Cavad Zeynalla görüş... amma şair kimi
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
Bir nasir kimi tanıdı
ğım, "İkinci
and", "Suya söylənən
yuxu", "Şəhərə
qar yağırdı"
kitablarında hekayələrini,
povestlərini oxuduğum
Cavad Zeynalı bir neçə il bundan əvvəl
"Köhnə kişilər"
şeirlər kitabı
ilə bir şair kimi gördüm.
Ədəbiyyatda belə hadisələrlə
həmişə qarşılaşmaq
mümkündür. Bilirəm ki,
Cavad Zeynal yaradıcılığa şeirlə
başlayıb, amma çox keçmədən
hekayələr yazıb
və uzun müddət də onu hamı bir
nasir kimi tanıyıb. Onun hekayələri
öz təbiiliyi, təsvir etdiyi kənd həyatının
koloritli təqdimi ilə diqqəti cəlb edirdi. Bu təbiilik onun
şeirlərində də
davam edir. Yaradıcılıq hansı janrda
olursa-olsun, fərdi üslub, yəni yazıçıya məxsus
olan bədii keyfiyyətlər yaşanır.
Bax, Cavad Zeynalın şeirlərində bu yaşantıları görürəm.
Onun şeirləri haqqında söhbətə başlamamışdan
öncə Rəşad
Məcidin - Cavadı yaxşı tanıyan gözəl şairimizin
"Köhnə kişilər"
kitabına yazdığı
ön sözdən bir kiçik parçanı təqdim edim: "2010-cu ilin bir payız günü idi. Cavad Zeynal qəflətən
"525-ci qəzet"də yanıma gəldi. Üzündə qəribə bir
nigaranlıq, sıxıntı
vardı. Nə idi
bunlar? Bilmədim. Yaşına uyğun olmayan bir utancaqlıqla: - Bu qoca yaşımda şeir yazmağa başlamışam - dedi və əlindəki bükümü qarşıma
qoydu: - Bax gör bunları üzə çıxarmaq
olar? ...Şeirləri
oxudum və məni tutdu. Şeirlər həm ədəbi
ictimaiyyət arasında,
həm də oxucularda böyük maraq doğurdu".
Cavad Zeynalın
bütün şeirləri
heca vəznindədir. Bunun səbəbini
araşdırmaq istəməzdik,
hər hansı şairin hansı vəzndə yazması əsas deyil, əsas odur ki, şeirdə fikir-hiss, qəlb və ağıl vəhdəti hiss olunsun.
Şair bu dünyaya, təbiətə,
cəmiyyətə, Vətənə,
gözəlliyə, sevgiyə
həsr etdiyi şeirlərində səmimi
olsun, ən başlıcası, təzə
söz desin, mənalı fikir söyləsin. Cavadın doğulduğu Füzulinin
Gorazıllı kəndi
indi düşmən tapdağındadır. Və
Cavad "Uzaqdan boylandım dağlarımıza"
şeirində o həsrəti,
yurd yanğısını
ifadə edir:
Uzaqdan boylandım dağlarımıza,
Ürəyim uçundu, səsim titrədi.
Göz yaşım gözümdə
döndü ulduza,
Özüm yalan oldu, hissim
titrədi.
Hər biri kimsəsiz qocalar kimi...
Elə bil bir azca yapıxmışdılar.
Qayalar dumanda bacalar kimi...
Elə bil bir göz də
qıpıxmışdılar.
Tamam dəyişmişdi görü-görkəmi,
Solmuşdu mən görən al yamacları.
Həsrətdən göynəyən dodağım
kimi,
Duman yalayırdı yal-yamacları...
...Sinəmdə ahlarım qalxıbdı göyə,
Mən nələr
çəkirəm bilməyir
anam.
Məzarı yağıda qalıbdı
deyə,
İnciyib, yuxuma gəlməyir anam.
Vətəndə yurd həsrətini bundan da yaxşı
ifadə etmək olarmı? "Məzarı
yağıda qalıbdı
deyə, İnciyib, yuxuma gəlməyir anam" - nə qədər həzin duyğudur və nə qədər obrazlıdır. Cavad Zeynalın
şeirlərində iki
zaman üz-üzə
gəlir. Keçmiş və indi. Keçmiş həm xoş
xatirələrlə, həm
də nisgilli duyğularla doludur, indiki çağda isə həm keçmiş yaşayır,
həm də bu gün. Bax, bu mənada Cavadın "Köhnə
kişilər" şeiri
maraq doğurur. Cavadın gördüyü
köhnə kişilər
"Göylərdən yerlərə
işıq salırlar...
Onlar şimşək idi - çaxıb getdilər".
Amma indi "köhnə kişi" tapmaq çətindi. Çünki:
"Elə dağıdırıq,
sökürük ancaq,
Elə hey didirik, didilirik biz. Qardaş xirtdəyinə çökürük
ancaq, Kişilik taxtından itiririk
biz".
Cavad Zeynal şeirə gec qayıtsa da, hiss olunur ki, illərdən bəri içində şeir yanğıları
ona rahatlıq verməyib və 2010-cu ildən bu yana o yanğıları
misralara çevirir. Şeirə,
poeziyaya böyük sevgi var onun
şeirlərində. O, ustadlara, onların sənətinə böyük
ehtiramla yanaşır,
şairliyi bu dünyanın ən cəfakeş insanları hesab edir.
Yapılmaz torpağa şair
kürəyi,
Sönmək də çətindi, çaxmaq da çətin.
Alınmaz qaladı xalqın
ürəyi,
Girmək də çətindi, çıxmaq da çətin.
Şairlər yaradan, şairlər
quran,
Şairlər sözüylə şair olurlar.
"Şairəm söyləyir
yerindən duran",
İlaxır olurlar, sair olurlar.
Cavad Zeynal çox həssas şairdi. Həssaslığın içində yazıqlıq
yoxdu, heyrət var, həzin, kövrək duyğular baş-başadır, təəssüf
də var, sevinc də, qəm də. Hiss olunur ki, Cavad
böyük şairimiz
Müşfiqə pərəstiş
edir: "Dünyada bir Müşfiq məhv elədilər, Dünyaya gələnlər
Müşfiq oldular"
- deyir. Bir neçə şairimiz
"Yanıq Kərəmi"
saz havasına qol götürüb oynayanları qınaq atəşinə tutublar.
Cavad da elə. "Adam da yananı
yandırarmı heç,
Bu necə süzməkdi,
nə oynamaqdı?"
Böyük alim Ziya Bünyadovun qətli onu da yandırır: "45-də
qəhrəman qayıdan
kəsi Qoruya bilmədik öz içimizdə". Şeirlərində
qocalıqdan gələn
qərib küləklər
də əsir: "Qatardan ayrılmış durna kimiyəm, Köç gedib, kimsə yox, tənha qalmışam"
- deyir. "Elə oxşayıram" şeirində
isə özü ilə milləti arasında bir oxşarlıq görür,
bu da həssaslığın
bir sonucu:
Ürəyim süfrədi-açıq və təmiz,
Bozaran sifətim
tərs olmayır heç.
Başıma gələni unuduram tez,
Başıma gələnlər dərs olmayır heç.
Cavad Zeynalın şeirlərində həqiqət axtarışları, daha doğrusu, onu bir insan kimi narahat edən həyati məsələlər daha çox diqqəti cəlb edir. Deyir ki: "Min illərdi gəzirik, Haralara çapmırıq. Bir xəyaldı, deyəsən, Tapmırıq ki tapmırıq". Şairin də bütün ömrü həqiqət uğrunda mübarizələrdə keçir və Cavad da o şairlərdən biri. Bəzən istəyinə nail olur, bəzən yox. O, həqiqəti əllərində tapır: "Əzəli qalamdı, məni qoruyur, Əzəli qalamı dünya sayıram. Qala əllərimə gecə baş qoyur, Qala əllərimdə yuxulayıram". Bəzən isə həqiqət axtarışları boşa çıxır, məğlubiyyətin etirafı səslənir: "Sürdüyüm bu ömür ömür deyilmiş, Ömür sanmamışam, yazıqlar mənə". Yaşın yetmişində səslənən bu etiraflar bir şair ömrünün sevincli, kədərli, enişli-yoxuşlu həyatının müxtəlif anlarını nişan verir. Axı, insan ömrü heç vaxt birxətli qaydada qala bilməz. Ümid də, ümidsizlik də, xoşbəxtlik də, bədbəxtlik də mütləq bir-birini əvəz etməlidir:
Vaxt olub gözümdə sökülübdü dan,
Açılan sabahlar səsləyib məni.
Üstümə atılan çirkab-çamurdan
İşıqlı olmağım gözləyib məni.
İşığa tuturam mən çox dibləri,
Çoxları düşünür səhv eləyirəm.
Üstümə yeriyən qara divləri,
Mən öz işığımla məhv eləyirəm.
Cavad Zeynalın 21 apreldə "525-ci qəzet"də dərc edilmiş şeirlərini də oxudum. Hiss olunur ki, Cavad yeni şeirlərində bir şair kimi poetik axtarışlarını davam etdirir. Mən onun səkkiz şeiri içərisində birini daha çox bəyəndim - "Göy sevgisi"ni. Bu şeirdə C.Zeynalın təbiət hadisəsini poetik məna səviyyəsinə qaldırdığının şahidi oluram. Neçə gündü yağış yağır, göyün bağrı sökülür, dağlar bu yağışdan lərzəyə düşür. Dünyanı yağış tufanı bürüyüb.
Günəş elə gizlənib,
Saçılmır ki, saçılmır,
Hıçqırığı ildırım
Bəxti qara qız kimi.
Qurumayır göz yaşı,
Ələyir payız kimi.
Göy sevgisi nə dərin,
Silkələyir Yeri də.
Eşqi daşa dəyibdi
Kimsəsi yox kiridə.
Göyün Yerə sevgisi belə olurmuş. Bir təbiət hadisəsində əbədi sevgi axtarışı...
Cavad Zeynalın şeirə qayıdışı onu bir ŞAİR kimi də tanıtdı. Amma axtarışlar hələ qabaqdadır. Bu yolda yorulmasın.
525-ci qəzet 2018.- 31 may.- S.8.