Amerikanın xilaskar
peyğəmbəri - Abraham Linkoln
Telman ORUCOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Abraham
Linkolnun parlaqlığı solmayan şərəfi
Linkoln
son nəfəsini verəndə Stenton demişdi: “İndi o, əsrlərə
məxsusdur”. Çoxları onun şəhid olduğunu
düşünürdü.
Qətl
Müqəddəs Cümə günü baş vermişdi və
onun öldüyü günün sabahısı - şənbə
günü isə “Black Easter” - “Qara pasxa” kimi
xatırlanır. Hər iki söz rəmz xarakteri
daşımaqla, xristianlar üçün müqəddəs
günlər hesab edilir. Yüzlərlə natiq bu hadisə ilə
əlaqədar moizə oxudu. Onlardan bəziləri bu faktda
hadisənin sadə uyğun gəlməsindən daha çox
qətl gününün İisusun çarmıxa çəkilməsi
kimi gördülər, biri isə bəyan etmişdi ki,
İisus Xrist dünya üçün, Abraham Linkoln isə
öz ölkəsi üçün öldü.
Ölümündən sonra onun reputasiyası
yaşadığı dövrlə və ölüm şəraiti
ilə əlaqədar olaraq yüksəldi, bu, ona müqəddəsliyə
bərabər bir halə verdi.
Linkolnun
çox sayda tanışları arasında biri əmin idi ki,
digərlərindən fərqli olaraq, onu daha yaxından
tanıyır və bütün başqaları ilə birlikdə
olduğundan daha çox onun dünya konsepsiyasına təsir
göstərmişdir. Bu adam onun keçmiş vəkil
partnyoru Herndon idi. Herndon Linkoln hakimiyyətində yeni
karyerasına başlamışdı və onun barəsində
xatirələri topladı. Linkolnla öyünməsinə
baxmayaraq, o, insanın müqəddəsləşdirilməsi
meylindən imtina etdi. O görmüşdü ki, Linkolnun həyatının
başlıca xüsusiyyəti özünü inkişaf etdirən
adi adamdan çox-çox uzaqdır. O, ən aşağı
dərinlikdən ən böyük yüksəkliyə
qalxmışdı, “elə bil ki, durğun suyu olan, iy verən
göldən qalxan qaz təmiz və parlaq alovla yanmağa
başlayır”. Bu nöqteyi-nəzəri vurğulamaq
üçün Herndon diqqəti Linkolnun ətrafının
qaranlıq və alçaq şəhadətlərinə
yönəldir.
Linkolnun
inkişafında müstəsna əhəmiyyətli hadisə
kimi Herndon Enn Rutlec ilə onun məhəbbət əhvalatını
göstərir. Bunu “böyük reallığın
romansı” adlandırır. Herndon hesab edir ki, Linkoln Enndən
başqa heç kəsi sevməmişdir. Qızın
vaxtsız ölümündən sonra Linkoln ona görə
qüssə çəkməsini heç vaxt kəsməmişdi.
Qız barədə xatirə onu həm kədərləndirir,
həm də ilhamlandırırdı. Arvadı Meri Todda isə
qəzəbinə görə evlənmişdi, sonra isə bu
qadın özünü onu bədbəxt etməyə həsr
etmişdi.
Linkoln bir insan kimi həm
də mifə çevrildi. Onun əfsanəvi bir
qəhrəman olmasını
ona həsr olunan ədəbiyyatda və folklorda, poemalarda, romanlarda, anektodlarda tapmaq mümkündür. Əfsanə
Linkolnu çoxtərəfli
qabiliyyəti olan allaha yüksəltdi (Hinduizm allahları məhz belədir), ona az qala sitayiş edirdilər. O, Qoca Eyb idi və
həm də eyni zamanda, hiyləgər
fəvqəlbəşər idi. O, həmçinin,
Abraham Ata idi, hakimiyyətə
malik olmaqla, zəifləri müdafiə
edirdi. Və o, həm də başqalarına bərabər
olan bir adam, qonşu
və dost idi.
Linkolnun bir şəxs kimi reputasiyası mif Linkolnunkundan ayrıca qiymətləndirilə
bilərdi. Həyatda yaşa dolduqca
onun nüfuzu yüksəlməyə başladı
və ölümündən
əvvəl onun böyüklük keyfiyyətləri
artıq geniş şəkildə etiraf olunurdu. Vətəndaş müharibəsinin ortasında “Washinqton
chronicle” onu Corc Vaşinqtonla müqayisə
etmişdi. Digər bir
qəzet isə onu “gözəl mülayimləşdirən, aclıqdan
xilas olmağa ehtiraslı kömək edən” adlandırmışdı.
Sonra yazı müəllifi əlavə
edirdi: “Biz inanırıq
ki, Vaşinqtonun özü hakimiyyət naminə hakimiyyətdən
istifadə etməyə
daha az laqeyd
idi”. İngilis qəzeti onu
“qəhrəmanlıq subyekti
olmaqla, Abraham Linkoln kimi sitayiş edilməsində heç bir kəs onunla
rəqabətə girə
bilməz” kimi xarakterizə edirdi. Onun uzun qılçaları və qolları, qrotesk fiqurası bu adamı karikatura
və gülüş
obyekti üçün
çox əlverişli
etmişdi. Onun daxili
keyfiyyətləri, sədaqəti,
vicdanlılığı, qətiyyəti,
nüfuz etmək bacarığı, cəsarəti
“uzun bir yolla onu qəhrəman
etmişdi”.
Linkolnun ən yaxşı ideyaları və ən mükəmməl kəlamları öz qiymətini almış, dəfələrlə heyranlıq
şəklindəki təsvir
mövzusu olmuşdur. Onun tarixi
töhfəsi ölkəsinə,
xalqına verdiyi dərs idi. Bu dərsdən digər
ölkələr və
xalqlar da faydalana bilərlər.
Onun mərkəzi
mövzularından biri
öz hökuməti,
verdiyi vədlər və qarşıya çıxan problemlər
idi. Erkən dövrlərdə,
1848-ci ildə Sprinqfilddə
gənc adamların litseyində “Bizim siyasi institutlarımızın
cinayət törətməsi”
barədə danışarkən,
inqilabi atalara həsr olunmaq çağırışı etməklə “xalqın özünü idarə etməsi qabiliyyətindən”
söhbət açmışdı.
Dəfələrlə, xüsusən Vətəndaş
müharibəsi başlananda
o, öz ideyasına qayıtmış və öz kəlamını xeyli dərəcədə
yaxşılaşdırmışdı. Fort Samter
yıxıldıqdan sonra
o, Konqressə ilk mesajında
bəyan etmişdi ki, Şimal və Cənub arasındakı məsələ
Birləşmiş Ştatların
gələcəyinə daha
çox sayda olan cəhətə toxunur: “o özünü bütün bəşər
ailələrinə bir
sual kimi təqdim edir, Konstitusiya respublikası və demokratiya - xalqın hökuməti, həmin xalq tərəfindən qurulan
hökumətin olması
- olar və ya olmaz, onun
ərazi bütövlüyünü
isə öz vətənindəki düşmənlərinə
qarşı dəstəkləmək
vacibdir”.
Və nəhayət, Gettisburqda
o, özünün kulminasiya
səviyyəsindəki ali
bəyanatını bu
sözlərdə ifadə
etdi: “...Bu şərəfli
həlak olanlardan biz belə bir işə
həsr olunmağımızı
artırmalıyıq, bunun
üçün onlar
həsr olunmanın sonuncu tam ölçüsünü
vermişlər - biz burada
yüksək dərəcədə
qərara alırıq
ki, bu mərhumlar
əbəs yerə həlak olmamışlar,
- bu millət Allahın altında azadlığın yeni doğuşunu göstərəcəkdir
- və həmin xalqın hökuməti, xalq tərəfindən, xalq üçün olan hökumət Yer üzündən silinməyəcəkdir”.
Cənub ştatları Birlikdən
çıxmaq üçün
hər bir konstitusional hüquqa malik idilər. Lakin Linkoln
buna “yox” deyirdi. O, təkrar edirdi ki, Birlik
heç vaxt dağıla bilməz. O, bəşəriyyət tarixindəki
ən böyük müharibədə vuruşmalı
idi, o, bunu etdi və qalib
gəldi. Beləliklə, o, təkcə Birliyi
yenidən tam şəkildə
geri qaytarmadı, həm də bütöv bir yeni ölkə yaratdı və bu məkanın hər bir guşəsində
onun öz töhfəsi, öz imici vardır. Linkoln hamını təəccübləndirdi.
Almaniya kansleri Bismark öz ölkəsi üçün
etdiyini Linkoln Birləşmiş Ştatlar
üçün etmişdi. Bismark bircə
işi görmüşdü,
bütün digər alman dövlətlərindən
olan milləti mərkəzləşdirərək, vahid bir dövlətdə
birləşdirmişdi. Linkoln və Bismark köhnədən fərqli
olan yeni ölkələr yaratmışdılar.
Herr Bismarkın öz karyerasını necə bitirdiyi məlumdur, yeni imperator II Vilhelmin dövründə
istefaya getmiş və bir neçə
ildən sonra ölmüşdü.
Linkoln isə sirli bir qaydada
öz ölümü
ilə böyük və dəhşətli bir işi görməyinin
günahını yumaq
formasında vəsiyyət
etmişdi. Çünki o, belə qan
hesabına mütləq
qaydada öz millətinin yenidən doğulmasına nail olmuşdu.
Bismark Prussiya militarizminin toxumlarını yaratmaqla yanaşı, birləşmiş
Almaniyada da bu toxumları səpmişdi və təəssüf ki, belə böyük dövlət xadiminin irsi zəhərli bitkilər verdi.
Almaniya iki Dünya müharibəsinin başlanmasının
baiskarı olmaqla yanaşı, hər iki müharibədə məğlubiyyətlə üzləşdi.
Birinci Dünya müharibəsində
yadelli əsgərin ayağı alman torpağına dəymədi,
lakin alçaldıcı
sülh şərtləri
Almaniyada revanşizm hisslərinin coşmasına
və Hitler kimi monstrın meydana gəlməsinə şərait
yaratdı. Bismarkın militarizm
irsi, Birinci Dünya müharibəsindəki
məğlubiyyətin ağır
nəticələri olmasaydı,
Hitler də olmazdı.
Almaniyada
1920-ci illərin sonu və 1930-cu illərin başlanğıcındakı ağır iqtisadi böhran olmasaydı,
Hitler siyasət aləmində
şahmat piyadasından
uzağa gedə bilməzdi. Bismark Almaniyanı birləşdirdi,
ancaq almanları ayırdı və onların şüuruna müharibə allahına sitayiş etmək xüsusiyyəti aşıladı.
Belə zəhərli ideologiya şovinizmi gücləndirdi,
dünyaya natsizm kimi dəhşətli fenomen bəxş etdi. Hitler natsizmi
dünyanı hərb
düşərgəsinə, döyüş meydanına
çevirdi, bütöv
millətləri rəhmsiz
qaydada məhv etməyə çalışdı,
50 milyon insanın həlak olmasına səbəb oldu.
Bütün bunlara görə Linkolnu Bismarkla müqayisə etmək o qədər də düzgün deyildir. Linkoln Bismarkdan
fərqli olaraq militarizm, düşmənçilik
toxumları səpməmişdi,
demokratik prinsiplərin
müharibə dövründə
azacıq zəruri zədələr olmasından
asılı olmayaraq, dövlətin Bani-Atalarının
qoyduğu demokratik bünövrəni qoruyub saxlamış və Vətəndaş müharibəsindəki
öz düşmənlərinə
- cənublulara mərhəmətli
münasibət göstərmək
vəsiyyətini etmişdi.
Ona görə də Linkoln müharibə aparmağa məcbur edilsə də, ali
amalına - Birliyi qoruyub saxlamaq naminə ona xəyanət edənlərə
qarşı vuruşa
başçılıq edərək,
ona tanış olmayan bu sahədə
də zəfər qazanmış, Birliyi yeni keyfiyyətdə bərpa etməyin konturlarını cızmışdı.
Bugünkü yüksək inkişaf etmiş və dünyada yeganə fövqəldövlət olan
Amerika Birləşmiş
Ştatlarının mövcudluğu
Linkoln dühasına həsr olunmuş ən böyük abidə sayıla bilər. Nə qədər ki
Birləşmiş Ştatlar
var, Linkoln da bir simvol
kimi yaşayacaqdır.
Ona hücum edənlər nəhəng qayaya daş atanların aqibətindən uzağa getməyəcəklər, qayanın
möhtəşəmliyinə xələl gətirə bilməməklə yalnız
öz səfehliklərini
göstərəcəklər.
SON
Sentyabr 2017-ci il
525-ci qəzet 2018.- 26 may.- S.23.