AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
(Əvvəli
ötən şənbə saylarımızda)
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili
istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
QARDAŞ
SƏSİ
“Azərbaycan
istiqlal günü münasibətilə “Yaş
Türkistan”ın mühüm bir məqaləsi
Parisdə,
Türkistan istiqlal hərəkatının rəhbəri
Çoqay oğlu Mustafa bəyin baş mühərrirligi ilə
türkcə Türkistan milli istiqlal davasının mürəvvici
olmaq üzrə intişar edən “Yaş Türkistan” (Gənc
Türkistan) məcmuəsi (Mayıs 1931 nüsxəsi) Azərbaycan
elani-istiqlalının 13-cü il dönümü münasibətilə
“Azəri qardaşlarımıza” və “28 Mayıs Azərbaycanın
milli istiqlal günüdür”, başlıqları altında
bir baş məqalə dərc etdirmişdir. Azərbaycan
istiqlalının və Azərbaycan istiqlal hərəkatının
müxtəlif türk ellərində nə kibi duyğularla
qarşılandığını göstərən məqaləyi,
əhəmiyyətindən dolayı, eynən alıyoruz:
“- Azərbaycan
xalqı, bundan 13 il əvvəl kəndi
istiqlalını elan etdi və Türk xalqları tarixində
ilk Cümhuriyyəti təsis eylədi. Azərbaycan
Cümhuriyyəti ancaq iki ilə qədər davam etdi isə də,
bu az vaxt içində azərbaycanlı
arqadaşlarımız müstəqil dövlət həyatına
ləyaqətlərini isbat edə bildilər.
May 1918 və
Aprel 1920 sənələri...
Əvət, bu illərdə Qafqas dağlarının
ötə tərəfində rus xalqının kəndi milli
toprağında, insan qanı nəhr kibi axmaqda idi. Qızıl və ağ ruslar eyni heyvanlıq vəhşətilə
kəndi qardaşlarını öldürməkdə idilər.
Qafqas
dağlarının bəri tərəfində, Azərbaycanda
isə bu əsnada dinç və yaradıcı bir həyat
hökm sürməkdə idi. Azərbaycan
xalqı dinc həyatın bütün nemətlərindən
faydalanmaqda idi. Nüfuzca kiçik olan Azərbaycan
xalqı bir dövlətin böyük işlərində
qabiliyyətini göstərdi. Azərbaycan
xalqı içində məbusluq və nazirlik kibi
böyük məsuliyyətli rolları şərəf və
ləyaqətlə ifa edən insanlar bulundu.
Hökumətdəki
mərhum Fətəli Xan Xoyski və Yusifbəyli Nəsib bəylər,
Azərbaycan parlamentosundakı doktor Həsən bəy
Ağaoğlu və halı-hazırda bərhəyat bulunan Məhəmməd
Əmin bəy Rəsulzadələr, sülh konfransında gənc
azərilərdən mürəkkəb heyətləri,
bunların fəaliyyət və məharətləri Azəri
qardaşlarımızın siyasi cəhətdən
yetişmiş olduqlarını göstərən parlaq dəlillər
idi.
Fəqət Azərbaycan milli istiqlalının
düşmənləri, bir zamanlar rus müstövliləri tərəfindən
işğal edilmiş olan bu ölkədə, rus xalqından
başqa bir xalqın da kəndi başına yaşaya
bilişini və dinclik ilə kəndi dövlət işlərini
irəlilədə bilməsini görmək istəmədilər.
1919 sənəsində bəyaz rus ordusu komandanı
Denikin, Azərbaycanın Ermənistana hücumu (?) kibi ağla
sığmayan bir yalana istinadən Azərbaycana hərb elan
etdi. Bu hərəkəti ilə Denikin qurdla quzunun hekayəsini
xatırladıyordu.
1920 sənəsində Sovet hökumətinin
qızıl ordusu Azərbaycan hüdudunu keçdilər və
bir qaç Azərbaycan bolşeviklərinin xainanə
iştirakı ilə rus bolşevikləri bu dinc məmləkəti
nisanın 28-də istila etməgə müvəffəq
oldular.
O zamandan
bəri bizim müştərək milli faciəmizə bu
gün dəxi əlavə olundu.
Bununla bərabər 28 Mayıs Azərbaycan
xalqının milli bayram günü olaraq qalmaqdadır.
Bu gün biz Türkistanlıların Azəri
qardaşlarımızla bir səfdə bulunmamız və bu
günün bizim də milli bayramımız olduğunu kəndimizə
təkid etməmiz lazımdır.
Azad və müstəqil Azərbaycan biz
Türkistanlılar üçün də yurd ədd
olunmaqdadır.
Ey Azəri
qardaşlarımız!
Unutmayınız ki, biz Türkistanlılar hər zaman və
hər yerdə, tarixin hər dönüşündə sizinlə
bərabəriz. Sizin istiqlal bayrağınız sizin üçün
müqəddəs olduğu kibi bizim üçün də
müqəddəsdir!
Biz hər zaman və hər yerdə sizinlə bərabər
istiqlal bayrağınızı əlimizdən gəldigi qədər
müdafiə edəcəgiz.
Yaşasın
hürr və müstəqil Azərbaycan!
Yaşasın
həpimiz üçün qiymətli olan milli azadlıq və
istiqlal məfkurəsi uğrundakı milli mücadilə cəbhəsində
qardaş birligimiz!
“Odlu Yurd”
Həziran
(iyun) 1931, ¹4
MUĞANIN
QURTULUŞU
10 il
bundan əvvəl, 1919 avqustun ibtidalarında, Milli Azərbaycan
Cümhuriyyətinin baş vəkili Yusifbəyli Nəsib Bəy,
iki mühüm hadisə münasibətilə parlamento
kürsüsündən bütün milləti təbrik edərkən:
- Möhtərəm
məbuslar! Bu gündən etibarən əziz Azərbaycanımız
tam mənasilə müstəqil bir dövlətdir... -
demişdi.
Bu hadisələrdən biri, Mondros mütarikəsilə
Türk ordusu tərəfindən ingilislərə tərk edilən
Azərbaycandan ingilis işğal ordusunun çıxması,
o bir də Türk ordusu getdikdən sonra təşkil olunan gənc
ordumuz tərəfindən Muğanın istirdadı (geri
alınması) idi.
Biri qəyyumsuz olaraq kəndi-kəndimizi idarəyə
başlamamız, o biri də kəndi yurdumuzda bizə meydan
oxumaqda davam edən hər hankı bir qüvvətə
qarşı mütəşəkkil və müsəlləh
olaraq çıxmaq iqtidarında olduğumuzu və gənc
cümhuriyyət ordusunun parlaq gələcəgini göstəriyordu.
Muğanın istirdadı kibi parlaq bir zəfər, milli
qüvvət və bacarığımızdan şübhədə
olanlara böyük bir ibrət dərsi oldu, göstərdi ki,
Azərbaycan istiqlalı düşmənlərin zənn etdikləri
kibi degil, Cümhuriyyət hökumətinin dava eylədigi kibi
Azərbaycan türkünün vicdanından və
varlığından doğmuşdur.
“Azərbaycan istiqlalı və Azərbaycan Cümhuriyyəti
fikri azərbaycanlıların öz fikirləri degildir. Azərbaycanı
yaradan Türkiyə əskəri qüvvəti idi. Bu
qüvvətin çəkilməsilə Azərbaycan istiqlal hərəkatının
sonu gələcəkdir” - deyən düşmənlər
gördülər ki, kəndi başına
buraxılmış olan, ingilis, rus və erməni qüvvətləri
tərəfindən yenidən istila edilmiş Azərbaycanın
əsarət və zəncirə daima üsyankar olan xalqı
böyük bir dövlətçilik qabiliyyəti və
siyasi rüşd (doğru yol) ibraz ediyor. Avropalılar az bir zaman içində Şərqi
Qafqasyanın əmniyət və asayişi üçün
yeganə bir qüvvətin azərbaycanlılardan ibarət ola
biləcəgi qənaətinə gəldilər.
Millətimizin
göstərmiş olduğu böyük və yüksək
qabiliyyət və rüşd təsiri altında vücuda gələn
bu qənaətlə idi ki, ingilislərlə bərabər Bakıya
gələn erməni və rus əskəri qüvvətləri
də Bakıdan və Azərbaycandan
çıxarıldılar və onları mütəaqib
ingilis işğal ordusu da Azərbaycanı tərk ilə məmləkətimizin
idarəsini kəndimizə buraxdı.
Bu hadisə
qara, ağ və qızıl Rus qüvvətlərindən
ötürü bir ölüm zərbəsi idi. Fəqət
100 sənə hakimiyyətləri zamanında Azərbaycana bir
koloni və Azərbaycanlıya da bir “aziyata” baxar kimi
baxmış olan ruslar yenə tərəddüdlərində
davam ediyor. Azərbaycan parlamentosunu boykot etməkdə
israr ediyorlardı. Onlara qəti bir zərbə
daha lazım idi. Dağıstan vasitəsilə
hüdudlarımıza yaxınlaşmaqda olan qara Denikindən
qanlı ilhamlar almaqda olan ruslara bu zərbəyi Azərbaycan kəndisi
vurmalı idi. Yoxsa oradakı əski
imperyalist xəyallar və haqqımızdakı
düşüncələr davam edəcəkdi.
İştə
Muğan səfəri və yurdumuzun ən qiymətli bir
parçasını təşkil edən gözəl və zəngin
Muğanın düşmən istilasından
qurtarılması - Cümhuriyyətimizin gənc ordusunun ilk
imtahanı - bu vəzifəyi müvəffəqiyyətlə
ifa etdi və bu müvəffəqiyyətin Muğan, Mil,
Şirvan çöllərilə, Salyan və Lənkəran
qəzalarında asayiş və əmniyyətlə Azərbaycan
Cümhuriyyət müəssislərinin təəssüs etməsi
düşmənlərin səflərini tamamilə pozduğu
kibi, Azərbaycan istiqlalının cahan millətləri tərəfindən
tanınmasını da yaxınlaşdırdı.
Bakının
1918 sənəsi eylülündə Türkiyə-Azərbaycan
orduları tərəfindən alınmasından sonra Lənkəran
mərkəz olmaq üzrə Muğandakı “Privolnoye”,
“Astraxanka”, “Prişib”, “Andriyevka” və s. rus mühacir köylərinə
istinadən rus hakimiyyəti davam ediyordu. Burada əvvəlcə
Bakı sovet hakimiyyətinə tabe bir hökumət vardı.
Fəqət Bakıda bolşevik Şaumyan hökumətini
yıxaraq, İrandakı ingilis qüvvətlərini
yardıma çağıran eser, menşevik və daşnaq
qüvvələrilə “Sentrokaspi” adlanan “Xəzər
filotusu” qismən İrana, Şimali Qafqasiyaya və qismən də
Lənkəran və Muğana çəkilərək,
buradakı ruslara istinadən hakmiyyət-lərini davam
etdirmişlərdi. Bu yeni qüvvətlərlə
bolşeviklər arasındakı mücadilə burada dəxi
davam ediyordu.
1919 sənəsi
ibtidalarında Muğan və Lənkəranda iki rus qüvvəti
hakimiyyət davası yürütüyordu ki, bunlardan biri
Şimali Qafqasyadan dəniz vasitəsilə gələn Denikin
müməssili minbaşı Avetisyan, o biri də Astarxandan gələn
və Muğanda sovet rejimini ehyayə çalışan
Otradnev ilə Vasilyevin və s. idarə etdikləri qüvvətdi.
1919 sənəsi nisanında inqilab yapan bolşeviklər
minbaşı Avetisyanı qətl edərək Mayıs
ibtidalarında Sovetlər Konqrası dəvət və sovet
rejimini ehya eyləmiş və Astarxan vasitəsilə Moskva
sovet hökuməti ilə münasibətə
başlamışdı.
Fəqət Mayısın sonlarına doğru Muğanda
yeni bir qüvvət meydana çıxıyordu. Bu qüvvət
Muğan və Lənkəranın həqiqi sahibi olan türklərdi.
Çar hakimiyyəti zamanı topraqları əllərindən
alınmış və kəndiləri quru dağlara
qısılaraq yurdları rus mühacirlərinə
verilmiş olan türk əhalisi uzun zamandan bəri
Talış dağlarında rus istilasına qarşı
yaratdığı partizanlarla hərb ediyordu.
İştə
meydana çıxan bu qüvvət, Hüseyin Ramazan,
İsrafil, Şahverən, Əhməd, Atamalı, Sarı Xan
kibi xalq qəhrəmanlarının komandası altında Lənkəran
və Muğanın cənubundan, Zuvand dağlarından
Muğana eniyorlardı.
Bu yeni qüvvətin təzyiqi altında Lənkərana
və Lənkəran qarşısındakı “Sarı
ada”sındakı flota istinad edən sovet hökuməti
sarsılmağa başlıyordu. Bu vəziyyətdən
bir daha istifadə etmək istəyən monarşist ruhlu rus
köylüləri bolşeviklərə qarşı hərəkata
keçdilər və Lənkəran qapılarında məğlub
olduqdan sonra səhnəyi tamamilə türklərə
buraxdılar.
Dəfələrlə
Lənkəranı mühasirə altına alan
Azəri milli partizanları Muğanın hakimi
olmuşlardı. Fəqət daha gənc olan
milli hökumətin o zaman əskəri qüvvətə malik
olmaması və paytaxtımızın işğal altında
bulunması bu fədakar mücahidlərə yardım edilməsini
müşkülata soxuyordu.
Gəncədə
təşkil olunan və gənc zabitlərimizin komanda etdigi
qüvvət olduqca az bir şey idi.
Fəqət
Muğan, Astarxan bolşeviklərilə Dağıstanda duran
Denikin qüvvətlərini cəlb etməkdə davam ediyordu.
Şimaldan Azərbaycanı təzyiqə başlayan
Denikin Cənubdan dəxi yürümək istiyordu. Bolşeviklər
isə, dəniz vasitəısilə yardım alaraq qüvvətləniyor,
məmləkətin göbəgində təhlükə təşkil
etməyə başlıyordu.
Bunun üçün istiqlal hərbindən
yarımçıq qalan bu cəbhəyi düşmən
qüvvətlərindən təmizləmək lazım idi.
İştə bu zaman, Muğanın qəhrəman
istiqlal mücahidləri yardımına qoşmaq və
Muğanı Azərbaycanlaşdırmaq şərəfini dəröhdə
edən gənc ordumuz, ilk imtahanı verəcəkdi.
Muğanı istila və rus köylülərini tərksilah
edən istiqlal ordusu ilk toqquşması ilə Lənkəran
bolşeviklərinin müqəddəratını həll
etdi. Bolşeviklər böyük bir zaiyat (tələfat)
ilə şəhəri təxliyə edərək, gəmilərlə
“Sarı ada”ya, oradan da Astarxana getmək üçün, Xəzərin
Cənubi-Şərqisində olan “Aşur ada”ya çəkilmək
məcburiyyətində qaldılar.
Lənkəranda millət zəfər sədaları ilə
ordumuzu qarşıladı və məmləkət həftələrlə
bayram saxladı. İllərdən bəri rus qüvvətlərinin
ayaqları altında məhv olan Muğan xalqı nihayət
geniş bir nəfəs aldı. Həyat kəndi
yoluna girdi. Müqavimətində davam edən “Privolniye”
və “Qriqoryevkoye” kibi köylərində isə rus
qadınları “analar, qarılar və çocuqlar üsyan edərək”
məmləkəti atəşə verən “yabançı
ünsürləri” tövqif etdilər və başda
Astarxandan gələn başçıları Lomokin və
Maksimov olmaq üzrə, hökumət qüvvətinə təslim
etdilər.
10 il əvvəl, Lənkəran və Muğan bu
surətlə qurtuldu.
Bu qurtuluş hərəkatı Azərbaycan istiqlal
mücadiləsi tarixində şərəfli bir səhifə
işğal etməkdədir.
Baş Vəkil bu mühüm hadisəni parlamento
kürsüsündən elan eylədi və bu “Muğanın
qurtuluşu” milli bir bayram halına girdi. 6 ay sonra
Muğanın qəhrəman övladlarından təşkil
olunan cəsur və igid əskərlər Əskəran-Qarabağ
cəbhəsində rəşadət göstəriyorlardı.
Bu gün, 10 sənə əvvəl vaqe olan bu şərəfli
hadisəni xatırlarkən və o günün şərəfli
qəhrəmanlarına ən atəşin
salamlarımızı yollarkən Muğanın bugünkü
vəziyyətini də göz önünə gətirməliyiz.
Muğan yenə, 9 ildən bəridir ki, rus istilası
altındadır.
Muğan və Lənkəran bu 9 ildir əlində silah
olaraq vəhşi düşmənə qarşı mücadilə
ediyor.
Muğan bu mücadilədə Hüseyin Ramazan
Atamalı, Sarı Xan, Şahverən, Camal, Əhməd,
İsrafil kibi ən qəhrəman partizanlarını qurban
vermişdir.
Muğanın bu böyük oğullarının müqəddəs
və yüksək qəhrəmanlıq xatirələri
qarşısında diz çökərkən, dağlarda hənuz
davam etməkdə olan və 9 ildən bəri bir an
üçün olsun sönməyən istiqlal mücadiləsini
xatırlayalım. Bu şanlı mücadilə o
böyük ölülərin əsəridir. Onlara rəhmətlər göndərəlim.
Bugünkü mücadilənin də müvəffəqiyyətlə
bitəcəginə inanalım.
Əvət
istiqlal mücadiləsində mütləqa müvəffəq
olacağız!
Muğan
yenə qurtaracaqdır, Azərbaycanla bərabər, bir yerdə,
eyni zamanda qurtaracaqdır!
Buna şübhə yoxdur. Çünki rus istilasına, rus
mühacirətinə və rus vəhşətlərinə
müqabil qətiyyən sönməyən və hər
gün qurbanlar verməkdə davam edən Muğan və bir Azərbaycan
görüyoruz!
Qurbanlar vermiş olan, qurbanlar verməkdə davam edən Azərbaycan mütləqa hürr və müstəqil olacaqdır.
Salam Azərbaycanın və Muğanın yılmayan qəhrəmanlarına. Rəhmət böyük istiqlal ölülərinə!..
Mirzə Bala
”Odlu Yurd”, Avqust 1929, ¹6
AZƏRBAYCANDAN MƏKTUB
Təfsilatı Bakı qəzetələrində çox nöqsan olaraq dərc edilən milliyyətçi tələbələr məhkəməsi son günlərin gurultulu və həyəcanlı hadisələri arasında əfkari-ümumiyyəyi çox əlaqədar eyləmişdir.
Qəzalardan gəlib də Bakı darülfünununda oxumaqda olan türk tələbələr dərslərin rusca getməsinə etiraz edərək dərs salonunu nümayişkaranə bir surətdə tərk eyləmişlərdir (Bu xüsusda qismi məxsusimizdə məlumat vardır. Odlu yurd) Bunun müqabilində rus tələbə də darülfünunda türkcəyi bir lisan olaraq belə oxumağı fəzlə görmüşlər və Bakının Azərbaycan və türk şəhəri olmadığını söyləmişlərdir.
Türk tələbəsi demiş ki: Bakı türkləşməyincə Azərbaycan qəzaları nasıl türkləşə bilir? Madam ki, Bakı Azərbaycanın mərkəzidir, hər əmr buradan gediyor, hər müraciət buraya gəliyor, xalq istər istəməz ruscaya müraciətə məcbur oluyor və türk lisanı da dövləti əhəmiyyətini qeyb ediyor.
Filhəqiqə gərək Bakıda, gərəksə Azərbaycanın digər qəzalarında bütün işlər ruslar əlindədir. Mərkəzin bütün işləri rusca gediyor, müraciət rusca... Köylülərin bu xüsusda vaqe olan şikayətlərini qəza müməssilləri hər qurultayda yüksək səslə söyləmişlərdir.
Və bugünki üsyan hərəkatında köylülərin digər şikayətləri sırasında rus məmurların rədd edilməsilə rus lisanının tamamilə qaldırılmasını tələb eyləmələri onun üçündür ki, pək təbii görülməkdədir.
Rus məmurlarının və rus lisanının Azərbaycandan rədd olması!..
Dövlət lisanı ilə müəssisələrin türkləşdirilməsi!
Bu şüar, köylü ilə Sovet hökumətini dost bulundurmaq istəyən sağ komunistlərin belə rəsmən tələb etdikləri bir şüar idi. Bir qaç ay əvvəl ərzaqlarını gizlədib də Sovet hökumətinə satmaqdan imtina edən və Sovet ərzaq məmurlarına təərrüz eyləyən köylülərin mühakiməsində köylülər: Sovet hökumətinin əmrlərini anlamadıqlarını, dillərini bilən bir məmur və müəssisə bulmadıqlarını açıq söyləmişlərdi.
Milli lisan köylərdə olduğu qədər heç yerdə bütün təmizliyi ilə mühafizə edilməmişdir. Bu nöqteyi-nəzərdən rus məmurları ilə rus lisanının Azərbaycan köylərində təsadüf edəcəyi müqavimət aşikardır.
Köylü 10 ildən bəri bütün adət, ənənat, din və sair müqədəsatını nasıl imha və təhqir edildiginə şahid olmaqdadır.
Bu xüsusda pək mühafizəkar olan köylü təqdis eylədigi məbədlərin ümumi əyləncə və tans məhəllinə çevrildigini görürkən, şübhə yoxdur ki, bütün mənəviyyatilə üsyan edəcəkdi.
Köylü görüyor ki, silah gücü ilə əlindən alınan məhsul və sərvəti “Allahsızlar” cəmiyyətinin qüvvətlənməsinə sərf ediliyor. Keçən il camilərin qapanması üzündən az qala qanlı üsyanlar olacaqdı. Azərbaycan Komunist firqəsinin keçən ilin martında vaqe olan konqrasında qəza komunistlərinin bu hərəkəti şiddətlə tənqid olunaraq camilərin təxliyəsi əmr edildi. Fəqət az zaman sonra Azərbaycan komunist firqəsi, bütün siyasətilə və heyəti ümumiyyəsilə inhilal edərək yerini Moskvadan təyin edilən Çikaloya vermişdi. İştə bu yeni heyət bütün şiddətilə din əleyhdarlığını tətbiqə qoydu. Camilər sədd, üləmayi-din tövqif olundu. Qəzetələr din əleyhinə məqalələrlə doludur. Mitinqlərdə din, cami və müqəddəsat əleyhində çıxışlara gərmi verilmişdir. Ondandır ki, yalnız hürriyyəti vicdanın təmin edilməsilə tətmin oluna biləcək köylü kəndi hərəkatına dini bir mahiyyət dəxi verməkdədir.
Onu, köylüyü milli müqəddəsata, milli əxlaq və ənənələrə hörməti təxti əmniyyətə almaqla sakit eyləmək mümkün olacağını son Bakı konqrasında bir köylü komunist açıq olaraq qeyd etmişdir.
Köylü daha nə istiyor?
Toprağının, mülkünün, əkininin əlində olmasını, məhsulunun istədigi kibi açıq bazara çıxarıb satmasını, bu haqların qanunən təminini, mülkiyyətçi köylülərin dəxi sovetlərdə iştirak etmələrini, seçkilərin ümumi və müsavi bir şəkildə icrasını istiyorlar ki, bunların qəbulu ilə komunizm və proletar diktaturasına əlvida demək lazım gələcəkdir.
lll
Bu çox cəbhəli müqavimət və hərəkat qarşısında Sovet hökuməti nə yapıyor? Köylülər üzərinə “Çeka” cəza alayları ilə qızıl ordu hissələri göndəriliyor. Qəzalarda minlərlə köylü təhti-tövqifə alınmaqdadır. Fəqət bu təzyiqə eyni silahla müqavimətə başlayan xalq, qızıl ordu hissələrinin bir qismini dəxi qazanmağa müvəffəq oluyor. Məmləkət daxili bir müharibəyə səhnə olmuşdur. Göyçay, Qarabağ, Naxçıvan, Gəncə və Muğan birər hərb meydanı şəklini almışdır. Müntəzəm müsəlləh müsadimələr aylardan bəridir ki, davam etməkdədir. Sovet hökumətinin bu cəbrən, qan və atəşlə sosyalizm tətbiqatına qarşı köylülər hər yerdə komunistləri öldürməklə cavab veriyorlar. Salyan, Lənkəran və Astara qarşısında hərb gəmiləri durmaqdadır. Bakı bilxassə, Bakı ətrafının petrol ocaqları olan daikrələr idareyi-ürfiyə halına gətirilmişdir. Fəqət bütün bu tədabir müqaviməti daha da şiddətləndirmişdir. Bu vəziyyət qarşısında Sovet hökuməti iki dekret vermişdir: biri kollektivizənin zorla yapılmaması, digəri də Azərbaycanın 10 illik sovetizə edilməsi münasibətilə əfvi-ümumi... Fəqət bu əfvi-ümuminin yalnız canilərə aid olub da siyasilərə tətbiq olunmiyacağı da əlavə edilmişdir.
lll
Moskva Azərbaycanda qüvvətlənən xalq müqavimətinə çox böyük əhəmiyyət verməkdədir. İctimai, iqtisadi, milli və siyasi pək qüvvətli təməli olan bu hərəkatın məhəlli hökumət tərəfindən tənkil edilməməsi, Azərbaycandakı fəaliyyəti Moskvaya köçürmək üçün bir vəsilə olmuşdur.
Son bir əmrlə Azərbaycan Sovet Cümhuriyyətinin daxiliyyə, xariciyyə və ədliyyə komisarlıqları tamamilə ləğv edilmişdir. Azərbaycanın onsuz da “Sovet Cümhuriyyətləri İttihadı” qanun əsasilə Hərbiyyə, Maliyyə, Nafiə, Yol, Ticarət və Sənaye, Əmək kibi vəkalətləri ləğv edilmişdir. Azərbaycanın 10 sənəlik “Sovetizə” həyatına mükafat olaraq digərlərinin dəxi ləğvi Azərbaycan komunistləri üçün böyük bir nailiyyətdir.
Moskvanın şeytani tədbirlərindən birisi də son üsyanlar münasibətilə Qafqasiya millətlərini biri-birilə vuruşdurmaqdan ibarətdir. Çarlığın “parçala və hakim ol” siyasətinə sadiq qalan qızıl Moskva asi erməni köylüsü üzərinə türk əskəri, türk köylüsü əleyhinə erməni əskərləri göndərməkdədir.
Moskva Qafqasiyayı yerli əhalisinin qanilə boğmaq və bu sayədə hakimiyyətini mühafizə eyləmək fikrindədir.
Qəzalarda bütün polis qüvvəti asilərə iltihaq etdigindən hər yerdə anarşi başlamışdır.
Bilxassə əkin çox mütəzərrir olduğundan və əksərən də əkilməmiş olduğundan bu il müdhiş bir qıtlıq bəklənməkdədir.
Bakı,
12 nisan 1930
Daş-Dəmir
“Odlu-Yurd”,
Mayıs 1930, ¹15
Sədd -
bağlama
Gərmi
- səy, hərarət
İdarei-üzfiyə
- fövqəladə idarə
Tənkir
- başqalarına ibrət olacaq cəza vermə
RIZA
BƏY
10 sənədən bəri keçirdigimiz uzun və
ağır qürbət həyatının ən
böyük acısını bilxassə mübariz və fəal
arqadaşlarımızın qara toprağa təslimi təşkil
etməkdədir. Daha bir ay bundan əvvəl Liski şəhər
topraqlarına tövdi etdigimiz mərhum arqadaşımız
Hacı Ağanın qara xatirəsi könüllərdən
silinməmişdir ki, ümidsiz həyat arqadaşımız
Rıza Bəyin vəfatında yeni bir qurban hazırladı.
Mərhum hər bir azərbaycanlı kibi Vətənin
Xilasını dördgözlə bəkləməkdə idi.
Fəqət nə yazıq ki, qədər onu vətənini
görməkdən mən etdi.
Mərhum Rıza Bəy mücadilə həyatımızın
bilxassə ictimai sahəsində çalışan fəal və
dəyərli bir arqadaşımız idi. Daha Azərbaycan
təşəkkülündən əvvəl, təqribən
1915-1916 sənələrindən etibarən, mərhum bu sahədə
15 sənədən bəri yorulmadan
çalışmışdır.
Yaşadığı Kiyev şəhərində Rıza Bəyin
evi fəqir və zəngin islam türk tələbələrinin
sıcaq bir köşəsini təşkil etməkdə idi.
Bilaxirə
Azərbaycanın müstəqil bir Cümhuriyyət olmasilə
mərhum bəslədigi arzuya nail olmuş və Vətəninə
dönmüşdü.
Azərbaycanın süqutunu mütəaqib Rıza Bəy
də digər fəal arqadaşlar kibi İstanbula iltica etdi. Burada da mərhum
əski qayəsinin sadiq müəkkibi idi. Mühacirət orqanımız bulunan “Yeni Qafqasya” məcmuəsi
mərhumun yardımından çox istifadə etmişdir.
İstanbul kolonisinin bu əziz əzası hər kəsin
səmimi dostu və arqadaşı idi.
Mərhum Rıza Bəy mötac azərilərin həyatilə
yaxından əlaqədar olur və dərdlərində
iştirak edirdi.
Daha gənc ikən seqtei-qəlbdən (ürəyin birdən-birə
fəaliyyətdən düşməsi) vəfat edən mərhum
İstanbuldakı Azəri kolonisi arasında unudulmaz bir
hörmət və xatirə buraxaraq getdi.
Kındisindən sonra 2 çocuq buraxan mərhumun kədərdidə
ailəsinə təziyətlərimizi sunarız.
“Odlu-Yurd”,
may 1930, ¹15
“Odlu yurd”
Milli Azərbaycan
fikriyyatını tərvic edən aylıq məcmuə
Baş
mühərrir M.E.Rəsulzadə
“Odlu yurd”
idarəsindən
Milli Azərbaycan fikriyyatını tərvic etmək
üzrə təsis olunan “Odlu yurd” məcmuəsi
aşağıdakı fikirlərə hizmət edər.
“Odlu yurd” milliyyətçi, türkçü, xalqçı, radikal, cümhuriyyətçi və istiqlalçı bir məcmuədir.
“Odlu yurd” müstəqil Azərbaycan Xalq Cümhuriyyəti məfkurəsini tərvic və müdafiə edər. “Odlu yurd” türk qövmlərini bir-birinə tanıdır, bilxassə türk dünyasının yeganə müstəqil və Şərq radikalizminin müməssili Cümhuriyyət Türkiyəsindəki aləmşümul islahat hərəkatını tərviclə bu xüsusda oxucularına məlumat verir.
“Odlu yurd” Qafqasiyanın istiqlal və xilasını gözdə tutar və bunun hüsulu üçün qafqasiyalıları ümumi düşmənə qarşı ittifaqa çağırır.
“Odlu yurd” Şərqin əsilligə baxan radikalizmini tərviclə, xüsusən məzlum və məhkum türk qövmlərini istiqlal davasını təyid və milliyyət mücadiləsini təbcil edər.
“Odlu yurd”da aşağdakı mühərrirlər iştirak ediyorlar. M.E.Rəsulzadə, M.Vəkilli, M.B.Mehmetzadə, M.Ağaoğlu, Mir Yaqub, Azəri, Şəfil, A.Battal, A.Cəfər oğlu, Y.Əli, Kamal, Daş Dəmir, Dəmir oğlu, H.Camal, C.Sadik, A.Mir Qasım, Odlu Türk və b.
“Odlu yurd”un Avropada, İranda xüsusi müxbirləri olduğu kimi, Azərbaycan daxilindən xəbərlər və məktublar almaq imkanı da vardır.
“Odlu yurd” məsləkinə müvafiq yazıları məmnuniyyətlə dərc edər.
“Odlu yurd” Mart 1929, ¹1
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2018.-3 noyabr.- S.20-21.