Azərbaycan musiqisinin
ecazkarlığı amerikalıları
valeh etdi
Aydın AĞAZADƏ
“525-ci qəzet”in
Türkiyə müxbiri
Bugünlərdə ABŞ-ın Kalifornia ştatının
Monterey şəhərində azərbaycanlı gənc pianoçu, bəstəkar,
dirijor, beynəlxalq müsabiqələr laureatı
Abuzər Manafzadənin
Balaban və Simfonik Orkestr üçün bəstələdiyi
konsertin premyerası keçirildi.
Təqdimat mərasimi böyük musiqi festivalı təsiri bağışlayırdı. Monterey şəhərinin Azərbaycan
bayraqları ilə bəzədilmiş küçələrilə
axışan insanlar konserti səbirsizliklə gözləyirdilər. Konsert salonundakı
izdiham və böyük insan seli bu tədbirin
əlahiddəliyi ilə
bağlı bəri başdan dolğun təəssürat yaradırdı.
Biletlər kassalarda bir
neçə gün əvvəldən satılıb
qurtarsa da, yüzlərlə insanın
əlavə yer tapmaq ümidilə gəlişi də diqqətdən yayınmırdı.
Zala daxil ola bilməyənlər
konsert salonunun foyelərində var-gəl
edərək divarlardakı
monitorlardan konserti izləmək məcburiyyətində
qalmışdılar.
Nəhayət, konsert başladı. Dünyada ilk dəfə gerçəkləşən
bu möhtəşəm
musiqi hadisəsi okeanın o tayında böyük bayram ovqatı yaradırdı.
Monterey Gənclik Simfonik Orkestrinin müşayiəti ilə
Azərbaycan əsilli
amerikalı dirijor Fərhad Xudiyevin rəhbərliyi altında
əsil musiqi şousu nümayiş etdirən azərbaycanlı
peşəkar musiqiçilərin
heyrətamiz ifaları
dayanmadan alqış sədaları ilə qarşılandı.
Balaban ifaçısı, beynəlxalq
müsabiqələr laureatı,
prezident təqaüdçüsü
Nicat Məsimov, milli zərb alətlərinin mahir ifaçısı, Azərbaycanın
Xalq artisti Natiq Şirinovun məharəti amerikalıları
sanki Azərbaycan musiqisinin sehrinə salaraq başqa bir dünyaya aparmışdı.
Abuzər Manafzadənin solistliyi
ilə ifa edilən digər əsərlər
amerikalı dinləyicilərin ruhunu
oxşayır, xoş təsir
bağışlayırdı. Üç
hissəli əsərin daha 1-ci hissəsinin
sonunda dinləyicilər əsəri və
solistləri ayaqda alqışladılar.
Abuzər Manafzadənin Balaban və Simfonik Orkestr üçün bəstələdiyi əsəri
isə salondakıların çoşğun
sevinc sədaları ilə müşayiət
olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə ithaf edilmiş bu əsər musiqi həzinliyinə həyəcan qataraq qəlbləri titrətdi. İfa edilən digər musiqi parçaları da alqışlarla qarşılandı. Monterey şəhərində təşkil olunmuş konsert bir daha dünya sərhədlərini aşaraq milyonların qəlbini riqqətə gətirən Azərbaycan müsiqisinin ecazakar gücünü dünyaya nümayiş etdirdi.
525-ci qəzet 2018.- 14 noyabr.- S.7.