Yazıçı Məmməd
Oruc yüksək mükafata
layiq görüldü
4-7 noyabr 2018-ci ildə Altay diyarının Barnaul
şəhərində
Ural, Sibir və Volqaboyu yazıçıları
Assosiasiyasının XIX konfransı keçirilib. Bu, Ümumrusiya ədəbi tədbirində ölkəmizi
fəxri qonaq qismində Azərbaycan yazıçısı Məmməd
Oruc təmsil edib.
Konfransda
"Torpaq və Söz: bu müstəvidə
Rusiya yazıçılarının
yeri və rolu" (məruzəçi
Moskva Yazıçılar
İttifaqının katibi,
professor L.A.Yaqodintseva), həmçinin,
xaricdə yaşayan rus yazıçıları
və vətən ədəbiyyatı (məruzəçi
Moskva Yazıçılar
İttifaqının katibi
Z.U.Zvonaryova) kimi mövzular müzakirə olunub.
Konfransın sonuncu günündə
Barnaul Tarix və Diyarşünaslıq muzeyində
tədbirin yeddi iştirakçısına D.N. Mamin-Sibiryak adına
Ümumrusiya Ədəbi
mükafatı təqdim
edilib.
Təltif edilənlər arasında
Azərbaycan yazıçısı
Məmməd Oruc da var.
Yazıçı bu təltifə
uzun illər tərcüməçilik fəaliyyətinə,
Rusiya və Azərbaycan ədəbi əlaqələrinin
inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Şahanə
525-ci qəzet 2018.- 14 noyabr.- S.7.