"Kardeş kalemler"in növbəti
sayı
Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı "Kardeş kalemler"in yeni sayı qazax şairi Rafael Niyazbekin 75 illik yubileyinə həsr olunub.
Dərgidəki ilk material da yubilyara aiddir. Burada onun
tərcümeyi halı
və şeirləri verilib.
"Qazaxıstan" bölməsini
Rafael Niyazbek haqqında
Abzal Saparbekulinin "Zamanla dərdləşən
şair", Bavırjan
Jakıpın "Kəskin
qılınc şair",
Esenbay Düysenbayulinin
"Hür ölkənin
ər ürəkli şairi", "Korğanbek
Amanjolun "Qazaxların
şairi, çeçenlerin
bahadırı" məqalələri,
Kanşayım Baydauletovanın
yubilyarla müsahibəsi
davam etdirir.
"Türkiyə" bölməsini AYB-nin başqanı Yaqub Öməroğlu Rafael Niyazbekə
həsr etdiyi "Qazax ədəbiyyatının
Atsızı" məqaləsi
ilə açır. Bölmədə,
həmçinin, Ülkü
Taşlıovanın yazıçı
Çağrı Küçükyıldızla
müsahibəsi, Kübra
Gəncin çevirisində
"Tanbatır" başqırd
Xalq hekayəsi, Əmrah Altıokun "Öskön Danıkeyevin həyatı və ədəbi şəxsiyyəti",
Nergis Birayın "Akıt Ülimcinli və Yunus Əmrənin
şeirlərində o dünya
və ölüm mövzusu", Nüsrət
Ərtürkün Osman
Çeviksoyun yeni romanı barədə yazdığı "Xoş
gəldin Bebiha" məqalələri də
yer alıb.
Rəhmi
Əli "Anılarla
Yaşamaq" essesi ilə Batı Trakyadan, Edgü Köprülü "Kudde
ilə Konçuy"
hekayəsi ilə İraq-Türkmən elindən,
Çulpan Zaripova Çetin professor Albina Sayapovanın 70 illik yubileyinə həsr olunmuş "Könlümüzdə
"elm bağı" yetişdirən"
məqaləsi ilə
Tatarıstandan dərgiyə
qatılıblar.
Türkdilli oxucular dərginin bu sayında Azərbaycandan Ramil Əhmədin "Sait Faiqə məktub!"unu və professor Asif
Rüstəmlinin "Muhitdin
Birgen və Bakı mühiti" məqaləsini oxuya biləcəklər.
"Qırğızıstan" bölməsində
Reyhan Karkınlının
tərcüməsində Kasımalı
Bayalinovun "O artıq
yetim deyil" hekayəsi, Cuma Bolatın çevirisində
isə Asan Stamovun "İlanla danışmaq" hekayəsi
verilib.
Dərginin ənənəvi "Xəbər"
rubrikasında Türk
dünyası mədəniyyət
paytaxtı Kastamonuda möhtəşəm açılış
mərasimindən reportaj
var.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 17 may.- S.7.