Rüstəm İbrahimbəyovdan Azərbaycana
qarşı hörmətsizlik
ƏLİ
HƏSƏNOV: "İSTƏRDİM Kİ, HƏR BİR
AZƏRBAYCANLI KİNOREJİSSOR AYAZ SALAYEVİN
MƏQALƏSİNİ OXUSUN VƏ RÜSTƏM
İBRAHİMBƏYOV ADLANAN MİLLİ DÖNÜYƏ
MÜNASİBƏT BİLDİRSİN"
Kinorejissor Ayaz Salayev Rusiyada
yaşayan həmkarı,
"Milli Şura"
adlı qurumun həmsədri Rüstəm
İbrahimbəyovu erməni
maraqlarına işləməkdə
ittiham edib, onu sərt şəkildə
tənqiq atəşinə
tutub.
O,
"1News.az" saytında rus dilində dərc olunan yazısında R.İbrahimbəyovun
ssenari müəllifliyi
ilə 2015-ci ildə çəkilmiş "Qafqaz
üçlüyü" filmində Azərbaycan xalqının vəhşi,
qəddar, mədəniyyətsiz
obrazda, ermənilərin
isə alicənab, sülhsevər, "vəhşi
türkün qurbanı"
kimi təqdim olunduğunu qeyd edib.
Bildirilib
ki, filmin başlanğıcında tamaşaçılara
azərbaycanlı uşağın
qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız
və geniş ürəkli erməni uşağının obrazı
təqdim olunur: "Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması
epizodunun əsas məqsədi "vəhşi
azərbaycanlıların" "dinc ermənilərə"
qarşı qəddarlığını
göstərməkdir. Filmdə erməninin
"cəzalandırılması" aksiyasının sakinlər
tərəfindən necə
coşqu ilə qarşılandığı və
əslində, bu qəddarlığın xalqımızın
mentalitetində oturuşduğunu
beynəlxaq auditoriyaya
təqdim etmək niyyəti aydın özünü büruzə
verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında
sərhəd xidmətinin
əməkdaşı tərəfindən
necə qəddarcasına
döyüldüyü təsvir
olunur".
Əkrəm Əylislinin "Daş
yuxular" cızmaqarasından
sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu xəyanətkar davranışı bütün
dünyada azərbaycanlıları
ən neqativ fonda təqdim
etmək üçün
yeni əsas yaradır. Azərbaycanlı tərəfindən "etiraf" olunan bu "həqiqətlər"
dünya erməniliyi üçün əsl hədiyyədir.
Heç də istisna deyil ki, bu
filmin maliyyə mənbəyi yaxşı
araşdırılarsa, birbaşa
və ya dolayısı ilə ermənilərlə bağlı
olduğu üzə çıxar.
Qeyd olunub ki, torpaqlarının
20 faizi işğal altında olan, həmin ərazilərdə
bütün milli-mədəni
irsi dağıdılmış,
on minlərlə azərbaycanlının
həlak olduğu, uşaqlarının, qadınlarının,
qocalarının qəddarcasına,
işgəncə ilə
qətlə yetirildiyi
bir xalqın nümayəndəsinin bu
"etirafları" milli
xəyanətin, insan mənəviyyətının deqradasiyası
və alçalmasının,
öz milli köklərinə, xalqına
nifrətin bariz nümunəsidir: "Sanki hazırda
30 min erməninin yaşadığı
bir ölkədə hər kəs gecə gündüz bu millətdən olan nümayəndələri
tapıb cəzalandırmaq
arzusu ilə yaşayır. "Qəddar" Bakının fonunda isə bütün məsələlərin həll
olunduğu, xoşbəxtlik
adasını xatırladan,
cənnət kimi təsvir olunan Moskva ucaldılır.
Azərbaycanda döyülən, söyülən, əzilən,
işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb
əsl xoşbəxt həyat əldə edirlər. Rüstəm
İbrahimbəyov Bakı
ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən
və lənətləyən
Bakı ilə müqayisədə alicənab
Moskvanın açdığı
imkanları vəsf edir. Təsadüfi deyil ki, filmdə
azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları
və bir də gürcü aktyorlar yer alır.
Görünür, heç bir
azərbaycanlı belə
yaramaz, düşmən
layihədə yer almaq istəməyib.
Müəllif ciddi cəhdlə
göstərməyə çalışır
ki, Dağlıq Qarabağ münaqişəsinin
kökündə ermənilərin
türklərə və
azərbaycanlılara qarşı
nifrəti, onların işğalçılıq iddiası
deyil, məhz azərbaycanlıların ermənilərə
qarşı dərin nifrət amili durur. Bu film Rüstəm
İbrahimbəyovun öz
xalqının "vəhşi"
obrazını yaratmaqla
aşağılaması fonunda
şəxsini böyük
"humanist" kimi qələmə
vermək cəhdidir.
Bu film İbrahimbəyovun azərbaycanlılara
və Azərbaycan adına olan
hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür.
Bu film Rüstəm İbrahimbəyov
kimi düşmən xislətli birisini xalqa "milləti düşünən əsl
ziyalı" kimi təqdim etməyə, onu prezident kürsüsünə
yüksəltməyə çalışan
"milli şura"
adlı qurumun mahiyyətini ortaya qoyur".
Ona görə də, ictimaiyyət nümayəndələri,
ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri
öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq
edən İbrahimbəyovu,
onun yaxın ətrafını, o cümlədən,
"milli şura"
başçılarını sərt tənqid edir və onlara
qarşı ciddi tədbir görülməsini
tələb edirlər.
Prezidentin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov da məsələyə diqqət ayıraraq öz fikirlərini bildirib: "İstərdim
ki, hər bir azərbaycanlı hörmətli kinorejissor Ayaz Salayevin bu məqaləsini oxusun və Rüstəm İbrahimbəyov
adlanan milli dönüyə münasibət bildirsin".
C.ABASOV
525-ci qəzet 2018.- 24 may.- S.1;3.