Yazıçı Kamran
Nəzirli "Humay" milli
mükafatına layiq görüldü
"Bakılı" Beynəlxalq Mədəniyyət
Cəmiyyəti və
"Humay" Milli Mükafatı Akademiyası
tərəfindən təsis
olunan "Humay" milli mükafatının təqdimat mərasimi keçirilib.
"Humay" Milli Mükafatı Akademiyasının
üzvləri tərəfindən
hər il
cəmiyyətin müxtəlif
sahələrində fərqlənən
şəxslərə verilir.
Bu dəfə ədəbiyyat nominasiyası
üzrə "Azərbaycan
ədəbiyyatının təbliği
və yayılması
sahəsində xidmətlərinə
görə" yazıçı
Kamran Nəzirli "Humay" Milli mükafatına layiq görülüb. Mükafatı Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq Yazıçısı
Anar təqdim edib.
Qeyd edək ki, mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar "Humay" Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilir.
ŞAHANƏ
525-ci qəzet 2018.- 16 may.- S.7.