"Milli
Kitabxana-95" adlı kitab
sərgisi açıldı
Mayın
23-də Milli Kitabxananın
95 illik yubileyi münasibəti ilə
"Milli Kitabxana -
95" adlı kitab
sərgisinin
açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb.
O, Milli Kitabxanasının yaranma tarixindən və bugünkü nailiyyətlərindən
danışıb. Professor söyləyib
ki, Milli Kitabxana Azərbaycanda kitabxana işi sahəsində dövlət
siyasətini həyata
keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr
olunmuş Azərbaycan
haqqında və Azərbaycan müəlliflərinin
əsərlərini, dünya
əhəmiyyətli nəşrləri,
o cümlədən, xarici
dillərdə qiymətli
və digər məlumat daşıyıcılarını
toplayıb mühafizə
edən milli mədəniyyət xəzinəsi
və dövlət kitab saxlayıcısıdır.
Kitabxanaşünaslıq, biblioqrafiya
və kitabşünaslıq
sahəsində elmi-tədqiqat
işləri üzrə
aparıcı müəssisə
və əlaqələndirici,
ölkənin bütün
kitabxanaları üçün
metodik mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası
abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq
və ölkədaxili
depozitar mərkəz funksiyalarını yerinə
yetirən kitabxana elm,
informasiya, mədəniyyət,
təhsil və tərbiyə müəssisəsi
kimi çap əsərlərini və
digər informasiya daşıyıcılarını toplayıb mühafizə edir, onların sistemli ictimai istifadəsini təşkil
edir, sosial institut kimi cəmiyyətin
intellektual və mənəvi potensialının
inkişafına xidmət
göstərir.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış
edərək "Açıq
kitabxana" layihəsindən
danışıb, burada
mütəmadi olaraq kitab müəllifləri ilə "imzalı görüşlər"in, poeziya
gecələri, mütaliə
axşamları, yazıçı
və şairlərin
yeni kitablarının
təqdimat mərasimlərinin
keçirildiyini, Açıq
Kitabxananın saytı
vasitəsilə Azərbaycanda
və xarici ölkələrdə çap
olunan kitabların onlayn sifarişinin və oxuculara çatdırılması sisteminin
də təşkil olunduğunu söyləyib.
O qeyd edib ki, paytaxt sakinləri
və şəhərimizin
qonaqları üçün
daha təkmil, fasiləsiz və sərbəst mütaliə
imkanlarının yaradılması
məqsədilə təşkil
edilmiş Açıq
Kitabxana asudə vaxtın təşkili və mütaliə mədəniyyətinin formalaşması
istiqamətində atılmış
növbəti addımdır.
Milli Kitabxananın nəşriyyat
işləri üzrə
baş mütəxəssisi
Gülbəniz Səfərəliyeva
deyib ki, Milli Kitabxananın fəaliyyətinin bir istiqamətini maarifçilik
fəaliyyəti təşkil
edir ki, bu istiqamətdə tədbirlərin reallaşdırılması
kitabxananın fonduna diqqət çəkməyə,
kitabxananın elmi və digər işlərinin nəticələrini
kütləvi auditoriyaya
çatdırmağa imkan
verir. Daimi olaraq kitab və elektron məlumat bazalarının
təqdimatları, elmi
konfranslar, sərgilər,
oxucu günləri qeyd edilir. Həmçinin, kitabxana tərəfindən beynəlxalq
miqyaslı tədbirlərin
keçirilməsi, peşəkar
beynəlxalq təşkilatlarda
təmsil olunması və dünya kitabxanaları ilə beynəlxalq kitab mübadiləsinin təşkili
həyata keçirilir.
Azərbaycan Milli Kitabxanası
bu gün ölkəmizin dünyaya açılan informasiya pəncərəsi olmaqla,
beynəlxalq əlaqələrini
gündən-günə genişləndirməyə
çalışır və
beynəlxalq təşkilatlarda
Azərbaycanımızı ləyaqətlə təmsil
edən mənəviyyat
xəzinəsinə çevrilir.
Milli Kitabxananın direktor müavini Mələk Xanım Hacıyeva deyib ki, bu
gün Milli Kitabxana öz işini müasir tələblərə uyğun
olaraq qurub, kitabxanada ən müasir texnologiyalardan istifadə üçün
imkan yaradılmışdır.
Natiq söyləyib ki, elmin, təhsilin,
mədəniyyətin inkişafında,
gənclərin mütaliə
vərdişlərinin formalaşmasında
Milli Kitabxananın əvəzsiz rolu var. O qeyd edib ki,
bu gün tədris prosesində, peşəkar kitabxanaçı
kadrların hazırlanmasında
məhz Milli Kitabxananın sanballı nəşrlərindən istifadə
edilir.
Kitabxananın şöbə müdiri, şair Səyyarə Məmmədli kitabxanaya həsr etdiyi şeirini səsləndirib.
525-ci qəzet 2018.- 24 may.- S.2.