Anarın 80 illiyi xarici mətbuatda

 

Xalq yazıçısı Anarın 80 illiyiylə bağlı bır sıra xarici mətbuat səhifələrində yazılar çıxıb.

 

Moskvada "Literaturnaya qazeta"da Abuzər Bağırovun "Dünya miqyaslı ziyalı" yazısından başqa "Nauka i reliqiya" jurnalında da yazıçı haqqında "Anar. “Prostranstvo buduşeqo" adlı yazı Göz muncuğu" povestinin bir fəsli dərc olunub (Povest bütünlüklə "Drujba narodov" jurnalında çap edilmişdi). "Nauka i reliqiya" jurnalındakı yazıda deyilir: "Klassiklərin yaşı olmur. Ona görə gözəl Azərbaycan sovet yazıçısı Anarın 80 yaşını təsəvvür etmək çətindir. Yalnız Sovet İttifaqında deyil, dünyanın bir çox ölkələrində oxucular onu sevirdi. İndi Rusiyada əsərlərinə maraq duyulur".

 

Moskvada nəşr olunan "Baku" jurnalında Anarla geniş müsahibə dərc edilib. Jurnalist Yaroslav Zabaluyev soruşur:

 

- Sizinlə görüşdən qabaq bir neçə müsahibənizi oxudum, elə bir təəssürat yaranır ki, Sizə abidə kimi münasibət bəsləyirlər. Amma Siz abidə yox, canlı insansınız. Maraqlıdır daxilən bunu necə hiss edirsiniz?

 

Anar: Sakitcə bulvara çıxıb gəzişə bilmirəm. Əvvəllər heç olmasa kitablarımı uzadıb avtoqraf istəyirdilər. İndi yalnız şəkil çəkdirməyə həvəslidirlər. Onlardan soruşuram: heç olmasa bir kitabımı oxumusan? Məni ancaq televiziya ekranında görüb. Kiməm, nəçiyəm, xəbəri yoxdur.

 

Sual: Qarşıdakı yubileyinizlə bağlı hansı hissləri keçirirsiniz?

 

Cavab: Mən ümumiyyətlə yubileylərimi qeyd etməyi sevmirəm çalışıram ki, bu günlərdə Bakıda olmayım. Yubiley nədir ki? Həyatın hiyləsi ondadır ki, o, yavaş-yavaş ötür. Əgər tutalım yetmiş doqquz yaşla səksən yaş arasında böyük bir uçurum olsaydı, insan bunu hiss edərdi... Amma illər asta-asta bir-birini əvəz edir bir gün başa düşürsən ki, ömrünün çoxu gedib, azı qalıb.

 

Başqa suallar cavablar da yer alan müsahibə iki qoşa səhifəni tutur.

 

İsraildə nəşr olunan "Novıy rubej" adlı qəzetdə Anar haqqında "Müdrikliyin istedadın bayramı" adlı yazı dərc olunub. Yazıda yazıçının tərcümeyi-halı yaradıcılığı haqqında geniş məlumat verilir. İsraildəki Azərbaycan diasporası, dağ yəhudilərinin Mədəniyyət mərkəzi "Novıy rubej" qəzeti adından "Azərbaycanın ən görkəmli müasir yazıçılarından olan Anarı şanlı yubileyi münasibətiylə təbrik edir, ona möhkəm cansağlığı yaradıcılıq uzunömürlüyü arzulanır".

 

Yubiley günlərində Anar haqqında Türkiyə mətbuatında çıxan yazılar haqqında daha əvvəllər xəbər verilmişdi.             

 

525-ci qəzet 2018.- 15 may.- S. 7.