İstanbul Kitab Sərgisində Azərbaycanla bağlı nəşrlər təqdim olunub

Noyabrın 10-da Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubiley tədbirləri keçirilib.

Yubiley tədbirləri çərçivəsində Milli Kitabxananın nəşr etdirdiyi "Azərbaycan Xalq Cümhuriyyəti-100. Biblioqrafiya", "Qara Qarayev. Biblioqrafiya" Lalə Kazımovanın "Qara Qarayev-həyat yaradıcılığı haqqında qısa oçerk" kitabları kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklər təqdim olunub.

Qeyd edək ki, Kitab Sərgisində Azərbaycanın zəngin mədəniyyətini, tarixini, ədəbiyyatını, Qarabağ hadisələrini, kitab sənətini təmsil təbliğ etmək məqsədilə 300-dən artıq kitab nümayiş olunur.

Tədbiri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi nəşriyyatlarla şöbəsinin müdiri Aslan Cəfərov açaraq iştirakçıları salamlayıb, dövlət başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlarına müvafiq olaraq respublikamızda onun hüdudlarından kənarda keçirilən tədbirlərdən danışıb, il ərzində keçirilən Beynəlxalq Kitab Sərgilərində belə tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib.

Tədbirin əsas təşkilatçılarından biri, TÜRKSOY-un Baş Katibi, professor Düsen Kaseinov son illərdə Mədəniyyət Nazirliyinin TÜRKSOY Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, iki gün öncə Ankarada TÜRKSOY-un iqamətgahında Azərbaycan xalqının tarixində önəmli yer tutan AXC-nin görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileylərinin yekun tədbirinin yüksək səviyyədə keçirildiyini deyib. Belə tədbirlərin keçirilməsini Ümumtürk mədəniyyətinin onun görkəmli nümayəndələrinin tanıdılması yönündə atılan vacib addım hesab edib.

D.Kaseinov Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova kitab bağışlayıb. Milli Kitabxananın direktoru da öz növbəsində D.Kaseinova Kitabxananın nəşrlərindən hədiyyə edib.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov iştirakçılara hər iki yubileyə Milli Kitabxananın töhfəsi olan kitabxananın nəşrlərini təqdim edib. Direktor qeyd edib ki, ölkəmizdə ilk dəfə çap olunan fundamental "Azərbaycan Xalq Cümhuriyyəti-100. Biblioqrafiya" kitabı nəinki Azərbaycanda nəşr olunmuş, habelə Milli Kitabxananın sorğusu əsasında dünyanın 30-dan çox Milli kitabxanalarından alınmış mövzuya dair külli miqdarda ədəbiyyatı özündə əks etdirir.

Kitabxananın direktoru Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar Milli Kitabxana tərəfindən nəşr olunmuş "Qara Qarayev. Biblioqrafiya" Lalə Kazımova "Qara Qarayev-həyat yaradıcılığı haqqında qısa oçerk" kitablarının kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklərin təqdimatını edərək, dahi bəstəkarın həyat yaradıcılığından bəhs edib, onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu söyləyib. Direktor musiqişünas alim, sənətşünaslıq doktoru Lalə Kazımovanın 3 dildə (Azərbaycan, ingilis, rus) nəşr olunmuş "Qara Qarayev - həyat yaradıcılığı haqqında qısa oçerk" kitabı haqqında geniş informasiya verib.

BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov AXC-nin yaranma tarixindən, müstəqilliyimizin Heydər Əliyev dövründən danışaraq onun fəaliyyətinin bütün dövrlərində AXC-nin xidmətlərinə, ənənələrinin yaşadılmasına yüksək önəm verildiyini, Cümhuriyyətin fəaliyyəti barədə respublikada çoxsaylı elmi konfransların təşkil olunduğunu, arxiv materiallarının öyrənilərək Cümhuriyyət tarixinə dair dəyərli əsərlər nəşr edildiyini söyləyib. Professor Cümhuriyyət tarixindən danışaraq qeyd edib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub bu gün həmin dəyərlər müstəqil Azərbaycan dövləti tərəfindən qorunub saxlanılır, inkişaf etdirilir. Alim Milli Kitabxana tərəfindən nəşr olunan bu kitabları Azərbaycan Xalq Cümhuriyyətinə Qara Qarayevə ucaldılan bir abidə adlandırıb.

AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov da çıxışında bu il Azərbaycan tarixində əlamətdar bir hadisənin - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasından söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə , 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin dövlətçilik tarixinə olan böyük ehtiram olduğunu qeyd edib. Alim gərgin mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş AXC-nin demokratik dövlət quruculuğu bir çox sahələrdə həyata keçirdiyi işlərdən danışıb.

Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin Fəxri Prezidenti Başar Kömür bu yubileylərin Türkiyədə keçirilməsinin böyük önəm daşıdığını söyləyib.

Sonunda iştirakçılara Milli Kitabxananın nəşr etdirdiyi "Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya", "Qara Qarayev. Biblioqrafiya" Lalə Kazımova "Qara Qarayev - həyat yaradıcılığı haqqında qısa oçerk" kitabları kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklər paylanılıb.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 13 noyabr.- S.6.