Yazıçı və oxucu: fərddən kütləyəcən   

 

 

 

Daha çox hansı kitablar oxunur? Hansı mövzuda, hansı üslubda romanlar çox satılır?

Günümüzün ən çox eşidilən suallarıdır bunlar. Müasir ədəbiyyatın kütləyə hesablanmış roman nümunələri uğurlu satışı ilə kitab mağazalarına olan marağa, bu sahibkarlığın inkişafına yüksələn xətlə təsir edir.

Kitab rəflərində adları çəkici gələn romanlar qədər özünü doğruldursualı bir az mübahisəlidir. Arxa qapaqdan annotasiyanı, ya da rəyləri oxuyub seçmisinizsə, bu da bir o qədər doğru seçim olmaya bilər. Kiminsə ilk yüzlüyündən, onluğundan, “ölmədən əvvəl mütləq oxunmalıdır”larının içərisindən bir kitab seçib oxumaq olar.

İstənilən halda, yeni bir müəllif, yeni bir ədəbiyyat nümunəsi yeni bir təxəyyül hadisəsi ilə tanış olmuş olursunuz. Ədəbiyyat sevdalısı olmasanız belə, zamanınızı dünyanın ən gözəl işi ilə dəyərləndirirsiniz - oxumaqla, mütaliə etməklə. Lakin bütün oxucular bir-birinə bənzəməz bütün kitablar sonadək oxunmaz.

Yazıçı oxucu arasında bəlli bir əlaqənin yaranması belə halda şərtdir. İlk cümləsindən sevdiyimiz, marağımızı, diqqətimizi çəkən romanları yazan yazıçı, görəsən, bunu şüurlu şəkildə edir? Məsələn, bir mətnə başlayanda ilk cümləni neçə dəfə pozur, bilmirik. Mövzu kütləyə hesablanmış romanlar deyil, xeyr. Ciddi ədəbiyyatın qədər kütləviləşməsidir. Bir cəmiyyətin azı on fərdi (statistik deyil) özünü bir mətnin içərisində tapa bilirsə, onu uğurlu saymaq olar, məncə.

İnsanı güzgü kimi özünə göstərən romanlar daha çox sevilir. Daha çox oxunur. Çünki adamlar onlar haqqında danışılan hər şeyi dinləməyə hazırdırlar. Bir gəncin hiss etdiyini anlayan anlamaqla qalmayıb onu bir hekayəyə çevirən naməlum bir yazıçı o gənc üçün maraqlıdır.

Oxucunun yazıçını anlamasını gözləmək çətindi. Coysun əsərləri niyə kütləvi deyil? Ona görə kütləvi deyil ki, onları oxumaq üçün ingilis dilini yüksək səviyyədə bilmək belə köməyimizə gəlmir. Bütün mifologiyaları, tarixi, coğrafiyanı, fəlsəfəni bilsək, bəlkə nəsə alınar. Bu da mütaliə üçün illər tələb edir. Adama elə gəlir ki, qırx yaşına qədər oxuduğu bütün kitabları Coysu, Ekonu anlamaq üçün oxuyub.

Yazıçı ayrılıqda fərddir onun yazı yazarkən içərisində sadəcə özünün düşündüyü obrazlar olan dünyası vardır. O, bu obrazlar üçün istənilən taleyi qələmlə bir anda poza, yenidən çizə bilər. Yazarın masasındakı obrazların həyatı bizim taleyimizlə bərabər ola bilir, hətta bərabərdir. Biz eyni şeyləri yaşayırıq. Bunu necə təqdim etməkdən asılı olaraq romanlar insanlar üçün fərqli zövq hadisəsinə çevrilir.

Yazıçı özündən çox oxucunun düşündüyünü anlamaq məcburiyyətində deyil, həm oxucunu razı salacaq romanlar yazmağı da şərtdir. Bütün illərini öyrənməyə həsr edib, sonra intellektual bir mətn yazıb, onu simvollarla şifrələmək nəyə lazım?!

Son dövrlər mükafatlar almış bir neçə romanın mövzusuna populyarlığına baxıb anlamaq olur ki, kifayət qədər ciddi, eyni zamanda, hər kəsin sevəcəyi əsərlər yazıla bilər. Müəllifin hər kəsi maraqlandıran ya hər kəsin yaşaya biləcəyi hadisələri yazması, onun fərdi üslubunu da buraya əlavə etməsi romanın uğur formulu ola bilir. Sarı ədəbiyyatnümunələri dünyanın hər yerində ən çox satılanlar sırasında birinci olur. Dedektiv əsərlər bunlara misaldır. İstisna müəlliflər yazılar da var təbii.  Bu romanların çox oxunmasının səbəbi axıcılığı hadisələrin lego oyuncaqları kimi yığılmasıdı. Oxucu həyəcanla növbəti səhifədə nələrin olacağını gözləyir. Ya da bu gün sosial şəbəkə platformaları üzərindən reklam olunan, statuslar şəklində qısa yazılan romantik kitablar dedektivləri üstələyir.

Ancaq bir məsələ var ki, yazıçı qarşısında dayanan ucsuz-bucaqsız kütlə üçün kitab yazarkən özünün deyil, onların düşündüklərini daha vacib sayır və beləcə bir-birinə bənzəyən yüzlərlə roman yazılır. Fikir orijinal olmur, yazıçı öz təhkiyə üslubunu kəşf edə bilmirya buna çətinlik çəkir. Ədəbiyyat tarixinə düşə bilməyən, axara təsir edə bilməyən bu cür kitabların olması mütaliə alqoritminin qurulması üçün vacibdir. Ciddi ədəbiyyatın ilk nümunələri ilə tanış olan zaman dedektivlərin sadə quruluşlu cümlələri ilə tanışlığımız bizə əlimizdə tutduğumuz əsərin fərqini hiss etdirir. Və bu daha çox zövq verir.

Nobel mükafatına layiq görülən, ədəbiyyat tarixində yer alan, ciddi şəkildə roman sənətinə təsir edən, eyni zamanda da oxucuların sevgisini qazanan yazıçıların yazmaq prosesinə, yazı hazırlığına diqqət edəndə görünür ki, onlar özləri də sadə, kütləyə hesablanmış romanları oxuyaraq ümumi məğzi və ən əsası, kütlənin psixologiyasına necə əsərlərin işlədiyini öyrənirlər. Orhan Pamuk, Kazuo İşıquro, Elis Munro, Patrik Madiono və başqaları bu siyahıda ola bilər.

Yazıçının “saf və düşüncəli” tərəfi burada aydın olur. O, həm özündən, həm də oxucudan nələrsə əlavə edə bilirsə mətnə, o mətn uğurlu alınacaq. Oxucunu özünə güzgü kimi göstərmək klassiklərdən qalan adət olsa da, müasir dünyada bu güzgübir az dəyişməli və yeni erayla ayaqlaşmalıdı. 21-ci əsrin gəncinə içərisində Şopenin adı çəkilən roman maraqlı ola bilər, amma metal-rok qruplarından birinin adı çəkilsə, o kitaba daha çox bağlanacaqözünü ən azı o qrupun dinləyicisi kimi kitabda hiss edəcək. Bu mənada mütaliə zövqü cəmiyyətin inkişafı ilə, ədəbiyyat isə mütaliə zövqü ilə düz mütənasib yola getməlidir.

 

Rəvan CAVİD

 

 

525-ci qəzet.- 2018.-3 noyabr.- S.24.