"Təfəkkür" Universitetində
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş
konfrans
Dünən Elm və Təhsil Mərkəzi "Təfəkkür"
Universitetində Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranmasının 100 illik
yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbirdə çıxış edən Universitetin rektoru, professor Rahim Hüseynov bildirib ki, qədim və zəngin dövlətçilik ənənələrinə
malik olan Azərbaycan xalqı müəyyən dövrlərində
böyük imperiyaların
tərkibinə qatılmaq
məcburiyyətində olub:
"Azərbaycan Xalq Cümhuriyyəti XIX əsrin
axırları və
XX əsrin əvvəllərində
Azərbaycanın yaşadığı
parlaq mədəni yüksəliş mərhələsinin
məntiqi yekunu kimi meydana çıxıb.
Azərbaycanın bu gün dünya birliyində müstəqil
dövlət kimi bərqərar olmasının,
demokratik ənənələrin,
insan hüquq və azadlıqlarının
qorunmasının, söz
və mətbuat azadlığına geniş
meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub.
Azərbaycan Prezidentinin
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında"
sərəncamında qeyd olunduğu kimi kimi, müasir müstəqil Azərbaycan
Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin
varisidir".
Tədbirdə iştirak edən
"Ədəbiyyat" qəzetinin
baş redaktoru Azər Turan, Dövlət İdarəçilik
Akademiyasının professoru
Fuad Məmmədov,
"Təfəkkür" universitetinin professoru Cümşüd Nuriyev, N.Gəncəvi adına Ədəbiyyat institutunun baş elmi işçisi
Elnarə Akimova və başqaları öz çıxışlarında
Şərqin ilk demokratik
müsəlman dövləti
olan xalq Cümhuriyyətinin cəmi
23 aylıq fəaliyyəti müddətində
öz üzərinə
götürdüyü bir
çox çətin
tarixi vəzifələri
şərəflə yerinə
yetirdiyini bildiriblər.
Konfransda
xalqımızın və
milli dövlətçiliyimizin
tarixində özünəməxsus
yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb
bir dövrdə meydana gəldiyi və çox çətin şəraitdə
fəaliyyət göstərdiyi
qeyd olunub. Bildirilib ki, xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan
sonra müstəqilliyimizin
davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atılıb və bu sahədə
qarşıya çıxan
çətinliklər cəsarətlə
aradan qaldırılıb.
Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı, Prezident
İlham Əliyevin düşünülmüş strategiyası müstəqil
Azərbaycanı dünyanın
inkişaf etmiş demokratik dövlətlərindən
birinə, beynəlxalq
aləmdə söz sahibinə çevrilib.
Tədbirin sonunda Mahmud Kaşqari
fondunun sədri Elxan Zal Qaraxanlı
fondun təsis etdiyi Beynəlxalq Mahmud Kaşqari mükafatını
Elm və Təhsil Mərkəzi "Təfəkkür"
universitetinin rektoru,
professor Rahim Hüseynova
təqdim edib.
525-ci qəzet 2018.- 24 may.- S.3.