"Kardeş
kalemler"in may sayı
Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı "Kardeş kalemler"in may sayı böyük qazax şairi Ğalim Jaylıbaya həsr olunub.
Dərgi şairin tərcümeyi-halı
və şeirləri ilə açılır. Şeirləri Türkiyə türkcəsinə
Nərgiz Birayla Cəmilə Lınacı
uyğunlaşdırıb.
"Qazaxıstan"dan yazılar da Ğalim Jaylıbaya həsr olunub. Şair
haqqında Temirhan Medetbek "Şeir dünyasının "Şertpe
Küyü", Serik
Kirabayev "Bu günün
şeiri", Serik Aksunkarulı "Jekkazğana
şeir gəlib...",
Beybit Cumahjan "Qazax ruhunu valilər
deyil, şairlər ucaldar", Amangəldi Kenşilikuli "Bozqırın
şeirləri şair
Ğalim Jaylıbayın
şairliyi üzərinə"
məqalələrində söz
açıblar. Bu bölmədəki bütün
yazıları Ufuk Tuzman tərcümə edib.
Qazaxıstandan dərgiyə qatılan növbəti yazar - Rita Sultangaliyeva Rahımjan Otarbayevin dramaturgiyasından
danışır.
Kastamonuda keçirilən IX Türk
Dünyası Ədəbiyyat
Dərgiləri konqresi
haqqında "Kardeş
kalemler" jurnalı
üçün reportajı
AYB-nin başqanı Yaqub Öməroğlu qələmə alıb.
Batı-Trakyadan Rahmi Ali bu dəfə
"Türk Dünyasında
İlin Ədəbiyyat
Adamı-2018" yazısı ilə qatılıb.
Dərginin bu sayında Özbəkistandan Aydın
(Mənzurə Sabirova)
"Ey gözəl Canan!" (tərcümə
Vəli Savaş Yelok), Tatarıstandan Alsu Hasanova Bulut
"Törə" (tərcümə
Levent Bulut), Türkiyədən Necdat Ekici "Çolpan Yıldızı" hekayələri
ilə yer alıblar.
Dərginin Xəbər bölməsində
oxucular TÜRKSOY tərəfində
keçirilən qırğız
yazıçısı Çingiz
Aytmatovun 90 illik yubiley tədbirindən reportajı oxuyacaqlar.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 31 may.- S.6.