Rafiq Yusifoğlunun "Nağıl qapısı"

Şair, ədəbiyyatşünas, professor Rafiq Yusifoğlunu yazılarından xeyli sonra tanımışam. Elə bu tanışlığa səbəb yenə onun yazıları, xüsusilə uşaqlar üçün yazdığı "Bayraq" şeiri olub. İstərdim, "Bayraq" şeirini ilk dəfə oxuyanda necə hisslər keçirdiyimi, sevindiyimi paylaşım.

Bir gün dost evinə qonaq getmişdik. Onda mənim övladlarım məktəbə getmirdilər. Burada uşaqların dərs kitablarına baxırdım. İkinci sinifin "Azərbaycan dili" kitabını vərəqləməyə başladım ilk səhifələrdə "Bayraq" şeiri qarşıma çıxdı. Oxudum. Elə xoşuma gəldi ki, bir oxudum bir , dönə-dönə... hələ ürəyimdə, bəzən uşaqlar üçün həmin o sevimli "Bayraq" şeirini söyləyirəm. Baxmayaraq ki, uşaqlar onu çoxdan əzbər bilirlər.... İstedadla yazılmış hər hansı əsər bax belə, oxucunu özünə çəkir bir daha onu tərk eləmir. Yoxsa Vətən, Bayraq, Qarabağ adına yüzlərlə şeir yazılmayıbmı?

Rafiq Yusifoğlunun uşaq şeirləri maraqlı, cəlbedici yaddaqalandır. Çünki o, sözü elə sərrast, yerində səmimiyyətlə deyir ki, oxucu onu asanlıqla qəbul edir. Artıq suala, izaha ehtiyac qalmır... Onun şeirləri sanki bulaq suyu tək dupdurudu, işıqlı ürəkoxşayandı. "Uşaqlar üçün yazmaq o qədər asan deyil". Bu cümləni çox işlədirik. Bu baxımdan Rafiq müəllimin şeirləri bizim üçün bir məktəbdi...

Müəllifin bu il ADPU-nin nəşriyyatında çapdan çıxmış "Nağıl qapısı" adlı kitabı uşaqlarımız, müəllimlərimiz, ümumiyyətlə,  hamımız üçün çox dəyərlidi. Çünki bu kitabda illərin, bəlkə bir ömrün zəhməti var. "Nağıl qapısı" içindəki şeirlər, poema, poema - nağıllarla zəngin bir şeir toplusudur. Kitabın redaktoru tanınmış uşaq yazıçısı Zahid Xəlildir. Kitabda şeirlər xüsusi bir başlıqla oxucuya təqdim olunur. İlk başlıq "Uşaq dünyası - işıq dünyası" adlanır "Bərəkət bayrağı" şeirilə başlayır:

 

Hamı fərəhlə baxır

Yurdumun bayrağına...

Göyqurşağı enibdir

Lələtəpə dağına?

 

Bu təpədən baxanda

Adamın gülür üzü...

Elə bil ki, sevinir

Yurdumun dağı, düzü...

 

Torpaqdan ayrı düşüb

qədər zillət çəkdik.

Minaların yerində

Axır ki, zəmi əkdik.

 

Reallıqda olduğu kimi, şeirdə düşməni torpağımızdan qovub çıxarır minaların yerində zəmi əkir, şair... R.Yusifoğlu şeirlərinin diliylə uşaqlara Vətənimizi, tariximizi, mənəvi dəyərlərimizi elə gözəl anladır ki, cild-cild romanlar belə bunu bacarmaz. Axı təməl uşaqlıqdan qurulur o vaxtdan inkişaf edir. Məsələn:

 

Nəvəm sevir muğamı,

Dinir tar, dinir kaman.

Xanəndə coşub yaman:

- Aman,

aman,

ay aman!

 

Bu misraları oxuyanda oxucunun üzünə təbəssüm qonur bir daha muğama aşiq olursan. Mən böyük oxucuları nəzərdə tuturam. Balacalar isə muğamın demək olduğunu anlamağa başlayır...

Sonra "Tariximdən gələn səslər, Mənə doğma olan kəslər" başlığı altında şeirlər təqdim olunur.

 

Yana-yana yaşayar

Abşeronda Yanardağ.

Dərdi böyük olanda,

Yanar torpaq, yanar dağ.

 

yaxud:

 

Çingiz çaldı "Qaval daş"ı,

Qobustana düşdü haray.

Daş üstündə mürgüləyən

Neçə şəkil vurdu halay.

 

Burlaxatun oda düşdü,   

Salur Qazan yada düşdü.

Qaval daş dindi, elə bil

Əsrlərə səda düşdü...

 

Görün bu şeirlərdən uşaqlar tariximizlə bağlı qədər məlumat öyrənə bilərlər... Uşaqlıqda əzbərlədiyimiz şeirlər  bizim yadımızdan çıxırmı heç? Rafiq müəllimin yazdığı şeirlər unudulmaz olur qəlbimizdə təkrar olunur...

 

"Şuşa nəğmələri"  adlı növbəti başlıq altında verilmiş şeirlərə baxaq.

 

Dindirsən oxuyacaq,

Qalalar himə bənddi.

Vurulmuşam Şuşaya,

Həm şəhərdi, həm kənddi.

 

... Binalar addımlayır,

Gedir üzü sabaha.

Qala divarlarına

Bu şəhər sığmır daha.

 

Gözəl günü öndədi,

Hələ qönçədi Şu şa.

Dağların əllərində

Sanki xonçadı Şuşa.

 

1986-cı ildə yazılmış bu gözəl şeir həm ürəyimizi ağrıdır. Heç dağların əllərində xonça kimi yaraşıqlı, əziz, əsrarəngiz, "Azərbaycanın kanservatoriyası" olan belə möhtəşəm bir şəhəri yağı əlində qoymaq olarmı? Bu şeirdə bir cəngi havası var o, mübarizəyə, qələbəyə səsləyir bizi...

 

Təbiət yaddaşında

Neçə şux səs yaşadır.

Qarabağ torpağının

Zənguləsi Şuşadır.

 

... Gözəldi, çox gözəldi həqiqətdi bu...

 

Oynamaq istəmirdim,

Utanırdım düzü mən.

Bir gördüm meydanda

Qol götürüb süzürəm.

 

Bu idi düşdüm,

Yanaqlarım yanırdı.

Rəqs qurtaranda, Şuşa

Başıma fırlanırdı...

 

İndi oynayırıq "Tərəkəmə", "Heyvagülü", "Süleymani" rəqslərinə, hələ Qarabağ adına yazılmış mahnılara da. Amma bu o oynamaq deyil, həm hönkür-hönkür ağlamaqdı... biz acı göz yaşlarını silib bu dağı qəlbimizdən siləcəyimiz günlər üçün yaşayırıq....

 

"Havam, suyum, torpağım, Otum, gülüm, yarpağım" bölümündəki şeirləri nəzərdən keçirək.

 

Bulağın səxavəti

Kaş ki, hamıda ola.

Qapısına gələni

Əliboş salmaz yola.

 

İç, qədər içirsən,

Qablarını da doldur.

Qəlbi açıq olanın

Varı-dövləti boldur.

 

Təbiətin diliylə həm bizi tərbiyələndirir müəllif. İnsan paylaşdıqca, başqalarına yararlı olduqca özü xöşbəxt olur, deyilmi?

 

Budağa bax, budağa,

Hey ucalır, qalxır o.

Boylanıb pəncərədən

Evimizə baxır o.

 

Deyirəm ki, utanma,

Keç içəri, ay budaq.

Evdə tək darıxıram

Gəl birlikdə oynayaq.

 

Yalvarıram qədər,

Bəs niyə baxmır sözə?

Yəqin anası ağac

Onu buraxmır bizə.

 

Bu şeiri kitabdan əvvəl mətbuatda oxumuşdum çox xoşuma gəlmişdi. Demə, ağacın da anası varmış o da öz balasını qoruyur beləcə... Rafiq müəllimin şeirləri bax belə insanın ruhunu oxşayır...

 

Gör tapıb gətirib

Evimizə Gülüzə:

Quşu uçmuş yuvadı,

Gilizə bax, gilizə.

 

İçindəki qurğuşun

Hara gedib? - Uy, uy, uy!

Görəsən, hansı quşun

Sinəsində uyuyur?

 

"Bu yuvadan uçan quş"

Axı kimə gərəkdi?

O gilizin içində

Balaca bir gül əkdim.

Giliz güldana döndü,

Güllə gül olub bitdi.

Uşaqların üzündən

Kədər buludu itdi.

Bu şeir içindəki məna yükü ilə oxucunu təsirləndirir. Müəllif bu kiçik şeirlə o adamlara, (Ona görə adam deyirəm ki, insan müharibə eləməz) demək istəyir ki, müharibə insan adına yaraşmır, uşaqlara, quşlara güllə atan insan ola bilməz əsla... Gül güllədən gözəldi axı, quşlar, uşaqlar dünyanın cövhəridi axı!

Mina RƏŞİD

525-ci qəzet  2018.- 7 noyabr.- S.7.