Şanlı tarixin dəyərli
salnaməsi
“Bu müzəffər xalqın (türklərin) bircə tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar... Bu cəngavər xalq öz şöhrəti ilə məşğul olaraq əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır” - Şarl Lui Monteskyo (1689-1775) fransız maarifçi filosofu”. Bu fikirlər Cavanşir Feyziyevin yenicə işıq üzü görmüş 5 cildlik “Türk dünyası” kitabından götürülüb.
İlk dəfə öz kitabını daşdan yaradan, öyüdlərini gələcək nəsilə Orxon Yenisey sahillərində, Altay dağlarının ətəklərində, Monqolustan çöllərində, Qazaxıstan səhralarında yazıb yadigar qoyan Kül Təgindən, Kutluq Kağandan, Tonyukukdan qalan məktublar və daş kitabələr, üzəri təbiətin min bir gözəlliyi ilə işarələnən daş tamğalar, naxışlar... hamısı bu günə qədər gəlib çatan kitablarımızdır. Bizim dədələrimiz kitabları öyüd şəklində yazdılar. Gecə yatmayıb, gündüz dayanmayıb, yol getdilər, məsafələr qət etdilər, xalqın yaşaması, türk ulusunun elliklə böyüyüb-dünyaya yayılması üçün YASAlarını yazıb, dünyaya ədalət qanunları öyrətdilər. Təkcə qəhrəmanlıq tarixlərini, döyüş tarixlərini yazmadılar. Yazsaydılar, dünyanın böyük-böyük kitabxanalarına sığmayacaqdı o möhtəşəm və şərəfli tarixin səhifələri.
Ancaq hər dövrün, hər zamanın bir türk sevdalısı olur ki, öz tarixinə sahib çıxır, onu yaşatmaq üçün, onu yazmaq üçün zəhmətini əsirgəmir. Bir yadınıza salın Mahmud Qaşqarini. Oba-oba, oymaq-oymaq, el-el türk ellərini gəzib “Divani lüğət” yazmadımı?! Bu gün hər dəfə yaddaşımızı təzələyəndə, o böyük PİRİ xatırlayırıq.
O da doğrudur ki, çox zaman tariximizi yadlar yazdı. Dünyanın böyük-böyük kitabxanalarında türk dünyası xaqanlarının
hakimiyyəti dövründə
həmin saraylarda elçi olmuş, bir çox səyyahların yazdıqları
da bir tarix,
bir kitab, bir salnamədir.
Bu gün o tarixləri, o dövrləri ibtidaidən
bü günümüzə
qədər yazıb,
toplayıb, yığıb
boxçalayıb 5 cilddə
yenidən ərsəyə
gətirən böyük
fəlsəfi fikir adamı, Azərbaycan Milli Məclisinin deputatı, fəlsəfə
elmləri doktoru hörmətli Cavanşir Feyziyevin 5 cilddən ibarət “Türk dünyası” kitabı sözün əsl mənasında Türk Birliyinə ən böyük töhfədir
və xidmətdir. Bu kitablarda əslində,
Türk Birliyinə yetişmənin yolları
və koordinatları,
genetik kodlarımız
toplanmış məqalələrdə
və tarixi materiallarda çox böyük incəliklə
öz əksini tapıb.
Necə?! Kitabın I cildi
“Türk sivilizasiyasının
təməl dəyərləri”
bölümündə türk
sivilizasiyasının tarixi
təkamülü, türk
dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti,
siyasət və diplomatiyası, türklərin
spesifik həyat tərzi, adət-ənənələri,
üniversal-multikulturalist dünyagörüşü
və onların müasir dünyadakı yeri və mövqelərinə
qədər olan məqamlar çox incəliklə toplanıb.
Bu cilddə türk etimologiyasından, yazı
tarixindən, türk ədəbiyyatından, türklərin
islamlaşma tarixindən,
türk parlamenti ənənələri, qədim
və müasir tarixdə ən böyük fikir adamlarının, tarixçilərin,
etnoqrafların yazdıqları
əsərlərdən sitatlar
və bölmələrlə
tanış ola biləcəklər.
Oxucularımız üçün “Qədim
türklər: mədəniyyəti
və həyat tərzi” adlı məqalədə bəhs
edilən tünc dövründən bu günümüzə qədər
olan zaman kəsiyində əski türklərin Avrasiyanın
şərqindən qərbinə
doğru hərəkət
trayektoriyası, Monqolustan
və Altay ərazilərindəki
yaşam mədəniyyəti,
ilk çadır qurma
texnologiyası, yurda
sahib çıxma, torpağı
qoruma qanunlarını
əxz etmək bir fürsətdir.
“Türklər və modernləşmə” bölümündə
isə 1453-cü il türk sultanı Fateh Mehmetin İstanbul fəthindən,
Atatürkün xilas etdiyi Türk Cümhuriyyəti, Məhəmməd
Əmin Rəsulzadənin
yaratdığı Demokratik
Azərbaycandan Müstəqil
Azərbaycana qədər
olan dövr kəsimindəki islahatlar və modernləşmə,
eləcə də Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Həsən
bəy Zərdabi qələminin modernliyindən
çıxan ilk qəzet
və jurnallarımızın
ərsəyə gəlməsi
haqqında bəhslərdə
türk dünyasının
keçdiyi şərəfli
inkişaf mərhələsini
öyrənmək olar.
Türklərin adət ənənələri,
bayramları, simgə
və tamğaları,
Novruz mərasimləri,
Ergenekon tarixi... - bunların hamısı toplanan kitablar oxucunun stolüstü kitabı və ensiklopediya mənbəyi rolunu oynayacaq. Bu bilgilərin içərisində
“Atatürkün Devrimləri”,
Heydər Əliyevin Azərbaycanı yoxdan var edən dövlət
siyasəti də yer alıb.
Türklər “Boz qurdu” niyə
totem götürdülər? “Maral”, “Qartal” totemləri özündə
hansı sirləri gizlədir?! - bunların hamısı
həmin o 5 kitabdadır.
Kitabda yəhudi
tarixçisi Meyer Kayzerlinqin
(1829-1905) - “Türklər, həqiqətən
də Asiya və Avropa tarixinin tanıyıb bələd olduğu təmizqanlı və alicənab ulusdur” kimi bir fikri
də yer alıb. Həqiqətən də hələ
islamaqədərki tarixində
türklər böyük
dövlətçilik mədəniyyətinin,
maddi və mənəvi mədəniyyətin,
xüsusilə də mükəmməl yazı
mədəniyyətinin, tranzit
texnologiyasının sahibi
olmuşlar. Avrasiyanın
özünü bütöv
qlobal məkan kimi hiss etməsinin tarixi özünüdərki
prosesi məhz türk sivilizasiyasının
quruluş yaradıcı
təbiəti ilə bağlıdır. Müəllif, İmperiyalar yaradan, elmlərin qapısını
açan, kitablara
sahib olan türk dünyasının təməl
prinsiplərini yaradan şəxsiyyətləri haqqında
məlumatları bir araya toplamaqla, türk dünyasının
öyrənmək istəyən
hər bir oxucu üçün geniş ensiklopedik baza yaradıb.
Hunlar, karayimlər, tatarlar, başkurdlar, karluklar, noqaylar, utruğurlar, şorlar, tuvalılar, neymanlar, buntürklər...
və s. türk xalqları haqqında məlumatın yoxdursa, yenə “Türk dünyası” ensklopediyasına
müraciət edəcəksən.
Türk birliklərinin, türk qurumlarının, təşkilatlarının
harada və necə yaranmasını bilmək istəsən, yenə 5 cildliyə baş vuracaqsan. 3 oktyabr
2009-cu ildə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti
Nursultan Nazarbayevin Naxçıvanda görüşləri
zamanı türk elinin ağsaqqalı tərəfindən irəli
sürülən Türk
Akademiyasının yaradılması
təşəbbüsü və həmin gündən etibarən qurumun Beynəlxalq Türk Akademiyası statusuna qədər keçdiyi yol, Akademiyanın Türk dünyasının elmi Birliyinin yaranması üçün apardığı
əməli işlər
“Türkşünaslıq” bölməsində yer alıb. TWESCO-nun prezidenti,
doktor Darxan Kıdırəlinin türk
dünyasına verdiyi
töhfələr haqqında
bilgilər isə Akademiya və Türk dünyası haqqında məlumat öyrənmək istəyənə
bir töhfədir.
Azərbaycan Respublikasının AMEA Abbasqulu Ağa Bakıxanov adına tarix İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan, elmi redaktorları AMEA A. Bakıxanov
adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və professor Fərman İsmayılov olan kitabda eyni zamanda,
türklərin tarix boyu sahib olduğu ərazilər, türkdilli
ölkələrin təbii
ehtiyatları, iqtisadiyyatı,
beynəlxalq aləmdə
türk ölkələrinin
və dövlətlərinin
xüsusi rolu haqqında da maraqlı məqalələr
vardır. Və bir də ki,
Türk dünyasının
üzük qaşı
olan anamız Azərbaycan haqqında, Azərbaycanın geosiyasi və geopolitik anlamda qazandığı uğurlar, Azərbaycan Respublikasının prezidenti
İlham Əliyevin Türk dövlətləri
ilə apardığı
qardaşlıq siyasəti,
ölkəmizin son illərdə
qazandığı uğurlar,
Turana gedən yolumuzdan danışılır.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə doktoru, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyev türk dünyasının 5 cildlik enskolpediyasını yazıb toplamaqla, Türk dünyasına, türkçülüyə böyük töhfə vermiş oldu. O, bu əməli ilə Mahmud Kaşqari yolunu davam etdirdiyini göstərdi. Bu 5 nüsxədə hələ bundan sonra 5 min il də yaşayacaq bir tarix yazıldı. Millət vəkili Tanrı dərgahında ən uca məqamı qazandı. Çünki millət üçün, xalq üçün kitab yazmaq ən böyük ibadətdir. Böyük qeyrət və cəsarətlə yazılan 5liyini imzası, bundan sonra Əhməd Yəssəvi, Mahmud Kaşqari, Lev Qumilyev, Vasiliy Radlov kimi türk tarixçilərinin adı ilə birgə çəkiləcək. Mücadiləniz kutlu olsun.
Fikrimi elə bu kitabda yer
alan fransız hərbçisi, sonradan Əhməd Paşa
adını alan, Qraf Klod de Bonnevalın fikri ilə tamamlayıram: “Türkləri sevirəm.
Onlar bənzərsiz məmləkətlərin
bənzərsiz insanlarıdır.
Yaradılışlarında ilahi bir əzəmət, könül
almalarında mələklərdə belə olmayan
cazibə vardır. Bu böyük
ruhlu millətin arasında vətənimi unutmaqdan qorxuram. Vətən
əziz, çox əziz. Lakin
türk ondan da əziz, çox əziz”.
Aida EYVAZLI
525-ci qəzet.- 2018.-3 noyabr.- S.9.