Ədəbiyyat yolunda fədakarlıq: Gülafət Davudova nümunəsi

 

Tərcümə sənəti ədəbiyyatın ən mühüm qollarından biridir. Tərcüməçini belə demək mümkündürsə, ədəbiyyatlar arasındakı əlaqə adlandıra bilərik.

 

Son dövrlər Azərbaycan ədəbiyyatında da tərcüməçilik getdikcə inkişaf etməkdə, müxtəlif xalqların dövlətlərin ədəbiyyat nümunələri böyük uğurla dilimizə çevrilir. Bu sahədə adıyla tez-tez qarşılaşdığımız tərcüməçilərdən biri Gülafət Davudovadır. Gülafət xanım uzun illərdir ki, ədəbiyyat jurnalistika sahəsində fəaliyyət göstərməkdədir. Son zamanlarda isə dünya ədəbiyyatından müxtəlif dəyərli əsərlərin dilimizə tərcüməsi ilə məşğul olur.

 

Mayın 30-u bu dəyərli qələm sahibi xanımın yubileyidir. Bu münasibətlə Gülafət xanımla görüşüb həyat yaradıcılığı, gördüyü işlər hazırda yazdığı əsərlər barədə qəzetimiz üçün söhbət etdik.

 

Gülafət Davudova Zaqatalada müəllim ailəsində doğulub. Anası Lalə müəllimə 50 il dil-ədəbiyyat müəllimi işləyib:

 

"Atamı erkən itirmişəm. Ailəmizin pul qazananı anam idi. O, məni Gülüş deyə çağırırdı. Onun dili ilə demək olar ki, hamı məni belə çağırırdı. Təkcə məktəb jurnalında adım Gülafət kimi yazılırdı. Hətta kimsə Gülafət deyib müraciət edəndə çaşırdım".

 

Orta məktəbi on bir il əlaçı oxuyub bitirən gənc qızın ali məktəb arzularına yetişməsi elə asan olmur. Müxtəlif çətinliklərlə qarşılaşan Gülafət xanım arzuladığı uşaqlığından xəyalını qurduğu həkimlik peşəsindən uzaq düşür. Özü həmin illəri belə xatırlayır:

 

"Orta məktəbdə fizika kimyadan respublika olimpiadalarında iştirak edirdim. Arzum həkim olmaq idi. İndi düşünürəm ki, əgər olsaydım, çox faydalı həkim ola bilərdim. Biz məktəbi bitirən il həm 10, həm də 11-ci siniflər buraxılışda idi. Həmin dövrdə ali məktəbə qəbul olmaq çox çətin idi. Birinci il tibb universitetinə sənəd versəm də, qəbul ola bilmədim. Səbəb isə maddi çətinliyim, kimsəsizliyim idi. Buna görə də sanki tibdən küsüb rayona geri qayıtdım".

 

Ancaq gənc qız elmdən, təhsildən dönmürikinci il Xarici Dillər İnstitutuna sənəd verir. Təəssüf ki, bu dəfə də tale üzünə gülmür. Rayona qayıdıb anasının işlədiyi məktəbdə laborant kimi işə düzəlir. İşləyə-işləyə isə üçüncü dəfə ali məktəbə hazırlaşır. Bu dəfə sənədlərini Dövlət Universitetinin jurnalistika fakültəsinə verir və nəhayət qiyabi şöbəsinə qəbul olunur. Fəridə Vəzirova, Fərhad Zeynalov, Samət Əlizadə ondan imtahan götürürlər. Sinif nümayəndəsi seçilirsona kimi bu vəzifəni icra edir. Universitetə qəbul olandan sonra rayona qayıdıb yerli qəzetdə işləməyə başlayır. Tələbəlik illərində dövrün dəyərli jurnalist və pedaqoqları Nəsir İmamquliyev, Şirməmməd Hüseynov, Əliş Nəbili, Cahangir Məmmədli kimi müəllimlərdən dərs alır.

 

Tələbə ikən ailə qurub Bakıda yaşamağa başlayır. Bu zaman da maddi çətinlik, evsizlik gənc ailənin izini buraxmır və gənc qadın bir çox qəzetlərə yazılar yazmağa başlayır. Həm ailəsini, həm də təhsilini davam etdirir. Bu illərdə iki övlad dünyaya gətirir: qız və oğlan. Həmçinin, "Ədəbiyyat və incəsənət" qəzetində korrektor kimi fəaliyyət göstərir. Övladlarını böyüdə-böyüdə 1974-cü ildə təhsilini tamamlayır və 1977-ci ildə Milli Elmlər Akademiyasının nəşriyyatında işə düzəlir. 20 il orada işləyir. Bu illər ərzində kiçik redaktorluqdan nəşriyyatın Azərbaycan bölməsinin redaksiya müdirliyinə qədər irəliləyir: "Elm nəşriyyatında işlədiyim müddət mənim üçün yaradıcılıq baxımından çox məhsuldar zamanlar idi. Burada elmi ədəbiyyat, jurnalistika sahələrində çox böyük təcrübə qazandım. Dövrün tanınmış və Azərbaycan elmində özünəməxsus yerlər tutan əksər alim və professorların məqalələrinin, araşdırmalarının redaktoru idim. Həmçinin, jurnalist kimi də fəaliyyətimi davam etdirirdim. Bir çox qəzet və jurnallarda yazılarım, məqalə və reportajlarım çap olunurdu".

 

Gülafət xanım bu müddətdə həm də uşaq ədəbiyyatından elmi götürür. Elmi rəhbəri isə ədəbiyyatşünas alim Yaşar Qarayev olur. Ancaq ailə məsələlərinə görə elmi işini müdafiə edə bilmir.

 

1988-ci ildə Qarabağ məsələləri başlayarkən ilk mitinq elə onun işlədiyi Milli Elmlər Akademiyasında olur. Gülafət xanım da ilk mitinqdən başlamış bütün hərəkatın ən aktiv iştirakçısına çevrilir. Bu illər haqqında danışarkən hələ də həyəcanlandığının fərqinə varıram: "İlk mitinq bizim Akademiyada başladı. Bizdən sonra ayrı-ayrı institutlar ayağa qalxdı. Sonra xalq Azadlıq meydanında toplaşdı. Azadlıq meydanındakı hərəkat xalqımızın hələ bu zamana qədər görmədiyi böyük bir hərəkat idi. Gecəmiz, gündüzümüz yox idi. Övladlarıma da anam rayondan gəlib baxırdı.

 

Evimiz sanki qərargaha çevrilmişdi. Respublikanın bütün rayonlarından, bölgələrindən, xarici ölkələrdən evimizə zənglər, məktublar gəlirdi. Hər kəs problemlərini bizim ünvana yazıb göndərirdi. İnsanlar məişət problemlərindən tutmuş, dövləti məsələlərə qədər yazırdılar. Mən də bütün məktubları oxuyub, xalqın dərd-sərini meydana çatdırırdım.

 

İnsanlar sanki eyforiada idi. Hər kəs gözləyirdi. Hər kəs yaxşı nələrinsə olacağına ümid edirdi. Heç kim pis nəsə olacağına inanmırdı. Fikirləşirdilər ki, SSRİ rəhbərliyini diz çökdürməyi bacaracaqlar. Ancaq həmin ilin 5 dekabrında tanklar gəldi və insanlara güllə atmadan hərəkatı dağıtdı. Gedən getdi, bir az səsi çıxanı, etiraz edəni isə tutdular. Beləcə hərəkat soyudu, iki belə keçdi.

 

1990-cı ilin yanvarında isə qanlı hadisələr baş verdi. Onda mən "Şəfqət" qəzetində işləyirdim. Həmin hadisələrdə tibb işçilərimiz çox böyük fədakarlıq edirdilər".

 

Baş verən hadisələr Gülafət xanımı əsas işindən, ədəbiyyatdan uzaqlaşdırır: "O dövrdə əsas işim, demək olar ki, yadıma da düşmürdü. Bu etirazlarımıza və hərəkatdakı aktiv fəaliyyətimizə görə hər anımız təhlükə qarşısında idi. Hər gün evimizə hədə dolu zənglər gəlirdi. Artıq həyatımız üçün təhlükə hiss edirdik. Özümüzdən deyil də, uşaqlarımız üçün qorxu keçirirdik".

 

Jurnalistika sahəsində özünü çox peşəkar və praktik jurnalist kimi görsə də, ailə vəziyyəti və işiylə əlaqədar tamam başqa səmtə yönəlməyə məcbur olur: redaktə işinə. Yuxarıda qeyd etdiyimiz kimi, uzun illər akademiyanın nəşriyyatında bu işlə məşğul olur.

 

Bu sahələrin heç birində özünü görməyən Gülafət Davudova qələmini tərcümə sahəsində sınamağa başlayır və ilk dəfə Moris Rudonun "Ustad cızmaqaraçının atı" əsərini dilimizə çevirir. Daha sonra "555 tapmaca" kitabını tərcümə edir. Kitabın tərtibatı da ona aiddir.

 

Tərcümə etdiyi H.C.Uellsin "Doktor Moronun adası" kitabı isə işıq üzü görmək üçün 20 il gözləməli olur. Nəhayət, 20 ildən sonra, Gülafət xanımın 60 illik yubileyində oğlu Gündüz bu kitabın çapını ona sürpriz edir.

 

1997-ci ildə Gülafət Davudova ağır yol qəzasına düşüruzun illər həmin qəzanın fəsadlarını aradan qaldırmağa çalışır. Ancaq bu qəza və sağlamlığındakı problemlər də onu yaradıcılıqdan ayıra bilmir. O, bu müddət ərzində ukraynalı yazıçı Pavel Zaqrebelnının "Möhtəşəm Süleymanın hürrəmi Roksolana" kitabını dilimizə çevirir: "Tərcümə işi heçasan deyil. Mən kitab tərcümə edərkən sanki onu yenidən yazırammış kimi hiss edirəm. Ona görə də özümü əsərin müəllifi sayıram".

 

Söhbətimiz zamanı gördüm ki, Gülafət xanımın uşaqlığı ilə bağlı xatırladığı ən gözəl xatirələri ana nənəsi ilə bağlıdır. Bu da təsadüfi deyil. Anası işlədiyindən nənəsi ilə yaşayıb və uşaqlığından ona çox bağlı olub. İndi də nənəsi və anasıyla bağlı xatirələr onu rahat buraxmır və Gülafət xanım bu xatirələri də yazıya çevirməyi bacarıb. O, illərdir ki, "Nənəmə məktublar" adlı əsərini yazır. Burada nənəsinin ölümündən sonra baş verən hadisələr, həyatlarındakı dəyişikliklər bu əsərdə öz əksini tapıb. O, nənəsini belə xatırlayır: "Evimizdə tək işləyən anam idi. Nənəm işləmirdi və axşamacan biz onunla birlikdə olurduq. Bu müddətdə o, mənə nağıllar oxuyar, bayatılar deyərdi. Sonralar onun söylədiyi bayatıları yazıya köçürtdüm. Təhsili yox idi. Ancaq 1926-28-ci illərdə Bakıda açılan savadsızlığı ləğv edən kurslara qatılmışdı. O dövrdə elə bir savadsızlıq var idi ki, nənəm həmin kurslardan aldığı sənədlə cavanlığında "ispalkom"da katib işləyirmiş".

 

Söhbətimiz əsnasında Gülafət xanımın bir başqa istedadını da kəşf elədim. Sən demə, evinin divarlarında cərgə-cərgə düzülmüş rəsmləri özü çəkibmiş. Yəni qəhrəmanım həm də gözəl rəssamdır. Onun rəsm çəkməyə başlamağı, daha doğrusu, bu istedadı özündə kəşf eləməyinin də maraqlı tarixçəsi varmış: "O ağır qəzadan təzə-təzə qurtulmağa başladığım zamanlarda səhhətimdə başqa bir ciddi problem yarandı. Artıq müalicələrə, iynə dərmanlara tab gətirəcək taqətim qalmamışdı. Amma yaranmış problemi aradan qaldırmaq üçün məni Moskvaya apardılar. Orada fiziki baxımdan sağalıb geri dönsəm də, ruhi baxımdan çox bitkin idim. Çox dəhşətli depressiya yaşayırdım. Heç yerə çıxmaq, heç kimlə ünsiyyət qurmaq, heç bir görmək istəmirdim. Belə günlərin birində təsadüfən əlimə keçən rəngli karandaşlarla vərəqin üstündə məqsədsiz xətlər, cizgilər çəkməyə başladım. Hiss elədim ki, bu al-əlvan rənglər mənim əhvalımı düzəldir. Bununla məşğul ola-ola depressiv haldan çıxdığımı hiss elədim və həmin gündən rəsmlər çəkməyə başladım. Adətən, baxıb çəkirəm, öz təxəyyülümdən çəkə bilmirəm".

 

Söhbət edə-edə dəhlizin divarlarında asılmış rəsmlərə tamaşa edirəm. Demək olar ki, hamısı təbiət mənzərələridir. Bu rəsmləri dahi rəssamların əsərlərinə baxıb çəkdiyini desə də, mən hər birində Gülafət xanımın özünü görürəm. Rəsmləri də özü kimi zərif, kübar, səssizdir. Hətta çəkdiyi rəsmdəki böyük ağacı bir tərəfə əyməyi bacaran külək, qayaları böyük coşğu ilə bağrına basan dalğa da zərifdir.

 

Ömrü boyunca əzablar, əziyyətlər görmüş, ta uşaqlığından yoxluğa, kimsəsizliyə alışmış, ancaq bütün bunlara rəğmən həyata, insanlara sevgisindən, üzündəki təbəssümdən, qəlbindəki mərhəmətdən zərrə itirməyən bu zərif, kübar xanım danışdıqca bir insanın bu qədər qarışıq, keşməkeşli həyatın içərisində necə belə pozitiv qaldığını düşünürdüm. Zənnimcə, bu da onun içərisindəki "ədəbiyyat qadın"ın hesabınadır. Gülafət xanım sözə, ədəbiyyata, incəsənətə bütün ruhu ilə bağlı bir xanım, iki övladı və nəvələri ilə fəxr edən kövrək qəlbli anadır.

 

Bizöz növbəmizdə yubileyi münasibətilə Gülafət xanımı təbrik edir, ona möhkəm sağlamlıq və yeni yaradıcılıq uğurları diləyirik!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 25 may.- S.8.