Azərbaycan Moda Həftəsinin
8-ci mövsümü açıldı
Noyabrın 1-də Muzey Mərkəzində
“Azerbaijan Fashion Week” - ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümünün
açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış
mərasimində çıxış
edən layihənin
art-direktoru Sayat Dossıbayev həftə boyu təqdim ediləcək geyimlərdən
və keçiriləcək
görüşlərdən söz açıb.
Bildirilib
ki, “Azerbaijan Fashion Week”in
təşkilatçıları, Muzey Mərkəzi və şəxsən onun direktoru Liana Vəzirova ilə birgə əməkdaşlıqda,
incəsənət fəzasında
moda sintezinə qərar veriblər.
“Azerbaijan
Fashion Week”in 8-ci mövsümü
çərçivəsində, ziyarətçilər üçün
muzeyin ehtiyat rəflərində və
şəxsi kolleksiyalarda
olan, bir çoxu, heç vaxt geniş tamaşaçıya təqdim
edilməmiş işlərdən
yığılmış xüsusi
ekspozisiya hazırlanıb.
Bu ekspozisiya çərçivəsində
təqdim edilmiş
bütün işlərdə
dəb və stilin elementləri öz təcəssümünü
tapıb.
Muzey Mərkəzi Azərbaycan
rəssamlarının, həmçinin
“Kukla” Art-Qalereyasının
sahibi Lalə Kazımovanın və Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın
kolleksiyasından olan,
müəllif kuklalarının
geniş sərgisini təqdim edib.
“Azerbaijan
Fashion Week”in 8-ci mövsümünün
birinci günü Azərbaycan markası olan “Kaftan”ın nümayişi ilə açılıb. Başlanğıcda podiuma parlaq və dolğun rəngli qısa geyimdə modellər çıxıb. Sonra “Kaftan”
atelyesinin sənətkarları
tamamilə fərqli formalarda geyim yaratmaq bacarıqlarını
nümayiş etdiriblər.
Bütün bu fərqliliklər arasındakı
ortaq xətt - əksər hallarda gümüşü, bəzən
də qızıl suyuna salınmış rəngli parlaq dekor elementləri yaradıb.
“Azerbaijan
Fashion Week” tarixində ilk dəfə
Azərbaycan markası
olan “Çəkməçi”
birinci gün çərçivəsində kişi və
qadın ayaqqabılarını
nümayiş etdirib. Brend həm klassik, həm də gündəlik stillərdə
olan ayaqqabıları
sərgiləyib. Top stilist Fuad Hacıyevin,
“The Best Model of the World 2007” titulunun sahibi Rüstəm Cəbrayılovun və “Avroviziya 2011” müsabiqəsinin
qalibi Eldar Qasımovun iştirakı
nümayişin bəzəyinə
çevrilib.
Həm düzxətli, həm də daha sərbəst
biçimli monoton şalvarlı kostyumlar Azərbaycan markası “Meeamee”nin nümayişinin
baş qəhrəmanları
olub. Nümayişdə asimmetriya, yüksək
bel və xəzlə işləmə
kimi elementlərə də tez-tez rast gəlinib. Nəticədə, Azərbaycan üçün
çox zəngin və qeyri-adi bir kolleksiya alınıb ki, bu da, stilistika
və seçilmiş
rəng çalarlarına
görə, postsovet məkanında ən dəbli adlandırılan,
bizim yaxın qonşularımıza daha
çox yaxındır.
İlk günün
son nümayişi Tacikistan
markası olan “SK
Collection” tərəfindən sərgilənib. Dizayner Xurşed Sattorov
öz yaradıcılığı
ilə həftənin
qonaqlarını günəşli
Düşənbə şəhərinə
səyahətə aparıb.
Təbii
parçalardan istifadə
- emal edilmiş yun, ipək və kətan, həmçinin bu region üçün ənənəvi
ikat parça, milli printlər, zəngin naxışlı
tikişlər, şərq
zərgərlik bəzəkləriylə
vurğulanmış stil
- bütün bunlar nümayişi daha da baxımlı edib.
Azərbaycan dəb həftəsinin ikinci günündə “Azerbaijan
Fashion Week” çərçivəsində
“A.Sain”, “Elian Couture”, “Le Veine”,
“Noora”, “Ayshan Habibova” və “Aya Bapani” kimi brendlər öz dəbli
yaradıcılığını tamaşaçılara təqdim
edəcək.
525-ci qəzet.- 2018.-3 noyabr.- S.13.