Əməkdar jurnalist Bəbir Hüseynovun 85 yaşı qeyd olundu
AZƏRBAYCAN
MƏTBUAT ŞURASI ADINDAN YUBİLYARA MİLLİ MƏTBUATIN
İNKİŞAFINDA XİDMƏTLƏRİNƏ GÖRƏ
XÜSUSİ DİPLOM TƏQDİM EDİLDİ
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan
Mətbuat Şurası
və Ahıl Jurnalistlər Məclisinin
birgə təşkilatçılığı
ilə Əməkdar jurnalist Bəbir Hüseynovun 85 illik yubileyi keçirilib.
Tədbirdə Azərbaycan Mətbuat
Şurasının üzvü,
Azərbaycan Yazıçılar
Birliyinin Gənclər
üzrə katibi,
“525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Ahıl Jurnalistlər Məclisinin
sədri Məzahir Süleymanzadə və digərləri iştirak ediblər.
Mərasimdə giriş nitqi ilə çıxış
edən R.Məcid B.Hüseynovu yubiley münasibəti ilə təbrik edib. B.Hüseynovun mətbuata gəlişindən
əvvəl Ağdamda
rayon partiya komitəsində
çalışdığını, daha sonra mətbuat
sahəsində fəaliyyət
göstərməyə başladığını
qeyd edən R.Məcid bildirib ki, B.Hüseynov 1979-cu ildən Ağdam rayonunda nəşr olunan “Lenin yolu” qəzetinin redaktoru olub. 1990-cı ildə qəzetin “Ağdam” adı ilə fəaliyyətini davam etdirdiyini deyən baş redaktor səbəbkarın
həmin çətin
dövrdə - müharibə
şəraitində Azərbaycan
həqiqətlərinin ictimaiyyətə
çatdırılması istiqamətində yorulmaz fəaliyyət göstərdiyini
diqqətə çatdırıb.
B.Hüseynovun Azərbaycan Mətbuat Şurası, Ahıl Jurnalistlər Məclisi və Azərbaycan Yazıçılar Birliyinin
üzvü olduğunu
xatırladan R.Məcid
yubilyarın bu təşkilatların fəaliyyətində
də həmişə
yaxından iştirak etdiyini deyib.
Professor Cahangir Məmmədli çıxışında qeyd
edib ki, B.Hüseynov ömrünü
Azərbaycan jurnalistikasının
inkişafına həsr
etmiş böyük qələm sahibidir: “Mətbuatda imzası ilə möhür vuran Bəbir müəllim jurnalist fəaliyyəti ərzində
məşğul olduğu
peşənin qayda və tələblərinə
sadiq olub, sənətinin öhdəsindən
böyük ustalıqla
gəlib”.
C.Məmmədlinin sözlərinə görə,
B.Hüseynov işində
həmişə birinci
olub: “Onu məktəbdən qoparıb
Ağdam Rayon Partiya Komitəsinə işə
qoyublar. Bir az da keçib və Bəbir müəllimin jurnalist yaradıcılığı
üzə çıxıb.
Onu Ağdamda nəşr olunan “Lenin yolu” qəzetinə redaktor təyin ediblər. Bəbir müəllim onlarla gənc jurnalistin yetişməsində, bilik
və bacarığının
artırılmasında böyük
rol oynayıb”.
Professor bildirib ki, B.Hüseynovun redaktor olduğu qəzet ona da doğma olub:
“Bu qəzeti müntəzəm
oxuyurdum. Çünki nəşrin mövzu
dünyası, janrları
çoxşaxəli olurdu,
dili və üslubu Azərbaycan ədəbi dilinin qaydaları əsasında
idi. Həmişə
hiss olunurdu ki, bu qəzetə jurnalistikanı fəhmlə
bilən, Qarabağın,
doğma Ağdamın
problemləri ilə yaşayan vətəndaş,
bir insan rəhbərlik edir”.
Ahıl Jurnalistlər Məclisinin
sədri Məzahir Süleymanzadə isə bildirib ki, B.Hüseynov
mətbuatda yazıları
ilə özündən
söz etdirən, adını Azərbaycanın
jurnalistika tarixinə yazdıran şəxsiyyətlərdəndir. Səbəbkarla bağlı xoş xatirələrini bölüşən
M.Süleymanzadə qeyd
edib ki, B.Hüseynov üzvü olduğu Ahıl Jurnalistlər Məclisinin
fəaliyyətində həmişə
yaxından iştirak edib, əsl ağsaqqallıq nümunəsi
olmağı bacarıb.
Daha sonra M. Süleymanzadə Ahıl Jurnalistlər Məclisi adından səbəbkarı təbrik
edib, ona can sağlığı və
uzun ömür arzulayıb.
Əməkdar müəllim Səlim Əzimov çıxış
edərək, Bəbir
Hüseynovla bağlı
gənclik xatirələrini
bölüşüb. S.Əzimov “Lenin yolu” qəzetinin B.Hüseynovun redaktorluğu
dövründə nüfuzunu
daha da artırdığını,
keyfiyyət dəyişikliyi
yaşadığını bildirib. Sonra tədbirdə çıxış
edən “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov, Nəriman Nərimanov rayonu Ağsaqqallar Şurasının
sədr müavini Kamil Babayev, Əməkdar jurnalist Şəmsiyyə Kərimova,
tanınmış şair
Ramiz Məmmədzadə,
polkovnik Həmid Cəfərov, şair Oqtay Zəngilanlı, jurnalist Elşən Əliyev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxış edərək,
səbəbkara öz
təbriklərini çatdırıblar.
Qeyd olunub ki, B.Hüseynov işlədiyi bütün
vəzifələrdə peşəkarlığını
ortaya qoyub, işində tələbkarlığı
ilə seçilib, cəmiyyətdə həmişə
ləyaqətli yer tutub, şərəfli ömür yaşayıb və yaşayır.
Sonda çıxış
edən yubilyar ona göstərilən diqqətə görə tədbirin təşkikatçılarına
və iştirakçılara
öz təşəkürünü
bildirib. B.Hüseynov bu gün ölkəmizdə milli mətbuatın inkişafına
dövlət səviyyəsində
böyük diqqət
və qayğı göstərildiyini deyib, şəxsən ölkə
prezidenti İlham Əliyevin həm gənc, həm də veteran jurnalistlərə
böyük dəstək
olduğunu, onların
mənzil-məişət problemlərinin
həlli istiqamətində
mühüm addımlar
atdığını vurğulayıb.
Tədbirdə Mətbuat Şurası adından B.Hüseynova Azərbaycan mətbuatının
inkişafında xidmətlərinə
görə və 85 illik yubileyi münasibətilə xüsusi
diplom təqdim olunub.
Qeyd edək ki, B.Hüseynov 1932-ci ilin dekabrın 26-da Ağdamın Novruzlu kəndində dünyaya göz açıb. Doğulub boya-başa çatdığı kənddə 7 illik məktəbi bitirdikdən sonra B.Hüseynov Ağdam Pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub, tarix müəllimi və ictimaiyyətçi ixtisasına yiyələnib. Təhsil aldığı dövrdən öz yaşıdlarından fəallığı ilə fərqlənən B.Hüseynov məktəbdə tarix müəllimi, daha sonra yerli komitə sədri, partiya təşkilat katibi kimi məsul vəzifələrdə çalışıb. 1979-cu ildən isə jurnalistika sahəsindəki fəaliyyət dövrü başlayıb. Həmin ildən etibarən Ağdamda nəşr olunan “Lenin yolu” qəzetinin redaktoru vəzifəsində işləyib. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan B.Hüseynov qısa müddət ərzində yaradıcı gəncləri bir araya toplayaraq qəzetin fəaliyyətində yeni cığır açmağa nail olub. Ağdamın mövcud problemlərinin həlli, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli mənlik şüurunun inkişaf etdirilməsini qəzetin səhifələrinin daimi mövzularına çevirib.
Ömrünün 30 ilindən çoxunu mətbuata həsr edən B.Hüseynov Qarabağa qarşı erməni təcavüzünün yeni dalğasının başlandığı dövrdən onların alçaq niyyətlərinin ifşası, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində silsilə yazılarla çıxış edib. 1990-cı ildə mətbu orqanın adının dəyişdirilməsindən sonra dağılmaqda olan Sovet İttifaqında Ermənistanın işğalçı hücumlarına məruz qalan Azərbaycanda düşmənlə ikinci cəbhədə - informasiya məkanında mübarizə aparanlardan biri də “Ağdam” qəzeti idi. Həm də bu cəbhə müharibə meydanından uzaq deyildi. 1993-cü ildə Ağdam Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan “Ağdam” qəzetinin, o cümlədən, B.Hüseynovun köçkünlük həyatı başlayıb. Əməkdar jurnalist 1998-ci ilə qədər adıçəkilən qəzetin redaktoru olub.
Ceyhun
ABASOV
525-ci qəzet.- 2018.-3 noyabr.- S.7.