"Oğul arxalı
Vətən"in səhnə həyatı
Son illər Masallıda
inkişafın qoşa
qanadı olaraq mənəvi dəyərlərin
təbliğinə də
önəmli yer verilir.
Uğurla həyata keçirilən
Dövlət Proqramına
uyğun olaraq abadlıq, quruculuq, mühüm layihələrin
həyata keçirilməsi
kimi geniş sfera yaradılmaqla mədəni həyatımızdakı
inkişafa keçilməsi
artıq ənənəyə
dönüb. Ziyalıların, yaradıcı insanların
yubileylərinin təntənəli
qeyd olunması, yazarların yeni əsərlərinin təqdimatı
kimi tədbirlər ictimaiyyətin diqqətini
cəlb edir, maraqla qarşılanır.
Belə
tədbirlərdən biri
də bu günlərdə şəhər
Mədəniyyət Mərkəzində
"Yeni həyat"
qəzetinin baş redaktor müavini, şair-publisist, "Qızıl
qələm" media mükafatçısı
Rəsul Rzayevin "Oğul arxalı Vətən"
kitabı əsasında
hazırlanmış eyni
adlı tamaşanın
ictimaiyyətə təqdimatı
keçirilib. Masallı
Regional Turizm Mərkəzi,
Masallı Regional Dövlət
Kolleci və rayon mədəniyyət mərkəzinin
hazırladığı tədbirlərin
əhatə dairəsi
geniş olmuş, çoxsaylı tamaşaçının
marağına səbəb
olub.
Vətənpərvərlik, qəhrəmanlıq mövzusu
publisist-şair kimi Rəsul Rzayevin yaradıcılığının leytmotivini təşkil edir. Əlli il əvvəl müəllifin ilk mətbu
yazılarında Böyük
Vətən müharibəsi
cəbhələrində qəhrəmanlıqla
vuruşmuş həmvətənlərimiz
haqqında yazılarını
necə maraqla oxuyurduqsa, indi bu mövzudakı qəzet, jurnal məqalələrini, kitablarını
həmin maraqla izləyirik. Müəllifin
ilk belə yazısı
İtaliya partizan hərəkatının iştirakçısı
Mehdi Hüseynzadənin
silahdaşlarından biri
olmuş Masallının
Qodman kənd sakini Əkbər Babayevə həsr etdiyi "Vətəndən
uzaqlarda" povesti və Lenin ordenli müharibə veteranı Atabala Hacıyevə həsr etdiyi oçerklər olmuşdur.
Sonralar belə
silsilə yazılar Milli Qəhrəmanlarımız,
Qarabağ döyüşlərinin
iştirakçıları, şəhidləri haqqında
oldu. Müəllifin vətənpərvər qələmindən çıxan,
istedadının bəhrəsi
olan yazıları onun imzasını tanıtdı. Belə yazılar
sahibinin vətən sevgisindən işıq, nur aldı. Vətən təəssübkeşliyindən maya tutdu. Ona görə də diqqət çəkdi, maraqla qarşılandı.
Milli Qəhrəmanlarımıza
həsr etdiyi "Torpağı boyuna biçdi", "Dağılmış
yuxu", "Qarabağ
qəlbimə çəkdi
qara dağ" poemaları, şəhidlərə
həsr olunan onlarca publisist yazıları əldən-ələ
gəzdi, geniş oxucu auditoriyasının marağı ilə üst-üstə düşdü.
Qarabağ döyüşləri müəllifin
qələm işlətdiyi
əsas mövzulardandır. Belə yazılarda
onlarca döyüşçünün
qəhrəmanlıq obrazını
görürük. Aprel döyüşləri
xalqımızın tarixi
qələbəsi kimi
hamımızın ilham
mənbəyimiz oldu.
Bu ovqat Rəsul
Rzayevin də dəst-xəttində, vətənpərvər
yazılarında aydınlığı
ilə əksini tapdı. Masallıdan bu döyüşlərdə
iştirak edən igidlərə, xüsusilə
şəhid Firdovsi Bağırzadə, Nurlan Əsgərli haqqında yazdığı bədii
və publisist yazıları qürur və iftixarımızı,
vətənpərvərlik hisslərimizi tərənnüm
etdi. Bu yazılarda
iki igid oğulun timsalında öz vətənpərvər
hisslərimizi, qürurumuzu,
haqlı iftixarımızı
tapdıq.
Bu məziyyətlərinə görə 2016-cı ildə
yazıları "Dağlıq
Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması"
İctimai Birliyinin
"Qarabağ Aprel döyüşləri mediaya
nəyi öyrətdi"
mövzusunda keçirdiyi
müsabiqədə mükafata
layiq görülüb.
Rəsul müəllim qəhrəmanının
soy kökünə bələd
olur, bədii obraza çevirdiyi insanların ailəsi ilə əlaqələr qurur, ən kiçik detalı belə gözdən qaçırmır. Bu, Aprel
döyüşlərinin iştirakçsı
olmuş Aqil Məlikovun qəhrəmanlığından
bəhs edən "Oğul arxalı Vətən" kitabında
daha aydın görünür. Aqilin ulu
babası Məmmədəli
Böyük Vətən
müharibəsi dövründə
cəbhədə qəhrəmanlıq
göstərib. Cəbhədən sinəsi orden-medallı qayıdıb. Bu vətənpərvərlik ənənəsini
atası Qismət davam etdirib. Vətənin sərhədləri keşiyində dayanıb.
Soy kökünün qəhrəmanlıq ənənələri
Aqilin timsalında daha qabarıq üzə çıxıb.
O, Aprel döyüşlərində
qaynar nöqtələrdə
olub. Təxribat törədən düşmənin
geri oturdulmasında, mühüm mövqelərin
alınmasında iştirak
edib...
Həmin
vaxtlar Aqil əsgəri xidmətini başa vurmuşdu və orduda qalıb gizir kimi xidmət edirdi.
Bu işə könüllü olaraq ona görə razılıq vermişdi ki, torpağımız düşmən tapdağı
altında idi. Əsərdəki mühüm detallardan
biri obrazın daxilini açır, onun vətənpərvərlik
hissinin ölçüyəgəlməz
olduğunu sübut edir. Vaxt olur həyat
onu sınağa çəkir. Anasının vəfatını
eşidib ona məzuniyyət verirlər.
Lakin o, doğma anasının yeddisinə qala bilmir.
Burda ana ilə vətən müqayisə edilir. Tərəzinin Vətən gözü ağır gəlir.
Aqil atasından, qohumlarından
üzrxahlıq edir ki, Vətən çağırır, qala
bilməz.
Bu özü də
ailə tərbiyəsindən
gəlmədir. Müdrik ata öyüdünün,
halal, saf ana südünün təsirindəndir.
"Hərbi xidmətdə fərqlənməyə
görə" 3-cü dərəcəli
medala layiq görülmüşdür.
Masallı Mədəniyyət Mərkəzinin
səhnəsində tamaşanın
təqdimatı başlanır. Tədbiri Masallı
Regional Dövlət Kollecinin
direktoru Vidadi Nəzərov açır.
Aprel döyüşlərinin xalqımızın
qürur və iftixar tarixi kimi dəyərləndirib
tamaşaçıya uğurlar
arzulayır.
"Tərəqqi" medallı
Qardaş Fətullayev,
müəllif Rəsul
Rzayev, Böyük Xocavar tam orta məktəbinin direktoru Abusət Zeynalov, kənd ziyalısı Rəyasət İbrahimov,
şəhid atası
Qismət Məlikov əsər barədə məlumat verirlər. Tamaşa "Aqil" mahnısı
ilə başlanır.
Arxa fonda
döyüş sənhələri
görünür. Döyüşçü marşı kimi səslənən mahnının
od-alov saçan döyüş epizodları
ilə komponenti insanı coşdurur.
Sözləri Rəsul
Rzayevin, musiqisi Aysel Nərimanovanın olan mahnı ürəkləri riqqətə
gətirir:
Qəhrəmanlıq hünərindən,
Tutdu ellər
soraq, Aqil.
El-obanın taleyində,
Oldun nurlu çıraq, Aqil.
Bu torpağa Vətən dedin,
Qibləgahım sənsən, dedin.
Hünərinə əhsən dedi,
Vətən, ana, torpaq, Aqil.
Pozdun düşmənin sırasın,
Yağıdan aldın qisasın,
Verdin namərdin cəzasın,
Əldə odlu silah, Aqil.
Dedin: Vətən xanimanım,
Ona qurban şirin canım,
Başın üstə dalğalanır,
O üçrəngli bayraq,
Aqil.
Səhnələr bir-birini əvəz edir. İgid əsgərlərin obrazları canlanır.
Onların hər biri Azərbaycan bayrağını uca tutur, Aqilin qəhrəmanlığını
əks etdirən şeirlər səslənir:
... Qəzəbimi silah etdim,
Torpağımı azad etdim,
Alıb
neçə yüksəkliyi,
Hünərimi bayraq etdim
Qarabağda!
Canım
qurban bu Vətənə,
Qan uddurduq biz düşmənə,
Bu vuruşda candan keçdim,
Bayrağımdır kəfən mənə
Bu torpaqda!
Bu döyüşlərdə kiçik komandir Aqil hamıya həyandır. Obrazlaşmış
döyüşçülərin birinin dili ilə
sinəsini sıravi döyüşçüyə sipər etmiş komandir barədə əsgərin öz dilindən eşidirik:
O, bizi qorudu odlar
içində,
O, bizi qorudu odu
kül etdi...
Ağır döyüşlərdə, dar günümüzdə,
Komandir
dost kimi çatdı
haraya.
Deyir ki, Aqilə bir can borcluyam.
Borcum həyatımdır, ömrümdür
mənim,
İgid komandirə cahan borcluyam.
Tamaşada Masallı Dövlət
Regional Kollecinin tələbə
aktyorlarından Elnarə
Rzayeva, Duyğu və Minarə Əliyevalar, Dilrübə
Dadaşova, Səbinə
Xəlilova, Elvin Azəroğlu,
Savalan İmanov, İradə Hüseynova yaratdıqları canlı
obrazlarla fərqlənmişlər.
Əsərin hazırlanmasında Böyük Xocavar məktəbinin müəllimlərindən
Sevda Məmmədova, Aysel Nərimanova, Qənimət Məlikova, Zahid Həmidovun əməyi qeyd edilmişdir. Məktəbin
şagirdlərindən Mənsurə,
Günel, Saray, Mehriban, Aynişan, Fidan, Şəlalə, Qivi, Ruqiyya, Çingiz, Səfa, Aysel, Rafət, Yunis və şəhidin
qohumu Əlinin ifasında şeir parçaları səsləndirilib.
Tamaşa dəfələrlə alqışlanır. İnsanlar ona
görə coşub-daşırlar
ki, qələbə bizimlədir. Bu qələbəni
gətirən Aqillərdir,
Firdovsilərdir, Nurlanlardır...
Tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev hər detalın, obrazın canlı təqdim olunması üçün zərgər
dəqiqliyi ilə işləmişdir. Səhnə əsərinin baş
məsləhətçisi Vidadi Nəzərovdur (o, həm də kitabın redaktorudur).
Tamaşada Masallı Regional Dövlət Kollecinin tələbələrinin ifası
dəfələrlə alqışlanıb.
Sonda şəhid atası Qismət Məlikov şəhidlərin ruhuna göstərilən ehtirama
görə rayon rəhbərliyinə,
şəxsən Masallı
Rayon İcra Hakimiyyətinin
başçısı Rafil
Hüseynova təşəkkür
edib.
Bitkin süjet,
əhatəli kompozisiya,
emosional təsirli əsər dəfələrlə
alqışlandı, Masallı
mədəniyyəti üçün
mühüm hadisə
kimi qarşılandı.
Əlihüseyn ŞÜKÜROV
"Yeni həyat" qəzetinin baş redaktoru
525-ci qəzet 2018.- 16 may.- S.8.