Müqəddəs ocaq
Əflatun Baxşəliyev
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi münasibətiylə
Elmin zirvəsində günəşdi,
yanır,
Adını daşıyır ulu şairin.
Bir bax, ətrafında ruhu dolanır,
Hər gün burdan düşür yolu şairin.
O mənim sərvətim, milli varlığım,
İdrak da, zəka da
bir əzəmətdir.
Ömrə işıq salan
bəxtiyarlığım
Əbədi, əzəli mədəniyyətdir.
Burdan qaynaqlanır adət-ənənə,
Yaşadır möhtəşəm tariximizi.
Yaratmaq eşqiylə qaynayır yenə,
Zirvədən zirvəyə aparır bizi.
Pozulmaz keçmişim, aydın sabahım,
Varlığı öz ana dilimdir
onun.
Bura bir müqəddəs ziyarətgahım,
Duası, alqışı elmdir onun.
Bura elmin sirlər xəzinəsidir,
Böyük fəlsəfəsi, çox
hikməti var.
Hər alim bir elm pərvanəsidir,
Aşkar olunmamış həqiqəti
var.
Yox hesabı qazandığı
zəfərin,
Uğurlar dalınca hey uğur gəlir.
Məmməd Arif ilə Məmməd Cəfərin,
Fikrinin çəkisi
çox ağır gəlir.
Dastanlaşıb düşüb ağıza,
dilə,
Bəkirin, Yaşarın əhsən
eşqinə...
İsa Həbibbəyli zəkası
ilə
Yeni günəş
doğdu öz taleyinə.
Qaldırıb çiyninə hikmət
yükünü,
Ölkədən ölkəyə göndərir
alim.
Elm aləmini zəka mülkünü,
Bax, bir gülüstana döndərir
alim.
Ulu diləklərin uca məbədi,
Doğmalıq gətirir bu adda mənə.
Mənim
ürəyimdə odur
əbədi,
Müqəddəs ocaqdır həyatda mənə.
Sanma başqa yerdən həvəs alıram,
Həkimim olsa da dəvam
çatmayır.
Mən bu institutla nəfəs
alıram,
Ondan ayrılanda havam çatmayır.
Salıbdı lərzəyə hər cür sükutu,
Bura ucalardan
daha ucadır.
Bizim ədəbiyyat institutu,
Səksən beş yaşında müdrik qocadır.
Əflatun
BAXŞƏLİYEV
525-ci qəzet 2018.- 14 noyabr.- S.8.