Güləmail Muradın
"Aprel döyüşləri"
kitabı təqdim edildi
Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair Güləmail Muradın "Aprel döyüşləri" kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda AYB rəhbərliyi, tanınmış
ziyalılar, ədəbiyyat
xadimləri və
media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tənqidçi Əsəd
Cahangir Güləmail
Muradın yaradıcılığı
haqqında danışıb. O deyib ki, Güləmail Murad yaradıcılığının
böyük bir hissəsini vətənpərvərlik
mövzuları təşkil
edir. O, bu şeirləri, poemaları
ən səmimi hissləri, duyğuları
ilə qələmə
alır. Bu gün
təqdim olunan "Aprel döyüşləri"
kitabı da Azərbaycan xalqının
tarixinə qızıl
hərflərlə yazılmış
ən sonuncu hadisələrə - aprel
hadisələrinə həsr
olunub. Bu kitabda müəllifin böyük zəhməti,
araşdırmaları və
hadisələrə obyektiv
münasibəti əks
olunub.
Daha sonra Azərbaycan Respublikasının
dövlət himni ilə tədbir açıq elan edilib.
AYB-nin katibi, Xalq şairi Fikrət Qoca çıxışında qeyd
edib ki, Güləmail Murad çağdaş ədəbiyyatımızda
ən çox vətənpərvərlik mövzusuna
toxunan xanım şairlərdəndir. Onun bu şeirləri pafosdan uzaq, ən səmimi
hisslərə köklənib.
Daha sonra çıxış
edən "Ulduz"
jurnalının baş
redaktoru Qulu Ağsəs, yazıçı
Aydın Xan, AYB Güney Azərbaycan bölməsinin rəhbəri
Sayman Aruz, şairlər Fəridə Ləman, Balayar Sadiq və
başqaları çıxış
edərək müəllifi
yeni kitabı münasibətilə təbrik
edib, bu kitabı tariximizin şanlı günlərinə
həsr olunmuş dəyərli töhfə
adlandırıblar.
Sonda çıxış
edən müəllif
Güləmail Murad ona göstərilən diqqət və qayğıya görə
AYB rəhbərliyinə, qonaqlara
və çıxışçılara
öz təşəkkürünü
bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 6 noyabr.-
S.8.