ASSİTEJ prezidenti
Gənc Tamaşaçılar Teatrında
Noyabrın 7-də V Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində UNESCO nəzdində Uşaq və Gənclər Teatrları ASSİTEJ-in prezidenti İvetta Hardi Gənc Tamaşaçılar Teatrının kollektivi ilə görüşüb.
Tədbiri giriş sözü
ilə açan V Bakı Beynəlxalq Teatr Konfransının icraçı katibi Şaiq Səfərov
ASSİTEJ-in fəaliyyəti və Azərbaycanda Mədəniyyət Mərkəzinin
yaradılmasının faydası
haqqında danışıb:
"ASSİTEJ uzun illərdir
ki, dünyanın dörd bir yanında
mədəniyyətin inkişafı,
mədəniyyətlərarası dialoqun yaranması üçün ciddi fəaliyyət göstərir. Sevindirici haldır
ki, 2011-ci ildə Gənc Tamaşaçılar
Teatrı böyük
səs çoxluğu
ilə ASSİTEJ-in İcraiyyə
Komitəsinin Fransada keçirilən qurultayında
qurumun üzvlüyünə
qəbul edilib. Qurultay zamanı Gənc Tamaşaçılar Teatrı
bu nüfuzlu beynəlxalq təşkilatın
Azərbaycan Milli Mərkəzi elan olunub. Bu hadisə
Gənc Tamaşaçılar
Teatrının tanınmasına,
beynəlxalq əlaqələrinin
genişləndirməsinə yardımçı olub".
Daha sonra Şaiq Səfərov sözü ASSİTEJ-in Prezidenti
İvetta Hardiyə verib.
O, çıxış edərək
hər kəsi salamlayıb və Bakıda, növbəti Teatr Konfransında olmaqdan məmnunluğunu dilə gətirib: "Artıq beşinci dəfədir ki, Bakıya gəlirəm və hər gəlişim mənim üçün xüsusi
hadisədir. Bu dəfə də sizlərlə görüşümüzə
çox önəm verirəm və təqdim edəcəyim slayd vasitəsiylə rəhbərlik etdiyim təşkilat haqqında məlumat vermək istəyirəm. Əslində, hamınıza bəllidir ki, ASSİTEJ uşaqların,
yeniyetmələrin və
gənclərin tərbiyəsinə
ayrı yöndən yanaşmağa, bir qədər də kreativ baxmağa çalışır. İrəli sürdüyümüz
bütün layihələr,
müştərək işlər
məhz bu konsepsiyanı inkişaf etdirmək üçündür".
Daha sonra İvetta Hardi video və foto slayd
vasitəsiylə ASSİTEJ-in dünyanın müxtəlif
ölkələrində gördüyü
işlər, yeni tamaşalar və konfransları haqqında məlumat verib. 3 yaşadək uşaqlar üçün qurulan tamaşalar tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Tədbir bu istiqamətdə müzakirələr və
polemikalarla davam edib. Sonda qonaq görüşün
təşkili üçün
Mədəniyyət Nazirliyinə
və Gənc Tamaşaçılar Teatrının
rəhbərliyinə öz
minnətdarlığını bildirib.
NƏZRİN
525-ci qəzet 2018.- 8 noyabr .- S.7.