Bakıda Qara Qarayevin xatirəsi anıldı
Mayın 13-də Azərbaycan Bəstəkarlar
İttifaqının kollektivi,
musiqi ictimaiyyətinin
nümayəndələri dünya
şöhrətli bəstəkar
Qara Qarayevin xatirəsini anmaq üçün Fəxri xiyabanda olublar.
Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz Əlizadə Qara Qarayevin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Azərbaycan xalqı qarşısında onun xidmətləri əvəzsizdir.
Bu pərəstişə layiq şəxsiyyətin qoyub getdiyi çoxsaylı
əsərlər bu gün dünya səhnələrində səsləndirilir.
"Qara Qarayevi
bütün dünyada
tanıyır və sevirdilər. Çox zəhmətsevər,
qayğıkeş, təvazökar
insan olan Qara Qarayev neçə-neçə
istedadlı musiqiçi
nəsli yetişdirib.
Onun vəfatı xalqımız
üçün böyük
itki olub", - deyə Firəngiz Əlizadə bildirib.
Azərbaycan Bəstəkarlar İttifaqının
sədri diqqətə
çatdırıb ki,
2018-ci ildə görkəmli
bəstəkarın anadan
olmasının 100 illiyinin
qeyd edilməsi ilə əlaqədar ölkə başçısının
imzaladığı müvafiq
Sərəncama əsasən
ilboyu Qara Qarayevə həsr edilən tədbirlər keçiriləcək.
Sonra Qara Qarayevin tələbələri - Əməkdar
incəsənət xadimləri
- professor Elnarə Dadaşova,
musiqişünas Nərgiz
Şəfiyeva və bəstəkar, Azərbaycan
Bəstəkarlar İttifaqının
katibi Cəlal Abbasov xatirələrini bölüşüblər.
Qeyd olunub ki, Qara Qarayev
Azərbaycan peşəkar
musiqi sənətinin inkişafına böyük
töhfə verən dahi bəstəkardır. Məhz onun
pedaqoqluq məharəti
sayəsində tələbələri
yüksək zirvələrə
çatıblar.
Tədbir
iştirakçıları, həmçinin, Azərbaycanın
görkəmli bəstəkarları
Üzeyir Hacıbəyli,
Tofiq Quliyev, Fikrət Əmirov, Vasif Adıgözəlov, habelə baba Müslüm Maqomayev və nəvə Müslüm Maqomayevin xatirələrini anıb,
məzarları önünə
güllər düzüblər.
XƏDİCƏ
525-ci qəzet 2018.- 15 may.- S.7.