Mir Cəlal Paşayevin 110 illiyilə bağlı elmi konfrans

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli yazıçı böyük ədəbiyyatşünas Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş elmi konfrans təşkil edilib.

 

Elmi konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq görkəmli yazıçı ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin bədii yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən danışıb. Akademik bildirib ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatında öz dəsti-xətii ilə seçilən yazıçı, tələbələri üçün xeyirxah müəllim əsl elm fədaisi olub. O, Mir Cəlal Paşayevin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətinin əsas istiqmətləri barədə konfrans iştirakçılarına məlumat verib.

 

Konfransda filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “XX əsr ədəbiyyatının Mir Cəlal  fenomeni”, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Mir Cəlal nəsrində bədii yumor filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Mir Cəlal Paşayevin elmi irsimövzularında məruzə ilə çıxış ediblər.

 

Daha sonra Mir Cəlal Paşayevin elmi irsi, bədii yaradıcılığı barədə AMEA-nın müxbir üzvü Tehran Mustafayev, professor Qəzənfər Paşayev, professor Tahirə Məmməd,  professor Mahirə Quliyeva professor Gülər Abdullabəyovanın çıxışları dinlənilib.

 

Sonda çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev öz xatirələrini konfrans iştirakçıları ilə bölüşüb. Hafiz Paşayev bildirb ki, Mir Cəlal azərbaycançılığı sovet dövrünün çətin vaxtlarında əsərlərində yaşadıb. Sonda professor Hafiz Paşayev tədbiri təşkil etdiyinə görə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna təşəkkürünü bildirib.

 

525-ci qəzet  2018.- 12 may.- S.12.