Bolşevik əkməginə
yağ sürtənlər - Şirməmməd Hüseynov
AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
Şirməmməd HÜSEYNOV
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili
istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
(Əvvəli
ötən şənbə saylarımızda)
AZƏRBAYCAN
MƏKTUBLARI
1- “Avamlar
çobansız dolaşıyorlar!..” 2-
“Köylülərin mühakiməsi”.
- “Avamlar
çobansız dolaşıyorlar!..” “Zarya
Vostoka” mühərriri Mixail Danilov, bu cümlədəki
“avamlar” təbiri altında “Naxçıvan Cümhuriyyətinin”
komisarlarını, komunistləırini, polis, ordu v.s. təşkilatlarındakı
“proletar müməssillərini” qəsd etməkdədir...
Pəki, bu “avamların çobansız
dolaşmalarından nə zərər gəlmiş ki, burax
dolaşsınlar, olmazmı? Leninin məruf bir sözü
vardır:
- “Avamlar kəndi başlarına cənnətə getməzlər,
onları kötəklə cənnətə sürməlidir...”
demişdi. Və bu cümlədə Lenin “avam” olaraq “proletar
sinfini”, “əli kötəkli çoban” olaraq da kəndisini təsəvvür
etmişdi. Leninin vəfatından sonra bu
“avam sürüsü” (təbir Leninindir) təbiətlə
“çobansız” qalacaqdı.
Şimdi - yeni iqtisadi siyasət sayəsində -
“avamlıqdan axmaqlığa” qədər tərəqqi
etmiş olan bu “sürünün”
çobansızlığından nədən şikayət
olunuyor?
İskəndər
Cəfərov adlı bir qoçaq qalxmış, Məmmədquluzadə
Cəlil bəyin Naxçıvan həyatından
yazmış olduğu “Ölülər” nam şah əsərini,
yenə Naxçıvanda həyatda oynamaq istəmiş, daha
doğrusu oynamışdır. Həm də
öylə oynamış ki, qarşısına “Keyfli İskəndər”
kibi bir qəhrəman belə çıxmamışdır.
Qoqolun “Revizor” adlı əsərini bilirsiniz. Əsərin
qəhrəmanı olan “Xlestiyakov”, Rusiyanın bir qismində mərkəzdən
bəklənməkdə olan bir müfəttiş əvəzinə,
zorən qəbul olunuyor. O da bilməcburiyyə bu rolu qəbul
edərək o vilayətə az zaman
üçün hökmüranlıq etməyə, rus
rejiminin bütün çürüklügünü meydana
qoymağa müvəffəq oluyor. Ukraynanın böyük
Qoqolu “Revizor”unda canlı olaraq təsvir etdigi bu
çürük həyatı, İskəndər Cəfərov
həyatda, göz önündə felən göstərmiş
və Sovet hakimiyyətinin nə qədər “sarsılmaz”
olduğunu meydana çıxarmışdır.
İskəndər
Cəfərov bu rolunda nə “Revizor” qəhrəmanı
“Xlestiyakova”, nə də “Ölülər” qəhrəmanı
“Şeyx Nəsrullaha” bənzər... O, ikisinin arasında, bir
növi yeni “Xlestiyakov”, yeni “Şeyx Nəsrullah”dır.
Xlestiyakov, Revizor roluna girincəyə qədər bu fikri
qətiyyən ağlına gətirməmiş və rus məmurlarının
bu qədər avam olduqları xüsusunda heç bir
hazırlığı yoxdu.
Şeyx Nəsrullah isə müəyyən bir
proğramla hərəkətə keçmişdi. Bununla bərabər
o yarasa işıqdan qorxar kibi münəvvərlərdən
qorxar, hətta xalqdan belə qorxduğu üçün
mütamadiyən ərəbcə söylər, xalqın cəhalətindən
istifadə edərdi.
İskəndər
Cəfərov isə, əvvəl müəyyən bir
proğrama malik, saniyən bütün şansını
xalqın, məmurların, hətda komunistlərin belə
“Moskvaya olan ədəmi məmnuniyyəti” üzərinə
qurmuş, ən mühümmü münəvvərlərə,
komisarlara, komunistlərə və banka, kooperativ müdürlərinə
istinad eyləmişdir. Sovet mühərrirləri
bu cəhəti qarışdırıyorlar. Onlar İskəndər Cəfərovun müvəffəqiyyətini
Naxçıvan komunistlərinin “avamlıqlarından”
görüyorlar. Biz təbiidir ki, komunistlərin
avamlığı haqqında münaqişəyə girməyəcəgiz.
Fəqət İskəndər Cəfərovun
Naxçıvanda 10 günlük hakimiyyətini təmin edən
başlıca amillər vardır ki, onlar da komunistlərin
avamlığının məhsuludur.
Günün
birində İskəndər Naxçıvan Cümhuriyyətinin
“Yengicə” köyünə gələrək Tiflisdə təsadüfən
dost olduğu Kooperativ müdiri Maküyinin evinə
girmişdir. Komunistlər, məmurlar,
köylülər əlaqədar olmuşlar və Maküyiyə
sormuşlar. O da cavab vermiş, demiş ki:
- İskəndər Cəfərov Mərkəzi Kontrol
Komisyonu əzası olacaq. Ehtimal mühüm bir
vəzifəsi vardır. Zənn edərsəm
bütün Şərur nahiyəsini təftiş edəcəkdir...
Bu sözlər kafi gəlmişdir. Bütün məsul məmurlar,
komunistlər, komitə və icraiyyə rəisləri, banka müdirləri İskəndəri ziyarətə
başlamış, dərdlərini tökmüşlər və
şikayətlərini ərz etmişlərdir.
İskəndər
onların xəstə damarlarını bulmuş:
Naxçıvan Cümhuriyyətində Komunist firqəsini təmizləyən
komisyon vəzifəsini iyi ifa etmiyor. Bir
çoxları haqsız olaraq Komunist firqəsindən
atılmışlar. Bir çox
köylülər haqsız olaraq, müxtəlif bəhanələrlə
intixabda iştirak haqqından məhrum edilmişlərdir.
Daha bir çox məsələlər vardır ki, burada həll
olunmalıdır: məsəla, türk köylülərinin
yerləri kürdlərə və ermənilərə
veriliyor. Bunları geri alıb verəcək və
kürdlərlə erməniləri Rusiyaya sürəcəyəm,
demişdir.
İskəndər Cəfərov firqədən
qovulanların, seçki haqqından məhrum edilən
köylülərin şikayətlərini yığmağa
başlamış.
O, Yengicədən
qalxaraq hökumətin təqdim etdigi arabalarla köyləri
dolaşmağa başlamış. Hər yerdə
onun üçün qoyunlar kəsilmiş, ziyafətlər
verilmiş, köylülər İskəndərin
ayaqlarına qapanaraq onları “xilas eyləməyi” rica eyləmişlərdir.
O, bir çox məmurları əzl edərək firqə
biletlərini almış, bir çoxlarını vəzifələrinə
qoymuş, ətrafında və qapısında daima 3 müsəlləh
komunist bulunmuşdur. Naxçıvan
komisarları onu hər yerə müşayiət eyləmişlərdir.
O, gizli ictimaları dəvət eyləmiş, Komunist firqəsinin
məhrəm cələsələrində bulunmuş, bankdan
istədigi qədər və istədigi zaman para almış,
istədigi komunisti və polisi tərksilah etdirmiş, köylülərin
ümumi ictimalarını dəvət edərək orada
raporlar vermiş, dərdləri dinləmiş, ərizələr
almış tövqifat yapmış və s.
Gecə gec vaxt İskəndərə para lazım
olmuş, bank müdürü kəndisi gedərək gətirmiş
və məqbuza filana ehtiyac belə görməmişdir
(Çünki ümumiyyətlə, hər kəs böylə
yapar).
- Bir
tabanca istərəm - deyincə komunist Zeynalov belindən
tapancasını açaraq təqdim etmiş.
- Bunu
tövqif ediniz! - deyincə Komunist firqəsi
katibi kəndisi Məhəmmədov nam birini alaraq məhbəsə
götürmüşdür.
İskəndər
seçki haqqından məhrum edilənləri 25 rublə
müqabilində sovetlərə seçilmək
haqlarını kəndilərinə iadə etmişdir.. Bütün bu hakimiyyət 10 gün
sürmüş... 10 gündən sonra İskəndər Cəfərovun
bir revizor degil, bir komunist belə olmadığı
anlaşılmışdı... O da Naxçıvandan çıxdıqdan
sonra...
Yazıq ki, İskəndərin topladığı
şikayətlər, aruzihallar və 25 rublələr yenə
komunistlərin əlinə keçmişdir. Yoxsa komunist rejimindən məmnun
olan əhalinin yüzdə qaç təşkil eylədigini
təyin üçün pək interesan bir materyal
olacaqdı... Təbii, əgər İskəndər
onlardan bu məqsədlə istifadə etsəydi.
Fəqət, bizcə bu qədəri də kafidir. Bu hadisə
xalqın komunist rejiminə olan əlaqəsini göstərdigi
kibi, rəsmi Sovet məmurlarıyla komunistlərin belə “mərkəz”
tərəfindən nə dərəcə terrorizə
edilmiş bulunduqlarına dəxi bir dəlildir. Onlar mərkəzdən gələn bir adamdan vəsiqə
belə sormaq cəsarətini göstərəmiyorlar.
Qəzalar Tiflis qarşısında nasıl isə
Bakı da Moskva qarşısında öylə degilmi?
Vaxtilə
bütün Azərbaycanı idarə edən, Azərbaycan
“Çeka”sının və Azərbaycan ixtilal məhkəməsi
rəisi olan, azı 5 min münəvvər və milliyyətçi
öldürmüş olan “Hacı İlyas”ın
başqasının vəsiqə və pasportu ilə
Bakıya gəlmiş sadə bir aferisdən başqa bir
olmadığı meydana çıxmadımı?
Onu da Bakı komunistləri qəbul eyləmiş və
2 sənə zərfində Moskvadan sormaya cəsarət etməmişlərdi.
lll
Keçənlərdə Şirvan və Quba qəzalarında
hökumətə ərzaq vermədiklərindən dolayı
bir çox köylü tövqif olunduğunu qəzetələr
dəxi yazmışdı.
Şimdi Şirvanda fövqəladə məhkəmə
tövqif edilmiş köylülərin işinə baxmaqla məşğuldur. Məhkəmənin
rəisi Abdulov, prokuror Xudadadovdur. Sovet qəzetələrinin
yazdığına görə. Köy
sosyalizm iqtisadiyyatını pozmaq, xalqı sovet əleyhinə
qiyama dəvət etmək və Sovet məmurlarilə komunistləri
döyməklə ittiham olunan köylülərin miqdarı
13-dür. Həqiqət halda isə məhkəməyə
cəlb olunanların miqdarı 50 kişidən fəzlədir.
Bunların içində başçı ədd edilənlər:
Dəmyal, Nəbi, Həsən, Həmzə, Xankişi və
Cavad oğullarıdır.
Təşrini saninin (noyabrın) 25-də vaqe olan cələsədə
prokuror ittihamnaməsini oxumuşdur. Bundan öyrəniyoruz ki,
köylülər məhsullarını Sovet hökumətinə
verməməyə dəvət edilmiş, Şamaxı
soqaqlarında xalq sovet əleyhinə nümayiş
yapmış və “əksinqilabçı cəmaət” Sovet
məmurları ilə icra komitələri rəislərini
döymüşdür.
Mühakimə nəticəsində, nümayişlərdə
iştirak edən köylülərin də tövqif
olunacağından bəhs edilməkdə olduğundan əhali
içərisində böyük həyəcan vardır.
Daşdəmir
“Odlu-Yurd”,
şubat (fevral) 1930, ¹12
Məqbuz
- alınmış məbləğ
Tövqif
- saxlama
BOLŞEVİK
ƏKMƏGİNƏ YAĞ SÜRTƏNLƏR
Bolşeviklərin kəndi müxaliflərinə
qarşı pək amansız olduqları ilə bərabər
əleyhdarlarına qarşı qullandıqları mübarizə
üsulları da pək müxtəlifdir. Öldürmək,
qorxutmaq, aldatmaq, tamahlandırmaq, satın almaq və sairə
kibi üsulların həpsi onlarca mübahdır (izn veriləndir).
Fəqət bütün bu sistemlərin
başında, mücadilə və mübarizə
üsullarının fövqündə digər bir
üsulları dəxi vardır ki, o, bolşevik
müharibeyi-daxiliyyəsinin ən canlı və ən əsaslı
nöqtəsini təşkil edər. Bu
üsul, müqabil firqələrdən ən qüvvətli və
zi-həyat olanını təyin ilə mənəvi və
maddi bütün zərbələri, başlıca, bu hədəfə
tövcih etməkdən ibarətdir.
III İnternasyonalın tabeyəçiləri bu hədəfi,
ən çox çəkəmədikləri demokratik firqələrdə,
kəndilərinə qarşı barışmaz bir vəziyyətdə
bulunan köylüdə, ufaq burjuazidə və münəvvərin
qismi üzərində nüfuz və təsirə malik olan təşəkküllər
arasında ararlar. Bu məqsədlədir ki, onlar Rusiyada
Sosialist Revolyutsionerləri, Gürcüstanda menşevikləri,
Azərbaycanda da müsavatçıları kəndi zərbələrinə
yeganə bir hədəf ittixaz eyləmişlərdir.
Qızıl
Ordu, qarelərimizə (oxucularımıza) məlum, məruf
hüdası ilə Azərbaycanı təhdi-istilaya
aldıqdan sonra mətbuatı, mitinqləri,
hər növi təşviqat və təftinatı (ara
qarışdırması) ilə bütün qüvvət və
məharətini Türk milliyyətpərvər Müsavat Xalq
Firqəsini ittihama və onu etibardan düşürməyə
həsr etmişdi. Mənəvi mücadilə
sahəsində böylə olduğu kibi, maddətən dəxi
“Çeka”lar, “Osobı Otdel”lərin ən çox təqib
etdikləri zəvat, Müsavat Firqəsinin müntəsibləri
idi. Edam olunanların qismi-əzəmi müsavatçılardan
ibarət olub bir çox qismi dəxi, müsavatçı
olmasalar da müsavatçı deyə ittiham və edam olunuyordu.
Bu qayət təbii idi. Çünki məmləkətdə
təşəkküli-siyasi naminə, bir qüvvət olaraq
bolşeviklər yalnız Müsavatı tanıyorlardı.
Müsavatçılar idi ki, 1918-ci ildə
sosialistik damğası daşımadıqları halda Bakı
əmələləri arasında icra olunan intixabatda,
bolşevik firqəsini qahir (üstün) bir əksəriyyətlə
məğlub eyləmişlər idi. Onlar
Müsavat firqəsini “əmələyi iğfal (aldatma) edəcək
dərəcə”də milliyyətpərvər və demokrat
bir təşəkkül olaraq təcrübə eyləmiş,
bu mənəvi nüfuza qarşı mücadilə edə
bilmək üçün kəndisinə “mürtəce bəy
və xan firqəsi” damğasını taxmışlardı.
Yenə bu Müsavat idi ki, Məclisi-Müəssisan
intixabatı əsnasında Mavərayi-Qafqas
Türklügü rəyinin sülusini (üçdə
birini) qazanmış və nəfsi - (xüsusən) Bakıda
müsəlman əmələsinin 10 minə baliğ rəyindən
yalnız bir qaç yüzünü yabançı firqələrə
qaçırtmışdı. Yenə bu firqə
idi ki, pək namünasib şərait içərisində təşəkkül
edən Azərbaycan Cümhuriyyəti hökumətinin ən
qüvvətli bir istinadgahını təşkil edib milliyyət
və istiqlal şüarı ilə Azəri xalqının
tuta biləcəyi yeganə təriqi-səlaməti göstərmişdi.
Məruf
bolşevik komisarlarından birinə “önünüzdə nəzəriyyatınıza
tövfiqən (uyğun olaraq) daha mürtəce zümrələr,
daha qara qüvvələr varkən, nədən bütün
acılarınızı Müsavat firqəsinə
töküb hər yanda bir hərəkət zühur edərsə
həmən bu hərəkatı, doğru-yanlış, onlara
istinad ediyor, təərrüz və təcavüzə
keçiyorsunuz” - deyə sormuş, “çünki,
qarşımızda bizi təbdil edə biləcək yeganə
qüvvət onu görüyoruz, nasıl ki, yaxın bir təcrübə
dəxi bunu göstərdi” - cavabını
almışdım.
Bolşeviklər hala bu zehniyyətlə yaşıyor, hər
səndələdikcə qarşılarında bir “Müsavat
həyyulası” (vahiməsi)” görüyorlar. Bakıda çıxan
“Komunist”, “Bakinski Raboçi” kibi qəzetələr, Tiflisdə
çıxan “Yeni Fikir” və “Zarya Vostok” kibi nəşriyyat
gün yoxdur ki, Müsavatdan, müsavatçılıqdan və
müsavatçılardan bəhs etməsinlər. Bunlar yalnız bəhslə qalmıyor, Azərbaycan
millətçiliginə ələm (dərd) etdikləri
müsavatçılığı felən də təqib
ediyorlar. Eser və Menşevik firqələrinə tətbiq
eylədikləri bütün məzalimi bunlar haqqında da tətbiq
edərək bir gün saxta bəyannamələrlə firqənin
inhilalını (dağıldığını) elan edər,
bir qaç gün sonra isə sənələrdən bəri
nəşriyyatda bulunan gizli “İstiqlal” mətbəəsini kəşfilə
müsavatçıların hala məfkurə arxasında
olduqlarını heyrətlə ögrənirlər. Təkrar həbslər, təqiblər, işgəncələr,
nəfyilər başlar, fəqət müsavat təhlükəsi
bir an üçün olsun, bolşevik mətbuatından əksilməz.
Bu mövzuda yapılan münaqişatın nə
kibi səfahət göstərdigi qarelərimizə bəllidir.
Qismi-məxsusimizdə mündəric bir fəqərədən
(yazıdan) də görəcəksiniz ki, bolşeviklər
yalnız mətbuatlarında degil, mitinqlərində dəxi
hala müsavatçılarla mücadilə etməkdədirlər.
“Bütün cahan həqiqəti bilsin,
Müsavat yalanlarına inanmasın”. İştə, Azərbaycan
müstövlilərini (işğalçılarını)
daima məşğul edən bir əndişə! Bu əndişədən
kəndilərini qurtaran bir qüvvət olsaydı, bolşevik
cəlladları nə məmnun olur, nə böyük
mükafat verirlərdi!!.
Məlum olduğu üzrə bolşeviklərin əcnəbi
məmləkətlərə iltica edib kəndilərinə
qarşı mətbuat və fikir sahəsində mücadilə
edənlər haqqında qullandıqları üsuldan birisi də
mühacirin arasını pozuşdurmaq, səflərinə rəhnə
salmaqdır. Bu məqsədlə onlar vaxtilə Berlində
“Nakanune” namində bir qəzetə nəşr ediyor və vəsi
(geniş) miqyasda “təbdili qayəçilik” (məqsədi dəyişdirmə)
məsləkini tərvic ediyorlardı. Daha
sonra bu üsulu onlar Qafqasya cümhuriyyətlərinə
müntəsib mühacirin mühitinə də tətbiq etdilər.
Əzcümlə Parisdə ermənicə və
gürcücə bolşevik qəzetələri təsis eylədilər.
Gürcücə qəzetənin başında əskidən
Gürcüstan istiqlali-millisi müda-felərindən olan
Veşapeli nam bir zat durmaqdadır.
Fəqət bolşevik pozğunçuluğu yalnız
bu kibi nəşriyyat işlərinə inhisar etməz. Onlar
mühacirətin yıpratıcı təəssüratına
məhkum bir mühid arasında kəndi məramlarına hizmət
edəcək zəvatı aramaqda da qüsur etməzlər.
Bu təcəssüslərilə onların əldə
etmək istədikləri başlıca məqsəd, həqiqi
düşmənlərinin nüfuz və etibarını kəsr
etdirəcək avamili, arzuları vəchilə, sövq etməkdir.
Parisdə komunist “Humanite” qəzetəsinin
yanı başında çıxan gürcücə “Yeni
Gürcüstan”a mümasil azərbaycanca mütəşir bir
qəzetə yoxsa da, İstanbulda bir-iki qəzetənin bu məqsədlə
istifadəsi üçün bolşeviklərcə bir
taqım tədabir ittixaz edildigini bilməmiş deyiliz. Azərbaycan istiqlal məfkurəsi ilə mücadilə
etmək üçün bolşeviklərin çevirmə
bir taqım hərəkətlərdə bulunduqlarını
da biliyoruz. Bu çevirmə hərəkət,
kəndi qəzetələrində, daxili mücadilələrində
daima təcavüzə məruz tutduqları Müsavat firqəsini
xaricdə də müşkülata soxmaq, kəndisinə
qarşı müxalifət cərəyanları
doğurmaqdır. Əlimizdə mövcud bir vəsiqə
bizə böylə bir hərəkatın
başladığını ehsas (hiss) etdiriyor. Ehtimal
ki, şəxsi hislərinə qapılıb təfərrü
(özbaşınalıq) göstərmək xəstəligi
ilə əlil olan bəziləri şu və ya bu
çıxışları ilə nə kibi bir nəticə
əldə edəcəklərinə vaqif degildirlər və
ehtimal ki, bəziləri də zəif, tərəddüd və
səciyyəsizlikləri ilə bu hərəkətin kəndilərini
nərəyə götürdüklərini haqqilə dərk
edəmiyorlar. Şərq məmləkətlərində
Azərbaycan milliyyətçiligi əleyhinə ələnən
çıxmaq bolşeviklərin işinə gəlməz.
Onun üçündür ki, bunlar bu fikri təmsil
edən ən qüvvətli cərəyana qarşı gəliyor,
doğrudan doğru milliyyətçiligə degil,
müsavatçılığa hücum ediyorlar. Bu hücumlarına dəxi, daxildə olduğu kibi,
açıq degil, fitnəcuyanə bir surətdə icra
ediyorlar. İranilər nəzərində
kəndisini İran tamamiyyəti-mülkiyyəsinə
düşmən bir firqə kibi göstərmək
üçün saxta Müsavat təşkilinə qədər
irtikabi-cinayətlə bu firqəyi Pantürkizmlə ittiham,
Türkiyədə isə biləks türk ziddi bir qüvvət
kibi göstərməgə çalışıyorlar.
İştə
bütün bunları nəzərə alaraq Müsavat firqəsi
əleyhində şu və ya bu surətlə hərəkətdə
bulunanlar iyi bilməlidirlər ki, kəndiləri istəməsələr
də düşməni sevindiriyor, bolşevik əkməyinə
yağ sürtüyorlar!...
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasya”, kanuni sani (yanvar) 1924, ¹7
KÖYLÜYÜ
İMHA (YOX ETMƏ) SİYASƏTİ
(Azərbaycan
köylüsünün şikayətləri münasibətilə)
Nisanın (aprelin) 30-da, Bakıda, Azərbaycan vilayətlərindən
gəlmiş köylü mürəxxəslərilə Sovet
Azərbaycanının Komisarlar Şurası rəisi Dadaş
Bünyadzadənin “yoldaşcasına” müsahibəsi
olmuşdur. 1 Mayıs tarixli türkcə “Komunist” qəzetəsi
(¹ 97) bu müsahibənin “təfsilatını” dərc etməkdədir.
Köylülər komunistlərin və sovet məmurlarının
Azərbaycan qəzalarındakı
başsızlıqlarından şikayətə gəlmişlər.
Və bu şikayətlər nə qədər
olmalı ki, “Komunist” qəzetəsi belə bunlardan bəzisini
qeyd etməgə məcbur olmuşdur.
Köylülər
demişlər ki:
“Bəzi yerlərdə köylüləri güclə
kollektiv ziraət təşkilatlarına toplamışlar. Hətta
öylə ittifaqlar da olmuş ki, kolxoza girməyən
köylülərə qumaş, şəkər, əkinə
su v.s. belə buraxmamışlar. Şəki vilayətində
kollektiv ziraət müəssisələri köylüləri
zorla işlətmiş və əllərindən
odunlarını belə almışdır...”
“Köylülər kredi şirkətindən dəxi
şikayət eyləmişlər. Kredi şirkətləri
köylülərə toxum verməmiş köylüləri
zorla kredi şirkətlərinə əza (üzv) olmağa məcbur
ediyor. Prinç əkini üçün
verilən 10 manat kredidən 7 manatını da əzalıq
haqqı olaraq əl qoyuyor”.
“Bir çox yerlərdə yoxsul köylər seçki
haqqından məhrum edilmişdir. Köy və qəza
sovetləri köylülərə mallarını satmağa
müsaidə etmiyor”.
“Sığorta təşkilatları sığorta
haqqı olduqları halda köylülərin tələf olan
malları müqabilində para verməkdən boyun
qaçırıyor”.
Köylülər qəzalarda komunistlərin zorla
köylülərin “papağını” çıxarıb
“şapka” geyməyə məcbur etdiklərindən dəxi
şikayət etmişlər.
Kim bilir daha nə qədər şikayətlər
olmuşdur ki, “Komunist” qəzetəsi yalnız bu qədərilə
iktifa ediyor.
Fəqət
Azərbaycan köylüsünün haləti ruhiyyə və
təmayüllərini öyrənmək üçün
bunlar da kafidir:
1-
Kollektiv ziraət müəssisələrindən kollektivizenin
kəndisindən və komunistlərdən şikayət,
2-
Qolçomaq və ortabablar bir yana, yoxsul
köylülərin, bu köy proletarinin belə seçki
haqqından məhrum bulunduğu şikayəti,
3- Sərbəst
ticarətə, köylünün kəndi məhsulunu, kəndi
mal-qarasını, hətta yumurta kibi şeyləri belə
satmasına imkan verilmədiyi,
4- Məhsulu
əlindən alınmış və bu üzdən toxumluğa
belə malik olmayan zavallı köylünün kredi v.s. Sovet
müəssisələri tərəfindən soyulduqları və
aclığa məhkum etdikləri və s.
Dadaş
Bünyadzadə köylülərin bu şikayətlərinə
cavabən demişdir ki:
“Köyünüzə
döndükdə əhaliyə xəbər veriniz ki:
hökumət heç kəsi güclə kolxoza cəlb
etmiyor və etməyəcəkdir. Bu bizim siyasətimiz
degildir. Biz kolxozu gönüllülük əsası
üzərinə quruyoruz”.
Köylünü
kolxoza getmədiyi üçün, sudan,
şəkərdən, qumaşdan, seçki haqqından məhrum
edən qəzalardakı komunistlərin siyasəti əcəba
Dadaşların siyasəti degil də “Müsavat” siyasətimidir?
Azərbaycan köylüsünü orta əsr üsulunda
“biyara” çıxarıb parasız olaraq heyvan kibi işlədən
“zərbəli kolxozçular” gizli “Müsavat” təşkilatına
mənsub olanlarmıdır?
Köylərdə, qəzalarda “dinlə mücadilə”
deyə camilərdə “kirif (kart) oynayanlar” Azərbaycan
Komunist firqəsi əmrilə hərəkət
etmiyorlarmı?
Moskva, Azərbaycanda davam edən qanlı köylü
müqavimətini “firqə siyasətini yanlış tətbiq
edilməsində” görmüş və bunun
günahını Tiflisə yükləmişdir. Tiflis kəndi
növbəsində günahları Bakıya, Bakıda rəsmi
təbliğlərilə qəza komunistlərinə yüklədi.
Dadaş Bünyadzadənin yuxarıkı bəyanatından,
Komunist firqəsinin “əsas siyasətini” bilməyənlər
üçün bütün günahların aşağı
məmurlarda olduğu şəklində bir fikir hasil ola bilir. Dadaş Bünyadzadə
zatən Azərbaycan köylüsündə böylə bir
fikir oyatmağa və bu sayədə mərkəzi Komunist firqəsinin
nüfuzunu mühafizə etməyə
çalışmaqdadır.
Halbuki
kollektivize işlərini idarə edən ziraət və topraq
komisarı və şimdi də Komisarlar Şurası, yəni
hökumət rəisi olması hesabilə
bütün “xətaların” və bu gün Azərbaycanda
axıdılmaqda olan qanların məsuliyyəti bizzat
Dadaş Bünyadzadənin üzərinə düşməkdədir.
Bəlkə Stalinin kollektivize haqqındakı direktivdə
əmr etdiyi “ümumi kollektivize” ilə “qismən kollektivize” təqsimatını
Dadaş yapamamışdır. Bunu biz çox iyi
tanıdığımız Dadaş Bünyadzadədən bəkləriz.
Onun təhsili, məlumatı, bilgisi çox
elastiki olan əmrlərini anlamamasına müsaitdir.
Əcəba,
Azərbaycan, “kollektivize” direktivində qeyd olunan “ümumi” və
“qismən” məntəqələrindən hankısına
daxil bulunuyor? 7-8 aydan bəri “köylərə sosyalizm təərrüzü”
bütün şiddətilə davam edib dururkən,
köylünün toyuğuna, inəginə, bal
arılarına qədər “sosyalize edilməsi” davam edərkən,
yalnız köylünün səbr kasası daşdıqdan və
dağlardan silah səsləri eşidildikdən sonra Azərbaycanın
“ümumi kollektivize” məntəqəsinə daxil
bulunmadığını iddia eyləmək nə qədər
doğru olurdu?! Biləks bizdə olan
bütün materyallar Azərbaycanın “məcburi və
ümumi kollektivize məntəqəsinə daxil edilmiş
olduğunu isbat eyləməkdədir. Moskva
Azərbaycan haqqında bu ölüm qərarını verirkən,
hər məsələdə olduğu kibi bu məsələdə
dəxi Azərbaycanın zində, həyatı,
yaradıcı qüvvətini imha eyləmək, onu xəstə
və əlil bir hala qoymaq qayəsini güdmüşdür”.
Azərbaycanın
strateji baxışla işğal eyləməkdə olduğu
mövqei, Azərbaycanın sərvətcə bütün
Rusiyanın həyat mənbəi rolunu oynaması və nəhayət
Azərbaycan xalqının daima üsyana, qiyama amədə
bulunması Moskvayı daha 1928 sənəsi seçkiləri
zamanı düşünməyə məcbur eyləmişdi.
Sovet qəzetləri o zaman Azərbaycanın ufaq
köy burjuazisinin aktivləşməsindən bəhs edərkən
“proletar diktatorluğu üçün ciddi bir təhlükə”
mövcud olduğunu yazıyorlardı.
Yurduna, torpağına, mülkünə mərbut,
harsına, ənənəsinə və hürriyyətinə
düşgün olan Azərbaycan köylüsü
aclığa və dilənçiligə məhkum edilməyincə
ilk fürsətdə bu yabançıları devirməyə
müvəffəq olacaqdır.
İştə Moskvayı təhrik edən saiq
(sövqedici) bundan ibarət olmuşdu.
“Ümumi
kollektivize” və “qismən kollektivize”nin
mahiyyəti nədir əcəba? Bu məsələlərin
tənviri, bolşevik baxışı ilə
aydınlaşdırılması belə Dadaş Bünyadzadənin
nə böyük və qızıl bir yalan söylədigini
göstərə bilir. Kollektivize direktivində
kollektivize yapılmayacaq yer yoxdur. Yalnız bəzi məntəqələrdə
ümumi kollektivize var, digərlərində isə “qismən...”
Və biz Azərbaycanı “qismən” dairəsinə daxil etsək
belə Dadaşın köylülərə söylədigi
“səlahiyətdar” sözlər yenə qızıl yalandan və
köylüyü uyutmaqdan ibarət olacaqdır.
Komunist firqəsinin bu gün Rusiyada hakim bulunan zümrəsi
içərisində kollektivize tətbiqatı xüsusunda
şiddətli münaqişə getməkdədir. Komunist ricalından Rozental,
Moskvada çıxan “Bolşevik” məcmuəsində (¹5, sənə
1930) “Nepin yeni mərhələsi” haqqında
yazdığı bir məqalədə diyor ki:
“Ümumi kollektivize məntəqələri xaricində
qalan yerlərdə qolçomaqları imha (məhv) eyləmək
şüarı siyasətən müzürdür. O yerdəki kollektiv ziraət
hərəkatı ümumi kollektivize yapmaq dərəcəsinə
yüksəlməmişdir, böylə yerlərdə ufaq
köy burjuazisini imha etməkdən bəhs etmək belə
siyasətən zərərlidir”.
“Pravda” qəzetəsində
(16 may 1930, ¹133) Rozentalın bu fikrinə “revizionizm”
adını verən M.Çiorinin Stalinin kollektivize
haqqındakı direktiv məqaləsinə istinadən diyor
ki: ümumi kollektivize məntəqələrində
qolçomaqlar (ufaq köy burjuazisi) imha ediləcək, qismən
kollektivize yapılacaq dairələrdə isə qolçomaq
sinfi imha degil, təhdid olunacaqdır, yəni bu dairələrdə
qismən imha olunmağa və zəifləməgə məhkumdurlar.
“Təhdid” və “ilğa” (likvide) kollektivize hərəkatında
baş şüar bunlardır. Bunlardan birincisi köy
ufaq burjuazisini qismən imha etmək, ikincisi isə tamamilə
aradan qaldırmağa deyilməkdədir.
Fəqət “təhdid” təbirini izah etməlidir. Mühərrir Stalindən
cümlələr alaraq diyor ki:
“Rozental, “təhdid”in qolçomaqları “ilğa” siyasətinə
daxil bir sıra olduğunu bilmiyor. “Nep” dövrünün
başlarında yapılan “təhdid” ilə “Nep”in şimdiki mərhələsində
yapılmaqda olan “təhdid” başqa başqa şeylərdir. “Təhdid” dəxi daxil olmaq
üzrə bizim şimdi yalnız bir qayəmiz və
şüarımız vardır: Qolçomaqları bir sinif
olaraq meydandan qaldırmaq. Bunu da bolşeviklər
kəndilərinə məxsus bir ciddiyyət və israr ilə
tətbiq eyləməlidirlər”.
M.Çiorinin Stalindən bir parça daha alıyor. Stalin o parçasında
diyor ki:
Köy burjuazisinin imhası sosyalizm quruluşunda birinci
halqadır. O
halqayı köyün və şəhərlərin ufaq burjua
ünsürlərini - imhadan ibarət olan ötəki hallar təqib
edəcəkdir.
Bunu da əlavə edəlim ki, istifadə etdigimiz bu məqalələr
Dadaş Bünyadzadənin bəyanatından 16 gün sonra
Moskvanın kəndisində yazılmışdır.
Bundan görünüyor ki, Azərbaycan gərək
“ümumi” məntəqəyə daxil olsun, gərək “qismən”
hissəsinə girsin. Azərbaycanda gərək “təhdid”
olsun, gərəksə “ilğa” (likvide) olsun fərqi yoxdur.
Azərbaycanın yaradıcı, zində, həyati
qüvvətləri imhaya məhkum edilmişdir. Azərbaycan köylüsü haqqında ölüm
qərarı verilmiş bulunuyor. Azərbaycan
köylüsünün yoxsulları ortabab, ortababları dəxi
sosya-lizdən uzaqlaşaraq qolçomaq olmaq, zəngin olmaq,
mülkə, mala və hürriyyətə sahib olmaq istəyən
bir ünsür olduğundan bu imha siyasəti ümumi qətliam
şəklini almaq üzərədir.
Bu vəziyyət zatən meydana gəlmişdir. A.Krinitski kəndi
məruzəsində qeyd etdigi kibi köylülərin
şikayətindən dəxi görüyoruz ki, təqib olunan
yaşamaq haqqından məhrum edilən qolçomaqlar degil,
kolxozlara girmiyən ortabablar və yoxsullar da buraya daxil
edilmişdir.
Dadaşın köylülər qarşısında and
içməyi isə Azərbaycan köylüsünü uyutmaq
və aldatmaq üçündür.
Mirzə
Bala
”Odlu-Yurd”,
həziran (iyun) 1930, ¹17
Zində - diri, ruhlu, sağlam
Tənvir - işıqlandırma
Təhdid - hədələmə
(Ardı var)
525-ci qəzet 2018.- 9 noyabr.- S.20-21.