Daha bir "Qobustan"
"Qobustan" sənət
toplusunun yeni sayı işıq üzü görüb.
Toplu ənənəvi
olaraq baş redaktordan "Qırx sətir" rubrikası ilə başlayır. Burada Vaqif Əlixanlı "Leyli və Məcnun"un yubiley tamaşasından söz açır. "İslam vurğunu Yeva de Vitray-Meyeroviç"
məqaləsi də bu rubrikadadır. Camal Aydın "İslamın
gülər üzünü
görən xanım..."
məqaləsində Meyeroviç
haqqındakı fikirləri
davam etdirir.
Firudin Qurbansoy "Qobustan"a müsahibəsində "Azərbaycandakı
yer adları çox şeydən soraqçıdır" deyir.
Müsahibəni F.Qurbansoyun "Həmişəyaşar
Xızır-zində" məqaləsi
izləyir.
"Dünyanı bəzəyənlər"
bölməsində akademik
İsa Həbibbəylinin
Ömər Eldarovun 90
illik yubileyinə həsr olunmuş "Düşünən və
düşündürən ustad", Azər Turanın "Azərbaycan
həsrətlisi Səlim
Turan", Ziyadxan Əliyevin "Miniatür:
sənət növü,
ya üslub?", Fizzə Quliyevanın
"Naxçıvan xalçalarında
buta..." məqalələri
yer alıb.
"Sarı sim" rubrikasında Mustafa Çəmənli
"Mütəllim segahı"
essesi, vokalçı
İlham Nəzərovun
Narıngül Nadirlə,
Fəraməz Gərmrudinin
Saminə Hidayəqızıyla
müsahibələr, Nərgiz
Əhmədova-Abdullayevanın "Ərğənun özümüzə
qayıdır..." və
"YUNESKO Kamançanı- bizimki tanıdı..."
məqalələri dərc
olunub.
"Pərdə arxası"
bölməsində oxucular
Məsməxanım Qubadovanın
"Faciə aktyorunun
faciəli ölümü..."
H.Ərəblinskinin ölümünə gecikmiş nekroluqunu, Esmira Nəzərlinin Xalq artisti Murad
Yegizarov haqqında
"Qəhrəmansız...ən vacib müsahibə"
portret yazısını
oxuyacaqlar.
"Beş yarpaq"
bölməsinin ilk yazısında
Elçin Qaliboğlu
"Novruz havası"
deyib. Allahverdi Eminovun "Oğurlanmış
xəritənin sirri",
Aydanın "Həmənki
o Şliman...", Rahid
Uluselin "Rum elinə
bir baxış və yaxud Afinada
fəlsəfi anımlar...",
Xaləddin Sofiyevin
"Post-strukturalizmdən post-modernizmə..." araşdırmaları
da bu bölmədədir.
"Pillələr" rubrikası muzeyçiliyə
həsr olunub. Elnarə Kərimovanın
"Arxeoloji tapıntıların
muzeydə təbliği",
Çinarə Heydərovanın
"Ekspozisiya məkanında
informatik vasitələr",
İlahə Həsənovanın
"Gəncənin diyarşünaslıq
irsində bölgə
amili", Əli Abuzərovun "İnteraktiv
muzey nəzəriyyəsində
oyunların əhəmiyyəti"
məqalələri bu
qəbildəndir.
"Yazı pozu" rubrikasında bu dəfə amerikan dramaturqu Tennesi Uilyamsın qısa bioqrafiyası və "Odda doğulub ölən Simurğ...", "Tarakan dərmanı və yaxud Çexovun kölgəsi" adlı birpərdəli pyesləri təqdim olunub. Pyesləri dilimizə Ə.Vaqif tərcümə edib.
Şahanə
MÜŞFİQ