Hulusi Kılıç:
"Xalqlarımızı bir-birinə daha
yaxından tanıtmalıyıq"
Türkiyənin tanınmış diplomatı,
Hulusi Kılıçın
adı Azərbaycanda da hamıya tanışdır.
2008-2012-ci
illərdə Türkiyənin
Azərbaycandakı fövqəladə
və səlahiyətli
səfiri olan H.Kılıç 2012-2016-cı illərdə Türkiyə
Xarici İşlər
Nazirliyində Afrika Baş idarəsinin müdiri, sonra isə bir müddət
ölkəsinin Moldovadakı
səfiri vəzifələrində
çalışıb. Ötən ilin
fevral ayından
diplomat kimi təqaüdə
çıxan diplomat bundan
sonra Türk dünyası ilə daha yaxından məşğul olacağını
bildirir. Bu günlərdə H.Kılıça
Türk Dünyası
Parlamentlər Birliyinin
xarici əlaqələr
koordinatoru vəzifəsi
təklif olunub və o, bu təklifi
qəbul edib.
Hulusi Kılıçla
bu söhbətimiz də elə Türk dünyasnın diaspor fəaliyyəti barəsindədir.
- Türk dünyası qardaş xalqların, dövlətlərin cəmi,
bütünü deməkdir.
Türk dünyasının gündən-günə
güclənməsi hamımızın
diləyidir. Fərəhlidir ki, bu istiqamətdə
bir sıra qurumlar fəaliyyət göstərir. Onların qarşılıqlı
şəkildə daha
sıx əlaqədə
olması vacibdir.
Bununla yanaşı, dünyada güclü ümumtürk
diasporunun təşəkkül
tapması lazımdır,
bu, hamımızın
istəyidir. Məsələn, dünyada 20-dən çox
ərəb dövləti
var. Biz onların hamısına
"ərəblər" deyirik. Bizləri də "türklər"
deyə çağırırlar.
Türk dünyası mənim ən böyük sevdamdır və ona hər hansı
töhfə verə bilərəmsə, xoşbəxt
olaram.
- Son illər Türk dünyasını
bir araya gətirmək məqsədilə
müxtəlif təşkilatlar
qurulub. Bu qurumların
xaricdə yaşayan türksoyluların bir araya gətirilməsində,
ortaq işbirliyində
fəaliyyəti yetərlidirmi?
- Ümumtürk diasporunu qurmaq üçün ortaq səylər lazımdır. Azərbaycan bu sahədə
gözəl işlər
həyata keçirir.
Digər
tərəfdən, ümumtürk
diasporunu qurmağın
yolu əvvəlcə
Türkiyə-Azərbaycan, daha sonra digər
Türk diasporlarının
birləşməsidir. Azərbaycan, Qazaxıstan,
Türkmənistan, Özbəkistan
və Qırğızıstanın
hər birinin müxtəlif sahələrdə
geniş iqtisadi imkanları, böyük potensialı var. Türkiyəyə
gəlincə, ölkəmiz
önəmli coğrafi
mövqeyə malik böyük bir gücdür. Yaxın işbirliyi qursaq,
dünyada çox güclü olarıq.
Bu baxımdan öncə xalqlarımızı
daha da yaxınlaşdırmalı,
bir-birinə daha yaxından tanıtmalıyıq.
- Sizcə, türk xalqlarının diaspor strategiyası necə qurulmalıdır?
- Dünyada diaspora bəzən "soft power", yəni
"yumşaq güc"
deyirlər. Bir tərəfdən əlaqələri inkişaf
etdirmək üçün
diasporun böyük rolu var, digər
tərəfdən vətəndaşların
bir arada yaşamalarını, birliklərini,
ölkəyə bağlılıqlarını
göstərən bir
gücdür. Artıq müxtəlif
ölkələrdə Qazaxıstan,
Azərbaycan, Türkmənistan
türkləri bir araya gəlir. Bunu daha da inkişaf
etdirmək lazımdır.
Təbii
ki, dövlətlər
də bunu dəstəkləməlidir. Türkiyə bu məsələyə
son illərdə xüsusi
önəm verir.
Səfirlik fəaliyyətim dönəmində
Türkiyədən bələdiyyələri
Qaqauz Yerinə apardım ki, binalar inşa edək. Qaqauz Yerində Gənclik
mərkəzi, Qocalar evi, Mədəniyyət mərkəzi qurduq. Bütün bunları zövq alaraq edirdim. Həm də Qaqauz türkləri ilə qaynayıb-qarışdıq. Qaqauz Yerinin başçısı
İrina Vlax hər kəsə deyirdi ki, Hulusi
bəyin sayəsində
türk dilini öyrəndim. Demək istəyirəm
ki, Moldovada səfir olmağımın
Qaqauz türkləri üçün faydası
oldu. Onların milli kimlikləri
daha da gücləndi.
- Özünüzü
Türk dünyasına
həsr etmiş diplomatsız. Bu fəaliyyətlərinizin içində
də sanki bir diaspora fəaliyyətləri
var. Türkiyə və
Azərbaycan arasında
sərhəd və bayraqla əlaqədar yaşanan kritik dövrlərdə Azərbaycanda
səfir missiyasını
yerinə yetirirdiz. O dövrü necə xatırlayırsınız?
- O illər çətin illər idi. Bir böhran yarandı və biz onu həll etdik. Allaha şükürlər olsun
ki, o zaman səfir olmaq mənə nəsib olmuşdu. Bunu yönəltmək asan deyildi. Sonra da həmişə
Azərbaycanda bunu deyirdim: bu bir
sınaqdır və
biz bundan çıxacağıq,
daha da güclənəcəyik.
Dediyim kimi, bu, imtahandan
keçdik və gücləndik. Çəkişərək bərkişmək deyə bir söz
var. Biz çətinliklərin hər birinin öhdəsindən gəldik.
Beş ilə yaxın Azərbaycanda səfir missiyası yerinə yetirdim. Prezident İlham Əliyev mənə "Dostluq"
ordeni verdi.
Bu ordeni alan
ilk türk diplomatıyam. Bunu da gördüm
ki, yaxşı işlərə dəyər
verirlər. Prezidentə
də dedim ki, "bu, mənim diplomumdur".
Çünki o kritik günlərdə hər gün efirə çıxdım: danışdım,
anlatdım. Ankaraya doğru mesajlar
verdim. Bakıda redaksiyaları ziyarət
etdim. Yəni biz bunu bacardıq.
Moldovada səfir olanda özümü həm də Azərbaycanın səfiri kimi görürdüm. Biz iki
səfir, yəni Azərbaycanın və Türkiyənin Moldovadakı
səfirləri bərabər
çalışdıq. Bu il fevralın
25-də Moldovanın paytaxtında
"Vətəndaş və
Soydaş" adlı
bir vida mərasimi düzənlədik.
Əslində, Moldovada hər
iki aydan bir "Vətəndaş
və Soydaş" adlı mərasim düzənləyirdim. Vida
mərasimində isə
səfir Qudsi Osmanov, Qaqauz Yerinin rəhbəri İrina Valahdan başlayaraq hər kəs iştirak edirdi. Əslində, mən öz
Türk millətimin aşiqiyəm. Mən
bunu heç gizlətmirəm,
açıq-aydın deyirəm
ki, Azərbaycana səfir görəvinə
öz istəyimlə
getdim. Hər kəs bunu bilir və açıq
şəkildə deyirəm.
Mən heç kimlə deyil, həyatı boyunca özümlə yarışdım. Kimin nə etdiyi
mənim üçün
maraqlı deyil. Mənim şüarım budur: “Türkiyə üçün çalışmaq
Azərbaycan, Azərbaycan
üçün çalışmaq
isə Türkiyə üçün çalışmaq
deməkdir". Yəni bu
mənim üçün
eyni əhəmiyyət
kəsb edir. Azərbaycanda mənimlə bərabər
çalışan və
hazırda Ankarada yaşayan insanlarla artıq neçə illərdir ki, mütəmadi olaraq bir araya gəlir
və Azərbaycanın
önəmli günlərini
qeyd edirik. Bu, irəlidəki illərdə də davam edəcək.
- Yeri gəlmişkən, Azərbaycandan sonra Moldovada da səfir
kimi çalışmısız.
Moldova Qaqauz Yerində
çox işlər gördünüz. Bu fəaliyyətlər bir səfirin vəzifəsimi,
yoxsa bir diaspora fəaliyyətidir?
- Bu, mənim içimdən gələn duyğudur. Səfirin vəzifəsi iş deyil. Türkiyədəki bələdiyyələri götürdüm və orada binaları tikdilər. Heç bir səfir
bələdiyyə ilə
görüşüb bu
işləri görməzdi.
Altındağ Bələdiyyəsi
Qaqauziya Yerində Gənclik Mərkəzi, hüzur evi, mədəniyyət mərkəzi
inşa etdi. Bütün bunları sevə-sevə həyata keçirmişəm
və bu işlərdən zövq
alaraq yaşamışam.
Mən ölkə xaricində çalışmağı sevən
insanam. Qaqauzlu soydaşlarımızla da qaynayıb qarışdıq. Qaqauziya
Yerinin rəhbəri İrina xanım mənə deyirdi: "Sizin sayənizdə Türk dilini öyrəndim". O, bunu
hər kəsə deyirdi. Yəni demək istəyirəm
ki, orada çalışmaqda faydamız
oldu. Moldovada səfir olduğum
dönəmdə Qaqauzların
milli kimlikləri daha da gücləndi.
Heydər Əliyev Fondu
Qaqauziyanın Çadır
Lunga qəsəbəsində
Mədəniyyət və
Təhsil Mərkəzi
inşa edir. Türkmənistan isə ötən il
Çeşmə kəndində
bir uşaq bağçası tikdirdi.
Bunları başqa xalqlar
etmir, məhz türklər həyata keçirir. Qaqauz xalqı
Türk millətinin bir hissəsidir.
Pərvanə
SULTANOVA
525-ci qəzet 2018.- 23 may.- S.4.