Sirli yazılar, qəribə adamlar romanı

 

Hər bir yazıçı qələmə aldığı mövzunu dərindən öyrənməli, hadisələri dürüst ifadə etməyi bacarmalıdır. Bu, dini-mistik, tarixi-mifoloji mövzuda yazılan əsərlərdə xüsusilə vacibdir. Belə olduqda bədii əsər oxucuya həm də yeni bilik və məlumat verir, onun dünyagörüşünü, maraq dairəsini genişləndirir.

 

Şərif Ağayarın “ göl” romanını oxuduqdan sonra ilk təəssüratım məhz belə oldu. Müəllif, həqiqətən də, göllə bağlı həm maraqlı, həm də mürəkkəb quruluşlu əfsanə və rəvayətləri gərgin zəhmət hesabına ətraflı öyrənmiş və onları təfsilatı ilə əks etdirməyə nail olmuşdur. Roman gölün, övliyaların, Pircahan sakinlərinin həm dini-mistik, həm də real həyatından bəhs edir. Əsərdə mifik-mistik hadisələr real hadisələrlə iç-içə, müvazi verilir. Birinci - əsas mərhələdə baba əhvalatı dayanır. Rəvayət görə, baba əvvəllər Pir dağında yaşayır, qələm qurbanları burda qəbul edirmiş. Bir gün zalım hökmdar Pir dağına gəlir, babanı hüzuruna çağırıb ona buyurur: sən mənim Tanrının elçisi olmağımı bəyan etməlisən. baba razılaşmır və ailəsi ilə birlikdə Pir dağından qovulur. baba uzun yollar qət edib gölün sahilinə gəlib çıxır. Ehsan bulağının üstündə yurd salır. Bura yiyəsiz, yalnız vəhşi heyvanların yaşadığı yer imiş. Canavarlar ceyranları parçalayır, günahsız qanlar gölə tökülür. Cəsədlərə qarğa-quzğunlar, siçovullar daraşır, üfunət ətrafı bürüyür. baba qəribə, yəni müqəddəs şəxs-övliya olduğundan onun burada məskən salması vəziyyəti tamam dəyişir. Vəhşi heyvanlar ceyranlara toxunmur, göl gözəl günlər yaşayır, ətraf ziyarətgaha çevrilir. gölün adı əvvəl Cilli göl olduğu halda babanın gecə nur saçan saqqallarından, libasından və çöhrəsindən nur alaraq ağarmağa başlayır, gölə çevrilir. Burada daxmalar tikilirPircahan qəsəbəsi salınır. Qəsəbənin sakinləri gölün axçalı balıqları ilə güzəran keçirirlər.

 

Yaradılışdakı əksliklər, ikiləşmə, qütbləşmə rəvayətin məğzini-ideyasını təşkil edir. Bəxş etdiyi səadət əvəzinə Tanrı babadan tək oğlunu qurban istəyir və oğlu yetkinlik yaşında göldə boğulub ölür. babanın yalvarışından sonra onun meyiti tapılır və Ehsan bulağının yanında dəfn olunur. baba oğlu ilə bərabər müqəddəs iydə qoxusunu da itirir. Lakin Tanrı oğlunun məzarı üstündə iydə ağacı bitirir. 60 yaşında babanın daha bir oğlu olur və uşağın anası doğuşda ölür. Ananı böyük oğulun yanında dəfin edirlər. Daha sonra baba özüikinci oğlu da burada dəfn olunur.

 

Romanın ikinci mərhələsində babanın övladları sayılan Pircahan sakinlərinin sonrakı taleyi, ikinci müqəddəs şəxsin - Camal atanın qəribə həyatı əks olmuşdur. Camal ağa baş verən hadisələrlə əlaqədar həmyerlilərinin nəzərində gah faciələrə səbəb olan, kəhanət yayan, eybəcər, hörmçək adam, gah da gözünə övliyalar görünən qəsəbə sakinlərini ağır vəziyyətdən xilas edən müqəddəs şəxs olur.

 

göl” romanının süjetini təşkil edən əfsanə-rəvayət maraqlı və ibrətamizdir. Buna görə də əsər maraqlı oxunur, oxucunu düşündürür, onu hadisələrdən ibrət götürməyə çağırır.

 

Şərif Ağayar indi yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Az qala ildə bir roman yazır, kitab nəşr edir. Qələm dostumuzun bu sahədə fəal çalışdığını nəzərə alıb gələcək uğurları üçün bəzi irad təkliflərimizi demək istərdik.

 

Roman, əsasən, adi danışıq formasında, məişət üslubuna yaxın bir dillə yazılmışdır. Müəllif təhkiyənin təbii səmimi olması üçün xalq danışıq dilinə üstünlük vermiş, bəzən loru söz ifadələrdən istifadə etmişdir. Özlüyündə bu, yaxşıdır. Lakin nəzərə almaq lazımdır ki, əfsanə rəvayətlərin məzmununda, dilində bir həzinlik, kövrəklik, qeyri-adi - romantik bir ruh olur. Onları yazılı ədəbiyyata işləyərkən bu cəhəti diqqətdə saxlamaq yüksək bədii dilə, bəzi məqamlarda lirizmə üstünlük vermək lazımdır. Doğrudur, romanda müəyyən hadisələrin təsvirində bədii-lirik cümlələrə rast gəlmək olur, lakin bunların meydanı dar olduğundan inkişaf etmir, adi məişət dilinin bolluğunda təsirsiz qalır. Məsələn, göl çəpərə alınarkən o, bir ana kimi həzin bir dillə pərişan halından təsirli şikayətlər edə, öz övladlarını - pircahanlıları qoynuna səsləyə, “məni xilas edin deyəfəryad qopara bilərdi. Pircahan sakinlərinin özü övlad məhəbbəti ilə, yanıqlı bir dillə, ah-uf dolu hiss-həyəcanla gölə - öz analarına müraciət edə bilərdilər! Camal ağanın qəribə hərəkətləri bir-bir nəql olunur, lakin onun qəlb aləmindəki qeyri-adi halət, üsyankar hisslər, güclü duyğular açılıb göstərilmir. Ümumiyyətlə, roman boyu o, heç danışmır, münasibətlərini yalnız hərəkətləri ilə, mimikası ilə bildirir. Romanda bu baxımdan onun yalnız bir təsirli cümləsinə rast gəlirik: “ göl mənim oğlumdur”. Məhz bu cümlə Camal ağanın qəlbinin səsidir bu melodik səsi bir mahnı mətninə, mənsur şeirə çevirmək necə gözəl olardı! İfadəli, cazibədar dil xalq əfsanələri əsasında yazılan hekayə, povest romanların mühüm cəhəti kimi özünü göstərir bu sahədə Azərbaycan dünya ədəbiyyatında zəngin təcrübə vardır.

 

Xalq danışıq dilinin təbiiliyinə alüdəçilik müəllifdə o qədər güclüdür ki, o, hətta çox ciddi obrazların təsvirində loruluğa yol verir. Məsələn, məktəb direktoru Maarif müəllim tam müasir, real, çox savadlı, elmli-bilikli, mədəni bir insandır. Onun işlətdiyi bütün cümlələrdə məhz məntiq, elm, müasirlik vardır. Lakin çox uyğunsuz bir cəhətdir ki, müəllif bu cür ziyalı insanı təsvir edərkən özü loruluğa yol verir. Məsələn: “Maarif müəllimlə Hacı Mikayıl qələbəlikdən bir az aralı əngə vermişdilər. Maarif müəllim dirəşirdi ki, Pirməmmədin meyiti bir az sonra öz-özünə çıxacaq” (səh. 75). Əngə verməkdirəşməksözləri Maarif müəllim kimi səviyyəli bir ziyalıya heç yaraşmır. Həm o, daha sonra meyitin üçün suyun üzünə çıxacağını məhz elmi şəkildə izah edir. Buna görə yazıçı ironik ifadə ilə deyil, ədəbi-mədəni ifadə ilə belə yazmalı idi: “Maarif müəllim israr edirdi ki”, yaxudMaarif müəllim sübut etməyə çalışırdı ki”, “əngə verməkəvəzinə isəsöhbət edirdilər”, yaxudmübahisə edirdiləryazılmalı idi. Ümumiyyətlə, bədbəxtliyə düçar olmuş pircahanlıların - bu sadəlövh, mövhumatçı, insanların təsvir təhkiyəsində ironikliyə yol vermək əfsanənin kövrək, kədərli-faciəvi ruhuna uyğun deyil.

 

Dil baxımından romanda bəzi digər qüsurlar da nəzərə çarpır. Məsələn: “Yəqin hansısa çəpərdə yamaq görüb, onu təmir edir” (səh. 51). Aydındır ki, yamaq özü təmir deməkdir. Cümlə belə olsa yaxşı olar: “Yəqin hansısa çəpərdə sökülmüş, dağılmış, yer görüb onu düzəldir”. Təmir edirsözünün çəpərlə bağlılığı çox zəifdir.

 

Alman şirkəti gölü bir gecədə dəmir barmaqlılara alır, onu qəfəsə salır. Bu hadisə romanda elə verilir ki, sanki bu işi insanlar deyil, “yadplanetliləricra edir. Belə ki, Pircahan sakinləri, xüsusən Sahib Qəbzəliyev qədər çalışsalar da, şirkətin bir nəfər olsun nümayəndəsini tapıb dərdlərini deyə bilmirlər. Hətta şirkəti məhkəməyə verirlər, lakin məhkəmə onları məhkəmə iclasına gətirə bilmir. gölü əhatəyə alan çəpərə od vurub yandırırlar, alov şahə qalxır, lakin şirkətin nəzarətçisi görünmür ki, görünmür. Ola bilsin ki, şirkət mifoloji məkanın, varlığın, yəni şər qüvvənin timsalı kimi nəzərdə tutulmuşdur. Bəs onda necə olur ki, qəsəbənin bir neçə gənc sakini çılğıncasına qəfəsi aşıb göldən bir qədər balıq ovlayan kimi polislər peyda olur gəncləri həbs edirlər. Bu məqamda da polislər insan kimi deyil robort kimi hərəkət edirlər: bir-iki cümlə deyibqeybdəngələnlər kimi gəncləri dinməz-söyləməz aparırlar.

 

Son olaraq onu deyə bilərik ki, xalq əfsanələri rəvayətləri əsasında bədii əsər yazmaq müsbət haldır. Gərgin əməyin bəhrəsi olan gölromanı bütövlükdə bu sahənin nailiyyəti sayıla bilər. İnanırıq ki, müəllif daha yüksək bədii səviyyəli əsərlərlə bizi sevindirəcək.

 

Sərvər ŞİRİNOV

 

525-ci qəzet.-2018.-12 may.-S.19.