İspaniya - düşüncələr və unudulmaz xatirələr

 

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm gördüklərimdən çox şeyi xatırlayıram”.

Bencamin Dizraeli

Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri 

Frankonun II Dünya müharibəsində Ox dövlətləri ilə ittifaqa girməsi, onun Qərb demokratiyaları tərəfindən izolyasiya edilməsinə gətirib çıxardı. Ümumiyyətlə, 1939-cu ildən sonrakı sağalma prosesi Vətəndaş müharibəsi ilə əlaqədar olan dağıntılara görə çətin gedirdi. Xüsusən dəmir yolu nəqliyyatının bütün hissələrinə - parovozlara, vaqonlara böyük ziyan dəymişdi. Qabiliyyətli əməyin ciddi itkisi baş vermişdi. Milli gəlir 1900-cü il səviyyəsinə düşmüşdü, real maaşlar 1936-cı ildə olduğundan iki dəfə az idi. Burada aclığa, qara bazarın yayılmasına yaxınlığı ilə seçilən illər var idi, kəndlərin yoxsulluğundan adamlar şəhərə qaçırdı.

Franko II Dünya müharibəsi vaxtı Almaniyaya İtaliyaya mənəvi maddi kömək göstərmişdi. Ərzaq neft idxalına görə isə Qərb dövlətlərindən asılı idi. Sovet qoşunlarına qarşı vuruşmaq üçün 1941-1943-cü illərdə cəbhəyəMavi Diviziya” göndərmişdi.

Ruzveltə Stalinə görə, general Franko faşist idi. 1945-ci ildə üç qalib dövlət Franko hökumətinə qeyri-demokratik olan kimi öz düşmənçiliyini bəyan etdi.

İspaniya BMT-dən xaric edildi bu, ölkə müxalifətinə yeni həyat verdi. Kral XIII Alfonsonun varisi Don Xuan özünü demokratik alternativ kimi qələmə verirdi.

Franko bu çətinlikləri, öz rejiminin sərtliyini etiraf etməklə qarşılayırdı. Rejimə qarşı xarici dövlətlərin siyasi hücumu Frankoya milli birlik şəklində dəstək verilməsinə səbəb oldu. ABŞ İspaniyada dörd hərbi baza yaratmaq hesabına Frankoya xeyli maliyyə yardımı göstərdi. Franko artıq böyük qüvvəyə sahib olduğuna görə elan etdi ki, “nəhayət, mən Vətəndaş müharibəsini uddum”.

1953-cü ildən İspaniya stabil vəziyyətdə idi. Daxili siyasi nəzarət Frankonun əlində qalırdı, baxmayaraq ki, ona sui-qəsdlər təşkil edilirdi. Falanqa öz gücünü itirmişdi, texnokratlar normal kapitalist sistemi naminə çalışırdılar. Daxili məhsul istehsalı 1960-cı illərdə artmağa başladı. Lakin 1968-ci ildə protest hərəkatı universitetlərə yaxınlaşdı, buna da, yəqin ki, Fransada baş verən tələbə iğtişaşları öz təsirini göstərmişdi. Madriddə və Barselonada tələbə zorakılığı hökuməti təşvişə salmışdı.

Prints Xuan Karlos Frankoya yaxın olduğundan, kaudilyo onu 1969-cu ildə özünün qanuni varisi elan etdi, 1972-ci ildə isə dekret verdi ki, o, öləndə onu dövlətin başçısı kimi Xuan Karlos əvəz edəcəkdir. 1975-ci ildə Franko öldükdə Xuan Karlos, I Xuan Karlos titulu altında İspaniya kralı olduyeni konstitusiya qəbul olunmaqla, dövlət demokratik qaydada idarə olunmağa başladı.

1939-1975-ci illərdə, Vətəndaş müharibəsində qalib gəlmiş Fransisko Frankonun ələ keçirdiyi hakimiyyət totalitar faşist dövləti qurmuşonu bir krallıq kimi idarə etmişdi. Kaudilyo (rəhbər) titulu daşıyan Franko bütün hakimiyyəti qəsb etmişözü də bəyan etmişdi ki, o yalnız “Allahtarix qarşısında məsuliyyət daşımışdır”. Beləliklə, İspaniya Avropada Portuqaliya ilə yanaşı, faşizmin hakimiyyətdə daha çox ömür sürdüyü iki ölkədən biri olmuşdu. Bir cəhəti də qeyd etmək lazımdır ki, Almaniyadanİtaliyadan fərqli olaraq burada faşizmə dinc yolla son qoyulmuşdu.

Franko ölənə qədər ona sui-qəsd təşkil edən anarxistlərdən qorxurdu. O, hələ 1940-cı illərdə geniş dağlıq ərazidə, Madriddən 58 km aralıda, Eskorial yaxınlığında Qvadarrami dağında “Həlak olanlar vadisitikdirmişdi, onun inşası 1958-ci ildə başa çatmış, bir il sonra açılmışdı. “Həlak olanlar vadisi” memorialı vətəndaş müharibəsinin qurbanlarına həsr olunsa da, bu qayadakı bazilika üzərində iri xaçda onların xatirəsi əbədiləşsə də, bazilikada iki adamın - Fransisko FrankonunFalanqa partiyasının yaradıcısı Xose de Riveranın qəbirləri vardır.

Bu bazilikanı tikmək üçün on illər ərzində qaya parçalanmış, süni mağarada nisbətən sadə görünən mavzoley yaradılmışdır. Bu tikintidə on minlərlə dustaq daşyonan kimi işləmiş, onların çoxu tozdan serroz xəstəliyinə tutularaq həyatdan getmişdilər. Franko öz faşizminin qurbanları siyahısına onları da əlavə etməyi bacarmışdı. Şər heç vaxt öz təbiətini dəyişmir, ən xırda imkandan da insanlara bədbəxtlik “bəxş etmək” üçün istifadə edir.

Eskorialda olarkən bizi müşayiət edənlər Frankonun qəbrinə baxmağı təklif etdilər və etiraz etmədik. Əlbəttə, qayanın yarılan içərisində tikilən bazilika İordaniyadakı qədim Nabeteyadan yadigar qalmış Petranı xatırladırdı, lakin biz vətəndaş müharibəsi ərzində həlak olanlarla yanaşı, memorial tikintisində həyatlarını qurban verən insanların taleyinə acıdıq, Frankonun qəbri isə bizdə heç bir kədər emosiyası yaratmadı. 

İspaniyaya səfərin xatirələri

Bizim nümayəndə heyəti iki nəfərdən ibarət idi, konserv mühəndisi Rakif Hüseynov da məni müşayiət edirdi. İspaniyada 1985-ci ilin aprelinin birinci yarısında olduq. Moskvadan Madridə təyyarənin I klassında uçarkən şahmat üzrə dünya çempionu Anatoli Karpovla tanış oldumyol boyu xeyli söhbət etdik. Söhbətimizə ancaq Alp dağları üstündən uçarkən hava boşluqlarının yaratdığı narahatlıq kiçik fasilə verdi. Mən keçmiş dünya çempionu Vasili Smıslovla da altı il əvvəl Amsterdama uçarkən tanış olmuşdum. Qrossmeyster Karpov yüksək intellektə, səmimiliyə və obyektivliyə malik insandır. O, Boris Spasskini bütün dövrlərin ən güclü şahmatçısı hesab etdiyini söylədi. Robert Fişerə İslandiyada iri hesabla uduzmasını isə onun zəhmətsevər olmaması ilə, həmçinin, yarışdan iki ay əvvəl Kislovodskda ona hər cür şərait yaradılmasına baxmayaraq, hazırlaşmayıb, vaxtını boş keçirməsi ilə izah etdi. Həmin vaxt şahmat tacına iddiaçı Qarri Kasparovla Karpovun oyunu yarımçıq saxlanmışdı və o, Madridə özünün şahmat üzrə altıncı “Oskar”ını almağa gedirdi. O, Kasparovun gələcəkdə hökmən dünya çempionu olacağını da bildirdionun xarakterindəki qüsurlara gəldikdə, burada anası Karina Şagenovnanın ona olduqca pis təsir göstərməsi ilə izah etdi.

Karpovla söhbət şahmat barədə biliklərimə xeyli əlavələr bəxş etdibu sadə insanla biz Barakas təyyarə meydanında ayrıldıq.

Bizi ölkəyə dəvət etmiş holdinqin və SSRİ səfirliyinin işçiləri qarşıladılar. Şəhərdə mehmanxanada azacıq istirahətdən sonra baş meydan olan Plasa-Mayora apardılar. Burada çox sayda kafelər vardı və adətə görə, qonağı onların çoxunda qonaq edirlər. Musiqi sədaları altında ət xörəyi və qırmızı şərab verilir. Yaxşı ki, bizi əvvəlcədən xəbərdarlıq etdiklərinə görə, təklif olunanlardan simvolik qaydada dadırdıq. Bu qaydada səkkiz kafedə olduq. Axşam saat 10-da isə çox dəbdəbəli Meliya-Kastiliya restoranında şam yeməyi yedik və varyetedən həzz aldıq. Cümə günü səhər mən SSRİ-nin İspaniyadakı səfiri Y.V.Dubininlə görüşə getdim. O qədər də iri olmayan kabinetdə biz xeyli söhbət etdik, o, mənim SSRİ Dövlət ElmTexnika Komitəsi xətti ilə gəldiyimi bilirdi, lakin dəvət edən holdinqin adını eşitdikdə çox sevindi və əlavə etdi ki, nümayəndə heyətinin şərəfini yüksəltmək üçün mən ziyafət verəcəyəm və holdinqin ölkədə çox nüfuzlu olan prezidentiniora dəvət edəcəyəm ki, orada onunla tanış olumbunu holdinq rəhbərliyinə çatdırmağı xahiş etdi. Holdinqin prezidenti həmin vaxt Çilidə ezamiyyətdə idi və Pinoçetə görə SSRİ ilə Çili arasında diplomatik münasibətlər pozulmuş və münasibətlərdə gərginlik davam edirdi. Bunu nəzərə alaraq işçiləri prezidentin dəqiq harada olduğunu demirdilər. Holdinqdə bizi çox mehriban qarşıladılar, səfərin vaxtının uzadılması ilə əlaqədar olaraq səfirliyin də razılığı əsasında viza məsələsi və biletin dəyişdirilməsi operativ qaydada həll edildi. Çünki holdinqin tərtib etdiyi proqram geniş olduğuna görə bir həftəyə sığmazdı və ona görə də viza 10 günə qədər uzadıldı.

Görüşdən sonra biz təyyarə meydanına yollandıq və oradan kiçik Foker təyyarəsində Estremaduranın paytaxtı Badaxoza uçduq. Oradan isə maşınlarla Andalusiyaya getdik və əvvəlcə Merida şəhərində olduq. Burada bizə qədim romalıların tikdiyi akveduku göstərdilər. Sonra şəhərin meri bizi qədim romalılardan qalan digər gözəl abidəyə - Teatra baxmağa apardı. Teatrın səhnəsindəki sütunlar mərmərdən idiindi də möhtəşəmliyi ilə göz oxşayır. Sonra qladiator döyüşləri üçün çəkilmiş dar kanalları göstərdilər. Mer teatr barədə məlumat verərkən, onun bizim eranın I əsrində tikildiyini bildirdi. Roma tarixinə müəyyən bələdçiliyimə görə (sonralar “Qədim Roma: qüdrətin qabarması və çəkilməsi” kitabını yazıb, nəşr etdirmişdim) etiraz edib bildirdim ki, çox güman ki, I əsrdə tikilmişdir, lakin bizim eranınkında deyil, bizim eradan əvvəlkində. Mer razılaşmadı və nəhayət, girəcəkdə buklet satıldığını yada salıb, adam göndərdi ki, birini alıb gətirsinlər. O, özü bukletə baxdı və mənə müraciət edərək dedi ki, sizin dediyiniz düzdür. Mən teatrın tarixini dəqiq bilmirdim, məntiqə əsaslanaraq öz rəyimi açıqlamışdım. B.e. I əsri Roma üçün quduz imperatorlar dövrü idi, Neronun vaxtında Roma yanmış, sonra bərpa olunmuş, qarışıq aralıq dövrdən sonra gələn Vespasnan isə Romada qladiator döyüşləri üçün Kolizeyi tikdirmişdi, 79-cu ildə isə Vezuvi vulkanının püskürməsi nəticəsində İtaliyanın iki şəhəri - PompeyaHerkulanum məhv olmuşdu. Deməli, Romanın imperiyanın kənar ərazilərində tikinti aparmaq, abadlıq qurmaq imkanları artıq geridə qalmışdı.

Sonra biz Sevilya şəhərində olduq. Şəhər olduqca gözəldir, Qvadalkvivir (ərəbcə Vadi əl- Kəbir adlanırdı, bu, tərcümədə “Böyük Çay” deməkdir, ispanların tələffüzündə dəyişilərək, çayın indiki adını almışdır) çayının sol sahilində yerləşir. Mariya Luis parkı, İspaniya meydanı böyük zövqdən xəbər verir. Meydandakı dəyirmi yaraşıqlı bina 1929-cu ildə iber-amerikan sərgisi üçün tikilmişdi. Binanın qarşısından su kanalı axır. Bir az aralıda ərəblərdən yadigar qalmış minbər qülləsi Xiralda uzanır. İndiki universitet binası vaxtilə tütün fabriki imiş və rəvayətə görə, Prospyer Merimenin qəhrəmanı, lakin daha çox fransız bəstəkarı Jorj Bizenin operasına görə tanınan Karmen həmin fabrikdə işləyirmiş.

Şəhəri ərəblər tutduqdan sonrakı dövrdə, 1248-ci ilə qədər Sevilya müsəlman krallığının paytaxtı olmuşdu. Amerika kəşf edildikdən sonra şəhər xüsusilə çiçəklənmişdi, çünki yeni qitə ilə bütün ticarət inhisarı Sevilyaya məxsus idi. Məhz buradan 1519-cu ildə Magellanın ekspedisiyası öz məşhur dünya ətrafına səyahətinə başlamışdı. Buradakı universitetin əsası isə hələ 1502-ci ildə qoyulmuşdur.

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2018.- 3 noyabr.- S.22.