Tarixin və millətin
yaddaşına həkk olan 23 ay
Azərbaycan Xalq Cümhuriyyəti-100
Müasir Azərbaycan Respublikası
Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
İlham
Əliyev
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin
2017-ci il 16 may tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında" sərəncam
imzalamışdır.
Xalq Cümhuriyyətinin
yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət, həm də Şərqdə ilk
demokratik dövlətin
məhz Azərbaycanda
qurulduğunu nümayiş
etdirir. Dövlət başçısının sərəncamında da milli dövlətçilik
salnaməsinin müstəsna
dərəcədə Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyinin layiqincə
keçirilməsi vurğulanır.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin dediyi kimi. "Azərbaycan hələ
tam oxunmamış kitabdır".
Azərbaycan XX əsr tarixində
üç dəfə dövlət
yarada bilmişdir.
1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyəti,
1920-1921-ci illərdə Azərbaycan
Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə
baş verən hadisələrin davamı
olaraq 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyini bərpa
edə bildik. Ancaq
1918-1920-ci illərədək müstəqilliyi qoruyub saxlaya bilmədik.
Məlum olduğu kimi, müstəqillik asanlıqla
qazanılmamışdır. O, Azərbaycanın
mərd oğul və qızlarının
qanı bahasına əldə edilmişdir.
Xalqımızın bir mürəkkəb kəlamında
deyildiyi kimi: "Su gələn arxdan bir də gələcək".
Nəhayət, 70 il sonra XX əsrin son onilliyində Azadlıq xalqımızın üzünə
yenidən güldü. 18 oktyabr
1991-ci ildə Sovet imperiyası dağıdıldı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün
itirilmiş müstəqilliyini
yenidən bərpa etdi. Azadlıq sədaları yenidən
eşidildi. Vətənimizdə Azərbaycan Respublikası
adlı müstəqil
dövlətçiliyimiz yenidən
bərpa olundu. Lakin yeni dövlətimizin
bərpası kəskin
qarşıdurmalar əsasında
baş verdi.
Azərbaycan Respublikası
bir tərəfdən
daxili siyasi çəkişmələrə, digər tərəfdən
isə tarixi düşmənimiz Ermənistanın
təcavüzünə qarşı
mübarizə aparırdı...
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası
parlamenti "Azərbaycan
Respublikasının dövlət müstəqqiliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü-müstəqil
inkişaf dövrü
başlandı.
XX əsr bəşər
tarixində çox görkəmli yer tutur. XX əsrdə Azərbaycan
xalqının həyatında
çox böyük hadisələr
baş vermişdir. Bu əsr Azərbaycan xalqı üçün
surətli bir inkişaf dövrüdür. Azərbaycan öz coğrafi, siyasi vəziyyətinə, öz
təbii sərvətlərinə
görə bir çox dövlətlərin
daim maraq dairəsində olmuşdur.
Azərbaycan Demokratik Respublikası,
Azərbaycan Respublikası-müsəlman
Şərqində ilk dəfə
demokratik respublikasının
əsasını qoymuş
müstəqil Azərbaycan
dövlətidir. 1918-ci il
mayın 28-də yaradılmış, 23 ay yaşamışdır
(1918, 28 may-1920, 28 aprel). Olduqca qısa müddətdə,
həm də ölkənin daxilində və xaricində yaranmış
gərgin və mürəkkəb
ictimai-siyasi
şəraitdə fəaliyyət
göstərməsinə baxmayaraq,
AXC-nin həyata keçirdiyi tədbirlər
(milliyyətindən, siyasi
və dini mənsubiyyətindən, cinsindən
asılı olmayaraq bütün vətəndaşlara bərabər
hüquq verilməsi, dövlət sərhədlərinin
müəyyən olunması,
Azərbaycan dövlətçiliyi
atributlarının qəbul
edilməsi, Azərbaycan
dilinin dövlət dili elan olunması,
demokratik dövlət
quruculuğunun başlanması,
iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində
atılmış uğurlu addımdır və s.). Azərbaycanın gələcək müstəqilliyi üçün
möhkəm zəmin
yaratmışdır.
"Azərbaycan Xalq Cümhuriyyəti gərgin
və mürəkkəb
ictimai-siyasi şəraitdə
cəmi 23 ay fəaliyyət
göstərsə də,
sonrakı nəsillərin
yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu,
iqtisadiyyat, mədəniyyət,
təhsil, səhiyyə,
hərbi quruculuq sahələrində atdığı
mühüm addımları
başa çatdıra
bilməsi də, onun qısa müddətdə həyata
keçirdiyi tədbirlər
xalqımızın tarixində silinməz iz buraxmış,
milli dövlətçilik ənənələrimizin
bərpası işində
böyük rol oynamışdır. Ən
əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu" (H.Əliyev).
AXC dövründə 5 dəfə hökumət təşkil edilmişdi. Birinci üç
hökumətə (28.05.1918-14.03.1919) F.Xoyski, 4-cü və 5-ci hökumətlərə (14.03.1919-30.03.1920) N.Yusifbəyli başçılıq
etmişlər. Azərbaycanın ərazi bütövlüyünün qorunması
AXC hökumətinin fəaliyyətində daim öncül yer tutmuş və ümdə vəzifələrdən biri
sayılmışdır. Azərbaycan
ərazisinin elə bir bölgəsi olmamışdır
ki, ora AXC hökumətinin
diqqətindən bir an belə kənarda qalsın. Bu baxımdan, Naxçıvan diyarına və Zəngəzur mahalına münasibət xüsusi qeyd edilə bilər. "Azərbaycan
parlamentinin yaradılması
haqqında qanun"da
göstərildi ki Azərbaycan ərazisini təşkil etdiyinə görə, parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasından
(Naxçıvan, Şərur, Ordubad nəzərdə tutulur) üç nəfər millət vəkil seçilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti
cəmi 23 aylıq dövründə
elə işlər gördü ki, nəinki tarixin, habelə millətin yaddaşına
həkk oldu. Belə müqəddəs faktlardan
biri Azərbaycanda Universitetin yaradılması
hadisəsidir. M.Ə.Rəsulzadə
Xalq Cümhuriyyəti
Parlamentinin 21 avqust
1919-cu il tarixli iclasında universitetin açılması haqqında
müxtəlif rəyləri
şərh edir və göstərirdi ki, belə bir elm-tədris müəssisəsi üçün professor
heyətinin
əsası da hazırdır.
Onun fikrincə,
əlbəttə, "yaxşı
olardı ki, bu elm və mədəniyyət mənbəyi türkcə olaydı". M.Ə.Rəsulzadə göstərdi ki,
"bu universitet tezliklə mütləq türkcə olacaq".
O, univrsitetin və orada tədrisin təşkili sahəsində Rusiya, Yaponiya, Türkiyə təcrübəsini misal gətirərək çətinliklərdən
qorxmamağa çağırırdı.
Bu çağırış və cümhuriyyətin fəallığı ilə ilk müstəqil dövlətimizin
milli universiteti yarandı.
İllər ötdü və
xalqımız ağır məşəqqətlərdən
keçib öz müstəqilliyini yenidən
qazandı. Xalq Cümhuriyyətinin 70 il qadağan edilmiş üçrəngli
bayrağını ilk dəfə
Naxçıvanda Dövlət bayrağı kimi qaldıran Ümummilli liderimiz Heydər Əliyev bu müstəqil dövlətin bütün atributlarını, arxitektonikasını
qurandan sonra dedi: "Müstəqilliyimiz
dönməzdir, əbədidir".
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu dövlətin həmin bayrağını
ən böyük beynəlxalq təşkilatlarda,
bu ölkənin sözünü
dediyi mötəbər
yığıncaqlarda söz kürsüsünün önünə çıxartdı və fəaliyyətinin
bütün
istiqamətlərində qürur hissilə Xalq Cümhuriyyətinin qiymətini verdi. Bu böyük insan dövlət atributlarımız haqqında dəyərli fikirlər söyləmişdir: "Bayraq hər bir dövlətin təmsilçisi və rəmzidir".
Azərbaycan Respublikası cənab
Prezident İlham Əliyevin "Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında" sərəncamını
rəhbər tutaraq, rəhbərlik etdiyim kollektivlə il ərzində müxtəlif vasitələrlə pedaqoji kollektivi təlimatlandırıram, belə
ki, məsləhət saatları keçirməklə növbədənkənar
pedaqoji şuralar çağırmaqla müxtəlif
mövzularda məruzələrlə
çıxış etmişəm.
Eyni zamanda, pedaqoji kollektiv arasında sorğu və müsabiqələr keçirmişəm
ki, tərbiyəçilər
də öz növbəsində hər
yaş qrupuna uyğun uşaqları məlumatlandırsınlar. Pedaqoji
kollektivimiz musiqi rəhbəri ilə birlikdə
hər il "28 May Azərbaycan Demokratik Respublikasının yaranması"
günü ilə əlaqədar uşaqlarla tədbirlər keçirirlər. Musiqi zalında keçirilən
tədbirlər marş
sədaları altında əllərində
3 rəngli bayraqlarla zala daxil olub,
dövlət himnimizi oxuyub, müxtəlif şeirlər söyləyib
mahnılar oxuyub, milli rəqslər, musiqili-ritmik
hərəkətlərlə çıxış edirlər.
Ulu öndərimiz H.Əliyev üzünü məktəbəqədər təhsil işçilərinə tutaraq demişdir: "Milli vətənpərvərlik, hərbi vətənpərvərlik
hər bir vətəndaşın hələ
körpəlikdən həyat prinsipi, idealı və nizamnaməsi olmalıdır".
Bu şərəfli məsuliyyətli
iş biz məktəbəqədər
təhsil müəssisə
işçilərinin üzərinə
düşür. Hər bir
təhsil işçisi,
yaradıcı qabiliyyətə,
dərin təfəkkürə
malik olmalıdır.
Məktəbəqədər dövr ilk vətənpərvərlik hissləri
formalaşmağa başlayır.
Vətənpərvərlik düşmənə nifrət gücləndirir,
qisas hissini artırır. Tarixi Memar,
Ulu öndər H.Əliyev demişdir.
"Uşaqlarımız məktəbəqədər
yaş dövründən
başlayaraq bəşəri
dəyərlərdən istifadə edərək, milli zəmin üzərində,
milli adət-ənənələr
ruhunda tərbiyə olunmalıdır".
Ümummilli liderimiz, böyük
tarixi şəxsiyyət
Heydər Əliyevin tövsiyələri bu gün də aktualdır və həmişə öz aktuallığını saxlayacaq! Bu fikirlər bizi milli adət və ənənələrimizi, milli əxlaqımızı qoruyub-saxlamağa,
vətənpərvər olmağa
səsləyir.
Sədaqət RƏhimova
Pedaqogika üzrə fəlsəfə
doktoru, Xətai rayonu 240 saylı körpələr evi-uşaq
bağçasının müdiri
525-ci qəzet 2018.- 30 may.- S.8.