"Türkologiya"
jurnalının növbəti seminarı keçirilib
Dünən "Türkologiya" jurnalının
nəzdində növbəti
beynəlxalq seminar keçirilib.
Budəfəki seminarın qonağı Türkiyənin Qazi Univerisitetinin professoru Mehman Musaoğlu olub. Professor M.Musaoğlu "Türkoloji dilçilik: problemlər, perspektivlər
və təkliflər"
mövzusunda məruzə
ilə çıxış
edib.
Seminarda
AMEA Dilçilik İnstitutunun
direktoru, akademik Möhsün Nağısoylu,
professorlar Məhərrəm
Məmmədli, Kamil Bəşirov, Roza Eyvazova, türk dilləri şöbəsinin
müdiri dosent Aygül Hacıyeva, institutun əməkdaşları
Qətibə Mahmudova,
Şəbnəm Həsənova,
Elnarə Əliyeva, Təranə Şükürlü,
Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dissertantı
İmanyar Quliyev,
"Türkologiya" jurnalının
məsul katibi Elçin İbrahimov, jurnalın əməkdaşları
və seminarın üzvü olan tələbələr iştirak
ediblər.
Əvvəlcə jurnalın baş redaktorunun müavini Möhsün Nağısoylu
M.Musaoğlunun elmi fəaliyyəti və jurnalın nəzdində keçirlən seminarın
əhəmiyyəti haqqında
iştirakçılara məlumat
verib. Qeyd edib ki, M.Musaoğlu həm də "Türkologiya"
jurnalının beynəlxalq
redaksiya heyətinin dilçilik üzrə üzvüdür.
"Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov çıxışında
seminar haqqında iştirakçıları
ətraflı məlumatlandırıb. E.İbrahimov qeyd edib ki,
"Türkologiya" jurnalının
nəzdində seminarların
keçirilməsi ideyası
jurnalın baş redaktoru, akademik Kamal Abdullayevə məxsusdur. Jurnalın ilk seminarı məhz akademik K.Abdullayevin təşəbbüsü ilə
beynəlxalq məsləhətçilərin
iştirakı ilə
keçirilib. Bu ilk addım artıq bir ənənəyə çevrilib və jurnalın nəzdində seminarlar mütəmadi keçirilməkdədir. Keçirilən seminarların mövzusu
türkologiya elminin müxtəlif sahələrinə
və aktuallıq kəsb edən məsələlərə həsr
olunur.
Daha sonra
seminar öz işini
professor M.Musaoğlunun məruzəsi
ilə davam etdirib. O, ənənəvi, yeni, ən yeni
türkoloji dilçilik,
ənənəvi-təsviri türkoloji dilçilikdə;
təsriflənməyən feillərin və ya feli sifət,
feli bağlama və məsdərlərlə
bərabər, bəzi
sintaktik konstruksiyaların
qurucu mərkəzlərinin
də budaq cümlənin xəbəri
yerində işlənildiyinin
göstərilməsi, hərəkətin
bitmişliyi, sürəkliliyi
və bitiriləcəyini
leksik, semantik və morfoloji vasitələrlə ifadə
edə bilən analitik feillərdə aspekt kateqoriyasının yox sayılması, sözdüzəldici, formadüzəldici
və sözdəyişdirici
şəkilçilərin sərhədlərinin qarışdırılmasından
danışıb.
Türk
dillərinə dair aparılan yeni linqvistik araşdırmalardan
danışan M.Musaoğlu
"Sözün iki zirvəli tələffüz
modeli probleminin türk dillərində izahlı-müqayisəli olaraq
öyrənilməməsi və
həmin problemin çözümlənməsində "Türk dillərində vurğu sözün son hecasının üzərinə
düşər" ənənəvi
hökmündən hərəkət
edilməsi, sözün
struktur, semantik və semiotik quruluşunun kök//şəkilçi və birləşdirici morfemlərə,
morf və allomorflara, eyni zamanda, dil-danışıq
kontekstinə görə
müəyyənləşdirilən sintaktik, semantik və praqmatik komponent olaraq öyrənilməməsi" kimi
məsələlərdən də geniş şəkildə seminar iştirakçılarına
məlumat verib.
Seminarın sonunda mövzu ilə əlaqədar müzakirələr aparılıb,
seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 17 may.- S.8.