Gülüstan
Əliyevanın yaradıcılığında yeni səhifə
"ZABUL"
FİLM-KOMPOZİSİYASININ TƏQDİMATI
KEÇİRİLİB
Oktyabrın 31-də Azərbaycan Milli
Konservatoriyasında Əməkdar artist Gülüstan
Əliyevanın "Zabul" film-kompozisiyası təqdim
olunub.
Etibar Babayevin rejissor yozumunda meydana gələn
gələn filmin təqdimat mərasiminə
tanınmış sənətkarlar, ziyalılar, tələbələr
və media nümayəndələri qatılıblar.
Tədbiri giriş sözü ilə
açıb qonaqları salamlayan Gülüstan Əliyeva
film-kompozisiyanın yaradılması haqqında
danışıb. O, kompozisiyada əməyi olan hər kəsə
təşəkkürünü bildirib.
Sonra film-kompozisiya nümayiş olunub.
Azərbaycan Milli Konservatoriyasının rektoru,
Xalq artisti Siyavuş Kərimi yeni yaradıcılıq işi
münasibətilə sənətkarı təbrik edib. O,
Gülüstan Əliyevanı Azərbaycan muğam sənətinin
inkişafına misilsiz töhfələr vermiş sənətkar,
təcrübəli pedaqoq kimi dəyərləndirib.
Film-kompozisiyanın rejissor yozumunu, filmdə ifa edilən
şeir və muğamın ahəngdarlığını
çox bəyəndiyini bildirib.
Xalq artisti Arif Babayev filmlə bağlı təəssüratını
ifadə edərkən deyib ki, bu, G.Əliyevanın
yaradıcılığı ilə bağlı mükəmməl
layihədir. Tələbəsi ilə hər zaman fəxr
etdiyini deyən sənətkar, bu gün də bu yeni nailiyyətinə
sevindiyini vurğulayıb.
Daha sonra Mənsum İbrahimov, Gülyaz və
Gülyanaq Məmmədovalar, Zabit Nəbizadə, xanəndə
Firuz Səxavət və başqa sənətkarlar
film-kompozisiya ilə bağlı düşüncələrini
bölüşüb, Gülüstan Əliyevanı təbrik
ediblər.
Kompozisiyanın rejissoru Etibar Babayev də fikirlərini
bölüşüb, sualları cavablandırıb.
Sonda Gülüstan Əliyeva
yaradıcılığına göstərilən diqqət,
söylənilən yüksək fikirlər üçün
hər kəsə təşəkkürünü bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 2 noyabr.- S.7.