Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anıldı

 

Mayın 17-də İçərişəhərdə Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 138-ci ildönümü və sənətkarın adını daşıyan mənzil-muzeyin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Əzim Əzimzadə ev-muzeyinin direktoru, tənqidçi, sənətşünas İradə Əzimzadə böyük sənətkarın həyat və yaradıcılığı barədə qonaqlara məlumat verib.

 

Bildirib ki, Ə.Əzimzadə 1880-ci il mayın 7-də Bakıda anadan olub. O, Azərbaycanın ilk Xalq rəssamı, təsviri sənətdə tənqidi realizmin qrafika sənətinin banisidir. 1906-cı ildən etibarən sənətkar satirik qrafika, illüstrasiya, plakat, teatr dekorasiyası sənəti sahəsində fəaliyyət göstərib. Bakıda nəşr olunan bir çox satirik jurnallar ilə əməkdaşlıq edən Ə.Əzimzadə bir çox kitablara, o cümlədən, 1917-ci ildə M.Ə.SabirinHophopnamə”sinə illüstrasiyalar çəkib.

 

Diqqətə çatdırılıb ki, Ə. Əzimzadə 1922-1931-ci illərdəMolla Nəsrəddinjurnalının baş rəssamı olub. İkinci Dünya müharibəsi dövründə alman faşizmini ifşa edən çoxsaylı karikaturalar, plakatlar, satirik rəsmlər çəkən sənətkar, gənc karikaturaçılar nəslinin yetişməsinə köməyini əsirgəməyib. Onun məktəbinin davamçıları bu gün xalq rəssamları, əməkdar rəssamlar, görkəmli incəsənət ustalarıdır.

 

Muzeyin direktoru deyib ki, böyük sənətkarın xatirəsinə həsr edilmiş tədbir, eyni zamanda, Beynəlxalq Muzeylər Günü çərçivəsində keçirilir.

 

Sonra qonaqlarRəngarəng dərs evirəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

 

Tədbir konsert proqramı ilə davam edib.

 

XƏDİCƏ

 

525-ci qəzet  2018.- 19 may.- S. 13.