Naxçıvan peşəkar teatrı mədəni inkişaf prosesi

 

Teatr mədəni inkişaf üçün mühüm nailiyyətlərdən biridir. Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra böyük mədəniyyət və ziyalılar yurdu olan Naxçıvanda da tərəqqipərvər ziyalıların fəallığı ilə ilk peşəkar teatrın əsası qoyulub.

 

Beləliklə, uzun əsrlər öncə xalqımızın xalq teatrları ilə başlatdığı teatrçılıq mədəni nailiyyəti peşəkar səhnə teatrı ilə əvəzlənərək böyük bir mədəni inkişaf və intibaha vüsət vermişdir.

 

Ümumiyyətlə, teatrşünas İlham Rəhimlinin fikirlərinə qoşularaq demək olar ki, teatrın öz tarixini xalqın müxtəlif dövrlərdə yaratdığı və yaşatdığı xalq teatrı ənənələrindən alması birmənalıdır. Ancaq peşəkar teatr da xalq teatrı ənənələri üzərində inkişaf etməklə bərabər müxtəlif xalqların mədəni nailiyyətlərindən istifadə yolu ilə də zənginləşmişdir. Hələ milli teatrımız üçün layiqli əsərlər yazan və bu ideyanı irəli sürən görkəmli dramaturq Mirzə Fətəli Axundzadə teatr haqqında bəhs edərkən yazırdı: "...Teatr nə olan şeydir? Teatr - uca və geniş bir salondan ibarətdir ki, içərisi üç tərəfdən divarlara bitişmiş olur, altlı-üstlü lojaların üzü salonun dördüncü tərəfinə baxır". Bu mənada milli teatrın yaranması maarifçilik ideyalarının yayılması, genişlənməsi, milli oyanışın əldə olunması üçün mühüm nailiyyət idi. Buna görə də görkəmli elm adamı akademik İsa Həbibbəyli yazırdı ki: "Maarifçilik hərəkatının ideya-mənəvi beşiyi məktəb, əsas silahı, hərəkətverici qüvvəsi, təsir vasitəsi isə teatrdır. Buna görədir ki, milli-ictimai ədəbi fikirdə teatr "bir növ məktəb" kimi qiymətləndirilmişdir". Eləcə də böyük dramaturq, yazıçı, ictimai xadim Nəriman Nərimanov: "Teatr böyüklər üçün bir növ məktəbdir. Necə ki uşaqlar məktəbdə gözəl şeylər əxz edirlər, elə də bizlər teatrdan gözəl sifətlər əxz edirik", Azərbaycan dramaturgiyasının ağır sütunlarından olan nəhəng ədəbiyyat xadimi Cəlil Məmmədquluzadə: "Millətin mədəni-mənəvi tərəqqisi bundan çox asılıdır. Teatr tərbiyə ocağı, artist də tərbiyə edəndir" - deyə bəhs etmişlər.  

 

Naxçıvanda maarifelmin, mədəniyyətin yayılması və təbliğində Eynəli bəy Sultanovun, Cəlil  Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, Əliqulu Qəmküsarın, Məhəmmədəli Sidqininbaşqa  ziyalıların çox böyükmisilsiz xidmətləri olmuşdur. Naxçıvan ziyalıları teatrın rolunu düzgün dəyərləndirərək Naxçıvanda peşəkar teatrın formalaşmasına bütün qüvvələri ilə çalışmışlar. Çünki teatr səhnələrində xalqın həyatı, problem və qayğıları öz əksini tapır, xalqı avamlığa, fanatizmə, elmsizliyə vadar edən qüvvələr tənqid və ifşa olunur, xalq milli oyanış və maarifə dəvət olunurdu. Bu minvalla da səhnədə oynanılan hər bir əsər öz tərbiyəvi əhəmiyyətilə insanların əxlaqının və xarakterinin islah olunması və kamilləşməsinə öz təsirlərini göstərirdi. Necə ki, böyük ustad, dramaturgiyamızın banisi və müəllimi Mirzə Fətəli Axundzadə dramteatr sənətindən bəhs edərkən göstərirdi: "Drama sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucuqulaq asanları ibrətləndirməkdir". Böyük ustad Cəlil Məmmədquluzadə də Naxçıvanda teatr tamaşasının göstərilməsi hadisəsini xatırlayaraq yazırdı: "Miladi tarixinin 1893-cümü, dördüncümü illərində Naxçıvanda teatr həvəskarları, bəndə də onların içində teatr oynayırdıq. ...O vədə Naxçıvanda teatr nümayişləri üçün tək bircə yerdə kiçik bir səhnə var idi... Naxçıvanda o vaxt səhnədə göstərilən pyeslər Mirzə Fətəlinin "Hacı Qara", "Məstəli Şah" və "Kimyagər, "Xan Sərabi" komediyaları idi. Burda mənim söhbətim "Kimyagər" komediyası barəsindədir ki, bir gün o pyesi biz həvəskarlar haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. ...O günü Naxçıvanın şəhər məktəbinin və məhəllə məktəblərinin cəmi şagirdləri tamaşanın müftə olmağını qənimət bilib gəlib dolmuşdular teatra. Belə ki, iki, bəlkə üç yüz şagirdi səhnənin zalına ancaq yerləşdirə bildik. Tamaşa ...pis də keçmədi. Şagirdlərə böyük təsir bağışladı. Səhnə ustadı Mirzə Fətəlinin nadir qələmindən törəyən ləzzətli komediyaduzlu və zərif məzhəkələri uşaqlara o qədər xoş gəldi ki, nümayiş qurtarandan sonra bunlar teatr həyətinə və sonra küçəyə çıxa-çıxa bir ucdan virdi-zəban eləyib çığırışırdılar:

 

- Molla Həmid, körüyü bas!

 

Bir neçə dəqiqənin içində şəhər, küçə və bazarın hər yerində elə uşaq idi ki çığırırdı:

 

- Molla Həmid, körüyü bas! Paha vaveyla! Naxçıvanın mollaları məscidlərdə namaz ibadətə məşğul olduqları yerdə uşaqların bu fəryadını eşidirlər: "Molla Həmid, körüyü bas!" Balam, bu qiyamətdir? Necə Molla Həmid, kimdir körüyü basan Molla Həmid?

 

Axırda məlum olur ki, körüyü basan Molla Həmid teatr nağılı imiş... Bir dəstə növcavan müsəlman müəllimləri teatr oyunu qurublar ki, ...mollaları lağa qoysunlar. Bu qiyamətdir, bu rüsvayçılıqdır? Elə bu səbəbdən camaat ...şəhərin mollası Axund  Molla Tağının yanına cəm olurlar. Qərar qoyurlar Naxçıvan naçalnikinə şikayət edib belə nümayişlərin bundan sonra qadağan olunmağını iltimas etsinlər".

 

Naxçıvanda ilk peşəkar teatrın yaranması tarixi tədqiqatçıların qeydlərinə görə, 1883-cü ilə təsadüf edir. Belə ki, mənbələrdə göstərildiyi kimi, E.Sultanov, C.Məmmədquluzadə onların "huşyar dostları"nın cəhdləri sayəsində fəaliyyət göstərmiş "Naxçıvan Müsəlman İncəsənəti Dram Cəmiyyəti"nin təşəbbüsü ilə 1883-cü ildə ilk teatr tamaşası göstərilmişdir. Bu barədə bəhs edən teatrşünas Əli Qəhrəmanov yazır: "...Naxçıvanda teatrın əsasının 1883-cü ildə qoyulması ilk peşəkar dünyəvi Azərbaycan teatrının yaradılmasının 10 illiyinə təsadüf edir. ...o dövrdə Naxçıvanda fəaliyyət göstərən "Naxçıvan Müsəlman İncəsənəti Dram Cəmiyyəti"nin nümayəndələri M.F.Axundovun "Müsyö Jordan Dərviş Məstəli şah" əsərini tamaşaya hazırlamış İrəvana xalq məktəbləri inspektoru Tselovalnikova ...teleqram göndərmişlər. ...Teleqrama razılıq alındıqdan sonra tamaşa 1883-cü ilin may ayında (15-də) Hacı Nəcəf Zeynalovun evində göstərilir. ...Aparılan tədqiqatlar aydınlığı ilə sübut edir ki, 1883-cü ilin may ayında M.F.Axundovun "Müsyö Jordan Dərviş Məstəli şah" əsərinin tamaşası ilə Naxçıvan teatrının təməli qoyulmuşdur".

 

"Cəmiyyət"in fəaliyyəti gücləndikcə teatrın repertuarları da genişlənmişdir. Teatr tamaşaları sıxlaşdıqca xalqın antiteatr münasibəti get-gedə avazımış, mühafizəkarlığı qırılmış, tamaşalara baxmaq üçün cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar tamaşalara can atmışlar. Bu barədə fransız şərqşünası Lusyan Buvanın "Müsəlman aləmi" jurnalındakı qeydləri olduqca maraq doğurur. O yazır ki: "Naxçıvanda həvəskar artistlər tərəfindən Azərbaycan rus dillərində tamaşalar göstərilir. Bu tamaşalara baxmaq üçün cəmiyyətin təbəqələrinə mənsub olan adamlar gəlirdilər". Beləliklə, Naxçıvanda teatr fəaliyyəti getdikcə güclənmiş, "qaranlıq dünyanın" köhnəlmış sütunları yıxılmağa,  maarif elmə olan münasibət dəyişərək yeni müstəviyə keçməyə başlamışdır.

 

Artıq teatrın fəaliyyətinin güclənməsi, cəmiyyətin müxtəlif təbəqələrini əhatə etməsi nüfuzu altına alması mədəni oyanışın bütün səviyyələrdə gerçəklənməsinə təkan vermişdir. Bir tərəfdən mətbuat, bir tərəfdən teatr müxtəlif ictimai-mədəni təsirlər qadınların cəmiyyətdəki mövqeyinin artmasına fəallaşmasına da səbəb olmuşdur. Naxçıvan qadınlarındakı bu ictimai fəallıq hətta teatr xadimlərinin özünü heyrətdə buraxmışdı. Xalq artisti Mirzağa Əliyev öz xatirələrində yazırdı ki: "1911-ci ilin yay fəsli idi. Ü.Hacıbəyovla bir truppa düzəldib İrəvan, Naxçıvan şəhərlərinə qastrola getdik. ...Qadınlar üçün iki dəfə gündüz tamaşası verdik. Bu məni çox sevindirdi. Çünki o zaman Azərbaycanın heç bir şəhərində qadınların kollektiv surətdə teatra gəlmələrini görməmişdim..." Qadınlar arasındakı bu ictimai-mədəni oyanışın intibahın nəticəsi idi ki, 1917-ci ildə Naxçıvanda ilk qadın müəllimə Nazlı xanım Tahirovanın rəhbərliyi ilə qadınlardan ibarət dram dərnəyi yaradılmışdır. Həmin dərnəyin  iştirakçılarının fəallığı təşəbbüsü ilə ilk dəfə olaraq öz repertuarlarında Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası tamaşaya qoyulmuşdur. Beləliklə, ziyalılığın artması nəticəsındə mədəni səviyyə xeyli yüksəlmiş, o dövrdə "Şərq qapısı" qəzetinin yazdığı kimi, "Naxçıvan teatrı... artıq mədəni inqilab ocağına" çevrilmişdi.

 

Naxçıvan teatrı böyük bir mərhələni təşkil edən mədəni oyanış inkişaf epoxası ilə yaxından bağlıdır. Naxçıvan teatrının yaranması inkişafı ilə Naxçıvanda böyük bir ziyalı, aktyor rejissorlar nəsli yaranmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrı öz peşəkar səhnə fəaliyyətində böyük ədib dramaturqların əsərlərinə müraciət etmiş, M.F.Axundzadə, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev başqa ədəbiyyat sənət xadimlərimizin əsərlərini səhnələşdirmişlər. Öz repertuarları ilə Naxçıvanın mədəni inkişaf yüksəlişində birbaşa böyük xidmətləri olan Naxçıvan teatrı onun aktyorları xalqımız onun Ümummilli lideri Heydər Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmişlər. Ümummilli lider Heydər Əliyev teatrın xalqın mədəni inkişafındakı rolunu qiymətləndirərək deyirdi: "Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orda çalışan insanlar fədakardırlar, fədaidirlər..." Bu gün ictimai-mədəni həyatımıza xüsusilə diqqətcil olan ümummilli liderimizin siyasi məktəbinin ləyaqətli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin 10 martın Azərbaycanda Milli Teatr Günü kimi təsis edilməsi milli peşəkar teatrımızın yubiley tədbirlərinin keçirilməsi sahəsindəki misilsiz xidmətləri Azərbaycanın, habelə onun müxtəlif bölgələrini əhatə edən teatrların inkişafına mühüm stimul vermişdir. Naxçıvan Muxtar Respublikasında da böyük uğurla həyata keçirilən quruculuq yenilənmə tədbirləri teatr mədəniyyət sahəsini ardıcıl olaraq əhatə etmiş, teatrın inkişafına hərtərəfli təminatına təkan vermişdir. Bəli, bu gün bütün yerlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələri dövlətimizin qayğısı ilə xalqımızın mədəni inkişafına uğurla xidmət göstərir böyük inkişaf yolu keçir.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet  2018.- 30 may.- S.6.