olsalar da heç bir zaman bu Rusiyaya “ağ olmaq” istəməzlərdi. Rəsulzadələrin düşüncəsi sərihdir (aydındır). Onlar milli hakimiyyət və istiqlal davasını təmsil ediyorlar: Türk hakimiyyəti və Türk istiqlalı. Bu məqsədlərində onlar digər Qafqasya millətləri ilə Dağıstan və Gürcüstanla bərabərdirlər. Bu millətlər istiqlal istiyor, onlar Rusiya istila və vasayətindən qurtarmaq niyyətində müttəhiddirlər. Bu məqsədlərinə nail olmaq üçün onlar Rusiyanın Qafqasya cibalı ötəsinə atılması ilə mənfəətdar bulunan bilcümlə qüvvətlərlə anlaşır, onlarla təşriki-məsai (ortaq iş) etməgi müvafiq görürlər. Keçirdikləri tarixi təcrübədən sonra ermənilərin dəxi sülük (hərəkət) edəcəkləri yeganə səlamət yolu, bizcə budur. Az da olsa ermənilər arasında da böylə düşünənlərin mövcud olduğunu ümid ediriz. Bunun əksini düşünən zat Qafqasya istiqlalçısı olamaz, çünki bu, Rusiya əliylə Rusiyadan ayrılmaq olur ki, qəribədir.

 

İstiqlalçı Azərbaycan milliyyətpərvərlərinin yolu bəllidir. Onların Rusiyadan bəkləyəcəgi bir şey yoxdur. Kəndi hüdudi-milliyyəsi daxilində qalan Rusiya məsud olsun, fəqət məmləkətimizi, hürriyyətimizi, istiqlal və milliyyətimizi kirli çizmələri altında çeynəyən Rusiyaya düşməniz! Qızıl da olsa düşməniz, bəyaz da olsa düşməniz! İştə istiqlaliyyətçi bir qafqazlının alacağı yeganə vəziyyət! Biz erməninin dəxi bu vəziyyətdə bulunmasını can və dil ilə istəməklə bərabər, xəyal ilə degil, həqiqətlərlə hesablaşan Azəri siyasiyunu heç bir zaman Kaçaznunilərin kəndilərinə “üzəngi yoldaşı” olduqlarını düşünməmişlərdir!

 

Kaçaznuniyi “baharın ilk qırlanğıcı” - deyə sevinən xainlər, Azərbaycan kaçaznunilərini dəxi kəndilərinə dönəcək deyə bəkləməsinlər... Ənsələrini (qulaqlarının dalını) görəmədikləri kibi, bunu da görəməzlər!...

 

Azəri (M.Ə.Rəsulzadə)

“Yeni Qafqasya”, 1 mart 1925, ¹11

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-12 may.-S.20-21.