Bakıda V Beynəlxalq Teatr Konfransı işə başladı
Trend-in məlumatına görə, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir
iştirakçıları əvvəlcə teatrın
foyesində ötən
beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana
tərəfindən təşkil
edilən kitab sərgisi ilə tanış olublar.
Açılış mərasimi səhnədə
quraşdırılan monitorda
Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının
şanlı keçmişini
əks etdirən videomaterialın nümayişi
ilə başlayıb. Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində
əlilliyi olan və əlilliyi olmayan insanlar səhnədə çıxış
ediblər.
Prezident Administrasiyasının humanitar
siyasət məsələləri
şöbəsinin müdiri
Fərəh Əliyeva
tədbir iştirakçılarını
salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına
ünvanladığı təbrik
məktubunu oxuyub.
Konfransın açılış mərasimində
mədəniyyət naziri
Əbülfəs Qarayev
çıxış edərək
ölkəmizdə iki
ildən bir gerçəkləşən konfransın
əhəmiyyətindən danışıb.
Bildirib ki, konfrans Prezident
İlham Əliyevin
2009-cu il 18 may tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan teatrı
2009-2019-cu illərdə Dövlət
Proqramı”na əsasən
keçirilir. Builki konfransda
40-dan çox ölkədən
120 xarici qonaq iştirak edir. Məruzəçilər arasında nüfuzlu
beynəlxalq təşkilatların
rəhbərləri yer
alır.
Ə.Qarayev söyləyib ki, konfransın məqsədi
dünyanın müxtəlif
ölkələrindən gəlmiş
teatr peşəkarları
tərəfindən müasir
teatrların imkanlarının
və qarşılıqlı
əlaqələrinin müzakirə
edilməsi, yeniləşən
dünyada teatr üçün platforma yaratmaqdır. Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi
bizdə qürur hissi doğurur. İki gün davam edəcək konfransda dünyanın məşhur teatr, incəsənət xadimləri
– rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bəzi ölkələrin
teatr xadimləri ittifaqlarının, teatrla
bağlı tanınmış
qurumların, eləcə
də müxtəlif ölkələrin teatr rəhbərlərinin iştirakı
ilə məruzələr
dinləniləcək, ümumilikdə
konfransın gündəliyində
yer alan məsələlər teatr
bilicilərinin canlı
ünsiyyətini təmin
etməklə yanaşı,
uğurlu nəticəyə,
qarşılıqlı yeni
əlaqələrin qurulmasına
zəmin yaradacaq.
“Azərbaycan dövləti teatr sənətinin inkişafına böyük diqqət yetirir. Teatrımız XXI əsrdə yeni mərhələyə qədəm qoyub. Teatrlarımız dünyanın ən məşhur festivallarında uğurla çıxış edir. Ölkəmizdə həyatın bütün sahələri kimi, mədəniyyət sahəsinə də xüsusi qayğı var. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, beynəlxalq yarışlar, reallaşdırılan layihələr ümumilikdə dövlətimizin daha yaxından tanınmasına xidmət edir. Bu gün təkcə Bakıda deyil, bölgələrdəki teatrlarımız da yeni inkişaf yoluna qədəm qoyub. Bu yaxınlarda Sumqayıt Dövlət Teatrı və Mingəçevir Dövlət Dram Teatrı 50 illiyini qeyd etdik. Bizim teatr sənətimizin bir əsrdən çox yaşı var. Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin yerlərdə teatr binaları, incəsənət, mədəniyyət abidləri, çoxsaylı tarixi abidlər dağıdılıb. Bu gün Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayır və öz mövcudluqlarını qoruyub saxlamaq üçün bütün çətinliklərə sinə gərir. Xalqımıza məxsus bütün mədəni dəyərləri qorumağa, ona sahib çıxmağa çalışmalıyıq”,- deyə Ə.Qarayev söyləyib.
Builki konfransın əvvəlkilərdən fərqləndiyini diqqətə çatdıran nazir deyib ki, burada iştirak edən qonaqlar "YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festivalda da iştirak edəcəklər.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxam, UNESCO-nun Sülh Artisti Əli Mahdi, Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar, GİTİS Universitetinin rektoru Qriqori Zaslavskinin , Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın əhəmiyyətindən danışıb, dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmini vurğulayıblar.
Qeyd edək ki, konfrans ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin Facebook səhifəsi ilə canlı yayımlanıb.
525-ci qəzet 2018.- 6 noyabr.- S.1;7.